Məhkəmə qərarları › İş №e-2(004)-2598/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2598/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2598/2022 20.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, İddiaçı Cavabdeh MMC-yə oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “zəmanət öhdəliyinin icra edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “zəmanət öhdəliyinin icra edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh MMC tərəfindən ona yeni “Kuppersberg2 NRB17761/T939B07 bronz markalı mikrodalğalı soba verilməsi və ya həmin cihazın hazırki bazar qiyməti ilə dəyərinin ödənilməsi, mənəvi zərərə görə 200 manat, həmçinin hüquqi yardım üçün ödənilmiş 111 manat xidmət haqqının Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdehə qarşı yönələn iddia tələbinin nədən ibarət olması konkret və aydın göstərilməmiş, iddia ərizəsində məhkəmədən xahiş dəqiq qeyd edilməmişdir. Belə ki, iddiaçı tələbində yeni əşyanın verilməsini və ya onun dəyərinin ödənilməsinin tələb etdiyini, həmçinin tələb edilən məbləği dəqiq göstərməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3.2.3-cü maddəsinə əsasən kiçik iddia ərizəsində iddiaçının tələbi və onun əsaslandığı hallar göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “zəmanət öhdəliyinin icra edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.5, 263, 264 və 284-2-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh MMC-yə oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “zəmanət öhdəliyinin icra edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xudayev Kərim

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar