Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2695/2023 16.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanlı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin elektron məhkəmə sisteminə daxil etmək üçün Azərbaycanda verilmiş qüvvədə olan sənədi yoxur. Cavabdeh Gürcüstan Respublikası vətəndaşıdır. Lakin onun xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək qüvvədə olmuş MYİ (X17) 497112 elektron məhkəmə sistemi tanımır. Qeyd etmişdir ki, o, sonuncu dəfə MYi almamış, ******* saylı Müvəqqəti olma barədə qərar almışdır. O, Cavabdeh ilə 20 avqust 2020-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahda bir övladı xx.xx.2021-ci il təvəlüdlü X14 dünyaya gəlmişdir. Ailəsi əvvəllər normal münasibətlər çərçivəsində davam etsədə, son zamanlar qarşılıqlı münasibətlər pisləşmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(004)-2987/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Lakin hazırda cavabdeh ona xidməti əsaslarla müvəqqəti verilmiş ünvan 1 ünvanlı mənzildə yaşamaqda davam edir, həmçinin ona məxsus olan əşyaları da qaytarmaqdan imtina edir. Qeyd etmişdir ki, həmin mənzil xidməti mənzil olaraq onun istifadəsinə verilərkən, yəni xx.xx.2012-ci il tarixli 76 saylı müqavilə bağlanarkən, həmin müqavilədə mənzildən istifadə etmək üçün olan siyahıda o, və ailə üzvləri həyat yoldaşı Daşdəmirova Sevinc, övladları Daşdəmirova Nigar, Daşdəmirov Elçin olmuşdur. Yəni cavabdehin həmin mənzildə yaşamaq üçün heç bir hüquqi əsası olmamışdır. Hazırda isə onun həmin mənzilə dair müqaviləsi ləğv olunmuş, həmin mənzilə dair xx.xx.2023-cü il tarixli 20 saylı müqavilə bağlanaraq X4 verilmişdir. Hazırda cavabdeh mənzildən çıxmaqdan imtina etməklə həm onun, həm digər şəxslərin hüququnu pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli mənzil İddiaçı yox, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə məxsusdur. Həmçinin bildirmişdir ki, praktikaya uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi hər bir şəxslə müqavilə bağlayarkən iltizam imzalayır ki, həmin şəxs vəzifəsini və yaxud yerini dəyişəndə, mənzili boşaldmağa məhsuldur. Məhz buna görə iddiaçı kimi İddiaçı özü iddia qaldırmışdır. O, özü mənzildən çıxmış, lakin cavabdeh çıxmır. Hal-hazırda mənzil X4 verilmişdir, lakin o, cəbhə bölgəsində olduğundan Bakı şəhərinə gəlib çıxa bilmir. Eyni zamanda ərizə təqdim edərək bildirmişdir ki, mübahisəli mənzil Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsinin balansında olmaqla həmin mənzilə dair sərəncam vermək hüququ da həmin idarəyə məxsusdur. İlk olaraq iddiaçı qismində onların iştirak etməyinin səbəbi mənzilə dair İddiaçı iltizam verməsidir. Belə ki, hər bir hərbçi kimi İddiaçı da ona ayrılmış mənzili təhvil vermə barədə iltizam vermişdir. İddia verməyinin səbəbi müvafiq strukturun İddiaçı keçmiş ailə üzvü olan hazırki cavabdehi mənzildən çıxarmaq tələb etməsi olmuşdur. Hazırki iş üzrə cavabdeh isə ümüumiyyətlə bu mənzilə dair heç bir hüququ yoxdur. Onun adı mənzilə aid ilkin müqavilədə olmamış, həmçinin qeydiyyatı da yoxdur. Əlavə olaraq qeyd etmişdir ki, mənzilin cavabdeh tərəfindən özbaşına olaraq zəbt edilməsinin davam etməsi, hazırda həmin mənzilə dair müqavilə bağlamış və vətənə xidmət edən hərbçi və ailəsinin hüquqlarını pozur. Cavabdehin mübahisəli mənzilə hər hansı bir subyektib hüququnun, nə istifadə hüququnun, nə sahiblik hüququnun, nə də sərəncam vermək hüququnun olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə xx.xx.2020-ci il tarixdə ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X14 dünyaya gəlmişdir. Bundan sonra Yasamal Rayon Məhkəməsinin 2(004)-2987/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. İddiaçı mübahisəli mənzilin açarlarını ona təhvil vermiş və evdən çıxıb gedib ikinci ailə həyatı qurduğu ailə ilə yaşamağa başlamışdır. Həmin mənzildə artıq o, 4 il olar ki, övladı ilə birlikdə yaşayır. Özü həmin mənzilə bir il müddətinə müvəqqəti qeydiyyata düşmüşdür. Bildirmişdir ki, iddiaçıya dövlət tərəfindən Hovsan qəsəbəsində 04 otaqlı mənzil verilmişdir və o, yalnız ona həmin evdən pay verildikdə, uşağına yaşamaq üçün şərait yaradılacağı təqdirdə bu mənzildən çıxacağını bildirmişdir. Qeyd etmişdir ki, bir müddət əvvəl mübahisəli mənzilə bir nəfər şəxs gəlmiş və mənzilin Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən ona verildiyini bildirmişdir, o isə, ona məhkəmə olmadan nəyə görə onun qapısına gəldiyini söyləmişdir. Eyni zamanda bildirmişdir ki, əsl İddiaçı deyil, buna görə də, onun ona qarşı məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2987/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə 1748 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəlüdlü X6 anası Cavabdeh yanında qalması qət edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi, polkovnik-leytenant H.Əliyev (kirayəyə verən) ilə hərbi qulluqçu mayor İddiaçı (kirayəçi) arasında bağlanmış 76 saylı, 10 dekabr 2012-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 136 nömrəli binada 83 nömrəli mənzildə yerləşən dövlət mənzil fonduna aid, yaşayış hissəsi 64,6 kv.m-dən ibarət 3 otaqlı yaşayış sahəsinin kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün 20 gün müddətinə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvləri: həyat yoldaşı – X11, qızı – X12, oğlu – X15. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi polkovnik Qalib Əliyev (kirayəyə verən) ilə hərbi qulluqçu mayor X9 (kirayəçi) arasında bağlanmış 20 saylı, 16 yanvar 2023-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev “Qızıl Şərq” h/ş küçəsi, 136 nömrəli binada 83 nömrəli mənzildə yerləşən dövlət mənzil fonduna aid, yaşayış hissəsi 64,6 kv.m-dən ibarət 3 otaqlı yaşayış sahəsinin kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvləri: həyat yoldaşı – X2, qızları – X7, X5, X8, oğlu – X10. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin 2 nömrəli Mənzil İstismar Sahəsinin 142 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev 136 nömrəli evin 83 nömrəli mənzili 10 dekabr 2012-ci il tarixli 76 saylı kirayə müqaviləsi ilə hərbi ailəvi yataqxanada İddiaçı ailəsi ilə birlikdə verilmişdir. Həmin mənzilin 26 may 2023-cü il tarixinə 391 manat 37 qəpik işıq puluna, 233 manat 48 qəpik kommunal xərclərə borcu vardır. Ümumi borcu 624 manat 85 qəpikdir. - 10 dekabr 2012-ci il tarixli iltizama əsasən hərbi qulluqçu mayor İddiaçı 76 saylı, 10 dekabr 2012-ci il tarixli kirayə müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev 136 nömrəli evin 83 nömrəli mənzili xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən azad edildikdə və s. hallarda şərtsiz Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsinə təhvil verəcəyi barədə iltizam vermişdir. Məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar İdarəsi 76 saylı, xx.xx.2012-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 136, 83 saylı mənzili İddiaçı xidməti əsaslarla ailəsi ilə müvəqqəti yaşamaq üçün verilmişdir. İddiaçı xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən azad edildikdə və s. hallarda şərtsiz həmin mənzili Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə təhvil verəcəyinə dair imzalı iltizam vermişdir. İş materilları ilə o da, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sözü gedən ünvanda yerləşən mübahisəli evə dair 26 may 2023-cü il tarixinə kommunal xərclərə görə ümumi 624 manat 85 qəpik borcu vardır. İddiaçı ilə cavabdeh arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Hazırda isə iddiaçının həmin mənzilə dair müqaviləsi ləğv olunmuş, həmin mənzilə dair xx.xx.2023-cü il tarixli 20 saylı müqavilə bağlanaraq mənzil, X4 verilmişdir. Cavabdeh iddiaçıya xidməti əsaslarla müvəqqəti verilmiş mənzildə yaşamaqda davam edir. İddiaçı, Cavabdeh ünvan 1 ünvanlı mənzildən çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi iddiaçının cavabdehin oradan çıxardılaraq boşaldılmasını iddia etdiyi, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 136, 83 saylı mənzilə dair sonuncunun hazırda mənzil üzərində sahiblik və istifadə hüququ olmamaqla, əmlaka dair mülkiyyət hüququ da, dövlət reyestrində qeydə alınmamış, eləcə də, sözü gedən ünvanda yerləşən mübahisəli mənzilin hərbi ailəvi yataqxana olmaqla, təyinatlı yaşayış sahəsi olaraq dövlət mənzil fonduna aid olması, hal-hazırda isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi ilə X9 (kirayəçi) arasında bağlanmış 20 saylı, 16 yanvar 2023-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən dövlət mənzil fonduna aid, yaşayış hissəsi kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün X1 və istifadəsinə verilmişdir. Bundan başqa hazırlıq iclasında məhkəmə tərəfindən iddiaçıya əsl olmayan tərəfin əsl tərəflə (əsl iddiaçı ilə) və əsl tərəfin (əsl iddiaçının) ərizəsi əsasında əvəz edilməsi barədə (mənzilin mülkiyyətçisinin ərizə verə biləcəyi) təklif edilmiş, lakin iddiaçının nümayəndəsi və eyni zamanda vəkili məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, aidiyyəti üzrə baxılmasını tələb etmiş, yalnız məhkəmə baxış iclasında (iş məhkəmə baxışına verildikdən sonra) özü ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan iddiaçının əsl olan iddiaçı ilə əvəz edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin iddiaçı qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən, həmin ərizə hazırlıq iclasında və əsl iddiaçı tərəfindən verilmədiyindən (müvafiq məhkəmə iclas protokoluna qeyd ediməklə) vəsatət təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin barəsində iddia tələbində göstərdikləri faktların təsdiqi ilə bağlı sübut təqdim edib-etməməsindən asılı olmayaraq iddia tələblərinin əsası kimi istinad edilən hallar iddianın əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, əvvəla Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə tərəfindən, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İş materialları ilə iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmaması və eləcə də, hal-hazırda mənzilə dair hər hansısa istifadə və sahiblik hüququnun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən məhkəməyə müvafiq ünvanda yerləşən mübahisəli 3 otaqlı mənzilin onun mülkiyyətində, isdifadəsində və sərancamında olması barədə iddia ərizəsində qeyd edilənlərə dair sübutlar təqdim edilmədiyindən və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2695/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2695/2023
16.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver