Məhkəmə qərarları › İş №e-2(004)-2705/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2705/2023

25.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2705/2023 25.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "çıxarışın ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "çıxarışın ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum anası X2 mənzili xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmiş və Z.M.Abdullayeva xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X3 vəfatından sonra miras əmlakı olan ünvan 1 ünvanında yerləşən mənzilə dair vərəsəlik məsələlərini həll etmək istəyərkən iddiaçıya məlum olmuşdur ki, həmin mənzil iddiaçının bacısı Cavabdeh tərəfindən əsassız olaraq özünküləşdirilmişdir və onun mülkiyyətindədir. Bununla, iddiaçının sözügedən miras əmlaka münasibətdə vərəsəlik hüquqları pozulmuşdur. Bu səbəbdən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. İş materiallarında olan xx.xx.2005-ci il tarixli Kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 2-ci giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 121 kv.m. olan 98 saylı mənzil "xxxx" MMC tərəfindən Payçı X1. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AZ-İİ 203623 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 98, giriş ünvanında yerləşən mənzil xüsusi mülkiyyət əsasında Cavabdeh məxsusdur və ********** qeydiyyat nömrəli mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 98, giriş ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdə ilkin olaraq Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki iş üzrə iddia tələbinin “çıxarışın ləğv olunması və iddiaçının miras əmlaka miras payının müəyyən edilməsi” olması nəzərə alınmaqla, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 98, giriş ünvanında yerləşən mənzilə mülkiyyət hüququ X7 vəfat etməmişdən 14 ay (on dörd) ay əvvəl "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2020-ci il tarixli, 6 nömrəli protokolundan çıxarışa və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixdə ilkin olaraq Cavabdeh adına qeydiyyata alınmışdır. Deməli, sözügedən daşınmaz əmlak X3 miras əmlakı kimi qiymətləndirilə bilməz. X7 vəfat edənə kimi sözügedən daşınmaz əmlak digər mülki hüquqi münasibətlər nəticəsində Cavabdeh mülkiyyətinə keçmişdir. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 98, giriş ünvanında yerləşən mənzil vərəsəlik hüququnun predmeti deyildir, X5 miras əmlakı kimi qiymətləndirilə bilməz. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaçıya izah edir ki, sözügedən mənzilin əldə edilməsinə əsas olan müvafiq hüquqi əsasların mübahisələndirilməsi imkanı iddia icraatı qaydasında mümkün hesab edilə bilər. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "çıxarışın ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar