Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-26/2025 11.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X19 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələ irəli sürən üçüncü şəxs X6 vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi mümkün olmadıqda, hərrac yolu ilə satılması, satışdan əldə edilən məbləğin paylara uyğun bölünməsi tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər İddiaçı və Cavabdeh qarşı kompensasiya tələbi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı və Cavabdeh qarşı kompensasiya tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi mümkün olmadıqda, hərrac yolu ilə satılması, satışdan əldə edilən məbləğin paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, 6 saylı evin 157 saylı mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin payçılar İddiaçı və Cavabdeh arasında paylarına mütənasib qaydada bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə dəqiqləşdirmə verərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, 6 saylı evin 157 saylı mənzilin payçılar İddiaçı və Cavabdeh arasında naturada bölünməsi, naturada bölgü mümkün olmadığı təqdirdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, 6 saylı evin 157 saylı mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin payçılar İddiaçı və Cavabdeh arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, 6 saylı evin 157 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* saylı Çıxarışa əsasən ½ hissədə onun (İddiaçı) və ½ hissədə Cavabdeh paylı mülkiyyətindədir. Həmin paylı mülkiyyətin satılmasına dair aralarında razılıq əldə edilməmişdir. Belə ki, tərəfindən iki dəfə təklif və bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən müraciətinə müsbət cavab alınmamışdır. Hər iki cavab süründürməçilik yönümlü olmuş və məqsəd onun paylı mülkiyyətimə olan hüquqlarının məhdudlaşdırılması xarakteri daşıyır. Bundan başqa məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, həmin mənzilin naturada bölünməsi mümkün deyil belə ki, binada yerləşir və onun bölünməsi gələcəkdə payın istifadəsini mümkünsüz edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər İddiaçı və Cavabdeh qarşı kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, 6 saylı evin 157 saylı mənzildə mövcud olunan istifadə hüququna 20.000 manat kompensasiyanın payçılar İddiaçı və Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın hərracdan satılaraq dəyərinin bərabər bölünməsi tələbi ilə Yasamal rayon Məhkəməsina müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, 6 saylı evin 157 saylı mənzilinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin payçılar X13 və Cavabdeh Hasan qızı arasında paylartına mütənasib qaydada bərabər bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iddia tələbləri X6 bilavasitə hüquqlarına toxunur. Belə ki, G.İsmayılova iddiaçının bacısı, cavabdehin isə qızı olmaqla, onun iddia edilən mənzilə istifadə hüququ vardır. O, həmin mənzildə doğulduğu vaxtdan qeydiyyatda olmaqla yaşayır. Mənzilin satılaraq tərəflər arasında bölünəcəyi halda, İsmayılovanın mənzilə olan istifadə hüquqları pozulmuş olacaqdır. Mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, 6 saylı evin 157 saylı mənzil tam təmirli, bütün kommunal səraitli 5 otaqdan ibarətdir. Eyni şəraitli, həmin ərazidə yerləşən mənzillərin kirayə qiymətləri təxminən aylıq 600 (altı yüz) manat təşkil edir. Bu məbləğ üç il üçün 21600 (iyirmi bir min altı yüz) manat təşkil edir. Hesab edir ki, X6 istifadə hüquqlarına görə 20000 (iyirmi min) kompensasiyanın G.İsmayılovanın xeyrinə cavabdehlərdən müştərək qaydada tutulması ədalətli olar. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı və Cavabdeh qarşı kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, payçılar İddiaçı və Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, 6 saylı evin 157 saylı mənzilə görə 30000 manat kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, 6 saylı evin 157 saylı mənzilin payçılar İddiaçı və Cavabdeh arasında naturada bölünməsi, narada bölgü mümkün olmadığı təqdirdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, 6 saylı evin 157 saylı mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin payçalar İddiaçı və Cavabdeh arasında paylarına mütənasib qaydada bərabər bölünməsi haqqında qətnamə çıxarılmasına dair e-2(004)- 181/2024 saylı mülki iş icraatdadır. Hazırkı iddia ərizəsi onun və övladlarının maraqlarına toxunur. Belə ki, o (X7) iddiaçının həyat yoldaşıdır və övladları mübahisə predmeti olan mənzilə istifadə hüquqları vardır. Həmin mənzilin hərracdan satılması və tərəflər arasında bölünməsi onun və övladlarının istifadə hüquqlarına xitam verilməsinə səbəb olacağını nəzərə alaraq ona 30000 (otuz min) kompensasiyanın verilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirdi ki, sözügedən mənzil atasına məxsus olmuşdur. Atasından bağışlama yolu ilə onun mülkiyyətinə keçmiş, daha sonra ½ hissəsini anasına bağışlamışdır. Hal-hazırda paylı mülkiyyətdədir. Daşınmaz əmlak birgə nikah dövründə əldə edilməmişdir. Uşaqlıqdan həmin mənzildə yaşamış, ailə həyatı qurduqdan sonra isə arvadı ilə birlikdə orada yaşamışdır. Yoldaşı iə birlikdə isə təxminən 10 il, 2017-2018-ci ilədək yaşamışdır. Daha sonra müəyyən səbəblərdən evi tərk etmişlər. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, daşınmaz əmlak üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətindədir, bu səbəbdən yalnız paylı mülkiyyətin iştirakçıları üçün qapalı hərracın keçirilməsinə etiraz etmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iddia tələbi qəbul etmərək bildirdi ki, iddia tələbini qəbul etmir, mənzilin bölünməsinə razı deyildir. Ailə münasibətlərinin nəzərə alınmasını xahiş edir. Üçüncü şəxslərə münasibət qeyd edir ki, X6 mənzildə istifadə hüququ vardır. Mənzil alındığı gündən həmin mənzildə qeydiyyatdadır və fasiləsiz olaraq orada yaşayır. X1 qeyd olunan mənzildə istifadə hüququ yoxdur. İşə qoşulması formal xarakter daşıyır. Kompensasiyasız istifadə hüququna xitam verilməsi barədə Konstitusiya Məhkəməsinin də müvafiq qərarı mövcuddur. Şəxs digər könüllü yaşayış yeri seçmişdirsə və ya arvadının (ərinin) adına daşınmaz əmlak vardırsa kompensasiyasız istifadə hüququna xitam verilə bilər. X7 barəsində bu şərtlər mövcuddur. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 vəkili Vəkil2 iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil4 iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin, mübahisə predmeti barəsində müstəqil tələ irəli sürən üçüncü şəxs X10 iddia tələbi qismən təmin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ ilə 1/2 hissədə İddiaçı,1/2 hissədə Cavabdeh mülkiyyətindədir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən müəyəyn edilir ki, İddiaçıünvan 1 ünvanında yerləşən mənzildə olan payını satmaq qərarını gəldiyini,mənzili 150.000 manata qiymətləndirdiyini, 75.000 manat 45 gün ərzində ona ödənilməsini təklif etmişdir. Cavabdeh İddiaçı tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişə 21.08.203-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, MM-nin 218-ci maddəsinə əsasən notariat orqanından məktub gəldiyi halda 45 gün ərzində buna dair münasibət bildirəcəyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı, Cavabdeh, X7, X10 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Qazax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqıqnda şəhadətnamədən müəyyən edilir ki, X12 ilə X9 arasında Qazax rayon qeydiyyat şöbəsində nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2008-ci ll tarixdə qeyd edilmişdir. Nikahdan sonra ərə İsmayılov , arvada İsmayılova soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/8127 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin payçılar arasında İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 2.2., 2,4 və 2.9 bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. X15 Mərkəzinin xx.xx.2024-cü il tarixli YDQM № 004-054/2024-MR nömrəli hesabatından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli bir otaqlı mənzilin hazırki dövrə olan kirayə haqqı 400 manat təşkil edir. X15 Mərkəzinin xx.xx.2025-ci il tarixli YDQM № 004-009/2025 nömrəli hesabatından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli beş otaqlı mənzilin hazırki dövrə olan kirayə haqqı 650 manat, bazar dəyəri isə 167000 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, 6 saylı evin 157 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* saylı Çıxarışa əsasən ½ hissədə onun (İddiaçı) və ½ hissədə Cavabdeh paylı mülkiyyətindədir. Həmin paylı mülkiyyətin satılmasına dair aralarında razılıq əldə edilməmişdir. İddiaçı mənzilin naturada bölünməsi, mümkün olmadığı təqdirdə hərracda satılaraq vəsaitin paylara uyğun olaraq bölünməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 mənzildə istifadə hüququnun olduğunu iddia edir və istifadə hüququna xitam veriləcəyi təqdirdə ona 21600 manat kompensasiya, X5 mənzildə onun və övladlarının istifadə hüququnun olduğunu iddia edərək 30000 manat kompensasiya tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Həmin qərardadın 18-ci bəndinə əsasən hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Həmin qərardadın 19-cu bəndinə əsasən qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Həmin qərardadın 25-ci bəndinə əsasən məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir. Həmin qərardadın 28-ci bəndinə əsasən bununla belə nəzərə alınmalıdır ki, qanunvericilikdə bu kateqoriya işlər üzə məcburi şəkildə mərhələli həll qaydası müəyyən edilmişdir. Həmin qərardadın 29-cu bəndinə əsasən Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Həmin qərardadın 30-cu bəndinə əsasən Bu iddialara baxılması zamanı mərhələli həll qaydasının müəyyən edilməsində məqsəd mülkiyyətçilərdən birinin (və ya bir neçəsinin) digər paylı mülkiyyətçiləri öz mülkiyyət hüquqlarından iradələrinə zidd şəkildə istədikləri vaxt istədikləri formada məhrum etmələrinə müəyyən məhdudiyyətlər qoymaqla, mülkiyyət hüququnun toxunulmazlığını qorumaqdan, həmçinin bütün mülkiyyətçilərin hüquqi mənafelərinin balanslı müdafiəsinə nail olmaqdan ibarətdir. Məhz bu məqsədlə qanunverici bu kateqoriyadan olan mübahisələrin həlli zamanı qanunla müəyyən edilmiş mərhələlərdən birini və ya bir neçəsini istisna etməklə, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqinin tələb edilməsini qadağan etmişdir. Bu baxımdan iddiaçının dispozitivlik prinsipindən çıxış edərək, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqini tələb etməsi iddianın rədd olunması üçün əsasdır. Həmin qərardadın 62-ci bəndinə əsasən Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Həmin qərardadın 63-ci bəndinə əsasən Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Həmin qərardadın 64-ci bəndinə əsasən Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Həmin qərardadın 65-ci bəndinə əsasən Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin qərardadın 66-ci bəndinə əsasən Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16-16/2-10/8127 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin payçılar arasında İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 2.2., 2,4 və 2.9 bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamışdır. Bu səbəbdən iddiaçıda mənzilin naturada bölgüsü mümkün olmadıqda digər mərhələ olan hərracda satılmasına razı olduğu üçün mənzil hərracda satılmalıdır. Göründüyü kimi paylı mülkiyyətdə olan mənzildə payın ayrılması deyil,bölünməsi tələb edildiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü və əşyanın məhkəmə qərarı ilə hərracdan satılması həyata keçirilə bilər. Tərəflər arasında mübahisənin barışıq yolu ilə həll edilməsi mümkün olmamış, iddiaçının kompensasiya təklifinə cavab verilməmişdir. Bu səbəbdən də növbəti mərhələyə keçid edilməli, ünvan 1 ünvanında yerləşən mənzil hərracda satılmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024cü il tarixli qərardadına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyətçiləri olan İddiaçı Cavabdeh üçün qapalı hərrac keçirilməlidir. Əgər mənzil hərracda paylı mülkiyyətçilər tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalıdır. Həmçinin X15 Mərkəzinin xx.xx.2025-ci il tarixli YDQM № 004-009/2025 nömrəli hesabatını nəzərə alaraq məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzil ilkin satış qiyməti (real bazar dəyəri) 167.000 (bir yüz altmış yeddi min) manat müəyyən edilməlidir. ünvan 1 ünvanında yerləşən mənzil hərracda satıldıqdan sonra əldə edilmiş vəsait payçıların paylara mütənasib olaraq aralarında bölünməlidir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, X6 ünvan 1 ünvanında yerləşən mənzildə istifadə hüququ vardır. Belə ki, X2 İsmayılovun bacısı, Sevil İsmayılovun isə qızıdır. Mənzil alındığı gündən qeyd olunan mənzildə qeydiyyatdadır və fasiləsiz olaraq yaşayır. Mülki Məcəllənin 228.2-ci maddsəinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Odur ki, qeyd edilən mənzil hərracda satıldığı təqdirdə X6 həmin mənzildə istifadə hüququ olduğundan ona kompensasiya verilməlidir. Həmin kompensasiya payçılar arasında bərabər şəkildə bölünməlidir. Həmçinin X15 Mərkəzinin xx.xx.2024-cü il tarixli YDQM № 004-054/2024-MR nömrəli hesabatı ilə ünvan 1 ünvanında yerləşən mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli bir otaqlı mənzilin hazırki dövrə olan kirayə haqqı 400 manat təşkil etdiyi müəyyən edildiyindən və Gülsüm İsmayılova həmin mənzilin bir otağında yaçadığından ümumi formalaşmış təcrübəyə əsasən 3 il yəni 36 ay nəzərə alınmaqla Gülsüm İsmayılovaya 36x400=14400 manat kompensasiya verilməlidir. Həmin kompensasiyanın 7200 manatı İddiaçı, 7200 manatı isə Cavabdeh tutulmalıdır. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbinə münasibətdə qeyd edir ki, iddia təmin edilməməlidir. Belə ki, X3 mübahisəli mənzildə istifadə hüququ mövcud deyildir. Onun qeyd olunan mənzildə qeydiyyatda olması istifadə hüququnun mövcud olması demək deyildir. Mənzildə qeydiyyat yalnız şəxs çatımlılığı təmin etmək üçündür. Belə ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı ümumi mövqeyə əsasən kompensasiyasız da istifadə hüququna xitam verilə bilər. Vüsalə İsmayılova qeyd edilən mənzildə yaşamır, yaşamaq üçün başqa mənzil seçmişdir. Həmçinin İddiaçıla hal-hazırda nikahdadır, İddiaçı onun əridir. İddiaçı adına daşınmaz əmlakın olması Vüsalə İsmayılovaya kompensasiya verilmədən də istifadə hüququna xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X11 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzil ilkin satış qiyməti (real bazar dəyəri) 167.000 (bir yüz altmış yeddi min) manat müəyyən edilməklə, qapalı hərracda satılmalı, mənzil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait payçılar İddiaçı 1/2 hissədə, Cavabdeh ½ hissədə paylarına uyğun bölünməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 idda tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzil hərracda satıldıqdan sonra 14400 (on dörd min dörd yüz) manat məbləğinin yarısı, 7200 (yeddi min iki yüz) manat İddiaçı, 7200 (yeddi min iki yüz) manat Cavabdeh tutularaq X8 ödənilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 idda tələbi qalan hissədə təmin edilməməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil ilkin satış qiyməti (real bazar dəyəri) 167.000 (bir yüz altmış yeddi min) manat müəyyən edilməklə, qapalı hərracda satılsın. Mənzil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracda satılsın. Satışdan əldə edilən vəsait payçılar İddiaçı 1/2 hissədə, Cavabdeh ½ hissədə paylarına uyğun bölünsün. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 idda tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil hərracda satıldıqdan sonra 14400 (on dörd min dörd yüz) manat məbləğinin yarısı, 7200 (yeddi min iki yüz) manat İddiaçı, 7200 (yeddi min iki yüz) manat Cavabdeh tutularaq X8 ödənilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddia tələbi qalan hissədə təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-26/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-26/2025
11.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver