Məhkəmə qərarları › İş №e-2(004)-2765/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2765/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2765/2023 17.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 Məmmədhüseyn oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı “mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC–nin üzərinə çıxarışın alınması ücün lazım olan sənədləri təqdim etmək öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi Nümayəndə1 Məmmədhüseyn oğlu iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini və Cavabdeh2 üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 1061-ci məhəllədə tikilmiş 3 girişli 8-ci yaşayış binasının 3-cü girişində 3-cü mərtəbəsində yerləşən 111 nömrəli mənzilə dair çıxarışın alınması ücün lazım olan sənədləri təqdim etmək öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC tərəfindən inşa edilən Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə tikilmiş yaşayış binasının 08 korpusundakı 111 nömrəli 2 otaqlı mənzilin şirkətlə aralarında bağlanmış müqaviləyə əsasən üzərinə düşən öhdəlik tam yerinə yetirilərək nəzərdə tutulmuş 31000 ABŞ dolları məbləğində pul tam ödənilərək mənzil alınmışdır. Mənzilin Daşınmaz Əmlak tərəfindən cıxarış aktının alınması ücün şirkət üzərinə düşən öhdəliyi yerinə yetirməyərək lazım olan sənədləri təqdim etməkdən yayınır, əsassız pul tələb edilir. Bununla əlaqədar Cavabdeh1 MMC-nin vəzifəli şəxslərinə xx.xx.2023-cü il tarixdə etdiyi müraciət nəticəsiz qalmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-nin etibarnamə üzrə nümayəndəsinin elektron kabinet vasitəsi ilə təqdim edilmiş maliyyə arayışı, müqavilə və Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə tikilmiş yaşayış binasının 08 korpusundakı 111 nömrəli 2 otaqlı mənzilin plan sxeminə əsasən Bakı 1 saylı ASAN xidmətə çıxarış üçün müraciət edərkən məlum olmuşdur ki, cavabdeh qeydiyyat ücün sənədlərin verilməsi ilə əlaqəli hüquq və vəzifələrini başqa bir hüquqi Cavabdeh2nə devr etmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən verilmiş tələb məktubuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsin xx.xx.2023-cü il tarixli cavab məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə tikilmiş 3 girişli 8-ci yaşayış binasının ilkin olaraq Cavabdeh2 (VÖEN**********) ümumi iclasının protokolundan çıxarış və maliyə arayışı əsasında dövlət qeydiyatının həyata keçirildiyi məlum olmuşdur. Ərizəyə əlavə edilmiş Vergilər qəzetinin 2 avqust 2017-ci il tarixli , № 29(391 sayında Kommersiya qurumunun adı: Cavabdeh2. Qeydiyyat nömrəsi (VÖEN): **********. Təşkilati-hüquqi forması: Kooperativ. Hüquqi ünvanı: AZ1006, Bakı şəhəri Yasamal rayonu, X2, ev 9, mənzil 13. Nizamnamə kapitalı: 100 manat. Maliyyə ili: 01 Yanvar - 31 Dekabr. Qanuni təmsilçi: X1r. Dövlət qeydiyyatına alınması ücün xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC etibarnamə üzrə nümayəndəsinin elektron kabinet vasitəsi ilə təqdim edilmiş maliyyə arayışı və Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə tikilmiş yaşayış binasının 08 korpusundakı 111 nömrəli 2 otaqlı mənzilin plan sxemin təsdiqindən də görünür ki, şirkətin rəhbəri X1r. Araşdırmalar və təqdim edilmiş sənədlərdən məlum olur ki ,eyni bir şəxsin müxtəlif hüquqi şəxs yaratmaqla niyyəti insanların halal qazancları ilə əldə etiyi mənzillərdən əlavə ödənişlər əldə etmək və vergidən yayınmaqdır. Cavabdeh2 hüquqi ünvanı: Bakı şəhəri Yasamal rayonu, X2, ev 9, mənzil 13 göstərilsə də göndərilən məktubların qəbul edilməməsi poçt xidmətinin qapının daimi bağlı göstərməsi qeyd edilənlərin təsdiqidir. İddiaçı nümayəndəsi Nümayəndə1 Məmmədhüseyn oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan “Kooperativ” Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə payçı İddiaçı arasında bağlanmış 26 avqust 2005-ci il tarixli “kooperativ binada mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə binalarının 8-ci korpusundakı ümumi sahəsi 77,21 kv.m olan 111 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin dəyəri olan 31000 ABŞ dollarının manat kursunu ödənilməsini öhdəsinə götürmüşdür. İşin materiallarında olan Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 20 oktyabr 2005-ci il tarixli və 26 avqust 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 31000 ABŞ dolları məbləğində pul həmin dövr üzrə manat kursu ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativinə ödənilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1061-ci məhəllə, 8 saylı binada yerləşən mənzillər ilkin olaraq vətəndaşlar tərəfindən təqdim edilmiş Cavabdeh2 MTK-nın ümumi iclasının protokolundan çıxarışına, Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən fiziki şəxslərin adlarına dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağanmış müqavilə üzrə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin müqavilədə nəzərdə tutulmuş dəyəri tam şəkildə ödənilsə də, cavabdeh tərəfindən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün pay haqqının tam ödənilməsini təsdiq edən sənəd iddiaçıya verilməməklə müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.( 178.8-ci maddənin 2018-ci ilin iyulun 1-dək qüvvədə olan mətni) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından İddiaçı ilə Cavabdeh1 MTK arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində Cavabdeh1 MTK öhdəliklərini lazımınca icra etməmiş, iddiaçıya mülkiyyət hüququna dair Daşınmaz Əmlaka Dövlət Reyestrində çıxarış alınması üçün qanunla məcburi olan sənədləri verməmişdir. İddiaçı pay haqqını tam verməklə əmlaka mülkiyyət hüququ əldə etmişdir. Lakin mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb edilən sənədlər təqdim edilmədiyindən, iddiaçının bu hüququ qeydiyyata alına bilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1061-ci məhəllə, 8 saylı binada yerləşən mənzillər ilkin olaraq vətəndaşlar tərəfindən təqdim edilmiş Cavabdeh2 MTK-nın ümumi iclasının protokolundan çıxarışına, Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən fiziki şəxslərin adlarına dövlət reyestrində qeydiyyata alınmışdır. Ona görə də, iddiaçı mənzilə dair çıxarışın alınması üçün lazım olan sənədləri təqdim etmək öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, maliyyə arayışının verilməsi vəzifəsi müqavilə şərti kimi nəzərdə tutulmasa belə, qeyd edilən sənəd forma olaraq qəbul edilmiş işgüzar adətlərə əsasən pay haqqının tam verilməsini təsdiq edən sənəd olaraq qəbul edildiyindən, üzərinə düşən öhdəliyin tam icrasına dair sənədin verilməsini MTK-dan tələb etmək iddiaçının hüququdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 1061-ci məhəllədə inşa edilən yaşayış binasının 8-ci korpusunda yerləşən 2 otaqlı (ümumi sahəsi 77.21 kv.m olan) 111 nömrəli mənzilinin üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan zəruri sənədlərin (ümumi yığıncağın qərarı, mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışı və mənzilin plan cizgisi) İddiaçı verilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 1061-ci məhəllədə inşa edilən yaşayış binasının 8-ci korpusunda yerləşən 2 otaqlı (ümumi sahəsi 77.21 kv.m olan) 111 nömrəli mənzilinin üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan zəruri sənədlərin (ümumi yığıncağın qərarı, mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışı və mənzilin plan cizgisi) İddiaçı verilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulsun. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar