Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2734/2024 24.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 nömrəli evin 2 nömrəli mənzilinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-157/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə qeydə alınmış xx.xx.2005ci il tarixli nikahın pozulması qət edilmişdir. Qeyd etmək istəyir ki, cavabdehlə birgə nikah dövründə "xxxx" ASC-nin Mərkəzi filialı ilə müqavilə imzalayaraq ilkin ödəniş olaraq 16.700 manat ödəniş edib, bankdan 50.000 manat kredit götürməklə, ümumi dəyəri 66.700 manat olan ünvan 1 ünvanında yerləşən mənzili ipoteka ilə almışlar. AR DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil cavabdehin xüsusi mülkiyyətində olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2019 №li xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 saylı evin 2 saylı mənzilinə ½ (ikidə bir) hissədə onun payı, ½ (ikidə bir) hissədə cavabdehin payı müəyyən edilməklə bərabər paylara bölünməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12341/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh onu mənzilə buraxmır. Nəticədə mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Mübahisəli mənzildən başqa yaşayış yeri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, paylı mülkiyyətində olan mənzilə köçmək istəyir. Belə ki, cavabdehin qeyd etdiyi pul tələbinin ödənilməsi üçün onun hal-hazırda yaşadığı mənzil hərraca çıxarılır və mənzil satılaraq cavabdehin pulu ödəniləcəkdir. Belə olan halda, o mənzildən çıxmalıdır. Hal-hazırki mübahisəli mənzil isə onun paylı mülkiyyətindədir. Uşaqlarının gələcəyini düşünür. Mülkiyyətində olan mənzilə köçmək istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri,Yasamal rayonu, D.Bünyadzadə küçəsi ev 12, mənzil 2-yə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-157/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında qeydə alınmış xx.xx.2005-ci il tarixli nikahın pozulması qət edilmişdir. AR DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Aşağıda qeyd olunanlara əsasən iddia tələblərini qanunsuz və əsassız hesab edir: İddiaçı iddia ərizəsində qeyd etmişdir, cavabdeh onu mənzilə buraxmır. Nəticədə o mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Mübahisəli mənzildən başqa yaşayış yeri yoxdur. Qeyd olunanlar tamamilə əsassızdır, belə ki, mənzildə yaşamaq istəməsi ilə bağlı iddiaçı tərəfindən ona heç vaxt müraciət olunmamış, belə müraciətin olunması ilə bağlı hər hansı təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bildirmək istərdi ki, İddiaçı xüsusi mülkiyyətində ünvan 4 saylı, xüsusi mülkiyyətində olan 55.30 kvm sahəsi olan mənzili var və iddiaçı qeyd olunan mənzildə yaşayır. Bu xüsusat, onun yaşamağa başqa yerinin olmaması ilə bağlı iddia ərizəsində qeyd etdiklərini təkzib edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1211/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 saylı evin 2 saylı mənzilinə ½ (ikidə bir) hissədə onun payı, ½ (ikidə bir) hissədə cavabdehin payı müəyyən edilməklə bərabər paylara bölünməsi qət edilmişdir. Qeyd etmək istəyir ki, cavabdehlə birgə nikah dövründə "xxxx" ASC-nin Mərkəzi filialı ilə müqavilə imzalayaraq ilkin ödəniş olaraq 16.700 manat ödəniş edib, bankdan 50.000 manat kredit götürməklə, ümumi dəyəri 66.700 manat olan ünvan 1 ünvanında yerləşən mənzili ipoteka ilə almışlar. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5225/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1012/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdeh İddiaçı 7807 manat alınıb iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədə qeyd olunmuşdur, tərəflər keçmiş ər-arvad olsalar da bu işdə iddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi cavabdehlə ümumi əmlakı olan mənzilə dair ipoteka krediti üzrə sonuncunun ödəməli olduğu və onun əvəzinə ödədiyi məbləği cavabdehdən tələb edir. Mülki Məcəllənin 431-ci maddəsi iddiaçıya cavabdehin əvəzinə bu cür ödəniş etməyə və kreditorun tələb hüququnun ona keçməsinə hüquqi imkan vermişdir. Belə ki, hər aya ipotekaya 422 manat məbləğində pul ödənilir, lakin iddiaçı bu məbləğin yarısını ödəməli olduğu halda ödəməkdən yayınır, qanuni qüvvəsini almış məhkəmə qərarlarını icra etmir, Yasamal rayon Məhkəməsinə mənzilə köçürmə ilə bağlı əsassız iddia qaldırmaqla, sanki onu qətnamə ilə ona çatacaq puldan imtina etməyə vadar edir, halbuki onun bu mənzilə köçməyə hər hansı bir fikri də yoxdur, xüsusi mülkiyyətində mənzilin olması bu halı bir daha sübut edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-1211/2019 saylı qətnaməsinə əsasən ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilərək Cavabdeh aşağıda qeyd olunan əşyalar, onlar mövcud olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi: ......, Cavabdeh birgə nikah dövründə əldə edilmiş dəyəri 1000 manat olan LSD televizor, dəyəri 1200 manat olan künc divan, dəyəri 600 manat olan sobanın yarı dəyəri alınaraq İddiaçı verilməsi, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 saylı evin 2 saylı mənzilinə Cavabdeh ½ (ikidə bir) hissədə, İddiaçı – ½ (ikidə bir) hissədə payları müəyyən edilməklə aralarında bərabər paylara bölünməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(103)-12341/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş qətnamə dəyişdirilmədən saxlanması qət edilmişdir. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2(002)-157/2019 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqlar yetkinlik yaşına çatanadək Cavabdeh qazancının 1/3 hissəsindən aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1012/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı birgə borclu kimi ödənilmiş vəsaitin tutulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(103)-5225/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1012/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia qismən təmin edilərək cavabdeh İddiaçı 7807 (yeddi min səkkiz yüz yeddi) manat alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Ryaon Məhkəməsinin 8(005)-459/2023 saylı 09 oktyabr 2023-cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(103)-5225/2022 nömrəli icra sənədinin icrasının təmini məqsədilə borclu İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən mənzilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 4 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. AZEMİS elektron sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 saylı evin 2 saylı mənzili ********* qeydiyyat nömrəsi ilə ½ hissədə İddiaçı mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-157/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli nikahın pozulmuşdur. Daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-1211/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 saylı evin 2 saylı mənzilinə Cavabdeh ½ (ikidə bir) hissədə, İddiaçı – ½ (ikidə bir) hissədə payları müəyyən edilməklə aralarında bərabər paylara bölünməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, lakin təmin edilməmişdir. Hazırda isə İddiaçı Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 nömrəli evin 2 nömrəli mənzilinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil ½ hissədə iddiaçıya məxsus olduğundan, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında pul tələbi ilə bağlı icra sənədi üzrə iddiaçıya (icra sənədi üzrə borcluya) məxsus daşınmaz əmlak üzərinə icra icraatı çərçivəsində həbs qoyulmaqla icra hərəkətləri davam etdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 nömrəli evin 2 nömrəli mənzilinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2734/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2734/2024
24.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver