Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2783/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X3 və Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdeh ASC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 Cavabdeh ASC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Binəqədi Rayon Sukanal idarəsinə yeni rəhbər təyin olunmuş Sultan Əmiraslanov işə başladıqdan bir müddət sonra iddiaçıya öz ərizəsi ilə işdən çıxmağının zəruriliyini, özü könüllü çıxmayacağı təqdirdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağını bildirmişdir. İddiaçı ona hər gün edilən təzyiqlər nəticəsində xx.xx.2023-cü il tarixdə işdən çıxmaq barədə ərizə yazmış, lakin ərizədə işdən çıxma tarixini qeyd etməmişdir. Sonradan iddiaçı ailə vəziyyəti və öhdəliklərinin düşünərək ərizənin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə yeni ərizə ilə Binəqədi Sukanal İdarəsinə müraciət etmişdir. Bu hal idarə rəisi Sultan Əmiraslanovun xoşuna gəlmədiyindən iddiaçını xx.xx.2023-cü il tarixli 06/K nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən uzaqlaşdırmışdır. Həmin əmr əsaslandırılmışdır, əmrin forması ilə bağlı tələblərə əməl edilməmişdir, həmkarlar ittifaqının rəyi əsassız olmaqla tələsik alınmış, müvafiq rəy verilərkən işçinin izahatı alınmamış, işçi rəyin verilməsinə səbəb olan məhkəmə iclasına dəvət olunmamışdır. Bu səbəbdən, iddianın təmin olunması xahiş olunur. İddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin olunmaması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinin təmin olunmaması xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 06/K nömrəli əmrə əsasən müəyyən olunur ki, Abonentlərlə iş şöbəsi Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyən X4 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, X4 əmək müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur, bu hal işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğvinə əsas verir və X2 əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir. İş materiallarında olan Binəqədi Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsi Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçisinin Peşə Təlimatının 2.1-2.8-ci bəndlərində nəzarətçi vəzifəsində işləyən şəxsin funksiyaları (öhdəlik) qeyd edilmiş və sözügedən təlimatla iddiaçı X4 tanış olaraq imzalanmışdır. Həmin Təlimatın 3 və 4-cü fəsillərində nəzarətçi vəzifəsində işləyən şəxsin hüquqları və məsuliyyəti müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akta əsasən müəyyən edilir ki, abonentlər Rəna Quliyeva, Məryəm Ömərova və R.Yusifova İddiaçı sudan istifadəyə görə müvafiq məbləğdə borca pul vermişlər. Akt müvafiq səlahiyyətli şəxslə tərəfindən imzalanmaqla tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akta əsasən müəyyən edilir ki, abonentlər Firəddin Hüseynov, Adilə Quliyeva və Xalid Ağayev İddiaçı sudan istifadəyə görə borcu ödəmişlər. Akt müvafiq səlahiyyətli şəxslə tərəfindən imzalanmaqla tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akta əsasən müəyyən edilir ki, İddiaçı özü ilə bağlı tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. Akt müvafiq səlahiyyətli şəxslə tərəfindən imzalanmaqla tərtib edilmişdir. İş materiallarında olan abonent Malik Məmmədovun xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən müəyyən olunur ki, abonent tərəfindən İddiaçı sudan istifadəyə görə 300 manat ödəniş edilmiş, lakin, məbləğ abonentin hesabına köçürülməmişdir. İş materiallarında olan abonent Radə Quliyevanın xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən müəyyən olunur ki, abonent tərəfindən İddiaçı sudan istifadəyə görə 210 manat ödəniş edilmiş, lakin, məbləğ abonentin hesabına köçürülməmişdir. İş materiallarında olan abonent Radə Quliyevanın xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən müəyyən olunur ki, abonent tərəfindən İddiaçı sudan istifadəyə görə 210 manat ödəniş edilməmiş, onun İddiaçı ilə bağlı hər hansı şikayət və ya tələbi yoxdur. İş materiallarında olan abonent Qafur Hacıyevin xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən müəyyən olunur ki, abonent tərəfindən İddiaçı sudan istifadəyə görə nağd ödəniş edilmiş, lakin, məbləğ abonentin hesabına köçürülməmişdir. İş materiallarında olan İddiaçı işəgötürənə ünvanladığı xx.xx.2023-cü il tarixli yazılı izahata əsasən müəyyən olunur ki, İddiaçı müxtəlif vaxtlarda abonentlərdən ödəniş əvəzi olaraq pul almış və həmin vəsaitləri müvafiq hesablara ödəmişdir. Ödənilməmiş vəsaitlərin qısa zamanda ödəniləcəyi bildirmişdir. İzahatda göstərilən xüsusatlar məhkəmə iclasında da İddiaçı tərəfindən məhkəmə iclasında da etiraf edilmişdir. Belə ki, həmin xüsusat mülki işin mübahisəsiz halıdır. İş materiallarında olan qəbzlərə əsasən müəyyən olunur ki, abonent Məryəm Ömərovanın hesabına xx.xx.2022-ci il tarixdə 240 manat, abonent Xalid Ağayevin hesabına xx.xx.2023-cü il tarixdə 100 manat, abonent Firəddin Hüseynovun hesabına xx.xx.2023-cü il tarixdə 100 manat və abonent Rəna Quliyevanın hesabına 300 manat pul köçürülmüşdür. İş materiallarında olan abonent hesablarından çıxarışlara əsasən, müvafiq abonentlərin sudan istifadəyə görə Cavabdeh ASC-yə olan borclarının məbləğləri müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “e” bəndi çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Müvafiq əmrin verilməsinə hüquqi əsas təşkil edən həmkarlar ittifaqı təşkilatının rəyi ilə bağlı iddiaçının həmkarlar ittifaqının iclası barədə qanunla müəyyən edilən qaydada və müddətdə xəbərdar edilməməsi, iclasda iştirakının təmin olunmaması və iclasın yekun qərarının iddiaçıya təqdim edilməməsi məsələnin prosessual tərəfləri olmaqla müvafiq əmrin qanunsuz hesab olunmasına dəlalət etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının qeyd etdiyi xüsusatlar (işçinin izahatının alınması xüsusatı) qanunvericiliyin imperativ tələbi deyil, ayrı-ayrı hüquqşünas alimlərin hüquqi fikirləridir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə boşluq və ya kolliziya olduqda hüquqşünas alimlərin hüquqi fikirləri konkret situasiyaya uyğun hüquqi mənbə kimi istisna hallarda qiymətləndirilə bilər. Hazırki iddia tələbi üzrə mübahisə qanunvericiliklə aydın, müəyyən və əsaslı formada tənzimlənmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin forma və məzmununa dair məhkəmə qeyd edir ki, əmr kifayət qədər aydın və anlaşılan formada tərtib edilmişdir. Əmrin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələri ayrı-ayrılıqda başlıq kimi xüsusi qeyd olunmasa da, sözügedən hissələr əmrdə hüquqi baxımdan mövcuddur. Belə ki, əmrin istər vizual tədqiqi, istərsə də mahiyyəti etibarilə tərtibatı və əsaslandırılması ilə bağlı forma-məzmun tələblərinə əməl olunmuşdur. Məhkəmə qeyd edir ki, tərtibatdakı dizayn xüsusatları əmrin qanunsuzluğuna və əsassızlığını dəlalət etmir. Əsas məsələ odur ki, müvafiq akt (əmr) anlaşılan, aydın, ətraflı və əsaslandırılmış formada əmək qanunvericiliyinin tələblərinə uyğun formada və məzmunda tərtib olunmuş olsun. Hazırki iddia tələbi üzrə müvafiq əmrin verilməsinə əsas kimi İddiaçı xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq müxtəlif şəxslərdən (abonentlər) ödəniş adı ilə pul vəsaiti almasıdır. Binəqədi Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsi Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçisinin Peşə Təlimatının 2.1-2.8-ci bəndlərində nəzarətçi vəzifəsində işləyən şəxsin funksiyaları (öhdəlik) qeyd edilmiş, həmin funksiyalarda nəzarətçi tərəfindən abonentlərdən ödənişin alınaraq şəxsən özü tərəfindən icra olunması qaydası müəyyən edilməmişdir. Beləliklə, İddiaçı sözügedən fəaliyyəti qanunsuz olaraq həyata keçirilmişdir. Qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Nəzərə almaq lazımdır ki, İddiaçı sözügedən münasibətlərdə və qanunsuz fəaliyyətdə (ödəniş adı ilə abonentlərdən pul tələb etməsi) sadə vətəndaş kimi deyil, Cavabdeh ASC-nin vəzifəli şəxsi qismində iştirak etmişdir. İşçi işəgötürənin (xüsusən vətəndaşlarla birbaşa əlaqədə fəaliyyət göstərən xidmət sahəsi kimi Cavabdeh ASC) maraqlarını qorumalı, nüfuzuna zərər vurmamalı, dövlətvətəndaş münasibətlərində peşəkarlığını, vətəndaşların dövlətə olan etimadını (Azərsu ASC qismində) qorumalıdır. İş materiallarında olan abonentlərin şikayət xarakterli ərizələri və tərtib edilmiş aktlarla İddiaçı onlardan pul vəsaitləri alaraq müvafiq ödənişləri həyata keçirməməsi müəyyən edilir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən təqdim edilmiş qəbzlər üzrə ödənişlərin bir hissəsi barəsində intizam icraatı açıldıqdan dərhal sonra və ya gec icra edilməsi görünür. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi imperativ qayda təşkil etmir və dispozitiv olaraq işəgötürənə əmək müqaviləsinə xitam verilməsinə alternativ imkan verir. Lakin, müqavilə azadlığı prinsipi, dövlət müəssisəsi kimi ictimai reputasiya və digər diqqətə layiq hallar nəzərə alınmaqla işəgötürənin mülki hüquq münasibətlərinin subyekti kimi qanuna əsasən müqavilə münasibətlərinə xitam vermək hüququ vardır. Məhz, hazırki iş üzrə işəgötürən bu hüququndan istifadə etmişdir. Həmin hüquqdan istifadə edilib-edilməməsinə dair işəgötürənin qanuni əsaslarla mülahizə sərbəstliyi vardır. Nəticə etibarilə, Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli 06/K nömrəli əmr qanuni və əsaslıdır. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “e” bəndinin dispozitiv şərtləri ilə iddia tələbinin hüquqi və faktiki xüsusatları eynilik təşkil edir. Beləliklə, müəyyən edilir ki, İddiaçı əmək müqaviləsi üzrə əmək vəzifələrinin icrası ilə bağlı səlahiyyət dairəsində olan abonentlərdən qanunsuz olaraq müvafiq ödənişlər almış, həmin ödənişlərin bir hissəsinin vaxtında, bir hissəsini isə gecikdirməklə həyata keçirmişdir. Nəticədə, işçi qismində İddiaçı işəgötürən Cavabdeh ASC-nin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Müvafiq vətəndaş şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əsas götürülməklə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cavabdeh ASC Binəqədi Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli 06/K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı X4 üzərinə düşən sübutetmə fəaliyyətini düzgün təşkil etməmiş, nəticədə, iddia tələbində qeyd etdiyi hallar sübuta yetirilməmişdir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddiaçı X2 Cavabdeh ASC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X2 Cavabdeh ASC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2783/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2783/2023
26.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver