Məhkəmə qərarları › İş №e-2(004)-2600/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2600/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2600/2023 05.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" X1 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Mənzil Tikinti Kooperativi cəlb edilməklə Cavabdeh qarşı kommunal xidmət haqqı borcunun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X3 Cavabdeh qarşı kommunal xidmət haqqı borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2023-сü il tarixinə kimi kоmmunаl xidmət haqqı qismində уаrаnan 19.985,66 manat bоrсun, iddia ərizəsinə görə ödənilmiş 149,95 mаnаt məbləğində dövlət rüsumunun, cəmi 20.1З5,61 manat pul vəsaitinin Cavabdeh tutularaq "Хəzər Мənzil Servis" МММ-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 89 ünvanda yerləşən yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilib və 2008-ci ilin yanvar ayından sakinlərin istifadəsinə verilib. xx.xx.2009-cu il tarixli Müqavilə ilə "xxxx" MTK binanın idarəçiliyini (kommunal xidmətlərin göstərilməsini) "xxxx" MMM-nə həvalə edib. Sözügedən yaşayış binası xx.xx.2009-cu ildən etibarən bu günə qədər "xxxx" MMMnin idarəçiliyindədir. Buna dair Xidmətlərin göstərilməsinə görə yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə bildirişlər göndərilmiş, onlardan bir qismi ilə "xxxx" MMM arasında kommunal xidmət müqavilələri bağlanılmışdır. Buna baxmayaraq, həm xidmət müqaviləsi olan, həm də olmayan mülkiyyət sahibləri üzərinə düşən kommunal xidmət haqlarını ödəyirlər. Cavabdeh xx.xx.2007-ci il tarixində "xxxx" MTK ilə müqavilə bağlayaraq, yaşayış binasının 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 196,4 kv.m. olan 55 saylı mənzili almışdır. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış müqavilənin 3.2 bəndinin “b” yarımbəndinə əsasən mülkiyyətçi mənzilinə, eləcə də ümumi istifadəli sahədən onun payına düşən hissəyə görə proporsional olaraq binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal, istismar və xidmət xərclərini vaxtı-vaxtında ödəməyi öhdəsinə götürür. Lakin, araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh yanvar 2010-cu il tarixindən etibarən kommunal xidmət haqlarını ödəməmiş, nəticədə yanvar 2010-aprel 2023 dövrü üçün (160 ay) 19.985,66 manat məbləğində borcu yaranmışdır. İş üzrə Cavabdeh müxtəlif tarixlərdə yazılı ərizələr ilə məhkəməyə müraciət edərək iddia tələbinin qanunsuz və əsasssız olduğundan, iddiaçı tərəfindən hesablanmış borc məbləği üzrə iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini, mülki işə onun iştirakı olmadan baxmağı xahiş etmişdir. Həmçinin məhkəmənin təşəbbüsü ilə "xxxx" Mənzil Tikinti Kooperativi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi məhkəməyə ərizə ilə bildirmişdir ki, Cavabdeh ilə "xxxx" MTK arasında imzalanan xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531 ünvanda inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahəsi 196,4 kv.m olan, 4 otaqlı, 55 saylı mənzil ona ayrılmışdır. Qeyd olunan mənzil Cavabdeh istifadəsinə verilməklə onun tərəfindən təmir işləri aparılmışdır. Lakin Cavabdeh tərəfindən 10 ildən artıq müddətdir istifadəsində olan ümumi sahəsi 196,4 kv.m, 4 otaqlı mənzil üzrə kommunal xidmət haqqı ödənilmir. Halbuki, o, müqavilə bağlamaqla öhdəlik götürmüşdür. Göstərilənləri nəzərə almaqla "xxxx" MMM-in haqlı iddia ərizəsinin təmin etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" X1 nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, "xxxx" MTK-nın idarə heyətinin təşəbbüsü ilə növbədənkənar çağırılmış ümumi yığıncağının xx.xx.2009-cu il tarixli qərarına və Cəmiyyətlə "xxxx" MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 89 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarəedilməsi və istismarı iddiaçıya həvalə edilmişdir. Həmçinin payçılarla MTK arasında bağlanmış müqavilələrin 3.2-ci bəndinə əsasən onlar öhdəlik götürmüşdür ki, binanın tikintisi başa çatdıqdan sonra bina “Kooperativin” balansına alınan tarixdən etibarən payçıya ayrılmış mənzilin və binanın ümumi sahəsindən onun payına düşən hissəsinə proporsional olaraq binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal, istismar və xidməti xərcləri vaxtlıvaxtında ödəyəcəkdir. Cavabdeh isə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 89 ünvanında yerləşən mənzilin sahibidir, mənzil cavabdehə kooperativ tərəfindən 2008-ci ilin yanvar ayından təhvil verilmiş və onun tərəfindən tam şəkildə təmir edilmişdir. Onda olan məlumata görə cavabdeh mənzildə faktiki olaraq hazıradək yaşamamışdır. Cavabdehin onun sahibliyində olan mənzildə yaşamamasına baxmayaraq mənzilin yerləşdiyi ümumi binanın saxlanması üçün idarəedici müəssisə olaraq iddiaçı tərəfindən müəyyən vəsait sərf edilir ki, həmin vəsait bütün mənzil sahibləri tərəfindən ödənilməlidir. İddiaçı tərəfindən binanın saxlanılması ilə bağlı sərf xərclərə həmçinin personalın əmək haqqı, binanın avadanlıqlarının istismarının amortizasiya xərcləri, müəyyən vergi ödəmələri və sair də daxildir. Binanın saxlanılması üçün göstərilən xidmət haqları isə hər payçıya münasibətdə onların sahibliyində olan mənzilin sahəsinə mütənasib şəkildə bölünür və hər bir payçıyla Cəmiyyət arasında fərdi qaydada xidmət müqaviləsi bağlanılır. Baxmayaraq ki, əvvəllər idarəedən şirkət olaraq iddiaçı ilə cavabdeh arasında kommunal xərclərlə bağlı müqavilə mövcud olmuşdur. Lakin sonradan cavabdeh müqavilə bağlamaqdan imtina etmişdir. Hazırda 10 ildən artıq müddətdir ki, cavabdeh iddiaçıya kommunal xidmət haqqını ödəmir. Qeyd edir ki, 2010-cu ildə Tarif Şurası kommunal xidmətlərlə bağlı qiymətlərə dəyişiklik etdikdən sonra binadakı bütün mənzil sahiblərinə tarifin dəyişdirilməsi ilə bağlı tərtib edilmiş yeni müqavilələr və bildirişlər poçt vasitəsi ilə göndərilmişdir. Həmçinin Cavabdeh yeni müqavilə forması və bildirişlər göndərilmişdir. Lakin 2017-ci ildən sonra Cavabdeh yeni tarif qiymətləri ilə müqavilə bağlamaqdan və kommunal xidmət haqqını ödəməkdən imtina etmişdir. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir, 1 mart 2010-cu il tarixdən 2017-ci ilədək hər mənzilin 1 (bir) kvadrat metrinə görə xidmət haqqı ödəniş 80 (səksən) qəpikdən hesablanmışdır. Cavabdehə münasibətdə isə borc onun mənzildə yaşamamaqla istilikdən sistemi, su təchizatı və bəzi gündəlik xidmətlərdən istifadə etməməsi nəzərə alınmaqla hesablanmış, ona münasibətdə kommunal xərclər 56 (əlli altı) qəpikdən hesablanmışdır. "xxxx" X1 işçilərinin əmək haqqı isə mənzilin hər kv.m-nə görə 0.03 qəpik belə hesablanır. Ümumilikdə cavabdehə münasibətdə 2010-cu ildən etibarən kommunal xidmət haqqı ona məxsus mənzilin sahəsinə görə 117 (yüz on yeddi) manatdan hesablanmışdır. Cavabdeh həmin mənzildə yaşamadığı üçün binanın cari istismar xərcləri, qaz və elektrik enerjisi ilə bağlı ödənişlər borc hesablanarkən ondan tələb edilməmişdir. Hesab edir ki, Cavabdeh müqaviləni imzalamasa belə, onun mənzil qanunvericiliyinin tələbinə əsasən, o cümlədən payçı olaraq kooperativlə bağlanmış müqaviləyə əsasən binanın saxlanılması üçün kommunal xidmətin göstərilməsinə görə haqqı ödəmək öhdəlikləri var. Eyni zamanda binadakı mənzil payçıları tərəfindən binanın idarə edilməsi ilə bağlı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmamış, buna görə də kooperativ tərəfindən ümumi yığıncağın qərarı ilə binanın idarə edilməsi iddiaçıya həvalə edilmişdir. Hazırda isə binada yerləşən ümumilikdə 60 mənzil sahiblərindən 45-50-si iddiaçı tərəfindən göstərilən xidmətdən razı qalmaqla fərdi qaydada müqavilələr bağlamışlar. Hətta qeyd etdiyi kimi Cavabdeh da əvvəllər müqavilə bağlamış sonradan isə əsassız bəhanələrlə müqavilə bağlamaqdan imtina etmişdir. Göründüyü kimi bina sakinlərinin çoxluq təşkil edən əksər hissəsi binanın iddiaçı tərəfindən idarə edilməsinə razılıq vermişdir. Göstərilənlərlə yanaşı iddiaçının nümayəndəsi cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçı ixtisaslamış şirkət olaraq bir neçə yaşayış binasının saxlanılmasında iştirak etməklə 800-dən artıq mənzilə xidmət göstərir. Bundan başqa Cavabdeh kimi həmin binalarda yaşayan 50-60 nəfər mənzil sahibi kommunal xidmət haqqını ödəməkdən imtina edir. Hətta onlar arasında kimisi mənzildə yaşamır, kimisi isə mənzildə yaşasa da kommunal xidmət haqlarını ödəməkdən imtina edirlər. Onlar belə olan hallarda sakinlərlə daha yumşaq davranmağa çalışır və danışıqlar yolu ilə mübahisəni həll etməyə çalışırlar. Hazıradək Cavabdehla yaranan mübahisə ilə bağlı danışıqlar aparmağa cəhd göstərmiş, ona kommunal xidmətə görə yaranan borcla ilə əlaqədar pul tələbinə dair bildirişlər göndərilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eləcə də hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ ümumi binanın saxlanma xərci ilə bağlıdır. Həmin məbləğin yalnız cəmi 10 faizi “Xəzər Mənzil Servis" X1 kommersiya təşkilatı olaraq mənfəəti hesab edilir. Onların başqa qazancı isə yoxdur, qalan məbləğlər binaya aid xərclərdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini və kommunal xidmət haqqı borcunun müqavilə bağlandığı 2010-cu ildən hesablanaraq cavabdehdən tutulub “Xəzər Mənzil Servis" X1 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, həmçinin cavabdehin işə onun iştirakı olmadan baxılması barədə ərizəsi olduğundan məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsində iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etməklə yanaşı müraciətində bildirmişdir ki, "xxxx" MTK ilə payçı kimi onun arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən qeyd olunan mənzilin tam dəyəri onun tərəfindən ödənilməklə alınmış və MTK-nın eyni tarixli maliyyə arayışdan müəyyən edilir ki, onun mənzilə görə borcu qalmamışdır. Bundan başqa iddia tələbinin mahiyyəti üzrə bildirir ki, MTK tərəfindən ona ünvanlanmış bildirişdə qeyd edilmişdir ki, 01.09.208-ci il tarixdən etibarən binanın inşası bitir, mənzillər istismata verilir və mənzillər üçün bütün kommunal xərclər həmin tarixdən hesablanacaqdır. O, MTK tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli qaiməyə əsasən onun tərəfindən 2 ədəd su sayğacı üçün 144 manat, 1 ədəd elektrik sayğacı üçün 200 manat, 1 ədəd qaz sayğacı üçün – 300 manat, 1 ədəd qazın kəsilməsi cihazı üçün 180 manat, domofon xətti üçün 80 manat, 2008-ci ilin sentyabr və oktyabr ayları üçün, yəni iki aylıq kommunal xərcləri haqqı kimi 302,46 manat olmaqla, cəmi 1206 manat pul məbləğini MTK-ya ödəmişdir. Bundan sonra o, MTK tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli qaiməyə əsasən 2008-ci ilin noyabr və dekabr ayları üzrə iki aylıq kommunal xərcləri haqqı kimi 302,46 manat, xx.xx.2009-cu il tarixli qaiməyə əsasən 2009-cu ilin yanvar ayı üzrə kommunal xərcləri haqqı kimi 151 manat, xx.xx.2009-cu il tarixli qaiməyə əsasən 2009-cu ilin fevral ayı üzrə kommunal xərcləri haqqı kimi 151 manat, xx.xx.2009-ci il tarixli qaiməyə əsasən 2009-cu ilin mart və aprel ayları üzrə iki aylıq kommunal xərcləri haqqı kimi 302,46 manat, xx.xx.2009-cu il tarixli qaiməyə əsasən 2009-cu ilin may ayı üzrə kommunal xərcləri haqqı kimi 151 manat, xx.xx.2009-cu il tarixli qaiməyə əsasən 2009-cu ilin iyun və iyul ayları üzrə iki aylıq kommunal xərcləri haqqı kimi 302,46 manat, xx.xx.2009-ci il tarixli qaiməyə əsasən 2009-ci ilin avqust və senyabr ayları üzrə iki aylıq kommunal xərcləri haqqı kimi 200 manat Kooperativə ödənilmişdir. Daha sonra “Sifarişçi” adıyla onunla icraçı “Xəzər Mənzil Servis" X3 arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Mənzil-kommunal xidməti haqqında Müqavilə”yə əsasən “Sifarişçi”nin tapşırığı ilə “İcraçı” olaraq iddiaçı öz üzərinə ona məxsus mənzilin yerləşdiyi binadan istifadə ilə bağlı istismar, mənzil-kommunal xidmətlərin göstərilməsi həyatyanı sahənin yaşıllaşdırılması, abad saxlanılması və mühafizəsi öhdəliyini götürmüşdür. Həmin müqavilə ilə o, “Sifarişçi” olaraq öz üzərinə hər ay biri tarixindən gec olmayaraq 157,12 manat məbləği İcraçıya ödəməyi cavabdehə ödəməyə dair öhdəlik götürmüşdür. Həmçinin onunla Cəmiyyət arasında həmin müqavilənin 4.4-cü bəndinə əsasən müqavilənin müddəti bitdikdə, əgər tərəflərdən heç biri bu müqavilənin ləğv edilməsini bildirməsə, müqavilə əvvəlki şərtlərlə həmin müddətə uzadılmış hesab edilir, 4.5-ci bəndinə əsasən müqavilənin bir tərəfli qaydada ləğv edilməsinə yol verilmir, 4.6-cı bəndinə əsasən tərəflərin mübahisələri və fikir ayrılıqları qanunvericiliklə nəzərdə tutulan qaydada həll edilir, 6-cı bəndinə əsasən müqavilə hər tərəfdə bir nüsxə olmaqla eyni qüvvəyə malik iki nüsxədə tərtib edilməklə bir il müddətə etibarlıdır, 7-ci bəndinə əsasən müqaviləyə əlavə dəyişiklik və əlavələr tərəflər arasında razılaşdırılır və müqaviləyə əlavə kimi rəsmiləşdirilir. Həmçinin “Xəzər Mənzil Servis" X3 tərəfindən tərtib edilərək təsdiq edilmiş “Yasamal rayonu, Qurqaşınlı 89 saylı bina üzrə sakinlərə göstərilən xidmət və ümumi istifadədə olan sahələrin istismar xərclərinin Hesabatı”na əsasən MİS-0,14 AZN, liftə xidmət-0,022 AZN, qazanxana – 0,3 AZN, məişət tullantıları -0,023 AZN, xadimə-0,03 AZN, mühafizə-0,07 AZN, avadanlıq və kommunikasiyaların cari təmiri cə saxlanması – 0,06 AZN, binanın cari təmiri-0,022, binanın əsaslı təmiri-0,08 təmiri, torpaq vergisi-0,02 AZN, ümumi istifadədə olan sahələrdə elektrik enerjisinin dəyəri-0,033 AZN, cəmi 0,8 AZN (mənzilin 1 (bir) kv.metri üçün 80 (səksən) qəpik) müəyyən edilmişdir. Xəzər Mənzil Servis" X3 tərəfindən verilmiş xx.xx.2009-cü il tarixli maliyyə arayışına əsasən 2009-cu ilin sentyabr ayına kommunal xərcləri üçün 114,24 AZN ödənilmiş və qalıq borcu yoxdur, xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən 2009-cu ilin oktyabr ayı üçün 157,12 AZN, xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən 2009-cu ilin noyabr ayı üçün 157,12 AZN ödənilmişdir. Daha sonra mənzil mülkiyyətçisi kimi onun tərəfindən “Xəzər Mənzil Servis" X2 ünvanlanmış xx.xx.2009-cu il tarixli müraciətində hər ay tərəfindən 157,12 AZN ödənilməsinə baxmayaraq istismar xərclərinin qanunvericiliklə müəyyən edilmiş tarixlərə uyğun olmaması və artıq ödənilmiş vəsaitin geri qaytarılması və ya əvəzləşdirilməsini xahiş etmişdir. Bundan sonra “Xəzər Mənzil Servis" X3 tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən 2009-cu ilin dekabr ayı üzrə kommunal xərclər üçün 120 AZN, xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən 2010-cu ilin fevral və mart ayları üzrə kommunal xərclər üçün 240 AZN, xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən 2010cu ilin aprel ayı üzrə kommunal xərclər üçün 120 AZN ödənilmiş və qalıq borcu qalmamışdır. “Xəzər Mənzil Servis" X3 tərəfindən ona ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubla ona bildirilmişdir ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixə kimi ona göstərilən kommunal xidmətə görə 7384,64 AZN borcu yaranıb və ondan borcun xx.xx.2014-cü il tarixədək ödənilməsi tələb edilmiş, əks halda kommunal xidmətin dayandırılacağı və ya məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. O, isə xx.xx.2014-cü il tarixli məktubu ilə kommunal xidmətlər üzrə və hansı qiymətlərə əsasən müəyyənləşdirilməsi barədə müfəssəl cavab verilməsini cavabdehdən xahiş etmişdir. Beləliklə qeyd edilmişdir ki, onun 2009-cu ilin dekabr ayından 2010-cu ilin aprel ayının sonuna kimi müddət üçün hər ay ödənilməli olan 120 manat məbləğində olan yaşayış sahəsinin saxlanılması və kommunal xidmət haqqına görə qalıq borcu qalmamışdır. Həmin maliyyə arayışları isə onu təsdiq edir ki, cavabdehlə onun arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin 3.2-ci bəndi dəyişdirilərək mənzilə görə kommunal xidmət haqqının 120 manat müəyyən edilməsi razılaşdırılmışdır. Hazırda isə iddiaçı ondan 2010-cu ilin yanvar ayının əvvəlindən 2023-cü ilin aprel ayının sonuna kimi olan dövr üçün, yəni 160 aylıq müddət üçün 19.985,66 AZN kommunal borcun ödənilməsini tələb edir. Belə olan halda deməli cavabdeh bir ay üçün 124,91 AZN hesablamış olur. Göründüyü kimi düzgün olaraq borc məbləği hesablanmamışdır. Bundan başqa Müəssisə tərəfindən ona xx.xx.2014-cü il tarixdə bildiriş göndərilməsinə baxmayaraq, həminn bildiriş əsasında onun müraciətinə cavabdeh tərəfindən cavabdeh verilməmiş, həmin vaxtdan isə borcun tələb edilməsi üçün üç illik iddia müddəti keçmişdir. Odur ki, iddia müddəti tətbiq edilərək tələbin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin iddia tələbinə dair yazılı mülahizələrini nəzərə alıb, iş materiallarını araşdırıb, iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, ünvan 3 ünvanında yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 16-cı mərtəbəsində yerləşən 196.4 m2 təşkil edən 4 otaqlı 55 saylı mənzili “Payçı”- Cavabdeh təhvil verməyi, sonuncu isə binanın tikintisi başa çatdıqdan sonra mənzili qəbul etməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən qeyd edilən binaya ünvan 4 ünvanı verilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinin “b” və “c” yarımbəndlərinə əsasən tikintisi başa çatdıqdan sonra tikiləcək bina Kooperativin balansına alınan tarixdən etibarən payçı mənzilin, eləcə də binanın ümumi sahəsindən onun payına düşən hissəsinə proporsional olaraq, binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal, istismar və xidməti xərclərinin vaxtı-vaxtında ödənilməsini, eyni zamanda öz payına düşən hissəsinə proporsional olaraq binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisə ilə müqavilə bağlamağı öhdəsinə götürür. Həmin müqavilənin 4-cü bəndinə əsasən layihə üzrə göstərilən ərazidə yeni yaşayış binasının tikintisinə xx.xx.2004-cü il tarixdə başlamaq və 2008-ci ilin birinci rübündə başa çatdırmaq nəzərdə tutulmuşdur. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 196.4 m2 təşkil edən 4 otaqlı 55 saylı mənzilin dəyəri “Payçı”- Cavabdeh tərəfindən tam şəkildə ödənilmiş və borcu yoxdur. - Cavabdeh sübut olaraq məhkəməyə təqdim etdiyi "xxxx" MTK tərəfindən ona ünvanlanmış bildirişin surətindən müəyyən olunur ki, MTK ünvan 5 ünvanında inşa edilən yaşayış binasının inşası xx.xx.2008-ci il tarixdən başa çatdığından mənzillərin istismara veriləcəyi və mənzillər üçün bütün kommunal xərclərin xx.xx.2008-ci il tarixdən hesablanacağı barədə Cavabdeh xəbərdar edilmişdir. Poçt zərfindən isə müəyyən edilir ki, həmin bildiriş ona xx.xx.2008-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli, 21 nömrəli qaimənin surətinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 89, 55 saylı mənzil ilə bağlı Cavabdeh tərəfindən müqavilə əsasında sentyabr və oktyabr ayları üçün cəmi 302,46 manat kommunal xərci olmaqla, 2 ədəd su sayğacı, 1 ədəd elektrik sayğacı, 1 ədəd qaz sayğacı, 1 ədəd qazın kəsilməsi cihazı, 1 ədəd domofon xətti üçün ümumilikdə 1206,46 manat məbləğində vəsaitini MTK-ya ödəmişdir. Daha sonra xx.xx.2008-ci il tarixli 35 nömrəli, xx.xx.2009-cu il tarixli 02 nömrəli, xx.xx.2009-cu il tarixli 28 nömrəli, xx.xx.2009-cü il tarixli 92 nömrəli, xx.xx.2009-cu il tarixli 122 nömrəli, xx.xx.2009-cu il tarixli 168 nömrəli qaimələrdən müəyyən edilir ki, Cavabdeh tərəfindən 2008-cilin dekabr ayından 2009-cu ilin iyul ayınadək kommunal xərcləri ilə bağlı hər ay 151 manat, 2009-cu ilin avqust-sentyabr ayları üzrə isə cəmi 200 manat pul vəsaitini MTK-ya ödəmişdir. - "xxxx" Mənzil Tikinti Kooperativinin İdarə Heyətinin sədrinin təşəbbüsü ilə növbədənkənar çağırılmış ümumi yığıncağının xx.xx.2009-cu il tarixli protokoluna əsasən müəyyən edilir ki, səsvermə yolu ilə "xxxx" MTK-nın idarəçiliyində olan ünvan 3də yerləşən çoxmərtəbəli yaşayış binasının idarə edilməsi və istismarı "xxxx" MMM-nə tapşırılması qərara alınmışdır. -“Xəzər Mənzil Servis" X3 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2009-cu il tarixli Müqavilə ilə müəyyən edilir ki, Bakı Şəhər İH-nin 45 saylı, xx.xx.2004-cü il tarixli sərəncamına əsasən "xxxx" MTK tərəfindən layihələşdirilməsi və tikintisi həyata keçirilmiş ünvan 6 ünvanında çoxmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi və binanın idarəçiliyi “Xəzər Mənzil Servis" MMM-ə həvalə edilmişdir. - “Xəzər Mənzil Servis" MMM ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2009-cu il tarixli “Mənzil-kommunal xidməti haqqında” müqavilədən görünür ki, “Xəzər Mənzil Servis" MMM ünvan 7 ünvanında yerləşən mənzilin və yerləşdiyi binadan istifadə ilə bağlı istismar, mənzil-kommunal xidmətlərinin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanılması və mühafizə etməyi, mənzil sahibi (sifarişçi) isə icraçı (“Xəzər Mənzil Servis" MMM) tərəfindən yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqlarını hər ay 157.12 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Xəzər Mənzil Servis" MMM-in tərtib etdiyi “bina üzrə sakinlərə göstərilən xidmət və ümumi istifadədə olan sahələrin istismar xərclərinin hesabatı”ndan müəyyən edilir ki, kommunal xərclər mənzilin 1 m2 sahəsinə görə 0,8 AZN-dən hesablanmışdır. - “Xəzər Mənzil Servis" MMM tərəfindən tərtib edilmiş 28 sentyabr 2009-cu il, 21 oktyabr 2009-cu il, 04 noyabr 2009-cu il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh tərəfindən kommunal xərclər üçün hər ay 120 manat məbləğində pul vəsaiti “Xəzər Mənzil Servis" X2 ödənilmişdir. Cavabdeh tərəfindən MMM-nə ünvanlanmış xx.xx.2009-cu il tarixli müraciətdən müəyyən edilir ki, o, 157 manat komunal xərcin qanunvericiliyin tələbinə zidd olmasını əsas gətirərək artıq ödənilmiş vəsaitin geri qaytarılmasını, yaxud əvəzləşdirilməsini xahiş etmişdir. Bundan sonra “Xəzər Mənzil Servis" MMM tərəfindən tərtib edilmiş 16 dekabr 2009cu il, 06 yanvar 2010-cu il, 03 mart 2010-cu il, 20 may 2010-cu il tarixli maliyyə arayışlarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 89, 55 saylı mənzilə görə Cavabdeh tərəfindən kommunal xərclər üçün müvafiq olaraq 2009-cu ilin dekabr ayından 2010-cu ilin aprel ayınadək olan dövr üzrə hər ay 120 manat məbləğində pul vəsaiti “Xəzər Mənzil Servis" X2 ödənilmişdir. - icraçı qismində “Xəzər Mənzil Servis" MMM ilə sifarişçi qismində Cavabdeh arasında bağlanmış 01 mart 2010-cu il tarixli “Mənzil-kommunal xidməti haqqında” müqavilədən görünür ki, “Xəzər Mənzil Servis" MMM ünvan 7 ünvanında yerləşən mənzilin və yerləşdiyi binadan istifadə ilə bağlı istismarı, mənzil-kommunal xidmətlərinin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanılması və mühafizəsini təmin etməyi, mənzil sahibi (sifarişçi) isə icraçı tərəfindən yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqlarını hər ay 117.84 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh sübut olaraq məhkəməyə təqdim etdiyi Xəzər Mənzil Servis" MMM-in ona ünvanlanmış M-24/04 nömrəli, 09 aprel 2014-cü il tarixli məktubundan müəyyən edilir ki, o, 01 aprel 2014-cü il tarixə kimi kommunal xidmətə görə 7.384 manat borcunun yaranması barədə xəbərdar edilmiş və xx.xx.2014-cü il tarixədək borc ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Poçt zərfindən isə müəyyən edilir ki, həmin bildiriş ona xx.xx.2014-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. Cavabdeh MMM-ə ünvanlanmış 26 aprel 2014-cü il tarixli müraciətindən isə görünür ki, o, 09 aprel 2014-cü il tarixli məktubda qeyd edilmiş 7384 manat borcun hansı kommunal xidmətlər üzrə və hansı qiymətlərə əsasən müəyyənləşdirilməsi barədə məlumatın verilməsini tələb etmişdir. Poçt qəbzindən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdə rəsmi qaydada göndərilmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2017-ci ilin aprel ayı üçün bağlanması nəzərdə tutulmuş müqavilə layihəsindən görünür ki, “Xəzər Mənzil Servis" MMM tərəfindən ünvan 9 ünvanında yerləşən mənzilin və yerləşdiyi binadan istifadə ilə bağlı istismar, mənzil-kommunal xidmətlərinin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanılması və mühafizəsi xidmətləri üçün mənzil sahibi Cavabdeh yay aylarında hər ay 196.4 manat, qış aylarında hər ay 225.85 manat ödəməyi təklif etmişlər. Lakin qeyd edilən müqavilə Cavabdeh və Xəzər Mənzil Servis" MMM tərəfindən imzalanmamışdır. Poçt qəbzindən müəyyən edilir ki, müqavilə və müqavilənin bağlanması ilə bağlı bildiriş xx.xx.2017-ci il tarixdə Cavabdeh rəsmi qaydada göndərilmişdir. -İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabatdan müəyyən edilir ki, cavabdehə məxsus ümumi sahəsi 196,4 m2 təşkil edən mənzil üçün 2010-2016-cı illərin yanvar-dekabr ayları üzrə 1 kv.m-ə görə 0,56 AZN olmaqla, aylıq 109,984 AZN-dən, 2017ci ilin yanvar ayından 2023-cü ilin aprel ayınadək olan dövr üzrə 1 kv.m-ə görə 0,72 AZN olmaqla, aylıq 141,408 AZN-dən olmaqla cəmi 19.985,66 manat borc hesablanmışdır. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2007-ci il tarixdə Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış müqaviləyə əsasən ünvan 3 ünvanında yaşayış binasında yerləşən 196.4 kv.m təşkil edən 4 otaqlı 55 saylı mənzilin dəyəri (hazırda ünvan 9) Cavabdeh tərəfindən tam ödənilməklə əldə edilmiş və onun hazırda mənzilin dəyəri ilə bağlı borcu qalmamışdır. Daha sonra Bisütun” MTK-nın idarəçiliyində olan ünvan 3də yerləşən çoxmərtəbəli yaşayış binasının idarə edilməsi və istismarı ümumi yığıncağın qərarına, eləcə də xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMM-ə tapşırılmış, Cavabdeh isə "xxxx" MMM ilə müqavilə bağlayaraq mənzilin kommunal xidmətləri və digər xidmətlərin həyata keçirilməsini "xxxx" MMM-ə həvalə etmiş, eyni zamanda bunun qarşılığında kommunal xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda mənzil Cavabdeh istifadəsindədir və həmin yaşayış binasının idarəetməsi "xxxx" MMM-in səlahiyyətidir. Həmçinin müəyyən edilir ki, cavabdehə "xxxx" MTK mənzil xx.xx.2008-ci il tarixdən rəsmi qaydada təhvil verilməklə, həmin tarixdən kommunal xərclərin hesablanacağı barədə xəbərdar edilmişdir. Hətta buna dair cavabdeh özü xəbərnamə təqdim edərək xx.xx.2008-ci il tarixdə ona çatdırılmasını təsdiq etmişdir. Hətta iddiaçının məhkəməyə təqdim etdiyi müvafiq qaimələrdən müəyyən edilir ki, o, xx.xx.2008-ci il tarixdən 2009-cu ilin sentyabr ayınadək müxtəlif məbləğlərdə (157-120 manat aralığında) kommunal xərclərlə bağlı MTK-ya ödənişlər etmişdir. 2009-cu ilin sentyabr-2010-cu ilin aprel ayınadək isə o, binanın idarəçiliyini həyata keçirən iddiaçı "xxxx" MMM ilə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli kommunal xidmət haqqında müqaviləyə əsasən 120 manat ödəniş etmişdir. Sonuncu dəfə iddiaçı ilə cavabdeh arasında 01 mart 2010-cu il tarixli “Mənzil-kommunal xidməti haqqında” müqavilə bağlanmış və həmin müqavilə ilə kommunal xərclərin dəyəri 117,84 (yüz on yeddi manat səksən dörd qəpik) manat razılaşdırılmışdır. 2010-cu ilin aprel ayından isə cavabdeh tərəfindən kommunal xərclərlə bağlı hazıradək ödəniş həyata keçirilməmişdir. Hazırda isə iddiaçı cavabdehlə bağlanmış “Mənzil–kommunal xidməti haqqında” müqaviləyə istinad edərək, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 89, 55 saylı mənzilin saxlanmasına görə 2010-cu ilin yanvar ayından 2023-cü ilin aprel ayınadək yaranmış 19.985,66 manat məbləğində kommunal xidmət haqqı borcu, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbinə etiraz verərək iddia tələbinin qanunsuz və əsasssız hesab edilərək iddia müddəti ötürüldüyündən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Xəzər Mənzil Servis" MMM ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2009-cu il tarixli mənzil–kommunal xidməti haqqında müqavilə ilə cavabdeh (sifarişçi) iddiaçı (icraçı) tərəfindən yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqlarını hər ay 157.12 manat ödəməyi öhdəsinə götürmüşdür. 01 mart 2010-cu il tarixli mənzil–kommunal xidməti haqqında digər müqavilədən isə görünür ki, cavabdeh (sifarişçi) iddiaçı (icraçı) tərəfindən yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqlarını hər ay 117.84 manat ödəməyi öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 01 mart 2010-cu il tarixli “Mənzil–kommunal xidməti haqqında” müqaviləyə əsasən öhdəlik münasibətləri yaranmışdır. Bununla yanaşı, Cavabdeh tərəfindən “Xəzər Mənzil Servis" MMM-ə ünvanlanmış məktublardan, onun məhkəməyə ünvanlanmış ərizələrinin məzmunundan və sübut olaraq məhkəməyə təqdim etdiyi kommunal xərclərə görə ödəmiş olduğu maliyyə arayışlarından müəyyən edilir ki, Cavabdeh kommunal xərclərin bir hissəsini “Xəzər Mənzil Servis" MMMə ödədiyini etiraf edir. Bu halda cavabdeh kommunal ödənişləri etməklə dolayısı ilə binanın idarəçiliyini iddiaçı tərəfindən həyata keçirilməsini bəyəndiyini və xidmətin dəyərini iddiaçı ilə aralarında bağlanmış müqavilə əsasında razılaşdırıldığını, onlar arasında öhdəlik münasibətləriinin mövcud olmasını qəbul etmişdir. Eyni zamanda cavabdehin iddiaçıya yazmış olduğu 13 noyabr 2009-cu il tarixli məktubdan və kommunal xərclərə görə ödəmiş olduğu maliyyə arayışlarından isə müəyyən edilir ki, cavabdeh 2008-ci ilin sonundan başlayaraq mənzilə görə kommunal xidmətlər üzrə ödəniş etmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh mənzili 2008-ci ildə artıq təhvil almışdır. Belə ki, Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan – yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 01 mart 2010-cu il tarixli “Mənzil– kommunal xidməti haqqında” müqavilə ilə mənzil sahibi (sifarişçi) icraçı (“Xəzər Mənzil Servis" MMM) tərəfindən yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqlarını hər ay 117.84 manat olmaqla ödəməyi öhdəsinə götürdüyü müəyyən edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin xidmət üzrə yaranmış borcun 2010-cu ilin may ayından etibarən tam olaraq ödənilməsi müəyyən edilmədiyindən iddiaçı cavabdehə qarşı kommunal ödənişləri üzrə yaranmış borcun ödənilməsini həmin vaxtdan tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi borcun tutulması hissəsində əsaslı olsa da, işin hallarından müəyyən edilir ki, iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət eədərk iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı ilə Cavabdeh arasında kommunal xidmətlərin göstərilməsinə dair müqavilə xx.xx.2010-cu ildə bağlanmışdır. İddiaçı isə 2023-cü ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Müqavilənin bağlanmasından və müqavilə üzrə xidmətlərin göstərilməsindən 13 il keçmiş, cavabdeh tərəfindən borcla bağlı sonuncu dəfə 2010-cu ildə aprel ayı üzrə ödəniş edilmiş, bu müddət ərzində iddiaçı tərəfindən borcla bağlı cavabdehə sonuncu dəfə 2014-cu ildə bildiriş göndərilməsinə baxmayaraq borcun ondan tutulması ilə bağlı hər hansı tədbir görülməmişdir. Ona görə də ötən müddət borcun cavabdehdən tutulması ilə bağlı iddia qaldırmaq üçün ağlabatan hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə üç illik iddia müddəti tətbiq edilir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin ötürülməsi zamanı müvafiq ərizə əsasında məhkəmə tərəfindən öhdəlik münasibətlərindən irəli gələn tələbə iddia müddəti tətbiq edilməlidir. Hazırkı halda isə tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin müddəti 12 ay müəyyən edilməklə müddəti xx.xx.2011-ci ildə bitmişdir. Bununla yanaşı həmin müqavilənin 4.4-cü bəndinə əsasən tərəflər müqavilənin müddəti bitdiyi zaman onlardan heç birinin müqavilənin ləğv edilməsinə təşəbbüs göstərmədiyi halda müqavilənin əvvəlki şərtlərlə və qaydada uzadılması barədə razılığa gəlmişlər. Beləliklə, müqavilənin müddəti bitdikdən sonra tərəflər müqavilənin ləğv edilməsinə hər hansı təşəbbüs göstərmədiyindən, müqavilə hər dəfə eyni eyni qaydada və müddətə - 1 il müddətinə uzadılmışdır. Göründüyü kimi, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri davam etsə də, hazırkı halda bu münasibətlər vaxtaşırı icra edilməli olan öhdəliklərə dayanır. Bu halda iddiaçı cavabdehə qarşı həmin münasibətlərdən irəli gələn tələb hüququnu icra etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən, qanunvericiliyin tələbinə əsasən məhkəməyə ərizə ilə müraciət etdiyi tarixədək 3 il ərzində yaranmış münasibətlərdən irəli gələn mübahisələrə dair hissədə iddia əsaslıdır. Beləliklə, iddiaçı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, 2020-ci ilin aprel ayından, 2023-cü ilin may ayına qədər olan tarixə, yəni həmin tarixədək (xx.xx.2023-cü il) son üç ilə münasibətdə müqavilə ilə razılaşdırılmış məbləğdə kommunal haqqı - hər ay 117.84 manat hesablanmaqla (117.84x36 (3 il=36 ay) =4242,24) Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə kommunal xidmət haqqı borcu 4242,24 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin məcəllənin 135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan və 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 62,42 (altmış iki manat qırx iki qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh kommunal xidmət haqqı qismində yaranan borcun əvəzi olaraq 4242,24 (dörd min iki yüz qırx iki manat iyirmi dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 62,42 (altmış iki manat qırx iki qəpik) manat məbləğində pul iddiaçı "xxxx" X1 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh kommunal xidmət haqqı qismində yaranan borcun əvəzi olaraq 4242,24 (dörd min iki yüz qırx iki manat iyirmi dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 62,42 (altmış iki manat qırx iki qəpik) manat məbləğində pul iddiaçı "xxxx" X1 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar