Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2627/2024 22.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh MTK nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin hazırkı dəyərinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilə təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK-nın Bakı şəhəri Yasamal rayonu Məmməd Rəhim küçəsi 539-cu məhəllədə inşa etdiyi yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 115,7 kv.m olan 32 nömrəli mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Həzahir oğlu xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh MTK-nın ərazisində yerləşən Bakı şəhəri Yasamal rayonu Məmməd Rəhim küçəsi 539-cu məhəllədə yerləşən 2 otaqlı, ümumi sahəsi 115,7 kv.m olan 32 nömrəli mənzilin dəyəri kimi 254.540 manat kompensasiyanın Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK-nın Bakı şəhəri Yasamal rayonu Məmməd Rəhim küçəsi 539-cu məhəllədə yerləşən binanın 12-ci mərtəbəsində yerləşən və ona məxsus olan 35 nömrəli mənzili həmin binada yerləşən 32 saylı mənzil ilə dəyişmişdir. xx.xx.2007-ci il tarixdə İddiaçı ilə yuxarıda qeyd olunan binanın 11-ci mərtəbəsində yerləşən 2 otaqlı 115,7 kv.m sahəsi olan mənzilə müqavilə bağlanmış və xx.xx.2007-ci il tarixli BBX № 207329 nömrəli kassa mədaxil orderi verilmiş, mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Lakin, İddiaçı 32 saylı mənzil ayrılmamış və o, Cavabdeh MTK-da mənzillə təmin edilməmişdir. Bunun səbəbi barədə məlumat almaq üçün dəfələrlə Cavabdeh MTK-ya müraciət etmişlər. Lakin, cavabdeh tərəfindən bu günə qədər onlara heç bir məlumat verilməmiş və məktublar cavabsız qoyulmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın Bakı şəhəri Yasamal rayonu Məmməd Rəhim küçəsi 539-cu məhəllədə yerləşən binasından mənzillə təmin olunmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etmədiyinə görə İddiaçı həmin mənzilin kompensasiyasını Cavabdeh MTK-dan tələb edir. Mənzilin sahəsi 115.7 kv.m-dir və bir kvadratmetrin qiyməti 2200 manatdan ümumi kompensasiya məbləğ 254.540 manat edir. Həmçinin, əlavə edir ki, 254540 manat kompensasiya tələbi üçün dövlət rüsumu 545 manatdır. İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir və yerdə qalan 445 manat dövlət rüsumu da ödəyərək qəbzi qoşma şəklində sənədlərə əlavə etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Cavabdeh MTK-nın ərazisində, Bakı şəhəri Yasamal rayonu Məmməd Rəhim küçəsi, 539-cu məhəllədə yerləşən, 2 otaqlı 115,7 kv.m sahəsi olan mənzilin dəyəri kimi 254.540 manat kompensasiyanın iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclası təyin edilmiş saatda Baş Prokurorluqda istintaqda olacağından məhkəmə iclasında iştirak edə bilməyəcək. Məhkəmə iclasın başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Həmçinin iddiaçı özü məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Həzahir oğlu xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək, İddiaçı Cavabdeh MTK-nın Bakı şəhəri Yasamal rayonu Məmməd Rəhim küçəsi 539-cu məhəllədə yerləşən binadan mənzillə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Həzahir oğlunun xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini qəbul etmir, çünki Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə yol verilmir. Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə verdiyi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizəsinə mahiyyəti üzrə baxır və qərar qəbul edir. Çünki, Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh MTK nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiqinə dair verdiyi xx.xx.2024-cü il tarixli ərizəsini müdafiə etdi, iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılmasını tələb etdi və izahatında bildirdi ki, iddiaçı X5 cavabdehlər Cavabdeh MTK-ya və X2 qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1797/2023 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmin mülki iş hakim Kərim Xudayevin icraatında olmuşdur. Məhkəmə iclasında X7 izahatında bildirmişdir ki, onun Cavabdeh MTK-nin inşa etdiyi yaşayış binasının 11-ci mərtəbəsində 4 otaqlı (33 nömrəli mənzil) və 2 otaqlı (32 nömrəli mənzil) mənzilləri olmuşdur. Ondan bir mərtəbə yuxarı eyni mənzillər yəni 4 otağının (36 nömrəli mənzil) və 2 otaqlı (35 nömrəli) mənzil Allahverdi Məmmədovun olub. Təmir etdiyindən əvvəl Allahverdi Məmmədov ondan xahiş etmişdir ki, öz mənzillərini onun mənzilləri ilə dəyişsin. O, bu təklifə razılıq vermiş və öz mənzillərini ona vermişdir. Bu danışıqlar 2015-ci ildə olmuşdur. X1 verilən mənzilləri təmir etmiş və bu günə kimi yaşayır. Onun sərəncamına keçən mənzillərdən, yəni 2 otaqlı olan 35 nömrəli və 4 otaqlı 36 mənzillərdən 4 otaqlı mənzili satmışdır. Amma 2 otaqlı mənzili satdığı halda müəyyən olunmuşdur ki, Cavabdeh MTK-nın sədri Nəcəfov Elşad bu mənzili ikinci dəfə başqa adama satmışdır. Allahverdi Məmmədov 4 otaqlı 36 nömrəli və 2 otaqlı 35 nömrəli mənzilləri də birbaşa Elşad Nəcəfov satmışdır. Elşadla danışarkən onun niyə belə vəziyyət yarandı sualına lazımi cavab almamışdır. İki otaqlı 35 nömrəli mənzili iki nəfərə satışını Elşad Nəcəfov etiraz etmir. Yuxarıdakı deyilənləri nəzərə alaraq hesab edir ki, iki otaqlı 35 nömrəli mənzil, ya 32 nömrəli mənzil qanunvericiliyə uyğun ona qaytarılmalıdır. Halbuki əvvəlki məhkəmə iclasında o, öz ifadəsində mənzilin dəyərinin ödənilmədiyini, mənzilin daxili bölgüyə əsasən ona verildiyini, kassa mədaxil qəbzinin formal olaraq tərtib edildiyini bildirmişdir. İddiaçının təqdim etdiyi kassa mədaxil qəbzində, müqavilələrdə kooperativin sədri Elşad Nəcəfovun imzası yoxdur. 2011-ci ildə Rauf Rzayev MTK-nın möhürünü əldə etmiş, idarəetməni özünün həyata keçirəcəyini bildirmişdir. MTK-nın sədri Elşad Nəcəfov buna etiraz etməmiş, lakin sədrlikdən azad olunmasını xahiş etmişdir. 2011-2016-cı illərdə MTK-nın möhürünün iddiaçı Rauf Rzayevdə olduğu müddətdə mənzillərin bir neçə şəxsə satılması məlum olmuşdur. Bundan sonra, kooperativin sədri Elşad Nəcəfov məhkəməyə möhürün, künc ştampının və digər hüquqi sənədlərin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, möhür itdiyindən, yeni möhür çıxarılmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqavilədə Cavabdeh MTK-nın sədri Elşad Nəcəfovun və İddiaçı imzaları yoxdur. Müqaviləyə möhürü Elşad Nəcəfov vurmamışdır. Müqavilə imzalanmadığına görə Cavabdeh MTK-nın İddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. İddiaçı Cavabdeh MTK-ya mənzil satmamışdır. İddiaçı mənzil almaq üçün Cavabdeh MTK-ya pul ödəməmişdir. Mülki iş müqavilə öhdəliklərindən irəli gələn münasibətdir və burada iddia müddəti ötürülmüşdür. İddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid X7 ifadə verərək bildirmişdir ki, o, 2004-cü ildə Elşad Nəcəfovla birlikdə 180.000 manata Bakı şəhəri Yasamal rayonu Məmməd Rəhim küçəsi 539-cu məhəllədə yerləşən 0,40 ha torpaq sahəsi olan avtoservisi almışlar. Elşad Nəcəfov tanışı Ramiz Məmmədovla birlikdə həmin torpaq sahəsində yüksəkmərtəbəli yaşayış binası tikmək istəyirdi. Ramiz Məmmədov da bu torpaq sahəsinə bitişik olan 0,10 ha torpaq sahəsi almışdır. Ümumi sahəsi 0,50 ha torpaq sahəsində Ramiz Məmmədov bina tikirdi, Elşad Nəcəfov isə nəzarət edirdi. Razılaşmaya əsasən 25000 kv.m sahəsi olan bina tikilməli, bu binanın 10000 kv.m satılmalı və binanın tikinti xərclərini ödəməli, qalan 15000 kv.m sahə isə onun, Elşadın və Ramizin arasında bölünməli idi. O, tikintiyə heç bir vəsait xərcləməmiş, torpaq sahəsini vermişdir. Binadakı satışa getməyən mənzillər onların arasında bölünmüşdür. İddiaçı Elşad Nəcəfov onun sürücüsü olmuşdur. Elşad ona bildirmişdir ki, Cavabdeh MTK-dan mənzil almaq istəyir. Elşadın 20.000 manata yaxın vəsaiti olmuşdur. O, Elşadın Cavabdeh MTK-dan mənzil alması üçün Azəriqazbanka tapşırmışdır ki, Elşada 100.000 manat kredit versin. Həmin vaxt mənzilin bir kv.mnin dəyəri 1.000 manat olmuşdur. Elşadın almaq istədiyi Bakı şəhəri Yasamal rayonu Məmməd Rəhim küçəsi, 539-cu məhəllədə yerləşən, 2 otaqlı 115,7 kv.m sahəsi olan 32 nömrəli mənzilin dəyəri 120.000 manat olmuşdur. Bölgü zamanı 32 nömrəli mənzil onun payına düşən mənzil olmuşdur. MTK-dan ona bildirmişlər ki, Elşən 32 nömrəli mənzili bəyənib. O, 32 nömrəli mənzilin Elşada satılmasına və əvəzində ona MTK-nın satışda olan başqa bir mənzil verilməsinə razı olmuşdur. Elşadın adına xx.xx.2007-ci ildə müqavilə yazılıb verilmişdir. Sonradan 35 nömrəli mənzilin sahibi Allahverdi Məmmədov öz mənzilini 32 nömrəli mənzillə dəyişdirməyi ona təklif etmişdir. Həmin vaxt MTK-nın möhürü onda olmuşdur. O, Elşənə məxsus olan 32 nömrəli mənzilə dair Allahverdi Məmmədovun arvadı X3 adına xx.xx.2016-cı il tarixli müqavilə yazmış və MTK-nın sədri kimi müqaviləni imzalamışdır. O, rəsmi olaraq MTK-nın sədri olmamış və Elşənin mənzilinə dair müqavilə bağlamağa onun etibarnaməsi olmamışdır. O, 32 nömrəli mənzili Nailə Məmmədovanın adına keçirsə də, 35 nömrəli mənzili Elşənin adına keçirtməmişdir. Bundan istifadə edən MTK-a 35 nömrəli mənzili boş mənzil kimi başqa şəxsə satmışdır. Vergi orqanlarına gəlir vergisini az vermək üçün müqavilədə mənzillərin qiyməti aşağı göstərilirdi. O, Elşənin mənzil alan zaman MTK-ya pul ödəməsini görməmiş və pulun ödənilməsi zamanı Elşənin yanında olmamışdır. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri, cavabdehin təqdim etdikləri iddia müddətinin tətbiqinə dair ərizəini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan, həmçinin iddia müddəti keçdiyinə görə iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflərin izahatlarından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edilir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı (podrat) müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh MTK ünvan 1 ünvanda inşa etdiyi 16-18 mərtəbəli yaşayış binasının 11ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 115,7 kv.m olan 32 nömrəli mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə görə tərəflər mənzilin ümumi dəyərini 11.570 manat olmaqla, mənzilin sahəsi üzrə hər kv.metr üçün 100 manat olması barədə razılığa gəlmişlər. Lakin qeyd olunan xx.xx.2007-ci il tarixli alqı-satqı (podrat) müqaviləsi Cavabdeh MTK-nın sədri Elşad Nəcəfov və alıcı İddiaçı tərəfindən imzalanmamışdır, müqaviləyə yalnız Cavabdeh MTK-nın möhürü vurulmuşdur. xx.xx.2007-ci il tarixli BBX 207329 nömrəli kassa mədaxil orderinin qəbzində göstərilir ki, müəyyən edilir ki, İddiaçı mənzil üçün Cavabdeh MTK-ya 11.570 manat ödəniş etmişdir. Lakin qeyd olunan qəbzdə olan baş mühasib və kassirin imzası mövcud olsa da, həmin imzaların kimə məxsus olması qeyd olunmamış və rəhbər tərəfindən imzalanmayıb. Bu ödənişin hansı mənzil üçün edildiyi qeyd edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, İddiaçı tərəfindən ünvan 1 ünvanda inşa etdiyi 16-18 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 115,7 kv.m olan 32 nömrəli mənzilinin alınması üçün Cavabdeh MTK-ya hər hansı bir vəsait ödənilməyib. Cavabdehin nümayəndəsi izahatında Cavabdeh MTK-nın xx.xx.2007-ci il tarixli müqaviləni bağlamadığını və imzalamadığını, İddiaçı mənzil satmadığını və öhdəlik götürmədiyini qeyd edir. Bu səbəbdən cavabdehin xx.xx.2007-ci il tarixli müqavilə üzrə iddiaçının qarşısında öhdəliyi yaranmamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı (podrat) müqaviləsi imzalanmadığına və Cavabdeh MTK həmin müqaviləni bəyənmədiyinə və müqaviləni bağlamasını etiraf etmədiyinə görə, bu müqavilə üzrə Mülki Məcəllənin 399.1-ci maddəsinin tələbinə uyğun olaraq qüvvəyə minmədiyinə görə tərəflər üçün məcburi deyildir. Müqavilə özü-özlüyündə əhəmiyyətsiz əqd olmaqla etibarsız əqddir. İddiaçı etibarsız olan müqavilə istinad etməklə cavabdehdən pul tələb edə bilməz. Odur ki, iddia əsassız olduğundlan rədd edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, inşa etdiyi mənzili təhvil verəcəkdir. Lakin qeyd olunan müqavilə özü etibarsız müqavilədir. Belə ki, müqavilənin etibarlı olmağı üçün nəzərdə tutulmuş etibarlılıq şərtlərinə əməl edilməmişdir. Müqavilənin imzalanmaması müqavilənin etibarsız olduğunu göstərən haldır. Yəni, hal-hazırda etibarlı bir müqavilə olmadığı üçün tərəflər arasında hər hansı öhdəliyin yarnamasında söhbət gedə bilməz. Həmçinin iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2007-ci il tarixdə bağlanmış və həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə iddia müddəti 3 il olduğu təqdirdə iddiaçı 17 il sonra məhkəməyə müraciət etmişdir. Həmçinin cavabdeh tərəfin mənzili ona təhvil vermədiyi üçün kompensasiya ödənilməsi barədə tələbi də iddiaçı əsassız varlanma halı ilə bağlı 2 il ərzində tələb edə bilər. Lakin 17 il sonra məhkəməyə müraciət etmişdir. Lakin o, qeyd edilən hərəkətlərin heç birini görməmiş, bununla da, heç bir üzürlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcburedir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsinin dəlili əsaslıdır. İddiaçı isə Cavabdeh MTK-ya qarşı “Cavabdeh MTK-nın ərazisində yerləşən Bakı şəhəri Yasamal rayonu Məmməd Rəhim küçəsi 539-cu məhəllədə yerləşən 2 otaqlı, ümumi sahəsi 115,7 kv.m olan 32 nömrəli mənzilin dəyəri kimi 254.540 manat kompensasiyanın Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Yəni, İddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün müqaviləni bağladığı, yəni xx.xx.2007-ci ildir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Hazırkı halda iddiaçı iddia tələbinin iki il ərzində irəli sürə bilərdi. Göründüyü kimi, İddiaçı iki illik iddia müddətini ötürməklə xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair məhkəməyə ərizə təqdim etmişdir. Odur ki, iddia əsassız olduğuna və müddəti keçdiyinə görə iddia rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “Cavabdeh MTK-nın ərazisində yerləşən Bakı şəhəri Yasamal rayonu Məmməd Rəhim küçəsi 539-cu məhəllədə yerləşən 2 otaqlı, ümumi sahəsi 115,7 kv.m olan 32 nömrəli mənzilin dəyəri kimi 254.540 manat kompensasiyanın Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2627/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2627/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver