Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2500/2025 21.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsi və Şəki regional X3 İstismarı idarəsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi, başqa işə götürənlə əmək müqaviləsi bağlanması əsası) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsi və Şəki regional X3 İstismarı idarəsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Muradova (Səfərova) Leyla Şahin qızı (iddiaçı) ilə "xxxx" ASC "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 52 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı idarənin aparatında 5-ci dərəcə ilə Su kəmərlərinin istismarı sahəsinə dispetçer vəzifəsinə təyin edilmişdir.
2. xx.xx.2019-cu il tarixli əmr ilə İddiaçı xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsi bağlanaraq Balakən sukanal sahəsinə 8-ci dərəcə ilə müştərilərlə işin təşkili üzrə mühəndis vəzifəsinə təyin edilmişdir.
3. “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsi 6 X7 idarəsinin xx.xx.2023-cü il tarixli, 01-Q nömrəli əmri ilə İddiaçı - abonentlərlə iş qrupunun mühəndisinə Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı ilədək uşağının üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət verilmişdir.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli Qərarı ilə “X10 Xidməti”nin və “İri Şəhərlərin X12 Xidməti”nin nizamnamələri təsdiq edilmişdir.
4. “X10 Xidməti” publik hüquqi şəxsinin nizamnaməsinin 2.1.4-cü bəndinə əsasən ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyəti həyata keçirmək, habelə istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, tullantı və yağış sularının axıdılması xidmətlərini göstərmək xidmətin fəaliyyət istiqamətlərinə aiddir.
5. “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin nizamnaməsinə əsasən İri şəhərlərin X12 Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətini göstərən publik hüquqi şəxsdir.
6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir.
7. “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin sturukturuna daxil olan Xidmətin aparatı və tabeli qurumların ştat vahidlərinin sayı əmrə 01 nömrəli əlavəyə uyğun təsdiq edilmiş, əlavədə qeyd olunan tabeli qurumların ştat cədvəllərinin hazırlanmasının və təsdiq üçün publik hüquqi şəxsin idarə heyətinin sədrinə təqdim edilməsinin təmin edilməsi əmr edilmişdir.
8. X15 Sistemlərinin İstismarı İdarəsi tərəfindən təsdiq edilmiş işə qəbul ediləcək işçilər barədə siyahıya əsasən İddiaçı 6 X7 idarəsində mühəndis vəzifəsinə işə qəbul edilməlidir.
9. “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 495-K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, əsas olaraq İddiaçı ərizəsi göstərilmişdir.
10. Balakən X3 İstismarı İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Şəki-Zaqatala Regional şöbəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, 6 nömrəli Sukanal idarəsinin Balakən sukanal sahəsi üzrə çalışmış işçilər müvafiq olaraq işlə təmin olunmuşlar. İddiaçı əvvəllər Abanonentlərlə iş qrupu sturuktur bölməsində mühəndis vəzifəsində çalışmış, həmin şöbə üzrə ştat cədvəlində hazırda mühəndis vəzifəsi olmadığı üçün onunla Abonent xidmətləri şöbəsində Fakturalama qrupunda – Su Kəməri təsərrüfatında nəzarət vəzifəsində işlə təmin olunması üçün vakant yer saxlanıldığı qeyd olunmuşdur.
11. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “X14 Xidməti” publik hüquqi şəxsinin Şəki X3 İstismarı idarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 6 X7 İdarəsi Balakən Sukanal sahəsi Abonentlərlə iş qrupu üzrə mühəndis vəzifəsində çalışıb və xx.xx.2023-cü il tarixdən qismən ödənişli sosial məzuniyyətə çıxıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə 6 X7 İdarəsi ləğv olunub, 6 X7 İdarəsinin tərkibinə daxil olan Balakən Sukanal sahəsi isə X15 Sistemlərinin İstismarı İdarəsinin tərkibinə verilib. X15 Sistemlərinin İstismarı İdarəsinin “X14 Xidməti” publik hüquqi şəxsinə göndərdiyi xx.xx.2024-cü il tarixli siyahıda İddiaçı iş ilə təmin olunması göstərilib.
11. xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilməsinə baxmayaraq vətəndaş əmək müqaviləsinə xitam verilərkən qismən ödənişli sosial məzuniyyətdə olduğundan X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilmişdir.
12. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar ilə X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə həmin maddə ilə təqsirli bilinib, barəsində şərti tətbiq edilməklə 1500 manat məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.
13. “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentininxx.xx.2023-cü il tarixli, 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar aparılan sturuktur dəyişikliklərinə əsasən “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin tabeliyində olan 6 X7 İdarəsi “X10 Xidməti” publik hüquqi şəxsinin tabeliyinə verilmişdir. ... Balakən X3 İstismarı İdarəsinin “X10 Xidməti” publik hüquqi şəxsə göndərdiyi xx.xx.2024-cü il tarixli siyahıda İddiaçı işlə təmin olunması göstərilmişdir. Bu səbəbdən İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən 6 X7 İdarəsinin 495-K nömrəli əmri ilə xitam verilmişdir. 6 X7 İdarəsi “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin sturukturuna daxil olmadığından İddiaçı işlə təmin olunması Xidmətin səlahiyyətləri xaricindədir.
14. Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, müəssisə rəhbərliyi tərəfindən əmək müqaviləsi ləğv edilərkən törədilmiş hüquq pozuntusunun aradan qaldırılmayaraq əmək müqaviləsinin ləğvi barədə əmr ləğv edilmədiyindən inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərarda nəzərdə tutulan cərimə qüvvəyə minmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
15. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Su ehtiyatları Agentliyi “İri Şəhərlərin X12 Xidməti”nin 6 X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, 495-K nömrəli, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinin ləğv edilərək, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, məhkəmə və ilkin mediasiya sessiyasına görə ödənilmiş pulun və 5000 manat mənəvi təzminatın cavabdehdən tutularaq ona ödənilməsi, işəgötürənin qanunsuz hərəkətlərinə görə müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddianın əsaslarına görə, iddiaçı X5 təhsil almış və xx.xx.2011-ci ildə ona Dövlət Attestasiya Komissiyasının qərarı ilə ingilis dili ixtisası üzrə subbakalavr dərəcəsi verilmişdir. xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Balakən Sukanal İdarəsinə dispetçer vəzifəsinə qəbul olunmuş, xx.xx.2017-ci il tarixdə idarə rəisinin əmri ilə həmin idarənin “Müştərilərlə işin təşkili üzrə mühəndis” vəzifəsinə keçirilimişdir. xx.xx.2019-cu il tarixdə regional qurum yaradıldığından 6 saylı Regional Sukanal İdarəsi onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam vermiş, xx.xx.2019-cu həmin idarə ilə bağlanmış əmək müqaviləsinə əsasən X8 sahəsinə 8-ci dərəcə ilə “Müştərilərlə işin təşkili üzrə mühəndis” vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) əmək müqaviləsinə xitam vermiş, xx.xx.2019-cu il tarixdə 6 X7 İdarəsinin Balakən Sukanal sahəsi ilə bağlanmış müqaviləyə əsasən “8-ci dərəcə ilə müştərilərlə işin təşkili üzrə mühəndis” vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə analıq məzuniyyətinə çıxmış, dekabr 2024-cü il tarixdə iddiaçı analıq məzuniyyətin uzadılması məqsədilə X13 Sistemləri İstismarı İdarəsinə getdikdə ona bildirilmişdir ki, o artıq işdən azad olunmuşdur. 6 X7 İdarəsi ilə əlaqə saxladıqda məlum olmuşdur ki, şöbə rəisi Vüsal İsmayılovun xx.xx.2024-cü il tarixli, 495-k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) onunla əmək müqaviləsinə xitam verilmiş, əsas olaraq həmçinin ərizə göstərilmişdir. Əslində isə iddiaçı tərəfindən hər hansı ərizə yazılmamışdır. Həmçinin işdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmrlə tanış edilməmiş və ona əmək qanunvericliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Dəfələrlə tələb etdikdən sonra işdən çıxarılmağı barədə əmr, əmək kitabçası ona göndərilmişdir. Lakin əmrdə onun tərəfindən verilən və işdən çıxarılağı üçün əsas kimi göstərilmiş ərizə ilə tanış edilməyi barədə tələbi cavabsız qalmışdır. Qanunsuz olaraq işdən çıxarılmağı ilə bağlı xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə şikayət etmişdir. X6 Xidməti tərəfindən şikayəti araşdırılmış, xx.xx.2025-ci il tarixli cavab məktubunda “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxs tərəfindən təqdim edilən sənədlərdə inzibati xəta əlamətlərinin olması səbəbindən inzibati xəta haqqında iş üzrə icraat başlanıldığı, nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. İşəgötürənin bu addımı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə ziddir. Həmin normaya əsasən, hamilə və ya üç yaşına çatmamış uşağı olan qadınların əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi qadağandır. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qanunsuz işdən çıxarıldığına görə işə bərpa olunmalı, işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi (məcburi iş buraxma) orta aylıq əmək haqqını ödəməyə borcludur. Analıq məzuniyyəti dövründə əmək müqaviləsinin ləğv edilməyi ona psixoloji təsir göstərmişdir, mənəvi zərərə məruz qalmışdır.
b) iddiaya qarşı etiraz
17. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
a) məhkəmə icraat iştiakçılarının izahatları
18. Məhkəmə iclası barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər.
19. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi bildirmişdir ki, aparılmış struktur dəyişikliyinə əsasən keçmiş "xxxx" ASC-nin tabeliyində olan 6 X7 idarəsi “X14 Xidməti” pbulik hüquqi şəxsinin tabeliyinə verilmişdir. İddiaçı 6 X7 İdarəsinin Balakən Sukanal sahəsinin mühəndisi vəzifəsi üzrə çalışmışdır. Balakən Sukanal sahəsi hazırda “İri Şəhərlərin X12” publik hüquqi şəxsinin sturukturuna daxil olmadığından onların iddiaçını işə bərpa etmələri imkan xaricindədir. X15 Sistemlərinin İstismarı İdarəsinin “X16 Xidməti” publik hüquqi şəxsinə göndərdiyi xx.xx.2024-cü il tarixli siyahıda İddiaçı işlə təmin edilməsi göstərilmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 16.
1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; Maddə 68.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər;
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər;
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur;
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; Maddə 79.
1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır; Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
23. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı 2011-ci ildən etibarən "xxxx" ASC-də işləmiş, ASC-dəki sturuktur dəyişikliklərindən sonra “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsi 6 X7 idarəsində işini davam etdirmiş, “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 495-K nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.
24. İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən qismən ödənişli sosial məzuniyyətdə olmuş, əmək müqaviləsi də sosial məzuniyyətdə olduğu dövrdə - xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir.
25. İddiaçının əmək mübahisəsinin ləğv edilmə əsaslarının faktiki olaraq mövcud olmadığı dəqiq və mübahisəsizdir. Əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən - başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olması əsası ilə ləğv edilsə də, işçinin bu barədə yazılı razılığı, işdən azad edilmə barədə ərizəsi təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən birtərəfli qaydada ləğv edilməsi qaydalarını tənzimləyir, yəni bu əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün hər şeydən əvvəl işçinin özünün əmək müqaviləsinin ləğv edilməsi yönündə yazılı iradə ifadəsi mövcud olmalıdır.
26. Hazırkı halda isə belə bir yazılı sənəd mövcud deyil. İddiaçı əmək müqaviləsi ləğv edilərkən sosial məzuniyyətdə olduğundan əmək müqaviləsinin ləğv edildiyindən məlumatsız olduğunu, cavabdeh quruma heç bir ərizə yazmadığını, başqa işə götürənlə əmək münasibətinə girmədiyini bildirmişdir. Cavabdeh qurum isə hadisələrin bundan fərqli cərəyan etməsi, işçinin öz iradəsi ilə əmək müqaviləsinin ləğv edilməsi barədə nəinki, hər hansı sübut təqdim etmiş, bu faktı ümumiyyətlə təkzib etməmiş, məhkəmə sorğularına ümumi ifadələrlə cavab vermişdir.
27. Odur ki, mübahisələndirilən xx.xx.2025-ci il tarixli əmr anlaşılmaz, qanunsuz və əsassız olduğundan, cavabdeh qurum tərəfindən iddiaçıya münasibətdə kobud hüquq pozuntusuna yol verildiyindən, qurumun məsul şəxsi inzibati məsuliyyətə cəlb edildikdən sonra da iddiaçının hüquqlarının bərpası yönündə hər hansı addım atılmadığından ləğv edilməlidir.
28. Cavabdeh “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin iddia tələbinə münasibəti ondan ibarət olmuşdur ki, iddiaçının işlədiyi 6 X7 idarəsi Balakən sukanal sahəsi hazırda “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin sturukturuna daxil olmadığından onların iddiaçını işlə təmin etmələri mümkünsüzdür. Sturuktur dəyişikliyindən sonra Balakən X3 İstismarı İdarəsi yaradılmışdır və bu idarə “X10 Xidməti” publik hüquqi şəxsinin tabeliyinə verilmişdir. İşçini də işlə həmin idarə təmin etməlidir.
29. Məhkəmə qeyd edir ki, təsdiq edilmiş nizamnamələrlə su təchizatı sahəsində idarəçiliyi və müvafiq xidmətləri ölkənin iri şəhərlərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin, iri şəhərlər istisna olmaqla digər rayon və şəhərlərdə isə “X10 Xidməti” publik hüquqi şəxsinin həyata keçirdiyi təsdiq olunur.
30. Lakin, 6 X7 idarəsi Balakən sukanal sahəsinin ləğv olunması, nə də “X10 Xidməti” publik hüquqi şəxsinin tabeliyinə keçməsi iş materialları ilə öz təsdiqini tapmır. Balakən X3 İstismarı idarəsi hazırda mövcuddur və məhkəmə sorğusuna verilmiş cavabdeh Balakən sukanal sahəsi üzrə işçilərin onlar tərəfindən işə götürüldüyü bildirilmişdir. Lakin bu idarənin hüquqi müstəvidə 6 X7 idarəsi Balakən sukanal sahəsinin hüquqi varisi olduğu, sahənin balansının və işçi heyətinin ona keçdiyi təsdiq olunmur. Ümumiyyətlə, bu barədə hər hansı əmr, təsdiq edilmiş sturuktur dəyişikliyi və s. təqdim edilməmişdir.
31. “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin sturukturuna daxil olan Xidmətin aparatı və tabeli qurumların ştat vahidlərinin sayı əmrə 01 nömrəli əlavəyə uyğun təsdiq edilmiş, əlavədə qeyd olunan tabeli qurumların ştat cədvəllərinin hazırlanmasının və təsdiq üçün publik hüquqi şəxsin idarə heyətinin sədrinə təqdim edilməsinin təmin edilməsi əmr edilmişdir. Həmin əmrə 01 nömrəli əlavədən görünür ki, yeni sturukturda yalnız iri şəhərlərin Sukanal idarələri və bir neçə başqa idarə olmaqla sturuktur təsdiq edilmişdir.
32. Lakin, sturuktur təsdiq edildikdən sonra, xx.xx.2025-ci il tarixdə iddiaçının əmək müqaviləsi ləğv edilərkən əmri “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin 6 X7 idarəsi təsdiq etmişdir ki, bu da onu göstərir ki, X9 idarəsi “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsinin sturukturu və ştat vahidi təsdiq edildikdən sonra de fakto mövcud olmuşdur.
33. Yəni, işdəki mövcud sübutlarla cavabdehin iddiaçının işlə təmin edilməsinin mümkünsüzlüyü – iddiaçının əvvəl işlədiyi idarənin və ştat vahidinin hazırda “X10 Xidməti” publik hüquq şəxsin nəzdində olması barədə dəlili öz təsdiqini tapmır.
34. Lakin, bu faktın həqiqiliyi fərz olunsa belə, bu işçinin işə bərpa tələbininin təmin olunmaması ilə nəticələnə bilməz. İşçinin əmək müqaviləsini cavabdeh “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxs ləğv etmiş, bu zaman əsas nə müəssisənin ləğvi, nə də ştatların və ya işçilərin sayının ixtisarı olmuşdur.
35. Yuxarıda da qeyd edildiyi kimi, əmək müqavilənin ləğvi barədə əmrin faktiki əsaslarının mövcud olmadığı öz təsdiqini tapdığından, həmin əmrin ləğv edilməsi mütləqdir, işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi isə bunun məntiqi nəticəsidir.
36. Bu tələblər əsaslı olduğundan qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələb də təmin edilməlidir.
37. Mənəvi zərərinin əvəzinin tutulması hissəsində isə məhkəmə iddia tələbinin təmin olunmaması qənaətinə gəlir.
38. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.
39. Hazırkı işin halları baxımından cavabdehin iddiaçıya münasibətdə qanunsuz hərəkətləri öz təsdiqini tapsa da, mənəvi zərərinin əvəzinin tutulması üçün zəruri olan digər faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
40. Məhkəmə işəgötürənin qanunsuz hərəkətlərinə görə müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi barədə tələbə münasibətdə isə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında tərəflərin yalnız mülki məsuliyyəti məsələsi həll edilə bilər ki, hazırkı işin halları baxımından cavabdehin məsuliyyət daşımalı olduğu məsələlər müzakirə edilmişdir.
41. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsi 6 X7 idarəsinin xx.xx.2024-cü il tarixli, 455-K nömrəli əmri ləğv edilməli, İddiaçı “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsi 6 X7 idarəsində mühəndis vəzifəsinə işə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı ona ödənilməlidir.
42. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsi 6 X7 idarəsinin 25 dekabr 2024-cü il tarixli 455-K nömrəli əmri ləğv edilsin. İddiaçı “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi şəxsi 6 X7 idarəsi Balakən sukanal sahəsi üzrə Abonentlərlə iş qrupunun mühəndisi vəzifəsinə işə bərpa edilsin. 25 dekabr 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə