Məhkəmə qərarları › İş №e-2(004)-2543/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2543/2024

01.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2543/2024 01.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “əmək müqaviləsinə xitam verilməsi və vəzifədən azad edilmə barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “əmək müqaviləsinə xitam verilməsi və vəzifədən azad edilmə barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 üzərinə İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi, həmçinin İddiaçı Cavabdeh2 MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsindən azad edilməsi barədə təsisçi qərarının verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 təsisçisi Cavabdeh1 xx.xx.2023cü il tarixli qərarı ilə Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilmişdi. Bununla bağlı xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağladı və həmin gündən işə başladı. 28 sentyabr 2023-cü il tarixində Cavabdeh2 MMC-nin təsisçisinə ərizə ilə müraciət edərək məni vəzifədən azad etməsini xahiş etdi. Lakin, təsisçi bunu etmədi və bununla bağlı əmr və yaxud təsisçi qərarı vermədi. Dəfələrlə müraciət etməyinə baxmayaraq, məlum olmayan səbəbdən onu işdən azad etmir. Danışıqlar yolu ilə məsələni həll etmək üçün Mediasiya təşkilatına müraciət etdilər. Lakin, cavabdeh mediasiyada iştirak etməkdən faktiki olaraq imtina etmişdir. Bundan başqa, onu da bildirdi ki, İddiaçı işdən azad edilməsinə dair təsisçinin qərarının Dövlət Vergi Xidmətinə təqdim etmək zərurəti yaranmışdır. İşdən azad edilməsi üçün 28 sentyabr 2023-cü il tarixində yazdığım ərizəyi nəzərə alaraq, demək olar ki, o artıq "xxxx" MMC-nin direktoru vəzifəsində işləmir. Buna baxmayaraq, təsisçi əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq müvafiq qərarı vermir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa onu da bildirdi ki, İddiaçı işdən azad edilməsinə dair təsisçinin qərarının Dövlət Vergi Xidmətinə təqdim etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 3-cü bəndinə əsasən heç kəs zorla işlədilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmçinin, Əmək Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Qeyd edilənlərə baxmayaraq, İddiaçı bu günə kimi əsassız olaraq təssisçi qərarını ala bilməyib. Bu səbəbdən onun hüquqları əhəmiyyətli dərəcədə pozulur və o, faktiki olaraq digər əmək fəaliyyəti ilə məşğul ola bilmir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər Cavabdeh2 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakşlarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC-nın 08 may 2023-cü i tarixli qərarı ilə Cəmiyyətin direktoru X2 tutduğu vəzifəsindən azad edilmişdir, Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik yeni Direktoru vəzifəsinə İddiaçı təyin edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış 10 may 2023-cü il tarixli Əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MMC-də Direktor vəzifəsinə işə qəbul edilmişdir. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə əsasən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışdan görünür ki, İMS-da İddiaçı iştirak etsə də, Cavabdeh1 və Cavabdeh2 iştirak etməmişdir. X1 Sistemindən görünür ki, İddiaçı Cavabdeh2ndə direktor vəzifəsində çalışır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa İşəgötürənlə əmək müqaviləsi bağladıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nın 08 may 2023-cü il tarixli qərarı ilə Cəmiyyətin direktoru X2 tutduğu vəzifəsindən azad edilmişdir, Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik yeni Direktoru vəzifəsinə İddiaçı təyin edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış 10 may 2023-cü il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" MMC-də Direktor vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı daha sonra MMC-yə ərizə müraciət edərək, vəzifəsindən azad olunmasına dair əmr verilməsini xahiş etmiş, lakin MMC iddiaçının əmək hüquqlarını kobud şəkildə pozaraq, əmrin verilməsindən imtina etmiş, hazırki vaxtadək elektron portalda 10 may 2023-cü il tarixli əmək müqaviləsi qüvvədədir. Əmək qanunverciliyinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə hesab edir ki, işçinin əmək hüquqlarının pozulması yolverilməzdir. Odur ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi vəzifəsi Cavabdeh2 üzərinə qoyulmalı; İddiaçı Cavabdeh2 MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsindən azad edilməsi barədə təsisçi tərəfindən qərar verilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi vəzifəsi Cavabdeh2 üzərinə qoyulsun. İddiaçı Cavabdeh2 MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsindən azad edilməsi barədə təsisçi tərəfindən qərar verilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar