Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2721/2025 14.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iş üzrə (açar sözlər: mənzilin boşaldılması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin boşalıdılması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92a, mənzil 704 (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 157, M4, m1) ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 5309/2024 nömrəli qətnaməsinə əsasən X7 ilə Cavabdeh arasında bağlanmış nikah pozularaq xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2020-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanmaları və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X5 qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
3. X5 **********883 nömrəli notarial təsdiqli ərizəsindən görünür ki, o, birgə nikah dövründə əldə edilmiş X3 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin satılması, bağışlanması, dəyişdirilməsi, rentasına, kirayə verilməsinə etiraz etmədiyini bildirmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 92A, mənzil 704 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 157, M4, m1) mənzilə dair ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın verilməsinə əsas olan sənədlər "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 02 nömrəli protokolundan çıxarış, xx.xx.2019-cu il tarixli maliyyə arayışıdır.
5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışa əsasən İddiaçı Bakı şəhəri, Zərdabi prospekti, 3166-cı məhəllədə tikilən 18 mərtəbəli yaşayış binasının 8-ci blok, 4-cü mərtəbəsindəki 1 nömrəli mənzilin dəyərinin 100%-ni ödəmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92a, mənzil 704 (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 157, M4, m1) ünvanında yerləşən mənzilin cavabdeh tərəfindən övladları xx.xx.2011ci il təvəllüdlü X9 və xx.xx.2020-cü il təvəllüdlü X8 və əşyaları ilə birlikdə məcburi qaydada boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddianın əsaslarına görə, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92a, mənzil 704 (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 157, M4, m1) ünvanında yerləşən mənzil Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzil hazırda iddiaçının oğlu X1 arvadı cavabdeh (İbrahimova) Cavabdeh tərəfindən zəbt olunmuşdur. X7 ilə cavabdeh (İbrahimova) Cavabdeh arasında mövcud olan xx.xx.2009-cu il tarixli nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-5309/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə əsasında tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X8 anası (İbrahimova) Cavabdeh yanında saxlanılmışdır. Nikah pozulduğu dövrdən bəri cavabdeh övladları və əşyaları ilə birlikdə iddiaçıya məxsus olan mənzili heç bir əsas olmadan boşaltmır. Cavabdehin qeyd edilən mənzillə bağlı hər hansısa mülkiyyət və istifadə hüquqları mövcud deyildir. Bu məskunlaşma tamamilə qanunsuzdur. Bu qanunsuz məskunlaşma iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdən iddiaçı tərəfindən məhkəmədə vindikasiya iddiası qaldırılması zərurəti yaranmışdır
b) iddiaya qarşı etiraz
8. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
a) məhkəmə icraat iştiakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X6 iddia tələbinin məzmununa uğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
12. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları ... On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. İşdəki sübutlarla müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92a, mənzil 704 (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 157, M4, m1) ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmişdir.
16. Təqdim edilən arayışla müəyyən olunur ki, mənzilin dəyəri 2008-ci ildə, yəni iddiaçının oğlu ilə cavabdehin rəsmi nikahları bağlanmamışdan əvvəl, iddiaçı tərəfindən ödənilmişdir. Lakin həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı 2019-cu ildə aparılmışdır. Notarial təsdiq edilmiş ərizə ilə də müəyyən edilir ki, iddiaçının oğlu birgə nikah dövründə əldə etdikləri mənzilə dair cavabdehin sərəncam verməsinə heç bir etiraz etməmişdir.
17. Cavabdeh iddiaçının oğlu Nihad İbrahimovla ailəli olmuş, xx.xx.2009-cu il tarixdə bağlanmış nikahları xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar cavabdehin yanında saxlanılmışdır.
18. Göründüyü kimi, mübahisənin obyekti mənzilin iddiaçının mülkiyyətində olması mübahisəsizdir. Cavabdehin isə həmin mənzilə dair hər hansı hüququnun (istifadə və s.) iş materialları ilə müəyyən edilmir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya yazılı və ya şifahi etiraz etməmişdir.
19. Odur ki, iddia təmin olunmaqla, cavabdeh əşyaları və azyaşlı övladları ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmalıdır.
20. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93)
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir.
23. Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, mülkiyyət hüququna müdaxilənin yolverilən sayılması üçün zəruri şərtlərin mövcudluğu sübut olunmadığı müddətcə mülkiyyətdən sərbəst və maneəsiz istifadə hüquqları təmin edilməlidir.
24. Bundan əlavə qeyd olunmalıdır ki, hazırkı işin halları baxımından iddia tələbində qeyd edilən azyaşlı uşaqlar – xx.xx.2011-ci il təvəllüdlü Enis İbrahimov və xx.xx.2020-ci il təvəllüdlü Qadir İbrahimov məhkəmə qətnaməsi ilə nikah pozulduqdan sonra analarının – cavabdehin yanında saxlanıldığından, azyaşlıların yaşayış yeri valideynlərin yanı hesab edildiyindən onlara münasibətdə də iddia təmin edilməlidir.
25. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92a, mənzil 704 (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 157, M4, m1) ünvanında yerləşən mənzil (İbrahimova) Cavabdeh tərəfindən övladları xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2020-cü il təvəllüdlü X8 və əşyaları ilə birlikdə boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92a, mənzil 704 (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 157, M4, m1) ünvanında yerləşən mənzil (İbrahimova) Cavabdeh tərəfindən övladları xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2020-cü il təvəllüdlü X8 və əşyaları ilə birlikdə boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə