Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2648/2023 20.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh4 iştirakı ilə, İddiaçı Müzəffər qızının cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Müzəffər qızı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 qının və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 583 məhəllə, 99 evin 8 saylı mənzildə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 583 məhəllə,ev 99, 8 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Sözü gedən mənzil 14 may 2020-ci ildən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində ********** qeydiyyat nömrəsi ilə onun adına qeydiyyata alınmışdır. Həmin idarə tərəfindən ona çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 faktiki olaraq mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da onlar ümumiyyətlə həmin mənzildə yaşamamışlar. Cavabdehlərdən Cavabdeh3 2009-cu ildə Türkiyə Respublikasının vətəndaşı ilə ailə həyatı quraraq artıq 14 ildir ki, Türkiyə Respublikasında yaşayır. Digər cavabdehlər Cavabdeh1, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh4 və xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 isə onun oğludur. Onlar ümumiyyətlə həmin mənzildə yaşamamışlar. Cavabdeh1 və onun övladları faktiki olaraq 583-cü məhəllədə fərdi yaşayış evi tikərək orada yaşayırlar. Hətta həmin evə dair Cavabdeh1 adına, Azəriqaza, Azərişığa və Azərsuya kommunal ödənişlər də ödənilir. Rəsmi sənədlər əsasında cavabdehlərin mülkiyyətində olan mənzildən istifadəçi kimi göstərilmələri və qeydiyyatda olmaları onun qanunla qorunan əsas mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, mövcud qanunvericiliyin tələblərinə əsasən mənzilə dair ödənilən kommunal ödənişlər mənzildə yaşayan və qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablanaraq mənzil mülkiyyətçisindən tələb olunur. Göründüyü kimi cavabdehlərin mülkiyyətində olan mənzildə formal istifadə hüquqları və istifadə hüquqları əsasında olan formal qeydiyyatları onun hər ay əlavə olaraq onların adına kommunal ödənişləri ödəməyinə səbəb olur. Belə olduğu halda onun qanunla qorunan mülkiyyət hüquqları pozulur. Cavabdehlərdən Cavabdeh3 Arif qızı artıq 14 ildir ki, Türkiyə Respublikasında ailəsi ilə birlikdə yaşasa da, digər cavabdehlər də Bakı şəhərində özlərinə məxsus evdə yaşayırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Mübahisə predmeti olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər isə formal olaraq həmin mənzildə qeydiyyatdadırlar. Dəfələrlə onlara qeydiyyatdan çıxmaları barədə xəbərdar edilsələr də buna məhəl qoymamışlar. Onlar öz iddialarını Mənzil Məcəlləsinin və Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına əsaslandırmışlar. Xüsusilə Cavabdeh1 öz mülkiyyətində olan yaşayış yeri var və öz övladları olan digər cavabdehlərlə birlikdə orada yaşayırlar. Cavabdehlərin mübahisə predmeti olan mənzildə qeydiyyatda qalmaları iddiaçının hüquqlarını pozur. Mübahisəni həll etmək mümkün olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edirlər ki, iddialar əsaslıdır. Buna görə də, iddianın təmin edilməsini xahiş edir. İş üzrə cavabdehlərdən Əliyeva X1 Respublikasında yaşayır. Məhkəmə iclası barədə ona məlumat verilmişdi. Cavabdeh3 ərizə ilə müraciət edərək iddianı qəbul etdiyini, uzun müddət Türkiyə Respublikasında yaşadığını və qeyd olunan mənzildən istifadə hüquqlarının olmadığından iddia ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Arayışda da göstərilir ki, iddiaçının oğlu həmin mənzildə yaşadığı üçün Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə mənzildən istifadə hüququna kompensasiya ödəməklə xitam verilib. Əvvəlki məhkəmə iclaslarında da müəyyən olunub ki, cavabdeh 1994-cü ildən həmin mənzildə yaşamır. Onlar da Mənzil Məcəlləsinin 87-ci maddəsinə və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı şərhinə istinad etmişlər. Şəxs həmin mənzildə yaşamırsa, ümumiyyətlə onun istifadə hüquqlarından söhbət gedə bilməz. Qarşı tərəfin gətirdiyi əsaslar formal əsaslardır, hansı ki, razılaşmanın olduğunu qeyd edir. Faktiki yaşamırsa, həmin şəxsin hüquqlarından ümumiyyətlə söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. O, qəbul edir ki, hal-hazırda qanun iddiaçının xeyrinədir. Lakin onlar 2019-cu ildə anası dünyasını dəyişdikdən sonra, miras əmlakı olan hazırki mübahisə predmeti olan mənzilin kiminsə adına keçməsi üçün hazırki iddiaçı olan bacılarının adına keçməsi üçün hamısı öz paylarından imtina etmişlər. Bir şərtlə ki, gələcəkdə mənzil satılarsa hər kəsə oradan pay düşsün. Hazırda iddiaçı onlara pay verməkdən imtina edir, lakin payın veriləcəyini deyir. Lakin bu iddianı qaldırmaqla əsl niyyətinin fərqli olduğu ortaya çıxır. Həmin ev analarının olub, 2019-cu ildə anası vəfat etdikdən sonra iddiaçının adına onların razılığı ilə vərəsəliklə keçib. Onlar iddiaçı ilə birlikdə o evdə böyümüşlər, yəni həmin mənzil ata evləri olub. Evləndikdən sonra o evdən çıxsa da, həmin həyətdə onun evi var. Lakin qanunsuz tikilidir və o həmin evdə ailəsi ilə birlikdə yaşayır. Mübahisəli mənzil 3-cü mərtəbədə yerləşir. O, 1996-cı ildə evləndikdən sonra qanunsuz tikili olan evinə köçmüşdür. Onlar 1982-ci ildə o evi alandan bəri hamısı o evdə böyümüşlər. Onunla iddiaçı arasında payla bağlı heç bir yazılı razılaşmaları olmayıb. İddiaçı oğlu ilə mübahisə etdikdən sonra, ona oğlu üçün bankdan kredit götürdüyünü və onu ziyana saldıqlarını bildirərək onlara pay verməkdən imtina etdiyini bildirmişdir. O, əvvəldən həmin evdə yaşamışdır. Sonra vərəsəliyə etiraz etməmişdir. Hazırda qanunsuz tikilidə yaşayır. 1996-cı ilə qədər mübahisə predmeti olan evdə yaşamışdır. İddiaçını 2000-ci ildən həmin məhlədə tanıyan yoxdur. Onların atası əvvəlki rayondakı evlərini onlardan icazəsiz satıb. 2 bacısı və o da demişdir ki, bu ev atasının adına keçsə, bunu da satıb pulunu kiməsə verəcək. Ona görə də bacısının adına keçirmişlər. Orada da söhbət olmuşdur ki, gələcəkdə hamısına pay çatacaq. Yaqub övladıdır, evlidir, onunla birlikdə yaşayır. Solmaz da onun kimi razılaşıb. İstifadə hüququ ayrıdır, pay bölgüsü ayrıdır. O, sadəcə özünə aid hissədə cavabdehdir. Adına hər hansı evə dair sənəd yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Bu mübahisənin yaranmasına səbəb iddiaçı ilə öz oğlu arasında həmin mənzildə yaranan mübahisə olmuşdur. Bu mübahisədən sonra iddiaçı onlara gələrək onun tərəfini saxlamadıqlarına görə gileylənmiş və bundan sonra narazılıqlar yaranmağa başlamışdır. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Digər cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ********** qeydiyyat nömrəli Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı Müzəffər qızının adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışından görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4, X3, X2 qeydiyyatdadırlar. İş materiallarında olan Cavabdeh3 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 07767 saylı ərizəsindən görünür ki, Cavabdeh3 Müszəffər qızı 2009-cu ildə Türkiyə Respublikasının vətəndaşı ilə ailə həyatı qurmuşı və artıq 14 ildir ki, Türkiyə Respublikasında yaşayır. Məlum mənzil iddiaçının adınadır. Həmin mənzildə yaşamadığı üçün istifadə hüququ da yoxdur. Buna görə də iddia ərizəsini qəbul edir və ərizədə qeyd edilən tələblərin qarşılanmasına etirazı yoxdur. Beləliklə məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil İddiaçı mülkiyyətində olmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qeyd olunan ünvanda pasport qeydiyyatındadır. Məhkəmə iclasında həmçinin tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 mübahisələndirilən mənzildə yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53 və 54-cü maddəsinə əsasən yaşayış sahəsi icarədarın ailə üzvlərinə icarədar ilə birgə yaşayan əri(arvadı) habelə onun uşaqları və valideyinləri aiddir. Digər şəxslər o halda icarədarın ailə üzvləri hesab edilir ki, onlar icarədar ilə birlikdə yaşayıb onunla birgə təsərüfat aparmış olsunlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmçin Məcəllənin 87-cimaddəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. İddiaçı Müzəffər qızının iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, o, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüqununa həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdığı üçün kompensasiya ödənilmədən xitam verilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi cavabdehlər faktiki olaraq iddiaçı ilə birlikdə mübahisə predmeti olan mənzildə yaşamadıqlarından, onunla birlikdə təsərüfat aparmadıqlarından və onların faktiki olaraq daimi yaşadığı yeri olduğundan artıq iddiaçının mülkiyyətində olan mənzilində istifadə hüquqları saxlanılmamalıdır. Bununla əlaqədar məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçının qardaşıdır, Cavabdeh2 və Cavabdeh4 isə onun övladlarıdır və mübahisəli ev analarının olub, 2019-cu ildə anası vəfat etdikdən sonra iddiaçının adına onların razılığı ilə vərəsəliklə keçib. Cavabdeh1 iddiaçı ilə birlikdə o evdə böyümüşlər, yəni həmin mənzil ata evləri olub. Lakin 1996-cı ildə evləndikdən sonra Cavabdeh1 evdən çıxmış və yeni yaşayış yerinə köçmüş, hazırda faktiki olaraq həmin evdə ailəsi ilə birlikdə yaşayır. Cavabdeh1 1996-cı ildə yeni mənzil üzərində yaşayış hüququ əldə etməsi və həmin mənzilə köçməsi ilə iddiaçıya məxsus olan yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün Cavabdeh1 və onun övladları Cavabdeh2 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilin üzərində istifadə hüquqlarına xitam verilməlidir. Digər Cavabdeh3 isə iddiaçının bacısıdır və onun məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 07767 saylı ərizəsindən görünür ki, Cavabdeh3 Müszəffər qızı 2009-cu ildə Türkiyə Respublikasının vətəndaşı ilə ailə həyatı qurmuşı və artıq 14 ildir ki, Türkiyə Respublikasında yaşayır. Məlum mənzil iddiaçının adınadır. Həmin mənzildə yaşamadığı üçün istifadə hüququ da yoxdur. Buna görə də iddia ərizəsini qəbul edir və ərizədə qeyd edilən tələblərin qarşılanmasına etirazı yoxdur və beləliklə iddiaçıya məxsus olan yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün onun ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilin üzərində istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin irəli sürdüyü yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən iddiaçının hazırki iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilin üzərində istifadə hüquqlarına xitam verilsin (itirilmiş hesab edilsin). Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-2648/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2648/2023
20.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver