Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2524/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Ərizəçi Niyət qızının (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Niyət qızı (maraqlı şəxs qismində Bakı şəhəri Yasmal Rayon qeydiyyat şöbəsi cəlb edilməklə) “şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra, Ərizəçi Niyət qızının nümayəndəsi və vəkili Nümayəndə Halil oğlu ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, qohumluq münasibətləri müəyyən edilməsi xahiş edilən şəxslərin sənəddə göstərilən ata adları fərqli olduğundan həmin ada dair yazılışın düzəldilməsi məsələsi üzrə mübahisə inzibati məhkəməyə aiddir. Odur ki, ərizənin və ona əlavə edilmiş sənədləri baxılmadan geri qaytarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Yasmal Rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Məhkəmə ərizəni və mülki işin sənədlərini araşdırıb hesab edir ki, verilmiş ərizə təmin olunmalı, Ərizəçi Niyət qızının (maraqlı şəxs qismində Bakı şəhəri Yasmal Rayon qeydiyyat şöbəsi cəlb edilməklə) “şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin məhkəmə hesab edir ki, tələbin qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 100 manat dövlət rüsumu Ərizəçi Niyət qızına qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3, 170, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Ərizəçi Niyət qızının (maraqlı şəxs qismində Bakı şəhəri Yasmal Rayon qeydiyyat şöbəsi cəlb edilməklə) “şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi Niyət qızına qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2524/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2524/2023
30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver