Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-266/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 22.157,32 (iyirmi iki min beş yüz əlli yeddi avro, otuz iki sent) Avro və 1.672.76 (min altı yüz yetmiş iki manat, yetmiş altı qəpik) AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələri üzrə təhsilin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” cərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşları olan gənclərin seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən, Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində bakalvriat və magistratura səviyyələri üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına bu Qaydalarla məyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 (beş) il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra - müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5-ci yarımbəndinə görə, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X2 Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalvriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında 8 avqust 2022-ci il tarixli, 112 saylı müqavilə bağlanılmışdır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalvriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş cavabdeh elm və təhsil nazirinin xx.xx.2022-cü il tarixli, F-473 nömrəli əmrinə əsasən xaricdə bakalavr təhsilin maliyyələşdirlməsi imkanını əldə etmişdir. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh sentyabr 2022-ci il tarixdən-sentyabr 2025-ci il tarixə kimi Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində “Mühəndislik texnalogiyası” bakalavr səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, ixtisas istiqamədini dəyişərək öz öhdəliklərini pozmuşdur. Müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəzərə alınaraq, Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2-201 F/2024 nömrəli əmrlə X1 Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından xaric edilmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdı davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin, cavabdeh bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə xx.xx.2024-cü il tarixli, 3-29-64/2-153/2024 saylı məktubla rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 22.157,32 avro və 1.672,76 manat pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o ödənişdən yayınmışdır. Hesab edir ki, cavabdeh müqavilə şərtini pozaraq, təhsil ixtisasının istiqamətini dəyişdiyindən ona ödənilmiş dövlət vəsaitini geri qaytarmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə iddiaya etiraz verərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iş üzrə Cavabdeh qarşı Cavabdeh Nazirlyin xeyrinə 22157,32 avro və 1672,76 manat vəsaitin tutlması barədə iddia tələbinin rədd edilməsi barədə qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı Yasamal rayon Məhkəsində iddia qaldıraraq, Cavabdeh Nazirliyin xeyrinə 22157,32 avro və 1672,76 manat vəsaitin tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, qeyd olunan iddia tələbləri əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, Cavabdeh hazırda da ali təhsili ilə əlaqədar Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində təhsil aldığı üçün həmin dövlətdə yaşayır. İş materialları ilə tanış olarkən məlum oldu ki, Cavabdeh nüfuzlu təhsil müəssisəsində bakalavr təhsili alması ilə əladədar Təhsil Nazirliyi arasında xx.xx.2022-ci ildə 112 saylı müqavilə bağlanılmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-cı illər üçün Dövlət Proqramı” təsdiq olunub. X7 əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabət qabiliyyətli və yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdən ibarətdir. Qeyd olunan proqramın icrası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Proqrama əsasən gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alacaqları ixtisas sahələrinin ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğunluğunun təmin edilməsi zəruridir. Azərbaycan Respublikasının uzunmüddətli davamlı və sürətli inkişafı üçün yüksəkrəqabətli insan kapitalı formalaşdırılmalıdır. Yüksəkrəqabətli insan kapitalına zərurət iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edir. Dövlət Proqramının icrası zamanı bu prioritet ixtisas sahələrinə üstünlük veriləcəkdir: informasiya texnologiyaları; - dövlət idarəetməsi; mühəndislik; - iqtisadiyyat və s. Cavabdeh Nazirliyin İdarəetmə Qrupun rəhbəri Turan Topalova tərəfindən 19.08.202-ci ildə məktub ünvanlanmış, lakin onunla Elm və Təhsil Naziri 08 avqust 2022-ci ildə 112 saylı müqavilə imzalanmamışdır. Göründüyü kimi, Cavabdeh Nazirlik qarşısında hər hansı öhdəlik götürməmiş, müqavilənin son vərəqindəki imza da həmin şəxsə məxsus deyildir. Halbuki, qeyd olunan müqavilə 8 vərəqdən ibarət olduğu halda, yalnız 8-ci vərəqdə tərəflərin rekvizitləri sadalanmış, digər vərəqlərdə imza olmamış, sonuncu vərəqdə imza çəkilməsi müəyyən olunur ki, Cavabdeh şəxsiyət vəsiqəsindəki imza ilə tamamilə fərqlidir. Müqavilədəki imzanın Cavabdeh və ya valideynlərinə məxsus olub-olmaması ilə əlaqədar xətşünaslıq ekspertizasının təyin edilməsi barədə verdiyi vəsatətlər əsassız olaraq rədd edilmişdir. Bundan başqa, hələ 09 avqust 2022-ci ildə Cavabdeh Nazirliyin Elektron ünvan meilindən dövlət propramı çərçivəsində təhsil alması üçün “proqram iştirakçısı” adı qazanması barədə məktub göndərilmiş, həmçinin xx.xx.2022-ci ildə saat 11-də ətraflı məlumatlandırmaq məqsədilə onlayn orientasiya görüş keçirilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi, Cavabdeh hələ xx.xx.2022-ci ildə onlayn qaydada görüşə dəvət edildiyi, eləcədə, xx.xx.2022-ci ildə “proqram iştirakçısı” adı qazanması hələ məlum olmadığı halda, onunla Elm və Təhsil naziri Emin Əmrullayev arasında hər hansı formada müqavilə imzalanması qeyri-mümkündür. Ola bilər ki, Təhsil naziri adından hansısa əməkdaş vətəndaşı qəbul edib, bu səlahiyyətlərin hansısa əməkdaşa verilməsi barədə hər hansı sübut təqdim edilməyib. Bundan başqa, dəfələrlə iddia tələbi üzrə sənədlərin əsllərinin təqdid olunması üçün məhkəməyə təqdim edilməsi təklif edilsə də, həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Eləcə də, Cavabdeh təhsil aldığı müddətdə cavabdeh Elm və Təhsil Nazirliyi dövlət proqramının icrasını vaxtı-vaxtında icra etməmiş, Cavabdeh normal şəraitdə və vaxtında xarici dövlətdə təhsil almasıüçün tələb olunan vəsaiti köçürməmişdir. Belə ki, Cavabdeh xx.xx.2022-ci ildə meil vasitəsilə Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsinə qəbul olması barədə məlumat verilmiş, xx.xx.2022-ci ildə ali bakalavr təhsili ilə əlaqədar Belçika Krallığına getmiş, ali təhsil alması və yaşaması ilə əladədar Leuven şəhərində 1 otaqlı mənzili 750 evroya kirayələmiş, orada uzun müddət yaşadıqdan sonra Təhsil Nazirliyi tərəfindən xx.xx.2022-ci ildə 4116 avro bank hesabına ödəniş edilmişdir. Göründüyü kimi, Cavabdeh xarici dövlətdə təhsil almasından xeyli müddət sonra, yəni 2-3 ay sonra onun yaşayış xərcləri bank hesabına ödənilmişdir ki, bu da sonuncunun normal şəraitdə ali təhsil almasına maneçilik törətmişdir. Nəticədə, Cavabdeh təhsil aldığı xarici dövlətdə ixtisasını dəyişməyə məcbur olmuş, hazırda da eyni universitetin “Biznesin idarəedilməsi” fakültəsinin 2-ci kursunda bakalavr təhsilini davam etdirir. Göründüyü kimi, məhz vaxtında təhsil və yaşayış xərcləri dövlət tərəfindən icrası həvalə edilmiş - iş üzrə cavabdeh Elm və Təhsil Nazirliyi tərəfindən üzərinə götürülmüş öhdəliklər vaxtında icra edilmədiyinə görə, tələbə Cavabdeh normal şəraitdə xarici dildə təhsil almasında müəyyən çətinliklərlə üzləşmiş, əlavə günəmuzd işlərdə fəhlə işləməklə gündəlik təminatını həyata keçirməyə cəhd etmiş, nəticədə isə ali təhsilə sərf eləməli olan vaxtını işləməyə sərf etməyə məcbur olmuşdur. Cavabdeh ali təhsillə bağlı xarici dövlətə getdiyinə və işçi vizası olmadığına görə, onun rəsmi olaraq hansısa idarə və ya təşkilatda işləməsi də mümkün olmamış, nəticədə dərs vaxtlarından asudə vaxtlarında, ağır və fəhlə işlərində aşağı məbləğdə günəmuzd fəhlə işləməyə möhtac olmuşdur. 18 yaşı tamam olmamış Azərbaycan Respublikasının gənc vətəndaşını bu vəziyyətə düçar edən isə məhz cavabdeh Elm və Təhsil Nazirliyi olmuşdur. Baxmayaraq ki, Cavabdeh hazırda da dünya reytinqində 43-cü olan Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində əyani şöbədə 3-cü kursunda bakalavr təhsilini davam elətdirir və ali təhsil ilə əlaqədar hazırda da Belçika Krallığında yaşayır. Cavabdeh Azərbaycan Respublikasını Elm və Təhsil nazirliyi Cavabdeh məhz ixtisasını dəyişməsi bəhanəsi adı altında əsassız və qanunsuz olaraq adını dövlət proqramından sildirmiş və yaşayış təminatını ödəməsini dayandırmışdır. Cavabdeh təhsilini davam etdirdiyi KU Leuven universiteti Belçikanın ən yüksək reytinqli universiteti və dünyanın ən yaxşı 50 universiteti arasında 43-cü sırada yerləşir, il ildən daha yüksək reytinqə yüksəlir. Eləcə də, universitet 600 illik əsaslı tədqiqat və yüksək keyfiyyətli təhsil ənənələrinə malik olmaqla, dünyanın müxtəlif xalqlarının nümayəndələri təhsil almaq üçün bu universitetə daxil olurlar. Halbuki, ilk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub. Sözügedən reytinqdə dünyanın 107 ölkəsindən 1751 ali təhsil müəssisəsi təmsil olunur. Ötən il yalnız 2 ali təhsil müəssisəsinin təmsil olunduğu bu reytinqdə Azərbaycan ali təhsil müəssisələrinin sayı 7 olub. Azərbaycan sözügedən reytinqdə ilk dəfə TOP 1000-də Bakı Dövlət Universiteti (941-950) ilə təmsil olunur. Azərbaycan Dövlət İqtisad Universiteti 1081-1100-cü yerdə qərarlaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) isə ilk dəfə bu reytinqdə yer alırlar. Göründüyü kimi, Elm və Təhsil Nazirliyi Azərbaycanımızın ali təhsil müəssisələrinin dünya reytintqində ən yüksək TOP 1000-ə cəmi 1 dövlət universitetinin daxil olmasını, Cavabdeh bakalavr təhsili aldığı Belçikanın KU Leuven universitetinin isə dünya üzrə 43cü reytinqli universitet olmasını nəzərə almamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh Elm və Təhsil nazirliyi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2028-cı illər üçün Dövlət Proqramı” əsasənda ona həvalə edilmiş öhdəlikləri yerinə yetriməməsi nəticəsində Cavabdeh həm mənəvi zərər vurmuş, həmdə Cavabdeh normal şəraitdə təhsilini davam etdirməsinə maneçilik törətmişdir. Yəni, cavabdeh Elm və Təhsil Nazirliyi gələcək vəd edən və xaricdə bakalavr təhsili alan Cavabdeh maddi və mənəvi dəstək göstərmək əvəzinə, ondan 1-ci tədris ili ərzində ödədiyi Azərbaycan manatı məzənnəsində təxminən 50000 manat məbləğində pul ödənilməsi barədə iddia tələbi irəli sürür. Cavabdeh bu pulu eyş-işrətə və istirahətə deyil, məhz təhsilə görə xərcləmişdir. Cavabdeh isə Cavabdeh özündən asılı vəziyyətə salmaqla, onun gələcəyini və gəncliyini məhv etməkdə israrlıdır. Yəni, indiki vəziyyətdə gərək hansısa nazir və deputat vəzifəsində işləyən ki, azı 10000 manat əmək haqqı alıb, nazirliyin istədiyi həmin vəsaiti qaytarmaq iqtidarında olasan. Əks təqdirdə, 18 yaşı tamam olan bir gənc olaraq pul vəsaitini ödəməmək əsası ilə əvvəlcə barəsində inzibati, sonra da cinayət işi qaldırılmaqla gələcək vəd edən Azərbaycan Respublikası vətəndaşını türmələrdə çürüdəsən. Budurmu, Dövlət Proqramının məqsədi ? Bir daha qeyd edir ki, Cavabdeh hazırda da ali təhsilini həmin universitetdə davam elətdirir, bununla bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 112 nömrəli müqaviləyə əsasən müqavilə üzrə birinci tərəf Azərbaycan Respublikasının elm və təhsil naziri X3 şəxsində təmsil olunan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və digər tərəf “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində bakalavr təhsil səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdehdur, müqavilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın (bundan sonra - Maliyyələşdirilmə Qaydası) 1.4-cü bəndinə uyğun olaraq bağlanılır və Proqram iştirakçısının Belçika Krallığının "KU Leuven" ali təhsil müəssisəsində "Mühəndislik texnologiyası" ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müddətinə təhsilinin maliyyələşdirilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir. Həmin müqavilənin 3.2.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Həmin müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən program iştirakçısı təhsil aldığı ixtisas istiqamətini dəyişdirməmək barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən proqram iştirakçısı bu Müqavilə üzrə öhdəlikləri icra etmədikdə, İdarəetmə Qrupu tərəfindən 1 (bir) ay ərzində xəbərdar edilir və bu barədə ona bildiriş göndərilir. Proqram iştirakçısı İdarəetmə Qrupunun təqdim etdiyi bildiriş əsasında Nazirlik tərəfindən onun bu Müqavilənin 6.2.1-6.2.7 yarımbəndlərində göstərilmiş hallar baş verdiyi tarixdən 2 (iki) ay müddətində geri qaytarılmalıdır. Həmin müqavilənin 6.2.6-cı yarımbəndinə əsasən proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtlərinin pozulmasına görə Nazirlik tərəfindən bu Müqavilə ləğv edildikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 (iki) ay müddətində geri qaytarılmalıdır. İş materiallarında olan iyun 2020-ci il tarixli 06 nömrəli təqaüd kartları üzrə hesabların açılması və təqaüd kartlarından istifadə haqqında müqaviləyə 2 nömrəli əlavəyə aid edilmiş, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə 12 nömrəli reyestrinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına 4116 avro məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alan 13 nəfərin yaşayış xərci (köçürülən məbləğ rəqəmlə : 98874.00 avro) köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 06 nömrəli təqaüd kartları üzrə hesabların açılması və təqaüd kartlarından istifadə haqqında müqaviləyə 2 nömrəli əlavəyə aid edilmiş, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə 25 nömrəli reyestrinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına 11.440,00 avro məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alan 14 nəfərin yaşayış xərci (köçürülən məbləğ rəqəmlə : 112611,00 avro) köçürülmüşdür. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların xərcləri onların şəxsi bank hesabına köçürülmüşdür. Cavabdeh hesabına 327.96 manat köçürülmüşdür. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların yaşayış xərcləri (köçürülən məbləğ rəqəmlə : 216404.17 manat) köçürülmüşdür. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların xərcləri onların şəxsi bank hesabına köçürülmüşdür. Cavabdeh hesabına 1330,00 manat köçürülmüşdür. İş materiallarında olan əmrdə dəyişiklik edilməsi barədə Emin Əmrullayev tərəfindən verilmiş əmrdən görünür ki, Azərbaycan Respublikasının elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmri ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısı”nda 1-ci, 41-ci, 52-ci, 55-ci, 75-ci, 106-cı və 197-ci hissələr ləğv edilməsi, X4 Qrupu (T. Topalova), Hüquq şöbəsi (S. Mahmudov), Beynəlxalq əməkdaşlıq şöbəsi (S.Feyzullayeva) və Maliyyə şöbəsi (R. Orucov) İ.Abaszadə, A.Əhməd, Cavabdeh, K.Əliyev, Z.Hacıyeva, L.Lətifova, H.Səfərli və Elm və Təhsil Nazirliyi arasında bağlanmış ikitərəfli müvafiq müqavilənin 6.2-ci maddəsinə uyğun olaraq onların təhsillərinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görülməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi "2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliyinin Artırılması üzrə Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-29-64/2-153/2024 nömrəli məktuba əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) çərçivəsində Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmri ilə Belçika Krallığının "KU Leuven" xarici ali təhsil müəssisəsində bakalavr təhsilininin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Bağlanmış ikitərəfli müqaviləyə əsasən təhsil müddəti 2022-ci il sentyabr ayından 2025-ci il sentyabr ayınadək olan dövrü əhatə edir. Müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən təhsil aldığı ixtisas istiqamətini dəyişdirdiyininə görə Nazirlik tərəfindən onun təhsilininə çəkilən xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarmağı tələb olunur. Məlumat üçün bildirilmişdir ki, təhsilinin maliyyələşdirilməsi məqsədilə bu günə kimi qeyd olunan ödənişlər həyata keçirilmişdir: aylıq yaşayış xərci – 15.556,00 EUR, Təhsil x. – 6.600,00 AZN, Bank xidməti – 1,32 AZN, Viza x. - 327,96 AZN, Yol x. -1.330,00 AZN, Bank xidməti 5,80 AZN, Plastik kart – 9 AZN. Qeyd olunanları nəzərə alaraq elm və təhsil nazirinin 18 04 2024-cü il tarixli, 3-29/3-2- 201F/2024 nömrəli əmrinə əsasən bakalavr təhsilinin maliyyələşdirilməsi məqsədilə ödənilmiş ümumilikdə 22 157.32 avro (iyirmi iki min bir yüz əlli yeddi avro 32 sent) və 1672,76 (bir min altı yüz yetmiş iki manat 76 qəpik) manat məbləği X4 Qrupunun qoşmada əlavə olunmuş avro və manat hesablarına qaytarmağı xahiş olunmuşdur. İş materiallarında olan mail ünvanına göndərilmiş məktuba əsasən ikitərəfli müqaviləyə əsasən təhsil müddəti 2022-ci ilin sentyabr ayından 2025-ci il sentyabr ayınadək olan dövrü əhatə edir, 3.3.12-ci yarımbəndinə əsasən təhsil aldığı ixtisas istiqamətini dəyişdirdiyinə görə Nazirlik tərəfindən təhsilinə çəkilən xərclər 2 aydan gec olmayaraq qaytarılması tələb olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 112 nömrəli müqavilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın 1.4cü bəndinə uyğun olaraq bağlanılmışdır və Proqram iştirakçısı Cavabdeh Belçika Krallığının "KU Leuven" ali təhsil müəssisəsində "Mühəndislik texnologiyası" ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müddətinə təhsilinin maliyyələşdirilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir. Əmrdə dəyişiklik edilməsi barədə əmrə əsasən Azərbaycan Respublikasının elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F- 473 nömrəli əmri ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısı”nda 1-ci, 41-ci, 52-ci, 55-ci, 75-ci, 106-cı və 197-ci hissələr ləğv edilmiş, Cavabdeh və Elm və Təhsil Nazirliyi arasında bağlanmış ikitərəfli müvafiq müqavilənin 6.2-ci maddəsinə uyğun olaraq onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görülməsi qərara alınmışdır. Müvafiq müqavilənin 6.2.6-cı yarımbəndinə əsasən proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtlərinin pozulmasına görə Nazirlik tərəfindən bu Müqavilə ləğv edildikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 ay müddətində geri qaytarılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Cavabdeh təhsilininin maliyyələşdirilməsinə görə 22 157.32 avro və 1672,76 manat məbləğində ödənişlər həyata keçirmiş, cavabdeh isə müqavilə şərtlərini pozaraq təhsil aldığı ixtisas istiqamətini dəyişdirmişdir. Müvafiq müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən program iştirakçısı təhsil aldığı ixtisas istiqamətini dəyişdirməmək barədə öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 22 157.32 (iyirmi iki min bir yüz əlli yeddi avro otuz iki sent) avro (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 1672,76 (bir min altı yüz yetmiş iki manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22 157.32 (iyirmi iki min yüz əlli yeddi avro otuz iki sent) avro (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 1672,76 (bir min altı yüz yetmiş iki manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-266/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-266/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver