Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-264/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Əsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 15.556 (on beş min beş yüz əlli altı) EUR və 12.431.94 (on iki min dörd yüz otuz bir manat doxsan dörd qəpik) AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələri üzrə təhsilin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” cərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşları olan gənclərin seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən, Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına bu Qaydalarla məyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 (beş) il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5-ci yarımbəndinə görə, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X1 Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalvriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında 8 avqust 2022-ci il tarixli, 37 saylı müqavilə bağlanılmışdır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş cavabdeh elm və təhsil nazirinin xx.xx.2022-cü il tarixli, F-473 nömrəli əmrinə əsasən xaricdə bakalavr təhsilin maliyyələşdirlməsi imkanını əldə etmişdir. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh sentyabr 2022-ci il tarixdən-sentyabr 2025-ci il tarixə kimi Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində “Komyuter texnologiyası” bakalavr səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, təhsil müəsissəsini dəyişərək öz öhdəliklərini pozmuşdur. Müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəzərə alınaraq, Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2-201 F/2024 nömrəli əmrlə Cavabdeh Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından xaric edilmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin, cavabdeh bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə xx.xx.2024-cü il tarixli, 3-29-64/2-149/2024 saylı məktubla rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 15.556,00 avro və 12.431,94 manat pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o ödənişdən yayınmışdır. Hesab edir ki, cavabdeh müqavilə şərtini pozaraq, təhsilini akademik müvəffəqiyyətsizlik səbəbindən başa vura bilmədiyindən ona ödənilmiş dövlət vəsaitini geri qaytarmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə iddiaya etiraz verərək, iddiaçı Nazirliklə Cavabdeh arasında bağlanan 08 avqust 2022-ci il tarixli, 37 saylı müqavilənin sonuncu tərəfindən imzalanmadığına görə iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı "Pul tələbinə" dair İddia ərizəsi İlə məhkəməyə müraciət edərək, göstərmişdir kl, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı İlə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalanna dair 2022-2026-cı İllər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci İİ 01 İyun tarixli, 218 nömrəli Qərarı ilə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı İllər üçün Dövlət Proqramı" çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi "Qaydaları" təsdiq edilmiş və Qaydalann 1.4-cü bəndinə uyğun olaraq İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdeh bakalavr və maqistratura səviyyəsində təhsil almaq hüququ ələdə etdiyinə görə onunla 08 avqust 2022-ci il tarixil, 37 saylı müqavilə bağlamışdır. Müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh 2022-2025-d X2 "KU Leuveri" ali təhsil müəssisəsində "Kompyuter texnoloqiyası" bakalavr səviyyəsi üzrə təhsil almalı, Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşdirilməsinə baxmayaraq, təhsil müəssisəsini dəyişərək öz öhdəliklərini pozmuşdur. Ona görədə Nazirlik xx.xx.2024-cü il tarixli, əmrlə Cavabdeh Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların siyahısından xaric edilmiş və onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 15.556,00 Avro və 12.431,94 manat qeri qaytarılmasına dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsinə etiraz edərək bildirirlər kl, Cavabdeh 2022-ci ildə X8 Bakı Türk Litseyini bitirmiş və 520 bal toplayaraq Azərbaycan Respublikasının Dövlət Neft Akademiyasının "Kompyuter mühəndisliyi" fakültəsinə ödənişsiz daxil olmuşdur. Eyni zamanda Belçikada yerləşən Belçika Kralığının "KU Leuveri" ali təhsil müəssəsindən dəvət almışdır. Bundan sonra o, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalanna dair 2022- 2026-cı illər üçün Dövlət Proqramına" uyğun olaraq müraciət etmiş və müsabiqələrdən keçmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Akademiyasının "Kompyuter mühəndisliyi" fakültəsinə daxil olduğu üçün xarici təhsil müəssisəsində də, həmin İxtisas üzrə təhsil almağı nəzərdə tutmuşdur. Lakin, iddiaçı Naziriiyinən 08 avqust 2022-ci İİ tarixli, 37 saylı müqaviləni atası bağladığına görə onun başqa ixtisas üzrə təhsil almağa göndərildiyini bilməmişdir. Belçikada yerləşən Belçika Kralığının "KU Leuveri" ali təhsil müəssəsinə gedəndə başqa fakültədə təhsil alacağı müəyyən edilmiş və təhsil haqqlarının ödənilmədiyini bilmişdir. Bu barədə Nazirliyə məlumat vermiş və oradan bildirmişlər ki, təhsil haqqlarını özləri etsinlər, sonradan həmin ödənilən vəsait onlara qaytarılacaqdır. Ailənin maddi imkanı olmadığına görə borc alaraq tələb edilən təhsil haqqlarını ödəmişlər. Bundan 4 (dörd) ay keçəndən sonra isə 30 dekabr 2022-ci il tarixdə tələb edilən vəsait kart hesabına köçürülmüş və alınan borcların bir hissəsi geri qaytarılmışdır. İddiaçı Nazirliyin üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən Cavabdeh ailəsini çıxılmaz vəziyyətə saldığı üçün stres keçirmiş və nəticədə imtahanlann birindən kəsiri yaranmışdır. Nazirlik isə kəsiri olduğuna görə lazımi vəsaiti ödəməyərək kartı bloklamışdır. X6 üzrə Cavabdeh ilə birlikdə 15 nəfər tələbə getmiş və onlarda fakültəni dəyişmiş, bəzilərinin isə kəsri olmuşdur. Onu da, qeyd edirlər ki, Nazirlik hesab kartına blok qoyaraq təhsil haqqlarını dayandırdığına görə Cavabdeh oxuduğu fakültənin ödənişi çox olduğu üçün və həmin məbləği qarşılaya bilmədiyinə görə fakültəni dəyişməyə məcbur olmuşdur. Göründüyü kimi iddiaçı Nazirlik müqavilənin əsassız şərtləri barədə Cavabdeh məlumat versəydi, o, yüksək balla daxil olduğu Azərbaycan Respublikasının Dövlət Neft Akademiyasının "Kompyuter mühəndisliyi" ödənişsiz fakültəsində təhsilini davam etdirərək ailəsinə zərər yetirməzdi. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli 248 nömrəli Sərəncamı ilə həmin tarixdən Dövlət Proqramına dəyişikliklər edilərək "2022-2026cı" sözləri "2022-2028-ci" sözləri İlə əvəz edilmişdir. Həmin dəyişiklikdən sonra xaricdə təhsil alan şəxslər barədə öhdəliklər yumşaldılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 37 nömrəli müqaviləyə əsasən müqavilə üzrə birinci tərəf Azərbaycan Respublikasının elm və təhsil naziri X3 şəxsində təmsil olunan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və digər tərəf “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində bakalavr təhsil səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdehdur, müqavilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın (bundan sonra - Maliyyələşdirilmə Qaydası) 1.4-cü bəndinə uyğun olaraq bağlanılır və Proqram iştirakçısının Belçika Krallığının "KU Leuven" ali təhsil müəssisəsində "Kompüter texnologiyası" ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müddətinə təhsilinin maliyyələşdirilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir. Həmin müqavilənin 3.2.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Həmin müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən program iştirakçısı təhsil aldığı ixtisas istiqamətini dəyişdirməmək barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 06 nömrəli təqaüd kartları üzrə hesabların açılması və təqaüd kartlarından istifadə haqqında müqaviləyə 2 nömrəli əlavəyə aid edilmiş, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə 12 nömrəli reyestrinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına 4536 avro məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alan 13 nəfərin yaşayış xərci (köçürülən məbləğ rəqəmlə : 98874 avro) köçürülmüşdür. İş materiallarında olan iyun 2020-ci il tarixli 06 nömrəli təqaüd kartları üzrə hesabların açılması və təqaüd kartlarından istifadə haqqında müqaviləyə 2 nömrəli əlavəyə aid edilmiş, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə 25 nömrəli reyestrinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına 11020 avro məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alan 14 nəfərin yaşayış xərci (köçürülən məbləğ rəqəmlə : 112611 avro) köçürülmüşdür. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların xərcləri onların şəxsi bank hesabına köçürülmüşdür. Cavabdeh (köçürülən məbləğ rəqəmlə : 11866.80 manat) köçürülmüşdür. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların yaşayış xərcləri (köçürülən məbləğ rəqəmlə : 179654.49 manat) köçürülmüşdür. İş materiallarında olan dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların xərcləri onların şəxsi bank hesabına köçürülmüşdür. Cavabdeh (köçürülən məbləğ rəqəmlə : 512.82.80 manat) köçürülmüşdür. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların yaşayış xərcləri (köçürülən məbləğ rəqəmlə : 216404.17 manat) köçürülmüşdür. İş materiallarında olan əmrdə dəyişiklik edilməsi barədə Emin Əmrullayev tərəfindən verilmiş əmrdən görünür ki, Azərbaycan Respublikasının elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmri ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısı”nda 1-ci, 41-ci, 52-ci, 55-ci, 75-ci, 106-cı və 197-ci hissələr ləğv edilməsi, X4 Qrupu (T. Topalova), Hüquq şöbəsi (S. Mahmudov), Beynəlxalq əməkdaşlıq şöbəsi (S.Feyzullayeva) və Maliyyə şöbəsi (R. Orucov) İ.Abaszadə, A.Əhməd, Ə.Əliyev, K.Əliyev, Z.Hacıyevə, L.Lətifova, Cavabdeh və Elm və Təhsil Nazirliyi arasında bağlanmış ikitərəfli müvafiq müqavilənin 6.2-ci maddəsinə uyğun olaraq onların təhsillərinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görülməsi qərara alınmışdır. İş materiallarında olan əsas fəaliyyət əmrləri- qeydiyyat vərəqəsindən görünür ki, Emin Əmrullayev tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli “2022-2026 Dövlət Proqramın” -dan imtinaya dair əmr xx.xx.2024-cü il tarixdə icraya yönəldilib, xx.xx.2024cü il tarixə qədər icra müddəti qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-29-64/2-149/2024 nömrəli məktuba əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) çərçivəsində Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmri ilə Belçika Krallığının "KU Leuven" xarici ali təhsil müəssisəsində bakalavr təhsilininin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Bağlanmış ikitərəfli müqaviləyə əsasən təhsil müddətiniz 2022-ci il sentyabr ayından 2025-ci il sentyabr ayınadək olan dövrü əhatə edir. Müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən təhsil aldığı ixtisas istiqamətini dəyişdirdiyininə görə Nazirlik tərəfindən onun təhsilininə çəkilən xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarmağı tələb olunur. Məlumat üçün bildirilmişdir ki, təhsilinin maliyyələşdirilməsi məqsədilə bu günə kimi qeyd olunan ödənişlər həyata keçirilmişdir: aylıq yaşayış xərci – 15.556,00 EUR, Təhsil x. – 11.866,80 AZN, Bank xidməti – 41,53 AZN, Yol x. -512,82 AZN, Bank xidməti 1,79 AZN, Plastik kart – 9 AZN. Qeyd olunanları nəzərə alaraq elm və təhsil nazirinin 18 04 2024-cü il tarixli, 3-29/3-2- 201F/2024 nömrən əmnnə əsasən bakalavr təhsilinin maliyyələşdirilməsi məqsədilə ödənilmiş ümumilikdə 15 556.00 avro (on beş min beş yüz əlli altı avro 00 sent) və 12 431.94 manat (on iki min dörd yuz otuz bir manat 94 qəpik) məbləği X4 Qrupunun qoşmada əlavə olunmuş avro və manat hesablarına qaytarmağı xahiş olunmuşdur. İş materiallarında olan mail ünvanına göndərilmiş məktuba əsasən ikitərəfli müqaviləyə əsasən təhsil müddəti 2022-ci ilin sentyabr ayından 2025-ci il sentyabr ayınadək olan dövrü əhatə edir, 3.3.12-ci yarımbəndinə əsasən təhsil aldığı ixtisas istiqamətini dəyişdirdiyinə görə Nazirlik tərəfindən təhsilinə çəkilən xərclər 2 aydan gec olmayaraq qaytarılması tələb olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 37 nömrəli müqavilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın 1.4cü bəndinə uyğun olaraq bağlanılmış və Proqram iştirakçısının Belçika Krallığının "KU Leuven" ali təhsil müəssisəsində "Mühəndislik texnologiyası" ixtisası üzrə sentyabr 2022ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müddətinə təhsilinin maliyyələşdirilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir. Əmrdə dəyişiklik edilməsi barədə əmrə əsasən Azərbaycan Respublikasının elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F- 473 nömrəli əmri ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısı”nda 1-ci, 41-ci, 52-ci, 55-ci, 75-ci, 106cı və 197-ci hissələr ləğv edilmiş, Cavabdeh və Elm və Təhsil Nazirliyi arasında bağlanmış ikitərəfli müvafiq müqavilənin 6.2-ci maddəsinə uyğun olaraq onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görülməsi qərara alınmışdır. Müvafiq müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Cavabdeh təhsilininin maliyyələşdirilməsinə görə 15556 avro və 12431.94 manat məbləğində ödənişlər həyata keçirmiş, cavabdeh isə müqavilə şərtlərini pozaraq təhsil aldığı ixtisas istiqamətini dəyişdirmişdir. Müvafiq müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən program iştirakçısı təhsil aldığı ixtisas istiqamətini dəyişdirməmək barədə öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15556 (on beş min beş yüz əlli altı) avro (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 12431.94 (on iki min dörd yüz otuz bir manat doxsan dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15556 (on beş min beş yüz əlli altı) avro (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 12431.94 (on iki min dörd yüz otuz bir manat doxsan dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-264/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-264/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver