Məhkəmə qərarları › İş №e-2(004)-2576/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2576/2024

10.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2576/2024 10.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı Təhsil Kompleksi MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Təhsil Kompleksi MMC-nin cavabdeh X2rşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Təhsil Kompleksi MMC cavabdeh X2rşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi zərərin əvəzi olaraq 10290 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh intensiv dil öyrətmə vəzifəsinə qəbul olunmuşdur. Müqavilə 30 İyun 2024-cü il tarixinə qədər olmaqla 9 ay 08 gün müddətinə bağlanılmışdır. xx.xx.2023-cü il tarixli cavabdehlə iddiaçı arasında olan əmək müqaviləsinə eyni tarixli əmək müqaviləsinə əlavə imzalanmışdır. Əmək müqaviləsinə əlavənin 11-ci maddəsinin 5ci bəndinə əsasən işçi işə götürəndən tərəfindən 2 il ərzində əmək müqaviləsinə xitam verərsə, işçi işəgötürənin işçinin peşə hazırlığının təşkili üçün çəkdiyi xərcləri işəgötürənə tam ödəməyə borcludur. Cavabdeh Yeni il münasibəti olan qeyri-iş günlərində bayram günlərini öz vətənində qeyd etmək adı ilə 2023-cü ilin Dekabr ayının sonlarında öz ölkəsinə, Cənubi Afrika Respublikasına getmiş, daha sonra isə Azərbaycana qayıtmamışdır və xx.xx.2024-cü il tarixində və ondan sonrakı tarixlərdə hər hansı üzrlü səbəb bildirmədən vəzifəsini icra etməmişdir. xx.xx.2024-cü il tarixli Əmrlə işçi ilə iddiaçı arasında olan Əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin bu cür məsuliyyətsiz davranışı, o cümlədən hər hansı əsas olmadan işdən ayrılması ilə İddiaçının Azərbaycan Respublikasının təhsil müəssisəsi kimi təmsil olunduğu beynəlxalq təhsil qurumlarında reytinqi və imicinə xələl gəlir, Azərbaycan təhsilinə fayda vermək üçün beynəlxaq müəllimlər iddiaçı təhsil müəssisəsində və ya digər təhsil müəssisəsində çalışmaq üçün ölkəyə gəlməkdən ehtiyat edir. Nəticədə cavabdeh kimi müəllimlərin məsuliyyətsiz davranışları ölkə təshilinin ümumi inkişafına mənfi təsir edir. Daha sonra işçinin özünə və onun CAR-da olan vəkilinə e-mail vasitəsilə işçinin xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əlavənin 11-ci maddəsinin 5-ci bəndinin tələblərini pozması və bunun nəticəsində işə götürənə zərər vurması barədə məlumat verildi. Cavabdehin peşə hazırlığının təşkili üçün iddiaçı tərəfindən mühüm məbləğdə vəsait xərclənmişdir. Belə ki, cavabdehin və onun iki övladının Azərbaycana gəlişi üçün təyyarə biletlərinə ümumilikdə 2154 manat, AR-sı Dövlət Miqrasiya Xidmətindən iş icazəsinin alınması üçün 1400 manat, müvəqqəti yaşayış hüququnun alınması üçün övladları ilə birgə ümumilikdə 280 manat, tibbi müayinə üçün 120 manat, o cümlədən cavabdehin təlimlərə cəlb edilməsinə və ixtisaslaşmasına 6336 manat (3000 GBP), ümumilikdə 10290 (on min iki yüz doxsan) manat xərclənmişdir. İşçinin müqavilədə nəzərdə tutulan müddətdə işəgötürənlə işləməsi nəticəsində işçiyə çəkilmiş xərclər artıq işəgötürən üçün maddi zərərdir və bu xərclər yeni müəllimin hazırlanması və Azərbaycana dəvət edilməsi üçün yenidən çəkilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Təhsil Kompleksi MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə mahiyyəti üzrə baxılaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X1 müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb göstərmədən heç bir məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Təhsil Kompleksi MMC ilə X5 Ntombikayise arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən X5 Ntombikayise intensiv dilöyrətmə üzrə müəllim vəzifəsinə qəbul olunmuşdur. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən AR Əmək Məcəlləsinin 47(ğ) maddəsinə əsasən 14 sentyabr 2023-cü il tarixdən 30 iyun 2024-cü il tarixədək 9 ay 8 gün müddətinə bağlanmışdır. Beynəlxalq işçilər üçün əmək müqaviləsinə əlavənin 11.5-ci bəndinə əsasən işçi peşəkar inkişafını başa vurduqdan sonra müqavilə üzrə öhdəliklərini yerinə yetirmirsə: işə başlamazsa, habelə peşə inkişafını başa vurduğu gündən iki il ərzində əmək münasibətlərinə xitam verərsə, işçi işəgötürənin işçinin peşə hazırlığının təşkili üçün çəkdiyi xərcləri işəgötürənə ödəməyə borcludur. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı Təhsil Kompleksi MMC tərəfindən X5 Ntombikayisenin təlimlərə cəlb edilməsinə və ixtisaslaşmasına görə “TİC recruitment & training” şirkətinə 3000 (GBP) funt sterlinq ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 14 sentyabr 2023-cü il tarixli ******* nömrəli iş icazəsindən görünür ki, xx xxxxxxxx 1969-cu il təvəllüdlü Cənubi Afrika Respublikasının vətəndaşı X5 Ntombikayiseye İddiaçı Təhsil Kompleksi MMC-də intensiv dil öyrətmə üzrə müəllim vəzifəsində işləməsi üçün 14 sentyabr 2024-cü il tarixədək icazə verilmişdir. İddiaçı Təhsil Kompleksi MMC-nin xx.xx.2024-cü il tarixli işçinin işə gəlməməsi barədə N-02 nömrəli aktından görünür ki, xx.xx.2023-cü il tarixdən etibarən Avropa Azərbaycan Məktəbində İntensiv dil öyrətmə üzrə müəllim vəzifəsində çalışan X5 Ntombikayise 08 yanvar tarixində üzrlü səbəb olmadan işə gəlməmiş və bu barədə rəhbərliyi məlumatlandırmamışdır. İddiaçı Təhsil Kompleksi MMC-nin xx.xx.2024-cü il tarixli işçinin işə gəlməməsi barədə N-03 nömrəli aktından görünür ki, xx.xx.2023-cü il tarixdən etibarən Avropa Azərbaycan Məktəbində İntensiv dil öyrətmə üzrə müəllim vəzifəsində çalışan X5 Ntombikayise 09 yanvar tarixində üzrlü səbəb olmadan işə gəlməmiş və bu barədə rəhbərliyi məlumatlandırmamışdır. İddiaçı Təhsil Kompleksi MMC-nin xx.xx.2024-cü il tarixli işçinin işə gəlməməsi barədə N-04 nömrəli aktından görünür ki, xx.xx.2023-cü il tarixdən etibarən Avropa Azərbaycan Məktəbində İntensiv dil öyrətmə üzrə müəllim vəzifəsində çalışan X5 Ntombikayise 10 yanvar tarixində üzrlü səbəb olmadan işə gəlməmiş və bu barədə rəhbərliyi məlumatlandırmamışdır. İddiaçı Təhsil Kompleksi MMC-nin xx.xx.2024-cü il tarixli X-024 nömrəli əmrinə əsasən xx.xx.2023-cü il tarixdən İntensiv dil öyrətmə üzrə müəllimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində tərtib olunmuş aktlar əsas götürülməklə tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi və istifadə etmədiyi əmək məzuniyyətinə görə 18, 14 təqvim günü üçün pul əvəzinin verilməsi əmr edilmişdir. İddiaçı Təhsil Kompleksi MMC-nin xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 Ntombikayisenin əmək müqaviləsi bildirişi ləğv edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, işəgötürən İddiaçı Təhsil Kompleksi MMC ilə işçi X5 Ntombikayise arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən intensiv dilöyrətmə üzrə müəllim vəzifəsinə qəbul olunmuşdur. Bununla birlikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 14 sentyabr 2023-cü il tarixli ******* nömrəli iş icazəsinə əsasən xx xxxxxxxx 1969-cu il təvəllüdlü Cənubi Afrika Respublikasının vətəndaşı X5 Ntombikayiseye İddiaçı Təhsil Kompleksi MMC-də intensiv dil öyrətmə üzrə müəllim vəzifəsində işləməsi üçün 14 sentyabr 2024-cü il tarixədək icazə verilmişdir. Daha sonra İddiaçı Təhsil Kompleksi MMC-nin xx.xx.2024-cü il tarixli X-024 nömrəli əmrinə əsasən xx.xx.2023-cü il tarixdən İntensiv dil öyrətmə üzrə müəllimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində tərtib olunmuş aktlar əsas götürülməklə tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əmr edilmişdir. Həmçinin iş materiallarından müəyyən edilmişdir ki, X5 Ntombikayisenin təlimlərə cəlb edilməsinə və ixtisaslaşmasına 3000 (GBP) funt sterlinq İddiaçı Təhsil Kompleksi MMC tərəfindən ödənilmişdir. Beynəlxalq işçilər üçün əmək müqaviləsinə əlavənin 11.5-ci bəndinə əsasən işçi peşəkar inkişafını başa vurduqdan sonra müqavilə üzrə öhdəliklərini yerinə yetirmirsə: işə başlamazsa, habelə peşə inkişafını başa vurduğu gündən iki il ərzində əmək münasibətlərinə xitam verərsə, işçi işəgötürənin işçinin peşə hazırlığının təşkili üçün çəkdiyi xərcləri işəgötürənə ödəməyə borcludur. Beləliklə, iş materialları ilə sübut olunur ki, tərəflər arasında müqavilə bağlanmış və iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş və bununla da əmək müqaviləsinə əlavənin 11-ci maddəsinin 5-ci bəndinin tələbləri pozulmuşdur. Hazırda iddiaçı cavabdehin və onun iki övladının Azərbaycana gəlişi üçün təyyarə biletlərinə ümumilikdə 2154 manat, AR-sı Dövlət Miqrasiya Xidmətindən iş icazəsinin alınması üçün 1400 manat, müvəqqəti yaşayış hüququnun alınması üçün övladları ilə birgə ümumilikdə 280 manat, tibbi müayinə üçün 120 manat, o cümlədən cavabdehin təlimlərə cəlb edilməsinə və ixtisaslaşmasına 6336 manat (3000 GBP), ümumilikdə 10290 (on min iki yüz doxsan) manat xərclənmiş vəsaitin cavahdedən tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn münasibətlər yarandığından, tələbin hüquqi əsasını da “beynəlxalq işçilər üçün tərəflər arasında bağlanmış əmək müqaviləsi” təşkil edir. Belə ki, iddiaçı cavabdehin və onun iki övladının Azərbaycana gəlişi üçün təyyarə biletlərinə ümumilikdə 2154 manat, AR Dövlət Miqrasiya Xidmətindən iş icazəsinin alınması üçün 1400 manat, müvəqqəti yaşayış hüququnun alınması üçün övladları ilə birgə ümumilikdə 280 manat, tibbi müayinə üçün 120 manat, o cümlədən cavabdehin təlimlərə cəlb edilməsinə və ixtisaslaşmasına 6336 manat (3000 GBP), ümumilikdə 10290 (on min iki yüz doxsan) manat xərclənmiş vəsaitin cavahdedən tutulmasını xahiş etsə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavənin 11.5-ci bəndinə əsasən işçi peşəkar inkişafını başa vurduqdan sonra müqavilə üzrə öhdəliklərini yerinə yetirmirsə: işə başlamazsa, habelə peşə inkişafını başa vurduğu gündən iki il ərzində əmək münasibətlərinə xitam verərsə, işçi işəgötürənin işçinin peşə hazırlığının təşkili üçün çəkdiyi xərcləri işəgötürənə ödəməyə borcludur. İşəgötürən müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, işçi öhdəliklərini yerinə yetirməmiş, işə gəlməmiş, bu səbəbdən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin təlimlərə cəlb edilməsinə və ixtisaslaşmasına 3000 GBP (funt sterlinq) ödənilməsi hissəsində təmin edilməli və cavabdeh X5 Ntombikayisedən 3000 funt sterlinq (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehin və onun iki övladının Azərbaycana gəlişi üçün təyyarə biletlərinə ümumilikdə 2154 manat, AR Dövlət Miqrasiya Xidmətindən iş icazəsinin alınması üçün 1400 manat, müvəqqəti yaşayış hüququnun alınması üçün övladları ilə birgə ümumilikdə 280 manat, tibbi müayinə üçün 120 manat ödənilməsi hissəsində məhkəmə hesab edir ki, müqavilədə bu xərclərlə bağlı hər hansı bənd nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbi bu hissədə əsassız olmaqla təmin edilməməlidir. Beləliklə, iddia tələbi qismən təmin edilməli və cavabdeh X5 Ntombikayisedən 3000 funt sterlinq (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir: a) işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir, b) işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır, c) işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X5 Ntombikayisedən 3000 (üç min) funt sterlinq (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar