Məhkəmə qərarları › İş №e-2(004)-2725/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2725/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2725/2025 07.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, X5, X1, İddiaçı4 Valeryeviş, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X2 və Osadçenko Leonidoviçin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, dövlət rüsumu) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçılar İddiaçı1, X5, X1, İddiaçı4 Valeryeviş, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X2 və Osadçenko Leonidoviçin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tikinti şirkəti Cavabdeh MMC-dən yaşayış sahələrinin sökülməsindən sonra yeni yaşayış binaları tikilərək təmirli vəziyyətdə təhvil verilənədək kirayə edilmiş mənzil üçün aylıq kirayə haqqının ödənilməmiş hissəsi tam həcmdə İddiaçı3 xeyrinə 11250 manat, İddiaçı5 xeyrinə 4000 manat, İddiaçı9 xeyrinə 5500 manat, İddiaçı8 xeyrinə 6000 manat, İddiaçı11 xeyrinə 5400 manat, İddiaçı1 xeyrinə 1800 manat, İddiaçı6 xeyrinə 3500 manat, İddiaçı7 xeyrinə 6000 manat, İddiaçı2 xeyrinə 9000 manat, İddiaçı4 xeyrinə 4000 manat, və İddiaçı10 xeyrinə 14000 manat pulun, vəkilə ödənilmiş hüquqi yardıma və etibarnaməyə görə İddiaçı3 xeyrinə 517,25 manat, İddiaçı5 xeyrinə 517,25 manat, İddiaçı9 xeyrinə 517,25 manat, İddiaçı8 xeyrinə 517,25 manat, İddiaçı11 xeyrinə 517,25 manat, İddiaçı1 xeyrinə 517,25 manat, İddiaçı6 xeyrinə 517,25 manat, İddiaçı12 xeyrinə 517,25 manat, İddiaçı7 xeyrinə 517,25 manat, İddiaçı2 xeyrinə 517,25 manat, İddiaçı4 xeyrinə 517,25 manat və İddiaçı10 xeyrinə 517,25 manat pulun, İddiaçı1 xeyrinə 100 manat ödənilmiş dövlət rüsumunun, müqavilədə göstərilən sahə layihəyə uyğun ölçüdən az olduğundan yaranan nisbətin iddiaçılara pul şəklində hər kv.m görə 2500 manat pulun, iddiaçılara verilmiş mənzillərdə görülmüş təmir işlərinin keyfiyyətsiz materiallardan istifadə edilməsinə görə kompensasiya şəklində hər bir iddiaçıya əlavə 3000 manat pulun tutulması, mənzilin təhvil verilməsinin Akt üzrə həyata keçirilməsi, iddiaçıların adına mülkiyyət çıxarışların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən qanunamüvafiq qaydada alınması üçün müvafiq sənədlərin, müqaviləyə əsasən, iddiaçılar üçün nəzərdə tutulan kommunal xərclərin 50% faiz təşkil etməsi, iddiaçıların istifadəsinə icarəyə (kommunal xərcləri 50% faiz ödəmək şərtilə) qaraj-dayanacaq verilməsi, mənzilindən, blokun giriş qapısından və liftdən istifadəyə tədbiq edilmiş süni maneələrin və qadağaların aradan qaldırılması vəzifəsinin cavabdeh tikinti şirkəti Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir; Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.10. bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.

3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi; Maddə 8.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğdə dövlət rüsumu ödənilir.

Məhkəmənin mövqeyi

4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

5. Hazırkı iş materaillarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün 100 manat məbləğdə dövlət rüsumu ödənilmişdir.

6. Halbu ki, iddiaçıların tələbləri həm qiymətləndirilən, həm də qiymətləndirilməyən tələblərdən ibarətdir. Belə olan halda isə qiymətləndirilən tələblərə münasibətdə də qanunda göstərilən qaydada rüsum hesablanıb ödənilməli idi.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğdə dövlət rüsumu ödənilir.

8. Qanunun qeyd olunan maddəsinin tələbindən göründüyü kimi, qiymətləndirilən iddia növündə ərizənin verilməsi üçün göstərilən qaydada hesablama aparmaqla dövlət rüsumu ödənilməlidir.

9. Odur ki, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada ödənilmədiyindən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

10. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçılar İddiaçı1, X5, X1, İddiaçı4 Valeryeviş, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X2 və Osadçenko Leonidoviçin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı kirayə haqqının ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar