Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2520/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 nümayəndəsi və vəkili Nümayəndə1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh və X8 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh X4 qarşı “mənzilə istifadə hüququnun kompensasiya ilə əvəz edilməsi və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçıı mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 28.12.2002-ci il tarixdə, Bakı şəhəri, Səadət Sarayında 2231 saylı akt qeydi ilə bağlanmış nikahla ailə qurub. Onların bu nikahından 04.03.2004-cü il təvəllüdlü X9 adlı övladları dünyaya gəlib. Tərəflərin xasiyyətinin uyğunsuzluğu nəticəsində onlar arasındakı nikah Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli, № 2(004)-2876/2020 nömrəli qətnaməsi ilə pozulub və yetkinlik yaşına çatmayan uşaq ananın himayəsində saxlanılıb. Cavabdeh evləndiyi vaxtdan 2020-ci ilin əvvəllərinədək tərəflərin nikahından əvvəl əldə edilmiş və iddiaçının adına olan Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildə yaşayıb. Lakin 2020-ci ilin əvvəllərindən o, həmin mənzili tərk edib, Nizami rayonu ərazisində özünə məxsus olan mənzilə köçüb. Tərəflər arasındakı nikah da pozulduğu üçün cavabdeh artıq daimi olaraq özünə məxsus olan mənzildə yaşamağa başlayıb. Onun eyni zamanda, Gədəbəy rayonu, Zəhmət kəndində 4 otaqlı evi də var, o tez tez oraya baş çəkir, həftəsonlarını orada keçirir. Lakin, bu qeyd edilənlərə baxmayaraq, cavabdeh hələ də iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Bu hal iddiaçının öz mülkiyyət hüquqlarını sərbəst həyata keçirməyinə, bu əmlak barəsində sərəncam verməyinə mane olur. Odur ki, iddiaçı və cavabdeh arasında nikahın pozulduğu, cavabdehin 2020-ci ilin əvvəllərindən həmin mənzildə yaşamadığı şəraitdə onun sözügedən mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması zərurəti yaranıb. Lakin, tərəflər arasında ümumiyyətlə ünsiyyət olmadığı üçün, bu məsələnin məhkəmədənkənar qaydada həll edilməsi müşkülə çevrilib. Buna görə də, iddiaçı öz hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, məhkəmədən cavabdehlər Cavabdeh və X6 İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd etmişdir ki, ikinci cavabdeh kimi göstərilən X12 birinci Cavabdeh atasıdır və o da iddiaçının mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyatda imiş. Bu fakt ikinci məhkəmə baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yaşayış barədə yeni arayışdan sonra məlum olub. X12 üumiyyətlə heç vaxt iddiaçıya məxsus mənzildə yaşamayıb və ordan istifadə hüququ əldə etməyib. Əsas iddia ərizəsində də qeyd olunduğu kimi tərəflər arasında ailə münasibəti sona çatdığı üçün iddiaçının artıq cavabdehlərin heç biri ilə ailə bağı qalmayıb və onlar artıq qohum sayılmırlar. X12 həmişə öz oğluna məxsus olan Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən evə yaşayıb. Hər iki cavabdehin pasport qeydiyyatına düşməsi üçün heç vaxt iddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş razılıq verilməyib. Onlar həmin mənzildə yalnız ərazi üzrə mənzil istismar sahəsinin qeydiyyat jurnalında qeydiyyatdan keçməklə yeni şəxsiyyət vəsiqəsi almağa nail olublar. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 117 saylı ünvanda yerləşən evə istifadə hüquqlarının 30000 manat kompensasiya ödənilməklə əvəz edilməsi və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, X12 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət etmiş, məhkəmədən ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilərək Cavabdeh və X6 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 117 saylı ünvanda yerləşən evə istifadə hüquqlarının cəmi 30000 manat kompensasiya ödənilməklə əvəz edilməsi və ya Cavabdeh və X6 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 117 saylı ünvanda yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz ərizəsi ilə müraciət etmiş, ilkin iddia üzrə Cavabdeh və X8 qarşı Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 117 saylı ünvanda yerləşən evə istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə baxışında iddia tələbini müdafiə etmiş, məhkəmədən iddia tələbini təmin edilməsinə, qarşılıqlı iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmədən iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilərək Cavabdeh və X6 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 117 saylı ünvanda yerləşən evə istifadə hüquqlarının cəmi 30000 manat kompensasiya ödənilməklə əvəz edilməsi və ya Cavabdeh və X6 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 117 saylı ünvanda yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X12 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməli, ilkin iddia tələbi qalan hissədə, yəni “cavabdeh X6 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi” hissəsində rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzil ilkin iddia üzrə İddiaçı mülkiyyətindədir, Cavabdeh isə yaşamaq üçün başqa yaşayış yeri olduğu halda iddiaçıya məxsus mənzildə yaşaması iddiaçının ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək kimi hüquqlarının həyata keçirilməsinə maneə törədir. Həmçinin, cavabdehin hazırda şəxsi mülkiyyətində yaşayış sahəsi olduğundan iddiaçı tərəfindən kompensassiya verilmədən onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilə bilər. Eyni zamanda qeyd edilir ki, qeydiyyat istifadə hüququ yaratmır. İddiaçı, iddia ərizəsində istifadə hüququna xitam verilməsini xahiş etsə də, bu hüququn yaranması (ümumiyyətlə yaranıb-yaranmaması, yarandığı təqdirdə hansı tarixdən yaranması) və onun aradan qaldırılması üçün mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh X6 mənzilə istifadə hüququnun yaranması vaxtı müəyyən olunmadığından, istifadə hüququnun yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə mübahisəli hüquq münasibətinin yaranması vaxtını və buna uyğun tətbiq edilməli olan maddi hüquq normasını müəyyən edə bilmir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh X6 mənzildə qeydiyyatda olması onun həmin mənzilə istifadə hüququnun olmasını təsdiq edən hüquqi fakt kimi çıxış edə bilməz. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2876/2020 saylı iş üzrə 27.07.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında 28 dekabr 2002-ci il tarixdə, 2231 saylı akt qeydi ilə Səadət Sarayında bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan 08.02.2000-ci il tarixli “X15 X7 Mənzilin Texniki Pasportu”na əsasən görünür ki, X5 mənzilə şəxsi mülkiyyət hüququ vardır. İş materiallarında olan 13 sentyabr 2008-ci il tarixli, 257869 nömrəli müqaviləyə əsasən müəyyən olunur ki, Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh satılmışdır. İş materiallarında olan arayışa əsasən müəyyən edilir ki, Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən fərdi yaşayış evi 2008-ci il tarixdə tikilmişdir. 0.10 ha torpaq sahəsində yerləşir. 1 mərtəbəli, 4 otaqlı, 78.3 kv.m yaşayış, 39.1 kv.m köməkçi sahədən ibarətdir. İş materiallarında olan ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən müəyyən edilir ki, İddiaçı 30 iyul 2003-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında qeydiyyatdadır. Eyni sənədə əsasən, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında qeydiyyatda olan digər şəxslər sırasındadır. İş materiallarında olan ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən müəyyən edilir ki, X2 rayonu, Zəhmət kəndində anadan olmuş, 28 avqust 2004-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən görünür ki, Gədəbəy rayonu, Zəhmət kəndində Cavabdeh mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 78.3 kv.m yaşayış, 39.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabında qeydiyyata alınmışdır. 036583 nömrəli qeydiyyat vəsiqəsinə əsasən müəyyən edilir ki, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzil X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 19.04.2000-ci il tarixdə, 548 nömrəli reyestr kitabında qeydiyyat aparılmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında olan mənzil ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 mülkiyyətindədir. Cavabdeh qeyd olunan yaşayış sahəsindən istifadə hüququ yaranmış olsa da, o könüllü olaraq həmin yaşayış evindən köçməklə orada yaşamır, özünə daimi başqa yaşayış yeri seçmişdir. Cavabdeh uzun müddətdir iddiaçıya məxsus mənzildə yaşamasa da, orada pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun tam həyata keçirməsinə mane olur. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh daimi yaşamaq üçün başqa yerə getdiyindən və iddiaçıya məxsus yaşayış evində uzun müddətdir yaşamaması müəyyən edildiyindən, onun həmin yaşayış evindən əvvəllər mövcud olan istifadə hüququ itirilmişdir. Belə olan halda, Cavabdeh iddiaçının mülkiyyətində olan yaşayış evində pasport qeydiyyatının olması onun hüquqlarını məhdudlaşdırdığından məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh yaşayış evində qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında “yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ”na anlayış verilərək qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. Belə olan halda, cavabdeh X6 ilk iddia üzrə iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzildən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ əmələ gətirməsi nəzərdə tutulmamışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki cavabdeh X12 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamamışdır. İlkin iddia üzrə iddiaçı cavabdeh X6 həmin mənzildə yaşamadığını, formal olaraq qeydiyyata alındığını bildirir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona itirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh X6 mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla ilkin iddia üzrə iddiaçı X10 arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Cavabdeh sadəcə olaraq 2004-cı ildə həmin mənzilə qeydiyyata alınmışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh X6 ilkin iddia üzrə iddiaçıya məxsus mənzildən istifadə hüququ olmadığından, həmin hüquqa xitam verilməsi barədə verilmiş iddia tələbi təmin oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, X6 qeydiyyatda qalması ilkin iddia üzrə iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən X6 mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onun həmin mənzildən istifadə hüququnun olmaması qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh X6 ilkin iddia üzrə iddiaçı X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzilə istifadə hüququnun yaranmaması müəyyən olunduğuna görə, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. İlkin iddia qalan hissədə, yəni “cavabdeh X6 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi” hissəsində X6 həmin mənzildən istifadə hüququnun yaranmaması səbəbindən rədd edilsin. Bu X1 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qarşılıqlı iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2520/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2520/2021
08.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver