Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2651/2025 07.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqalayihə” İnstituna qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmrin etibarsız hesab edilməsi, işə bərpa, əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Əhmədli Qəndab Ruslan qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqalayihə” İnstituna qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqalayihə” İnstituna qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli, 14-2-16/3-1K-129/2025 saylı əmrinin etibarsız hesab edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işlədiyi "Neftqazelmitədqiqatlayihə" İnstitutunun idarəetmə aparatının Neft və qaz yataqlarının abadlaşdırılması şöbəsinin rəisi vəzifəsinə işə bərpa olunması və mediasiya üçün ödənilmiş 60 (altmış) manat məbləğində ilkin mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlumat üçün bildirir ki, İddiaçı 1991-ci ildən hal-hazırda SOCAR-ın Cavabdeh adlandırılan cavabdeh müəssisədə əmək fəaliyyətinə başlamış və xx.xx.2025-ci il tarixinə (~34 il) kimi (əmək müqaviləsi ləğv edilənədək) həmin müəssisədə müxtəlif vəzifələrdə işləmişdir. Əmək müqaviləsinə xitam verilən tarixə kimi cavabdeh müəssisənin Neft və qaz yataqlarının abadlaşdırılması şöbəsinin rəisi vəzifəsində işləyirdi. Onu da qeyd etmək istəyir ki, İddiaçı cavabdeh müəssisədə işlədiyi təxminən ~34 il müddətində əmək funksiyalarımı layiqincə yerinə yetirmiş və heç bir vaxt intizam məsuliyyətinə cəlb edilməmişdir. Qeyd etmək istəyir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Cavabdeh xx.xx.2025-ci il tarixli, 14-2-16/3-1K- 129/2025 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən “işçinin öz təşəbbüsü ilə” xitam verilmişdir. Lakin İddiaçı “öz təşəbbüsü ilə” ərizə cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən (əsasən Hüquq şöbəsinin rəisi Arif Qurbanov) hədə-qorxu gələrək onun iradəsi əleyhinə yazıldığını, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğvinə məcbur edildiyi üçün, eləcə də, əmək müqaviləsinin ləğvi haqqında əmrin tərtibatı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmadığı üçün əmr etibarsız hesab edilməli, iddiaçı işə bərpa olunmalıdır. İşğaldan azad olunmuş torpaqların qazlaşdırılması layihəsi üzrə həmin ərazilərdə qazın nəqli, paylanması şəbəkəsinin qurulması məqsədilə müvafiq layihəsinin hazırlanması sifarişinə əsasən Cavabdeh layihələrin hazırlanmasına başlanılmışdır. Qeyd olunan layihələrin hazırlanması işlərinə məsul struktur bölmə İnstitutun Boru kəmərləri şöbəsinə (şöbə rəisi X5) tapşırılmışdır və layihə üzrə digər işlər həmin şöbə ilə əlaqəli yerinə yetirilməsi. Həmin layihələrin xətti hissəsini boru kəmərləri şöbəsi, layihənin tərkibində olanQPS (Qazpaylayıcı stansiyalar) və QTM-lər (Qaztənzimləyici məntəqə) isə İddiaçı rəhbərlik etdiyi Neft və qaz yataqlarının abadlaşdırılması şöbəsi yerinə yetirmişdir. Lakin xx.xx.2025-ci il tarixində sözügedən Boru kəmərləri şöbəsinin rəisi X6 Cavabdeh rəhbərliyinə e-mail vasitəsilə müraciət etmiş və heç bir əsas olmadan İddiaçı icra edilmiş işlərin nəticələrini onun, yəni Hüseyn Məmmədovun razılığı olmadan guya sifarişçilərə göndərildiyini bildirmişdir. Həmin e-mail-də Hüseyn Məmmədov icra edilmiş hansı işlərin nəticələrinin sifarişçilərə təqdim edildiyini dəqiq göstərmədən İddiaçı ittiham etmişdir. Halbuki, layihələrin az hissəsi İddiaçı rəhbərlik etdiyi şöbəyə tapşırılmışdır. İddiaçı onun barəsində cavabdeh müəssisənin rəhbərliyinə ünvanladığı e-mail məktubunun məqsədini və bu məktubu nəyə görə yazdığını Boru kəmərləri şöbəsinin rəisi X1 cəhdləri nəticəsiz qalmışdır. Sözügedən e-mail məktubu ilə bağlı Cavabdeh Hüquq şöbəsinin rəisi Arif Qurbanov xx.xx.2025-ci il tarixində daxili telefon vasitəsilə İddiaçı zəng edərək, onu Hüquq şöbəsinə dəvət etmiş və Boru kəmərləri şöbəsinin rəisi Hüseyn Məmmədovune-mail məktubu ilə onu tanış etmişdir. Bundan sonra qeyd olunan e-mail məktubda göstərilən hallar və işlərin gedişatı ilə bağlı məlumat xarakterli izahatın yazılmasını iddiaçıya təklif etmişdir. Həmin gün Arif Qurbanov iddiaçı ilə kifayət qədər nəzakətlə davranmış və e-mail məktubda göstərilən hallar ilə bağlı izahat formasında məlumat verilməsini xahiş etmişdir. İddiaçı xahişi nəzərə almış, helə həmin gün, yəni xx.xx.2025-ci il tarixində kompüter vasitəsilə izahatı tərtib etmişdir. Lakin iş günün sonu olduğundan izahatı Arif Qurbanova təqdim edə bilməmişdir. İddiaçı növbəti iş günü, yəni xx.xx.2025-ci il tarixində izahatına təkrar nəzər yetirmiş və izahatı printerlə çap etdikdən sonra imzalayaraq, izahatın H.Məmmədovun e-mail-də göstərdiyi məsələyə uyğun yazıbyazmadığını göstərmək üçün Arif Qurbanovun yanına Hüquq şöbəsinə getmişdir. Arif Qurbanov iş otağında yox idi. X7 özü İddiaçı zəng edərək iş otağına dəvət etmişdir. Arif Qurbanovun xx.xx.2025-ci il tarixində nümayiş etdirdiyi nəzakətlilikdən əsər-əlamət qalmamışdır. İddiaçı ilə təhdid etmə tərzində danışmağa başlamışdır. Qeyd etmək istəyirik ki, aşağıda olan dialoq İddiaçı səsli (audio) izahatına əsaslanır(CD disk Məhkəməyə təqdim olunacaq). İddiaçı yazdığı izahatı Arif Qurbanova təqdim etdikdən sonra: Arif Qurbanovkobud şəkildə: -...hə.., yazmısan izahatı..? ...ver görüm nə yazmısan, necə yazmısan..., ...bu nə izahatdır belə yazmısan, niyə belə yazmısan...? ...sən niyə Hüseyn müəllimin adını layihənin cizgilərində yazmamısan..? ...bilmirsən ki obyekt Hüseyn müəllimindir və orada onun adını niyə yazmamısan..? İddiaçı, Arif Qurbanovun suallarına cavab verərək bildirmişdir ki, onun şöbəsi tərəfindən tərtib edilən bütün cizgi layihələrində Hüseyn müəllimin adı yazılmışdır. Sadəcə bu işləri İnstitutun digər şöbələri də paralel aparıldığı üçün Hüseyn müəllimin adının kim tərəfindən yazılmadığını müəyyən etmək lazımdır. Buna cavab olaraq, Arif Qurbanov iddiaçının sözünü kəsərək kobud və sərt şəkildə: Arif Qurbanov: - ...nəyi aydınlaşdırmaq istəyirsən, səni işdən çıxarırlar.., ...sən bilirsən ki, işdən qovulursan..? sən statya ilə işdən qovulursan..!! ...nəyə görə burda Hüseyn müəllimin adını yazmamısan, onun adı sənəddə niyə getməyib..? Arif Qurbanovun bu cavablarından sonra İddiaçı: -...necə yəni işdən qovuluram, nəyə görə qovuluram..? soruşmağı cəhd etmişdir. İddiaçı psixloji gərginlik, şok vəziyyətinə düşümüşdür və nə baş verdiyini anlamırdır. Arif Qurbanov iddiaçının vəziyyətini nəzərə almayaraq, onu təhdid etməyə davam etmişdir:-...anladın məni, statya ilə qovulursan..?! ...sənə hörmət edirəm, götür yaz ərizəni, öz xahişinlə yaz ərizəni ki işdən çıxırılasan... tez ol...!!! Kağız və gələm iddiaçıya təqdim edərək,Arif Qurbanov: -...yaz ərizəni, öz xahişimlə işdən çıxıram... yaz tez ol, yaz, vaxt yoxdur... bax burdan çıxsan artıq geriyə yol olmayacaq, statya ilə onsuz işdən qovulacaqsan... Arif Qurbanov İddiaçı telefonuna görə də ona təzyiq göstərəməyi davam etmişdir. Arif Qurbanov: -...qaldır görüm telefonunu, səs yazmırsanmı..? İddiaçı: - Arif müəllim, mənim axı belə bicdiklərim yoxdur... Siz nə danışırsınız?! Arif Qurbanov: ...-bax kiməsə zəng etdirsən onları lap qıcıqlandırarsan... İddiaçı: -Arif müəllim, axı kimi qıcıqlandıracam, onlar kimdir, kimi nəzərdə tutursunuz...? Arif Qurbanov təzyiq göstərməyi davam edərək ərizənin məzmununu İddiaçı diktə etməyə başladı: Arif Qurbanov: - ...yaz ərizəni... İstitutun direktor əvəzi Mübariz Quliyevə... X10 başqa işə keçməyilə əlaqədar 19 fevral tarixindən məni işdən çıxarmağınızı xahiş edirəm... İddiaçı: - Arif müəllim, axı mən başqa işə getmirəm, başqa işim yoxdur...? Arif Qurbanov: -yaz onda başqa şəhərə, kəndə köçməyimlə bağlı... İddiaçı: - Arif müəllim, axı mən heç yerə köçmürəm?! Arif Qurbanov: - Əşşi cəhənnəmə; yaz, sadəcə tarixi göstər, səbəbi yazma... Məlumat üçün bildiririk ki, İnstitut daxilində sənəd dövriyəsi, o cümlədən, işçilər tərəfindən işəgötürənə ünvanlanan ərizələr korporativ sənəd dövriyyəsi sistemi vasitəsilə təqdim edilərək qeydiyyatdan keçirilir. Buna baxmayaraq, Arif Qurbanov iddiaçıya ərizəni əl yazısı ilə yazdırmışdır. Ərizəni aldıqdan sonra Arif Qurbanovkobud şəkildə: -qayıt yerinə sənə məlumat veriləcək. – deyərək İddiaçı otağından çıxardı. İddiaçı iş otağında psixoloji şok vəziyyətində sanki ölüm hökmünü gözləyən şəxs kimi, başına gələn hadisənin sonunun nə olacağını gözləyirdi. Bir qədər sonra İnstitutun İnsan resursları şöbəsinin rəisi Murad İsayev daxili telefonla iddiaçıya zəng edərək: Murad İsayev: -... Xatirə xanım, işdənmi çıxırsan? Arif müəllim, ərizəni gətirib bizə... İddiaçı: - yox, mən işdən çıxmaq istəmirəm, Arif müəllim məndən ərizəni almışdır... Murad İsayev: - Xatirə xanım, mənə vaxt verin rəhbərlikdən öyrənim məsələni Sizə qayıdaram... Bir qədər sonraMurad İsayev geri dönüş etdi: -Xatirə xanım, e-mail ünvanınıza ərizə formasını göndərmişəm, imzalayın və sistem vasitəsilə rəhbərliyə ünvanlayın. Bir az tez olun. Yəni, İnsan resurları şöbəsinin rəisi Murad İsayev rəhbərliklə razılaşdırdığı məzmunda tərtib edilmiş müəssisədə qəbul olunmuş formulyara uyğun ərizəni İddiaçı imzalamaq üçün göndərmişdir. Yəni İddiaçı imzalamaq üçün “rəhbərliyin göstərişinə” uyğun hazırlanmış hazır ərizə təqdim edilmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsini“işçinin öz xahişi ilə” ləğv edildiyini rəsmiləşdirsə də, işçiyə (İddiaçı) ərizəni hədə-qorxu gəlməklə, cavabdehin Hüquq şöbəsinin rəisi Arif Qurbanovun təhdidi ilə yazdırılmışdır. İddiaçıya xx.xx.2025-ci il tarixində birinci dəfə Arif Qurbanovun diktəsi ilə yazdırılmış, ikinci dəfə isə artıq hazır mətn verilməklə imzalatdırılmışdır. Xüsusilə qeyd etmək istəyirik ki, işəgütürən qismində çıxış edən Cavabdeh İddiaçı onun tərəfindən hansı əmək və icra intizamı qaydasının pozduğunu izah etməmişdir. Bu halı İddiaçı xx.xx.2025-ci il tarixində cavabdeh müəssisənin rəhbərliyinə ünvanladığı izahatından da müəyyən etmək olur. Çünki məzmununa izahat daha çox görülmüş işlərlə bağlı hesabata oxşayır. Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı tutduğu vəzifəsi SOCAR müəssisələri üzrə mütəxəssislər arasında olan ən yüksək vəzifələrdən biridir. Kadr seçimində, işə qəbulunda nepotizm kimi neqativ halların olduğu Cavabdeh İddiaçı bu yolla işdən çıxarılmasında əsas motiv və məqsəd cavabdeh müəssisənin rəhbərliyinə loyal olan “yaxın adamı” təyin etməkdir. İddiaçı 34 il ərzində qüsursuz işlədiyi müəssisə tərəfindən az qala“vətən xaini” kimi yanaşılmış, sonuncu iş günü xx.xx.2025-ci il tarixində iddiaçıya heç şəxsi əşyalarını, kompüterində olan şəxsi fayıllarını götürməyə imkan verilmədi. İddiaçı məxsus şəxsi əşyalar hal-hazıra kimi İnstitutun Məxfi rejim şöbəsində saxlanılır. Əlavə olaraq bildirir ki, tərəfimizdən Cavabdehna xx.xx.2025-ci il tarixli, 175 nömrəli məktubla Vəkil Sorğusu göndərilmişdir. Vəkil Sorğusunda Boru kəmərləri şöbəsinin rəisi X3 xx.xx.2025-ci il tarixində İddiaçı barəsində cavabdeh müəssisənin rəhbərliyinə ünvanladığı e-mail məktubu, eyni zamanda, həmin e-mail məktubu ilə bağlı görülmüş tədbirlər, Hüquq şöbəsinin rəisi Arif Qurbanov tərəfindən xx.xx.2025-ci il tarixində İddiaçı “öz xahişi ilə” işdən çıxarılması ilə bağlı ərizənin surəti və digər sənədlər, o cümlədən, əmək müqaviləsinin ləğvi haqqında əmrin surəti sorğu edilmişdir. Vəkil sorğusuna cavab verilməmişdir (vəkil sorğusunun surəti əlavə olunur).
3. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, SOCAR-ın Cavabdeh ilə bu iş üzrə İddiaçı arasında 09 sentyabr 1991-ci il tarixində 132l nömrəli əmək müqaviləsi bağlanılaraq, Dəniz Neft və qaz yataqlarının abadlaşdırılması və layihələndirilməsi şöbəsinə mühəndiz layihəçi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı institut rəhbərliyinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixindən işdən azad edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli 14-2-16/3-1K-129/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən “işçinin öz təşəbbüsü ilə” İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona təzyiqlər olunması heç bir fakt ilə sübut olunmur. Ona qarşı hər hansı bir təzyiq olardısa. əmək qanunvericiliyinə əməl olunmasına nəzarəti həyata keçirən orqan oolan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərdi. Hazırki halda İddiaçı ərizəsində başqa işəgötürən ilə əmək müqaviləsi bağlanılması səbəb göstərilmədiyi üçün rəsmi yazılı razılaşmanın olması tələbi tətbiq oluna bilməz. İddiaçı “işçinin öz təşəbbüsü ilə” əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli 14-2-16/3-1K-129/2025 nömrəli, AR ƏM-in 83-cü maddəsinin 1-ci hissəsində qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa uyğun şəkildə tərtib edilmişdir. İşçinin əmək müqaviləsinə xitam verilməsinin əsası kimi ərizəsində də qeyd edildiyi kimi “öz xahişi ilə” göstərilmişdir. Əmrin ikinci versiyası elektron sənədləşmə ilə əlaqədar tərtib edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazı müdafiə edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Əmək müqaviləsinə xitam verilməsi barədə 14-2-16/3-1K-129/2024 nömrəli, xx.xx.2025-ci il tarixli əmrə əsasən “ARDNŞ-nin “Neftqazelmilayihə” İnstitutunun Neft və qaz yataqlarının abadlaşdırılması şöbəsi” bölməsində şöbə rəisi” vəzifəsində işləyən İddiaçı Əlikram qızı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏMnin 69.3 – işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir.
9. İddiaçı tərəfindən “Neftqazelmilayihə” İnstitutunun neft və qazın nəqli üzrə direktor müavini vəzifəsini müvəqqəti icra edən cənab Mübariz Quliyevə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizəyə əsasən xx.xx.2025-ci il tarixdən işdən azad edilməsi xahiş edilmişdir.
10. “Neftqazelmilayihə” İnstitutunun neft və qazın nəqli üzrə direktor müavini vəzifəsini müvəqqəti icra edən cənab Mübariz Quliyevin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, mailto:huseyn.mammadov@socar.azElektron ünvan 1 elektron poçt ünvanından mailto:arif.gurbanov@socar.azElektron ünvan 2 və mailto:mubariz.quliyev@socar.azElektron ünvan 3 elektron poçt ünvanına İddiaçı əmək fəaliyyətində yol verdiyi nöqsanların araşdırılması ilə bağlı göndərilmiş heç bir yazışma aşkar edilməmişdir.
11. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
12. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsidir.
13. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
14. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
15. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
16. Həmin Məcəllənin 69-ci maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
17. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
18. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, İddiaçı "Neftqazelmitədqiqatlayihə" İnstitutunun idarəetmə aparatının Neft və qaz yataqlarının abadlaşdırılması şöbəsinin rəisi vəzifəsində çalışmış və 14-2-16/3-1K-129/2024 nömrəli, xx.xx.2025-ci il tarixli əmrə əsasən “ARDNŞ-nin “Neftqazelmilayihə” İnstitutunun Neft və qaz yataqlarının abadlaşdırılması şöbəsi” bölməsində şöbə rəisi” vəzifəsində işləyən İddiaçı Əlikram qızı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə onun öz xahişi ilə “AR ƏM-nin 69.3 – işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir.
19. Hazırda İddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixli, 14-2-16/3-1K-129/2025 saylı əmrinin etibarsız hesab edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işlədiyi "Neftqazelmitədqiqatlayihə" İnstitutunun idarəetmə aparatının Neft və qaz yataqlarının abadlaşdırılması şöbəsinin rəisi vəzifəsinə işə bərpa olunması ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Belə ki, ilk növbədə iş materiallarında olan xx.xx.2025-ci tarixli 14-2-16/3-1K- 129/2024 nömrəli əmrin və əmrin əsasını təşkil edən ərizənin surətindən də görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəb onun öz xahişi ilə işdən azad olunmasını nəzərdə tutan ərizəsidir və həmin ərizəni öz şəxsi imzası ilə təsdiqləmişdir. Ərizəni hədə və təzyiq altında imzaladığını əsas gətirsə də, bunu təsdiqləyən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
21. Eyni zamanda elektron poçt vasitəsilə aparılan danışıqların əldə edilməsi məqsədilə məhkəmə tərəfindən sorğu ilə müraciət edilmiş və “Neftqazelmilayihə” İnstitutunun neft və qazın nəqli üzrə direktor müavini vəzifəsini müvəqqəti icra edən cənab Mübariz Quliyev tərəfindən xx.xx.2025-ci il tarixli məktubla sorğuya cavab olaraq mailto:huseyn.mammadov@socar.azElektron ünvan 1 elektron poçt ünvanından mailto:arif.gurbanov@socar.azElektron ünvan 2 və mailto:mubariz.quliyev@socar.azElektron ünvan 3 elektron poçt ünvanına İddiaçı əmək fəaliyyətində yol verdiyi nöqsanların araşdırılması ilə bağlı göndərilmiş heç bir yazışmanın aşkar edilmədiyi bildirilmişdir.
22. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
25. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
26. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
27. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
28. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən mediasiya xərci iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil