Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-25/2025 06.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13800 manat məbləğində pulun və 131,4 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdehlə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Royal park” yaşayış kompleksində olan arvadı İddiaçı2 məxsus L7c nömrəli evə gəlib mənzilinin dizaynı verən Elina Bünyatovanın vasitəsilə tanış olub Belə ki, onlar həmin mənzili təmir etdirmək istədiklərini bildirərkən Elina xanım təmir işləri ilə məşğul olan Anar adlı tanışının olduğunu, normal və münasib qiymətə iş gördüyünü deyib onun mobil nömrəsini vermişdir. İddiaçı1 Cavabdeh ilə danışıb onu evə dəvət etmişdir. Anar “Royal park” yaşayış kompleksində L7c nömrəli evə gəlib mənzilə baxış keçirmiş və 20.000 manat muzd müqabilində 128 kv metr sahədən ibarət olan mənzilin tam təmir edilməsini öhdəsinə götürdü. Təxminən bir neçə gündən sonra İddiaçı1 “Royal park” yaşayış kompleksinin texniki təhlükəsizlik qaydalarına məsul şəxsi ilə onu tanış edərək məsul şəxsdən evdə təmirə icazə almış, məsul şəxs isə təmir etmək üçün cavabdehə icazə vərəqəsi vermişdir. Sonradan kompleksin məsul şəxsləri Anar və işçilərini texniki təhlükəsizlik qaydalarına riayət edilməsi üçün təlimatlandırmışdır. İddiaçı1 və Cavabdeh xx.xx.2022-ci il tarixdə müqavilə bağlamışdırlar, müqaviləyə görə Cavabdeh 128 kv metr sahədən ibarət olan mənzili xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək tam təmir edərək təhvil verməli idi. İddiaçı1 xx.xx.2023-cü ildə 3000 manat, xx.xx.2022-ci ildə 4000 manat, xx.xx.2023-cü ildə 3000 manat, xx.xx.2023-cü ildə 4000 manat məbləğində Cavabdeh ödəniş etmişdir. Cavabdeh indiyədək işləri təhvil verməmiş, demək olar ki, hər hansı bir iş görməmişdir. Təqdim etdiyimiz şəkillərdən bunları görmək olar. İşlərin görülməməsinə görə ciddi narazılıq yarandığı üçün təxminən 2023-cü ilin iyun ayının əvvəllərində İddiaçı1, digər İddiaçı2, Cavabdeh, Elina Bünyatova və sonuncunun əri ilə tikinti obyektində görüş keçirilmiş, cavabdeh həmin vaxt söz verdi ki, bir ay ərzində işləri tam təhvil verəcəkdir. Buna baxmayaraq cavabdeh işləri görüb təhvil verməmişdir. İddiaçı Bağırov Anar ilk növbədə 21 iyul 2023-cü ildə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə şikayət etmişdir. Bir neçə gün sonra bölmənin təhqiqatçısı Kamal müəllim Tahir və Anardan izahat almışdır. Sonda cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarla mübahisənin həll edilməsi məqsədilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. xx.xx.2022-ci il tarixdə imzalanmış müqavilə ilə Cavabdeh öhdəliyi müəyyən edilmişdir. Belə ki, müqaviləyə əsasən o, 128 kv m.-dən ibarət olan mənzili xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək tam təmir edərək İddiaçı1 təhvil verməli və buna görə Cavabdeh 20.000 manat ödəniş edilməli idi. Həmin müqavilədə 13.800 manat ödəniş edilməsi və həmin ödənişin cavabdeh tərəfindən qəbuledilməsi barədə qeydlər edilib. Müqavilədə aparılmış qeydlərə əsasən (cavabdeh imzalayıb pulu qəbul edib) İddiaçı1 xx.xx.2023-cü ildə 3000 manat, xx.xx.2022-ci ildə 4000 manat, xx.xx.2023-cü ildə 3000 manat, xx.xx.2023-cü ildə 4000 manat məbləğində ƏliZadə Anara ödəniş etmişdir. Həmçinin Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Rahmanov Kamil tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarla cavabdehin 13.800 manat məbləğində pulu İddiaçı1 almasımüəyyən edilib. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq, iddiçılar X8 oglunun və İddiaçı2 cavabdehə qarşı pul tələbi barədə iddiaları əssasız olduğundan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh bildirir ki, T.Bagirovla aralarında baglanmış qeyri-rəsmi müqavilə əsasında iddiada göstərilən yaşayış evində təmir işlərinin aparılması öhdəliyini qəbul etmişdir. İşin gedişində evin qabaq hissəsində 20 kv.m müqavilədən kənar divarın tikilməsini T.Bagırov ona demiş, o da həmin divarı tikmiş, sonra isə tikintinin pulunu istədikdə iddiaçı mübahisə yaradaraq Anardan işi dayandırıb getməsini tələb etmiş, Anar da işi dayandırıb getmişdir. Sonra isə Anarın şikayət edə edə biləcəyindən şübhələnərək, iddiaçı T.X5 rayon polis İdarəsinin 28-ci Polis bölməsinə şikayət etmişdir. Polis orqanının rədd qərarından göründüyü kimi T.Bagırov orada verdiyi izahatında bildirir ki, guya Anar təmir işlərini səhv apardığı üçün ona iradlar bildirib sonra isə görülmüş iş xoşuna gəlmədiyindən cavabdehdən işi dayandırmasını istəyib. İddia ərizəsində isə qeyd edib ki, guya cavabdeh işi vaxtında təhvil verməmişdi. İşin gecikməsinin səbəbkarı əksinə iddiaçıların özləri olmuşdur. İddiaçı1la aralarında baglanmış müqavilədə çöl-qapı və pəncərələri qurqşdırılması qeyd olunmayıb, ona görə ki, həmin işləri şirkətin özü edəcəkdi. Qeyd olunan qapı və pəncərələrin qoyulması İddiaçı1la şirkət arasında olan razılaşma əsasında şirkət qoymalı idi. Şirkət isə qapı pəncərənin çərçivələrini 10 mart 2023-cü ildə quraşdırmışdır. Cavabdehin qalan işlərim isə qapı-pəncərə qoyulduqdan sonra davam etməliydi. Etiraza əlavə edilmiş 10 mart 2023-cü ildə çəkilmiş üzərində qələmlə 1 rəqəmi yazılmış foto qapı-pəncərə çərçivəsinin yuxarıda qeyd olunan tarixdə quraşdırılmasını təsdiq edir. Üzərində 2 rəqəmi yazdığı fotoda isə çərçivələr quraşdırıldıqdan sonra isə evin içrisində də hörgü işlərinin aparılması aşkar görünür. Bu hörgü də qapı pəncərə qoyulduqdan sonra aparılıb. Qapı pəncərə qoyulduqdan sonra evin içərisində aparılan hörgünün yerini iddiaçılar özləri müəyyən etdikdən sonra tikilməsini istədilər. Bu evdə Anarla birgə Namiq, Zaur, İlham başqa bir neçə nəfər işləyib. Həmin evdə Anarla birgə X6 oglu isə iş dayandırılana qədər işləyib. Namiq Heybətovun şahid qismində dindirilməsi işin obyektiv araşdırılmasına kömək edər. Əslində qapı-pəncərənin gec quraşdırılması nəticəsində cavabdehə əlavə ziyan dəymişdir. T.Bagirov qapı pəncərinin "Royal Park" şirkəti tərəfindən qurqşdırılacağını Anara bildirmişdi. Qapı-pəncərə gec gəldiyində T.Bagırov bir neçə dəfə Anarla həmin şirkətə getmiş, orada adını bilmədiyi Türkiyə vətəndaşı olan məsul şəxslə görüşmüşlər, həmin şəxs də Xəlil adlı başqa bir şəxsə zəng vuraraq qapının nə üçün bu qədər gec dəlməsini soruşub, iddiaçıya deyirmiş ki, qapı-pəncərə Almaniyadan gəldiyinə görə gecikir. Əgər "Royal-Parka" giriş-çıxış kitabçasına baxış keçirilsə bazar və bayram günlərindən başqa Anar və digər işçilərin həmin həmin evə işləməyə getmələrini görülə bilər. Yəni işin iki aya yaxın uzadılmasının səbəbkarının İddiaçı1la həmin şirkətin olması təsdiq olunar. Qapıpəncərə gec quraşdırıldığından oraya oğurlana bilər deyə nə material, nə də iş ləvazimatlarını qoya bilməmişlər. Anar və işçiləri orada işə başlamamışdan əvvəl İddiaçı1 ev "Royal-Park" şirkətinin ərazisində yerləşdiyindən onları şirkətdən qeydiyyatdan keçirmişdir. Qapı-pəncərə gec quraşdırıldığından Anar təmir üçün aldığı materialları uzun müddət öz qarajında saxlamışdır. İddiaçı1 ondan Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə şikayət edərək bildirmişdir ki, təmirdə edilmiş səhvlər və görülmüş iş xoşuna gəlmədiyi üçün Anardan işi dayandırmasını istəmiş, ona ödədiyi 13.800 manatın materiallara verilmiş 7-8 min manatı çıxaraq qalan pulu ona qaytarsın. Polis orqanı tərəfindən isə şikayət əsassız olduğundan şikayətin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sonra isə iddiaçılar Anara qarşı belə bir əsassız iddia qaldırmışlar. İddiaçılar iddialarında isə qeyd edirlər ki guya Anar işi vaxtında təhvil verməmişdir. Poliisə verilmiş şikayətlə məhkəmədə qaldırılmış iddiada T.Bagırovun ziddiyyətli izahat və iddiası onun haqsız oldugunu təsdiq edir. Qapı-pəncərə 2023-cü il mart ayının 20-dək quraşdırılıb, şüşələri salındıqdan sonra martın 25-də matriallar alınaraq işə başlanılmışdır. Evin dam örtüyünü isə 2023-cü ilin fevral ayı ərzində quraşdırıblar. Dam örtüyünün quraşdırılması isə Anara həvalə edilməmişdi. T.Bagırov Anardan müqavilədən kənar 20 kv.m divarın hörülməsi və suvaqlanmasını istəmiş, Anar da bunun üçün materiallar alaraq işi görmüşlər, materiallara verilmış pulu və haqqını istədikdə iddiaçılar ödəməkdən imtina etmişlər.. Mübahisə də bundan sonra yranmış, İddiaçı1 da Anara əlavə haqq və materialların pulunu ödəməsin deyə işi dayandırmasını istəmiş və gələcəkdə özünü sığortalamaq üçün Anardan polisə şikayət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mənzilin sahəsi 120 kv.m-dir. Evə baxmışdı və həmin vaxt şirkətin işçiləri işləyirdilər. O, cavabdehə təxminən 3800-4000 manat vermişdir. Bir gün gələndə görmüşdür ki, gətirilən usta yoxdur. Təmir ardıcıllıqla aparılmamışdır. Əvvəlcə palçıq işləri qurtarılmalı idi. Verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəlki ustalar vaxtları olmadıqları üçün onlarla davam etməmişdir. İyul ayına kimi də işlər yaxşı getmirdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, podratçı evi özü ölçməli və 128 kv.m-ə imza çəkməyəcəyini bildirməli idi. Smeta da tərtib edilmişdir. Hər iki ekspert də işin keyfiyyətini müəyyənləşdirməmişdir. İş müqavilədə müəyyənləşdirilmiş müddət ərzində tam şəkildə görülməmişdir, lakin ekspert işləri tam görülmüş kimi qiymətləndirmişdir. Tərəflər arasında podrat münasibətləri yaranmışdır və bununla bağlı müqavilə təqdim edilmişdir. Hansı işlərin görüləcəyi həmin müqavilədə göstərilmişdir. Evin yerləşdiyi əraziyə icazə vərəqəsi ilə daxil olmaq mümkündür. Müqavilənin qiyməti 20000 manat müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən müvafiq ödənişlər edilib. Cavabdeh indiyədək işləri təhvil verməmişdir və görülməli işlər 22 bənddən ibarət idi. İddiaçıya işlərin tam şəkildə görülməsi lazım idi. Onlar məhkəməyə müraciət etməklə müqavilədən imtina etmiş və ödənişin geri qaytarılmasını tələb etmişlər. Həmçinin betonun nazik olduğu və dağıldığı, elektrik işlərinin səliqəsiz olduğu görünür. İşlərin tam şəkildə görünməməsinə görə əlavə qiymətləndirməyə ehtiyac var idi. Müqavilə bağlanmazdan əvvəl divarların gipslə vurulması cavabdehə aid iş deyildi. İddiaçı həmin işləri başqa şirkətə həvalə etmişdi. Lakin, o da iş kimi nəzərə alınaraq təxminən 4000 manat məbləğ müəyyənləşdirilmişdir. Cavabdeh əvvəllər qaqı-pəncərənin olmadığına görə işlərin görülmədiyi bildirmişdi. Lakin, cavabdeh qapı-pəncərə qoyulandan sonra isti aylarda işlərin görüləcəyini bildirə bilərdi. İddiaçıdan 10000 manat məbləğində pul da alınmışdı. Tavanla bağlı işlər də yarımçıq görülmüşdü, aşağı keyfiyyətli alçipan alınmışdı. İşlərin ləng, keyfiyyətsiz və yarımçıq şəkildə görüldüyünə, cavabdeh tərəfindən ustaların ödənişlərinin düzgün şəkildə ödənilmədiyinə görə narazılıq yaranmışdı. İlk vaxtlarda cavabdeh bütün işlərin onun tərəfindən görüləcəyini desə də, son vaxtlar elektrik və santexnika ilə bağlı işləri gördüyünü bildirmişdi. Təxminən iyun ayının əvvəllərində cavabdehi təklif edən Elina xanımla tikinti obyektində görüş keçirilmiş və iddiaçı narazılığını bildirmişdir. Həmin vaxt işlərin bir ay müddətində təhvil veriləcəyi deyilmişdi. Elina xanım şahid kimi dəvət olunsa da, məhkəmə iclasına gəlməmişdir. Kabellər yerə atılmış, bəziləri yararsız hala düşmüş, isti döşəmə çəkilməmiş və bir sıra hörgü işləri də görülməmişdir. Həmçinin, beton hündür qoyulmuşdur. Elektrik açarlarının sayı da az qoyulmuşdur və başqa qüsurlar da mövcud olmuşdur. Bu səbəbdən iddiaçı söküntü işləri apararaq yenidən işlər görməlidir. Görülən işlərlə bağlı təqdim olunan hesabat əsassızdır. Orada qeyd olunan nəqliyyat xərclərinin iddiaçı tərəfindən ödəniləcəyi qeyd edilməmişdi. İddiaçı polis bölməsinə də müraciət etmişdi və iş mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi qeyd edilmişdir. Smeta təqdim edilərkən ölçü işləri aparılmalı idi. Narazılıq olmadığı halda işlər şifahi qaydada təhvil verilmiş sayılır. Lakin, hazırkı mübahisədə narazılıq mövcuddur. Cavabdeh iddiaçı tərəfindən əlavə pulun verilməməsinə etiraz edə və tikintidən imtina edə bilərdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia tələbində işin keyfiyyəti qeyd edilməyib. İş görülməyə davam etdirilsəydi daha yaxşı olacaqdı. İddiaçının məqsədi az pul verməklə yaxşı təmir işləri gördürmək olmuşdur. Podradçıya ödəniş edilibsə, işləri qəbul etmiş hesab edilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 20 ildir ki, bu işlə məşğuldur. Diyazner 100 kv.m sahənin təmiri ilə bağlı müraciət etmişdi. Siyahi tərtib etmiş və müqavilə imzalamışdılar. İlkin ödəniş 3000 manat idi. O, materialları almış və kollektivi ilə işləmişdir. Daha sonra müqavilədə 128 kv.m qeyd edildiyi məlum olmuşdur. O, bildirmişdi ki, pul verilsin ki, material alsın və işi yekunlaşdırsın. Lakin, iddiaçı razılaşmamışdır. Daha sonra polis tərəfindən polis bölməsinə aparılmışdır. O, nöqsan varsa, düzəltməyə razı olduğunu bildirmişdir. Bugün də material alınsa, işi tamamlamağa hazırdır, onlar iş görülərkən onun keyfiyyətli olması hissəsinə çatmamışlar. İddiaçı kabeli kəssin və keyfiyyətinə baxsımlar. O, keyfiyyətli materiallar almışdır, qaimələr mövcuddur. Borular İtaliya ishehsalıdır, alçipan isə “Gilan” markalıdır. Həmçinin qeyd edir ki, o, evə daxil olanda sonra qismən tikinti işləri aparmışdır. Terrasda isə yanvar ayında tikinti işləri aparmışdır. Namiq usta malyar işlərini görmüşdür. Evin ümumi işlərinin 30%-i onlar görmüşlər. Divarların gips məhlulu ilə suvanması ilə bağlı məbləğ təxminən 1200-1500 manat məbləğində təşkil etmişdir, ekspert rəyində həmin məbləğ yüksək göstərilmişdir. İzolyasiya işləri də aparılıb. Pəncərələrin qoyulması üçün 3 ay gözləmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, ona 12800 manat ödəniş edilmişdir. 1 alçipan 3 kv.m-dir. Məhkəmə iclasında şahid qismində dəvət olaraq dindirilmiş "X4 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X2 izahatında bildirmişdir ki, tərəflərindən evə baxış keçirilməmişdir, yalnız ekspert rəyinin müəyyən etdiyi iş həcmində qiymətləndirmə aparılmışdır. Santexnika işləri bütövlükdə qeyd edilmişdi. Lakin, o, həmin sahəyə uyğun görüləcək işlərin həcmini müəyyənləşdirmişdir. Həmin həcm 25% çox, 15% az da ola bilər. Onlar qiymətləndirmə aparanda işlərin görülmə keyfiyyəti ekspert rəyində öz əksini tapmadığından işi qüsursuz görülmüş kimi nəzərə alarak qiymət müəyyənləşdirmişlər. O, əvvəlki ekspert rəyini əsas götürmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, qiymətləndirmə rəyini özü tərtib etmişdir, o, risklə zərərin qiymətləndirməsi üzrə də ixtisaslaşmışdır. Elektrik xətlərinin çəkilməsi tikinti normalarına uyğun gəlmədiyinə görə qiymətləndirilməyib. Onun müəyyən etdiyi məbləğ ümumi santexnika işlərinin görülməsini ehtiva edir. O, verdiyi rəyin qanuni və əsaslı olduğunu təsdiq edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) ilə İddiaçı1 (sifarişçi) arasında bağlanmış Xidmətlərinin göstərilməsi haqqında F-T03 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Sifarişçi” X10 dairəvi yol, "Royal Park" yaşayış kompleksində yerləşən L-7e saylı əmlakın təmir və tikinti xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada xidmət göstərməyi öhdəsinə götürmüşdür. Göstərilən Xidmətlərin həcmi bu Müqaviləyə Əlavə 1 ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, xidmətin göstərilməsi 30 gün müddət ərzində həyata keçirilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə aşağıdakı şəkildə müəyyən olunur: - 50% avans ödəmə, - 25% ara ödəmə, - 25% iş təhvili zamanı ödəmə və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir. Xidmətlərinin göstərilməsi haqqında F-T03 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, "Tərəflər" arasında xx.xx.2022 tarixində imzalanmış Xidmətlərinin göstərilməsi haqqında F-T03 saylı müqaviləyə əsasən İcraçı Sifarişçiyə aşağıda göstərilmiş qaydada X10 dairəvi yol, "Royal Park" yaşayış kompleksində yerləşən L-7c saylı əmlakın təmir və tikinti xidməti göstərəcəkdir: Ştukaturka işləri (96 kv.m), Sement: 30 kisə (və ya metr) - 225 AZN, Qum: 5 vahid - 150 AZN, İşçilik: 96 kv.m üçün - 528 AZN, Dirək və Ekomatik işləri - Dirək: 347 kv.m. - 620.5 AZN, Ekomatik: 170 ədəd – 1908,5 AZN. Zibilin daşınması: 150 AZN, İşçilik: 150 AZN, 4. İnzibati və Hazırlıq işləri - Supervayzinq: 1200 AZN, Nəqliyyat: 400 AZN, Demontaj: 300 AZN, Metal konstruksiya işləri (Cəmi: 2800 AZN) - Material: 2000 AZN, İşçilik: 300 AZN, Nəqliyyat. Dam örtüyü işləri - Material: 1900 AZN, İşçilik: 700 AZN. Beton və Armatur işləri - 12-lik armatur: 0.346 t — 595 AZN, 8-lik armatur: 70 m — 80 AZN, Beton: 795 AZN, İzolasiya: 460 AZN, Demontaj və zibilin daşınması: 525 AZN, İşçilik: 395 AZN. Toplam görüləcək işlərin dəyəri 16,182 AZN təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Xarici dairəvi yol, "Royal Park" yaşayış kompleksində yerləşən L-7C saylı əmlakın təmir və tikinti xidmətlərinin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixində imzalanmış F-T03 saylı müqavilə və 2 saylı formasında nəzərdə tutulmuş ödəniş şərtlərinə əsasən ev sahibi tərəfindən xx.xx.2023-cü il tarixində son olaraq 182 AZN (yüz səksən iki manat) ödəniş edilmişdir. İddiaçı1 və Cavabdeh Nehməd oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2022-ci il tarixdə təmirə başlılmalı, təmir xx.xx.2023-cü il tarixində başa çatmalıdır. Təmirin məbləği 20.000 (iyirmi min) manat təşkil edir. Təmirə ödəniləcək ilkin məbləğ 15% və daha sonra təmir müddəti ərzində hissə-hissə 15%+20%+20%+20%+10% təşkil edəcəkdir. Təmirlə bağlı görüləcək işlərin siyahısı aşağıdakı kimidir: 1. Elektrik işləri tam təhvil Clipsal (materialın alınması və işin görülməsi) tam təhvil (Cavabdeh), 2. Santexnika işlərinin görülməsi (materialın alınması və işin görülməsi) tam təhvil (Cavabdeh), 3. Kollektor sistemi K.A.S (alınması və işin görülməsi) tam təhvil (Cavabdeh), 4. İsti döşəmənin çəkilməsi, tam mətbəx, dəhliz, teras, hamam və tualet (materialın alınması və işin görülməsi) tam təhvil (Cavabdeh), 5. Hamam və tualetə izolateks (materialın alınması və işin görülməsi) tam təhvil (Cavabdeh), 6. Kafel, metlax və parket işlərinin görülməsi (Cavabdeh), 7. Hamam və tualetə asma tavan (materialın alınması və işin görülməsi) tam təhvil (Cavabdeh), 8. Döşəmə altı laga, dikt (materialın alınması və işin görülməsi) (Cavabdeh), 9. Tavan alçipan düz və ya sadə fiqurlu (materialın alınması və işin görülməsi) tam təhvil (Cavabdeh), 10. Tavana paduqa gips (materialın alınması və işin görülməsi) tam təhvil (Cavabdeh), 11. Divarlar (laser mayak) tam təhvil (Cavabdeh), 12. Plintus materialın alınması və işin görülməsi (Cavabdeh), 13. Duş kabinin alınası və quraşdırılması (Cavabdeh), 14. Qismən hörgü işləri (materialın alınması və işin görülməsi) (Cavabdeh), 15. Daxili qapılar alınması (ev sahibi), 16. Kombi və radiator alınması (ev sahibi), 17. Boya və divar kağızı alınması (ev sahibi), 18. Parket, kafel və metlax alınması (ev sahibi), 19. Spot, bra ve lyustor alınması (ev sahibi), 20. Kondisioner alınması (ev sahibi), 21. Unitaz, smestitel və moydadır alınması (ev sahibi),
22. Mətbəx mebeli alınması (ev sahibi). Həmin müqavilənin tərəflərin imzalarının olduğu hissədən aşağıda Cavabdeh tərəfindən əl yazısı ilə xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2022-ci il tarixində 4000 manat, xx.xx.2023-cü il tarixində 3000 manat və xx.xx.2023-cü il tarixində 4000 manat təhvil alınması qeyd edilmiş və onun tərəfindən imzalanmışdır. İddiaçı1 tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı1 ilə xx.xx.2022-ci il tarixində podrat müqaviləsi bağlamışdır və həmin müqavilə ilə Yasamal rayonu ərazisində "Royal park" yaşayış kompleksində L7c nömrəli mənzilin 10 fevral 2023-cü ilədək tam təmir olunması barədə öhdəlik götürmüşdür. Müqaviləyə əsasən İddiaçı1 128 kv metrdən ibarət olan mənzilin tam təmir oluması üçün ona 13.800 (on üç min səkkiz yüz) manat pul ödəmiş, lakin o, üzərinizə götürdüyü öhdəliyi yerinə yetirməmiş və mənzili təmir edərək təhvil verməmişdir. Halbuki o, mənzili xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək təmir edərək təhvil verməli idi. Odur ki, bu pretenziya məktubu ona çatdığı andan 2 (iki) gün ərzində 13.800 (on üç min səkkiz yüz) manat məbləğində pulu, həmçinin 10.000 (on min) manat məbləğində maddi və mənəvi zərərin əvəzi qismində kompensasiyanı İddiaçı1 ödənilməsi xahiş edilmiş, əks təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/9021 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Yasamal rayonu arazisində yerləşən "Royal park" yaşayış kompleksində olan L7c nömrəli evdə təmir-tikinti və quraşdırma işləri aparılmışdır. Aparılmış təmir-tikinti işlərinin nədən ibarət olması rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Qərardadın ikinci və üçüncü sualları üzrə: Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Royal park" yaşayış kompleksində olan L7c nömrəli evdə 12 bənddən ibarət mal materialların nədən ibarət olması məlum olmadığından, həmin evdə 12 bənddən ibarət materialların istifadə olunub-olunmamasını və cədvəldə qeyd olunan materiallardan istifadə olunmayanı nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın dördüncü sualı üzrə: Baxış zamanı əldə olunmuş məlumatlar, iş materiallarında olan video çəkilişdə müəyyən olunmuş məlumatlar üzləşdirilərkən, həmin CD-də olan video çəkilişdəki təmir işləri faktiki olaraq yerinə yerilmişdir. Qərardadın beşinci sualı üzrə: Tədqiq olunan evin qarşısında 20 kv.metr (2.8x3.4)x2) divar tikildiyi müəyyən edilmişdir. Qərardadın yeddinci sualı üzrə: Görülmüş tikinti işləri yarımcıq şəkildə olduğundan, aparılmış tikinti-təmir işlərinin müqavilənin tələblərinə və tikinti standartlarına cavab veririb-verməməsini keyfiyyətli hesab olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın altıncı və səkkizinci sualları üzrə: Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Royal park" yaşayış kompleksində olan L7c nömrəli evdə yerinə yetirilmiş təmir-tikinti işlərinin təqribi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq 15793.5 manat məbləğində müəyyən olunur. Görülmüş işlərin və materialların ayrıayrılıqda həcmi, dəyəri rəyə əlavə olunmuş smetada ayrı-ayrılıqda ətraflı göstərilmişdir. Qərardadın doqquzuncu sualı üzrə: Göstərilən mənzildə müqavilə üzrə tələb olunan işləri hansı müddət ərzində başa çatdırılması mümkün olub-olmamasının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyətinə aid olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/711 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Baxış zamanı yaşayış evinin divarları qips tərkibli məhlul ilə ağardılmış, elektrik, su-kanalizasiya, istilik xətləri qismən cəkilmiş, tavanın altı dəmir profillə yığılmış və alcipanın bir hissəsi vurulmuşdur. Tədqiq olunan ünvanda yerinə yetirilmiş tikinti-təmir və quraşdırma işlərinin bazar qiymətlərinə uyğun olaraq dəyərinin müəyyən olunmasına dair smeta tərtib olunmuşdur. Qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Royal park" yaşayış kompleksində olan L7c nömrəli evdə təmir, tikinti və quraşdırma işləri aparılmışdır. Aparılmış təmir-tikinti işlərinin nədən ibarət olması rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Qərardadın ikinci və üçüncü sualları üzrə: Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Royal park" yaşayış kompleksində olan L7c nömrəli evdə 12 bənddən ibarət mal materialların nədən ibarət olması məlum olmadığından, həmin evdə 12 bənddən ibarət materialların istifadə olunub-olunmamasını və cədvəldə qeyd olunan materiallardan istifadə olunmayanı nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın dördüncü sualı üzrə: Baxış zamanı əldə olunmuş məlumatlar, iş materiallarında olan video çəkilişdə müəyyən olunmuş məlumatlar üzləşdirilərkən, həmin CD - də olan video çəkilişdəki təmir işləri faktiki olaraq yerinə yerilmişdir. Qərardadın beşinci sualı üzrə: Tədqiq olunan evin qarşısında 20 kv.metr (2.8x3.4)x2) divar tikildiyi müəyyən edilmişdir. Qərardadın yeddinci sualı üzrə: Görülmüş tikinti İşləri yarımcıq şəkildə olduğundan, aparılmış tikinti-təmir işlərinin müqavilənin tələblərinə və tikinti standartlarına cavab veririb-verməməsini keyfiyyətli hesab olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın altıncı və səkkizinci sualları üzrə: Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Royal park" yaşayış kompleksində olan L7c nömrəli evdə yerinə yetirilmiş təmir-tikinti işlərinin dəyəri qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Görülmüş işlərin və materialların ayrı-ayrılıqda həcmi rəy əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Qərardadın doqquzuncu sualı üzrə: Göstərilən mənzildə müqavilə üzrə tələb olunan işləri hansı müddət ərzində başa çatdırılması mümkün olub-olmamasının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyətinə aid olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-174/2025 saylı, 07 oktyabr 2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Aparılmış qiymətləndirmə və təqdim olunmuş smeta məlumatlarının təhlili nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu üzrə tərtib olunmuş 02 iyul 2025-ci il tarixli 10/711 nömrəli ekspert rəyinə əsasən, görüləcək bərpa-təmir işlərinin həyata keçirilməsi üçün tələb olunan ümumi xərc məbləği 13.835 (on üç min səkkiz yüz otuz beş) manat təşkil edir. Həmin hesabatda görülən işlər və onların dəyəri aşağıdakı kimi qeyd edilmişdir: Divarların gips məhlulu ilə suvanması (435 kv.m) – 3480 manat, Döşəmənin altının reyka ilə yığılması (55 kv.m) – 385 manat, Döşəmənin diktlə vurulması (25 kv.m) - 75 manat, Su, kanalizasiya və istilik xəttinin çəkilməsi (material ilə birlikdə) -3800 manat, Tavanın altının yığılması və alçipanın vurulması (80 kv.m) - 720 manat, Elektrik xəttinin çəkilməsi (material ilə birlikdə) - 2000 manat, Divarın suvanması (104 kub metr) – 624 manat, Beton tökülməsi (10 p/m) – 200 manat, Divarın hörülməsi (20 kv.m) – 300 manat, İşçiliklərin cəmi – 11.584 manat təşkil etmişdir. 28 yanvar 2026-cı il tarixində məhkəmə tərəfindən İddiaçı1 iştirakı ilə keçirilmiş yerində müayinə zamanı müəyyən olunmuşdur ki, 2 mərtəbəli ev təmirsiz vəziyyətdədir və tikinti üçün materiallar yerləşdirilmişdir. Evin girişində elektrik xətləri mövcuddur. Döşəmənin ümumilikdə təmiri üçün yalnız taxtalar və isti döşəmə üçün isə borular yerləşdirilmişdir. Evin 2-ci mərtəbəsində döşəmə üçün nəzərdə tutulmuş tikinti materialları, açıq vəziyyətdə olan elektrik xətləri və borular mövcuddur. Həmin mərtəbənin də tavanı yarımçıq şəkildə təmir edilmişdir. İddiaçı cavabdeh tərəfindən alçipanın vurulduğunu, pəncərənin yerləşdiyi otaqda divarların hörüldüyünü qeyd etmiş, həmçinin 2-ci mərtəbədə yerləşən otaqlardan birində tökülən betonu sökdüyünü və təmizlik işləri apardığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən döşəmənin təmiri üçün material və isti döşəmə üçün şlanqların alınmış, həmçinin, evin girişində qarderob kimi istifadə olunması nəzərdə tutulan sahənin divarı arıtırılmışdır. İddiaçılar tərəfindən məhkəməyə fləş-kart vasitəsilə təqdim edilmiş videoyazılarından müəyyən edilmişdir ki, ev 2 mərtəbəli olmaqla, yarımçıq təmir edilmişdir. Evin bəzi yerlərində tikinti üçün materiallar yerləşdirilmişdir. Evin girişində elektrik xətləri mövcuddur. Döşəmənin ümumilikdə təmiri üçün taxtalar və isti döşəmə üçün isə borular yerləşdirilmişdir. Evin 2-ci mərtəbəsində döşəmə üçün nəzərdə tutulmuş tikinti materialları, açıq vəziyyətdə olan elektrik xətləri və borular mövcuddur. Cavabdeh məhkəməyə CD vasitəsilə video-yazıları təqdim etmişdir, həmin videolarda evdə bir sıra təmir işlərini aparıldığı müşahidə edilmiş, cavabdeh videolarda görülən işlərin bir qismini göstərmişdir. Həmçinin onun tərəfindən İddiaçı1 ilə aralarında keçən danışıqlardan ibarət səs yazıları da təqdim edilmişdir. Həmin səs yazılarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında ölçü və qiymətin müəyyən edilməsi ilə bağlı müzakirələr getmiş, iddiaçı kondisionerlərin qiymətini və ölçüsünü dəqiqləşdirmək istədiyini, ona görə də o işi saxlamasını bildirmiş, ölçüdə bir qədər fərq ola biləcəyini və bunun elə də fərqi olmadığını qeyd etmişdir. Cavabdeh bildirmişdir ki, o ölçü işlərini aparmışdır, iddiaçı saxla dediyi üçün işi saxlamışdır, ölçüləri ona ataraq bununla bağlı gedib ölçü deyəcək və usta ilə qiymət danışacadır. Daha sonra onlar suvaq işlərini müzakirə etmişlər. İddiaçı izolyasiya işinin necə olmalı olduğu barədə cavabdehdən soruşmuş, daha sonrakı səsdə bildirmişdir ki, televizor seçilən yerdə deyil, sol tərəfdədir. Bəzi dəyişikliklər etmək lazımdır, mebel düzülüşü belə olmaz, hələ başqa otaqlar da var, ona görə də biraz dəqiq işləmək lazımdır. Ölçülərin düzgün olmadığını qeyd etmiş, təzədən bütün otaqlara baxılmasını tələb etmişdir. Bundan başqa cavabdehlə Elina adlı şəxs arasında keçən danışıqlardan ibarət səs yazılarından görünür ki, onlar arasında evin açarların kimdə olması ilə bağlı müzakirələr gedir və Elina Anara xatırladır ki, Tahir müəllim ona iki açar vermişdir, cəmi üç açar vardır. Cavabdeh isə qeyd olunur ki, onda bir açar vardır, çünki Fuad açarı Tahirə vermişdir. Bundan başqa Elina cavabdehə bildirir ki, birinci mərtəbədəki qarderob yerində o divarı 60 santimetrə qədər artırsın, 8-6 santimetr saxlasın ki, qapının keçid yeri normal olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3-cü maddəsinə əsasən Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 754.1-ci maddəsinə əsasən Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı1 və Cavabdeh Nehməd oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2022-ci il tarixdə təmirə başlılmalı, təmir xx.xx.2023-cü il tarixində başa çatmalı idi. Təmirin məbləği 20.000 (iyirmi min) manat müəyyən edilmiş, təmirə ödəniləcək ilkin məbləğ 15% və daha sonra təmir müddəti ərzində hissə-hissə 15%+20%+20%+20%+10% təşkil edəcəyi qeyd olunmuşdur. Təmirlə bağlı görüləcək işlərin siyahısı müqavilədə qeyd edilmişdir. İddiaçı hissə-hissə cavabdehə cəmi 13.800 manat pul ödəmiş və bu barədə müqavilə üzərində qeydlər edilmişdir. Müəyyən olunmuş müddət keçsə də, işlər tamamlanmamışdır. İddiaçılar hazırda işlərin yarımçıq və keyfiyyətsiz qalmasını əsas gətirərək, cavabdehə ödədikləri 13800 manat məbləğində pulun geri qaytarılmasını tələb edirlər. Məhkəmə tərəfindən görülən işlərin həcminin və dəyərinin müəyyən edilməsi üçün tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. X4 Mərkəzinin təqdim etdiyi smetada işlərin ümumi dəyəri 13.835 manat, işçiliklərin cəmi dəyəri isə 11.584 manat göstərilmişdir. Cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, divarların gips məhlulu ilə suvanması ilə bağlı məbləğ təxminən 1200-1500 manat məbləğində təşkil etmişdir, ekspert rəyində həmin məbləğ yüksək göstərilmişdir. Hesabatdakı smetada gips işlərinin dəyəri 3.480 manat müəyyən edilmişdir. Məhkəmə cavabdeh tərəfindən həmin məbləğin 1.200 manat olmasına dair etirafını nəzərə alaraq, qeyd edir ki, yerdə qalan 2280 manat (3480 – 1200 = 2280), ekspertin rəyində artıq göstərilmişdir. Məhkəmə bu məbləği cavabdehin görmədiyi işə görə aldığı artıq məbləğ olaraq qiymətləndirərək, hesab edir ki, iddiaçı məhz həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən maddələrinə görə, sifarişçi iş yekunlaşana qədər istənilən vaxt müqavilədən imtina edə bilər. Lakin bu halda Sifarişçi podratçıya imtina anına qədər görülmüş işlərin dəyərini ödəməlidir. Ekspert rəyi təsdiq edir ki, cavabdeh işlərin bir hissəsini (təxminən 30-35%-ni) yerinə yetirmişdir. İddiaçının 13.800 manatın tam qaytarılması tələbi əsassızdır, çünki bu, iddiaçının cavabdehin əməyi və materialları hesabına əvəzsiz varlanmasına səbəb olacaqdır. İddiaçı tərəf işlərin keyfiyyətsiz olduğunu (betonun nazikliyi, elektrik naqillərinin səliqəsizliyi) bildirsə də, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəydə işlərin yarımçıq olması səbəbindən keyfiyyəti tam qiymətləndirməyin mümkün olmadığını qeyd etmişdir. Mülki prosessual qanunvericiliyə görə, sübut olunmayan iddia təmin edilə bilməz, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən məhkəmə iddianı qismən təmin edərkən yalnız ödənilən məbləğ ilə görülən iş arasındakı riyazi fərqi əsas götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 42,80 (qırx iki manat səksən qəpik) manat hissəsi cavabdehdən tutularaq iddiaçılara ödənilməli, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizalarının dəyəri olan 200 (iki yüz) manat pul iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2280 (iki min iki yüz səksən) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 42,80 (qırx iki manat səksən qəpik) manat hissəsi tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri olan 200 (iki yüz) manat pul iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2280 (iki min iki yüz səksən) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 42,80 (qırx iki manat səksən qəpik) manat hissəsi tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri olan 200 (iki yüz) manat pul iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ayşən Sultanova-Məmmədova