Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2740/2024 21.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” “tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh xx.xx.2023-cü il tarixdə xidmət müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən 21 dekabr 2022-ci il tarixdə 1200 manat və 01 fevral 2023-cü il tarixdə 1200 manat olmaqla, ümumilikdə 2400 AZN cavabdeh təşkilata ödəniş edilmişdir. Həmin ödənişlər cavabdeh təşkilat tərəfindən verilmiş mədaxil qəbzi ilə öz təsdiqini tapmışdır. İddiaçı xidmət müqaviləsinin şərtlərinə uyğun olaraq “icraçı” tərəf olan cavabdeh təşkilatın sifarişin yerinə yetirilməsi üçün müəyyən olunmuş müddəti gözləmişdir. Lakin cavabdeh xidmət müqaviləsində nəzərdə tutulan müddət ərzində “sifarişçi” olan iddiaçıya heç bir xidmət göstərilməmişdir. Bundan başqa iddiaçı öz hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmiş və bunun üçün də 400 manat ödəniş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 132 №-li və xx.xx.2023-cü il tarixli, 03 №-li müqavilələr əlavə edilmişdir. İş materiallarına iddiaçı X1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 13 №-li və xx.xx.2023-cü il tarixli, 03 №-li müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçinin bacaracağına əsasən 1 nəfər üçün Polşa Respublikasında müvafiq vakansiyalar əsasında iş icazəsinin alınmasını təşkil edir. Həmin Müqavilələrin 1.2-ci bəndinə əsasən İcraçı Polşa Respublikasının Azərbaycan Respublikasında yerləşən səfirliyində viza dəstəyi üçün konsultasiya xidmətini üzərinə götürür. Həmin Müqavilələrin 4-ci fəslində İcraçının və Sifarişçinin hüquq və vəzifələri ətraflı qaydada müəyyən edilmişdir (müqavilələr iş materiallarında olduğundan məhkəmə müqavilənin bəndlərini qətnaməyə köçürməyi zəruri hesab etmir). İş materiallarına əlavə edilmiş ödəniş qəzblərinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC-yə ümumilikdə 2400 manat ödəniş etmiş, müvafiq qəzblər Cavabdeh MMC səlahiyyətli şəxsi Lalə Rəcəbova tərəfindən qəbul edilmişdir. İş materiallarına 44 manat dövlət rüsumunun və 400 manat hüquqi xidmətlərə görə ödənişin ödənilməsi təsdiq edən müvafiq ödəniş qəbzləri əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi münasibətləridir və mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin Tapşırıq müqaviləsi ilə bağlı normaları (779cu maddə) çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Beləliklə, iddianın hüquqi və faktiki əsasları tərəflər arasında bağlanmış müqaviləsinin şərtləri və yuxarıda qeyd olunan mülki hüquq normalarının dispozitiv şərtləri ilə eynilik təşkil edir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçı və cavabdeh xx.xx.2023-cü il tarixdə xidmət müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən 21 dekabr 2022-ci il tarixdə 1200 manat və 01 fevral 2023-cü il tarixdə 1200 manat olmaqla, ümumilikdə 2400 AZN cavabdeh təşkilata ödəniş edilmişdir. Həmin ödənişlər cavabdeh təşkilat tərəfindən verilmiş mədaxil qəbzi ilə öz təsdiqini tapmışdır. İddiaçı xidmət müqaviləsinin şərtlərinə uyğun olaraq “icraçı” tərəf olan cavabdeh təşkilatın sifarişin yerinə yetirilməsi üçün müəyyən olunmuş müddəti gözləmişdir. Lakin cavabdeh xidmət müqaviləsində nəzərdə tutulan müddət ərzində “sifarişçi” olan iddiaçıya heç bir xidmət göstərilməmiş, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmişdir. Bundan başqa iddiaçı öz hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmiş və bunun üçün də 400 manat ödəniş etmişdir. Mülki iş üzrə müqavilə öhdəliklərinə əməl edilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərindədir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinin tələblərinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu və hüquqi xidmətlərə görə ödənilmiş 400 (dörd yüz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 2400 (iki min dörd yüz) manat, ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu və hüquqi xidmətlərə görə ödənilmiş 400 (dörd yüz) manat məhkəmə xərci olmaqla yekun olaraq 2844 (iki min səkkiz yüz qırx dörd) manat pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MMC-dən 2400 (iki min dörd yüz) manat, ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu və hüquqi xidmətlərə görə ödənilmiş 400 (dörd yüz) manat məhkəmə xərci olmaqla yekun olaraq 2844 (iki min səkkiz yüz qırx dörd) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2740/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2740/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver