Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2822/2023 25.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçıların və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Qasim oğlunun, İddiaçı3 Qasim oğlunun, İddiaçı4 cavabdeh Bakı şəhəri 5 saylı Notariat ofisinin notariusu Cavabdehna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızına qarşı «qanun üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Qasim oğlu, İddiaçı3 Qasim oğlu, İddiaçı4 cavabdeh Bakı şəhəri 5 saylı Notariat ofisinin notariusu Cavabdehna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızına qarşı «qanun üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli küçəsi, dalan 10 ünvanında yerləşən, ilkin mülkiyyətçi Ağa-Dadaş Ələkbər oğlundan miras qalmış, dörd nömrəli fərdi evi faktiki qəbul etmiş İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 vərəsəlik hüquqları tanınsın və adlarına «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin «Bakı şəhər planlaşdırma idarəsi yanında uçot-müxəlləfat bürosu» tərəfindən fərdi yaşayış evinə dair 175 nömrəli qeydiyyat kitabının 7831-ci səhifəsində qeyd olunmaqla xüsusi mülkə dair Çıxarış Ağa-Dadaş Ələkbər oğluna 1931-ci ildə verilmişdir. Fərdi evin ünvanı Mirzə Fətəli tupik (dalan) nömrə 10, ev 4 göstərilmişdir. İlkin mülkiyyətçi Ağa-Dadaş Ələkbər oğlu 1942-ci ildə rəhmətə getmişdir. Qeyd olunan fərdi yaşayış evi ilkin mülkiyyətçinin oğlu, qanun üzrə vərəsəsi Əliağa Ağadadaş oğlu tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul edilmişdir. Əliağa Ağadadaş oğlu 1973-cü ildə rəhmətə getmişdir. Əliağa Ağadadaş oğlunun həyat yoldaşı Sadətxanım Qasım qızı olmuşdur. Əliağa Ağadadaş oğlunun həyat yoldaşı Sadətxanım Qasım qızının adına yanvar 1965-ci ildə fərdi yaşayış evə dair texniki pasport tərtib edilmişdir. Tərtib olunmuş texniki pasportda fərdi evin ünvanı Mirzə Fətəli tupik (dalan) 10, ev 2 göstərilmişdir. Bu fakt 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna xx.xx.2022-ci il tarixli **********61 nömrəli cavab məktubunda öztəsdiqini tapmışdır. Xüsusi mülkiyyətdə olan M.Fətəli küçəsi dalan 10, ev 4 ünvanının 1965-ci ildə tərtib olunmuş texniki pasportdan və 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubu ilə təsdiq olunur ki, 1931-ci ildən 4 saylı ev xüsusi mülk kimi qeyd olunmuş əmlakın keçən əsrin altmışıncı illərində sıra nömrəsi «2 nömrəli ev» kimi qeyd edilməklə, bu ünvanda hazırkı iddiaçılar mübahisəsiz olaraq yaşayırlar. Sadətxanım Qasım qızı xx.xx.2010-cu ildə rəhmətə getmişdir. Əliağa Ağadadaş oğlu və onun həyat yoldaşı Sadətxanım Qasım qızının birgə nikahdan iki övladı olmuşdur. X9 (2017-ci ildə rəhmətə getmişdir), 2. Dadaşova (Əliyeva) Nərgiz Əliağa qızı (yaşayır). ‒ X3 - 1) İddiaçı1 və 2) İddiaçı4 adında iki övladı vardır. ‒ Dadaşova (Əliyeva) Nərgiz Əliağa qızının - 1) İddiaçı2 və 2) İddiaçı3 adında iki övladı vardır. Yuxarıda adları qeyd olunan vərəsələr miras əmlakı faktiki olaraq qəbul etmişlər. ünvan 2 ünvanı (hazırda ev 2 nömrəsi adlandırılır) ilə əlaqədar heç bir mübahisə mövcud deyildir. Qeyd olunan ünvanda başqa nömrə və say ilə başqa bir ev mövcud deyildir. Ünvandakı ev iki mərtəbəli olmaqla, mənzil sahəsi mirası faktiki qəbul etmiş vərəsələr arasında razılaşma qaydasında bölünməklə, onlar tərəfindən idarə və istifadə edilir. Hazırda mənzildə (əmlakda) mirası faktiki qəbul edən aşağıdakı vərəsələr; 1) İddiaçı1 2) İddiaçı4 3) Əliyeva (Dadaşova) X42 4) İddiaçı2 5) İddiaçı3 və onların azyaşlı övladları yaşayırlar. İddiaçılardan biri olaraq Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızı övladları miras əmlakı faktiki qəbul etdikləri üçün, onların hər birinin xeyrinə, miras əmlakın dörd nəfər vərəsələr tərəfindən bərabər paylarla məhkəmə qaydasında mirasın qəbuluna və adlarına vərəsəlik şəhadətnaməsi verilməsinə razıdır. Beləliklə bərabər paylarla miras əmlakı aşağıdakı vərəsələr qəbul edirlər: 1) İddiaçı1 – ¼ 2) İddiaçı4 – ¼ 3) İddiaçı2 – ¼ 4) İddiaçı3– ¼ Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, dalan 10, ev 2 ünvanında hazırda qeydiyyatda olan şəxslər aşağıdakılardır. xx.xx.1988-ci il təvəllüdlü İddiaçı3, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı1, xx.xx.2012-ci il təvəllüdlü X28, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı4, xx.xx.1947-ci il təvəllüdlü X11 və xx.xx.1952-ci il təvəllüdlü Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızı. Miras qoyana münasibətdə qanun üzrə vərəsələrin ardıcıllığı baxımından aşağıdakıları bildirir. 1. 1931-ci il tarixli çıxarış əsasında Mülkiyyətçi-miras qoyan: Ağa-Dadaş Ələkbər oğlu, 2. X12 (1973-cü ildə rəhmətə gedib) 2 övladı olub, X9 və Əliyeva (Dadaşova) X42. 3. X9 – Doğum haqqında şəhadətnamədən məlum olur ki, atası Əliağa Ağadadaş oğlu, anası X51 qızı olmuşdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, bu vərəsə 2017-ci il də rəhmətə gedib. X3 2 övladı var. 4. İddiaçı4 və İddiaçı1. 5. Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızının iki övladı vardır. 6. İddiaçı2 və İddiaçı3. Qanun üzrə vərəsələr olaraq qeyd olunan sıra ardıcıllığında 4 və 6-cı bəndlərdəki (şəxslər) vərəsələr bərabər paylarla vərəsə kimi tanınmalarını məhkəmədən xahiş edirlər. Qohumluq əlaqələrini aşağıdakı cədvəl üzrə ardıcıllıqla təqdim edirlər: X18 1973-cü ildə vəfat edib. X29 – mülkiyyətçi 1942-ci ildə vəfat edib (Miras qoyan) Qızı Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızı X2 2017-ci ildə vəfat edib Dadaşova (Hüseynova) Zemfira Rüstəmqızı (Həyat yoldaşı) 1. İddiaçı1 2. İddiaçı4 Mirası faktiki olaraq qəbul etmiş vərəsələr İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 5 saylı Notarial ofisinə aşağıdakı məzmunda ərizə ilə müraciət ünvanlamışlar: Eyni zamanda müddət (keçirildiyi) buraxıldığı səbəbindən şəhadətnamə verilməsi mümkün olmadığı halda, imtinaya dair rəsmi sənəd verilməsini xahiş edirlər. İddia tələbindən və toplanmış sübutlardan mübahisəsiz qaydada məlum olur ki, miras qoymuş mülkiyyətçi 1931-ci ildə mülkiyyət hüququna dair çıxarış almışdır. Mülkiyyətçi Ağa-Dadaş Ələkbər oğlu 1942-ci ildə rəhmətə getmişdir. Miras qoyan rəhmətə gedəndən sonra, qanuni vərəsələri Əliağa Ağadadaş oğlu və nəvələri X9 və Dadaşova (Əliyeva) Nərgiz Əliağa qızı faktiki olaraq qəbuletsələrdə, hüquqi olaraq rəsmiləşdirməmişlər. Hazırda miras qoyanın nəvələri AR MM-nin tələblərinə uyğun olaraq miras əmlakı hüquqi qaydada özadlarına vərəsəlik qaydasında rəsmiləşdirmək istəyirlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uygun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, miras qoyan X29 1942-ci il tarixdə vəfat etmişdir. Onun X18 1973-cü il tarixdə vəfat etmişdir. Əliağa Ağadadaş oğlunun iki övladı olmuş: X9 (2017-ci il tarixdə vəfat etmiş) və Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızı. X1 (Hüseynova) Zemfira Rüstəm qızı ilə ailə həyatı qurmuş və həmin nikahdan iki övladı olmuşdur: İddiaçı1 və İddiaçı4. Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızı isə X22 ilə ailə həyatı qurmuş və həmin nikahdan iki övladı var: İddiaçı2 və İddiaçı3. Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızı da, miras əmlakı faktiki qəbul edərək digər vərəsələrlə yanaşı həmin evdə yaşasa da, öz payından digər vərəsələrin xeyrinə imtina edir. Miras əmlak vaxtı ilə miras qoyan X19 oğlu, Əliağa Ağadadaş oğlu tərəfindən faktiki qəbul edilərək idarə olunmuş, daha sonra onun ölümündən sonra onun övladları, X9 və Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızı tərəfindən faktiki qəbul edilmişdir. X9 vəfat etdikdən sonra isə miras onun hissəsinə münasibətdə övladları, İddiaçı1 və İddiaçı4 tərəfindən faktiki qəbul edilmiş və hazırda da, onlar orada yaşayırlar. Əliağa Ağadadaş oğlunu digər vərəsəsi (qızı) Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızı da, mirası qəbul etməklə hazırda həmin evdə yaşayır. Eyni zamanda onun iki övladı, İddiaçı2 və İddiaçı3 babalarından qalmış mirası faktiki qəbul edərək orada yaşayırlar. Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızı öz payından imtina edir. Odur ki, məhkəmədən iddianın təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli küçəsi, dalan 10 ünvanında yerləşən, ilkin mülkiyyətçi Ağa-Dadaş Ələkbər oğlundan miras qalmış, dörd nömrəli fərdi evi faktiki qəbul etmiş İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 hər birinin ¼ hissədə vərəsəlik hüquqların tanınması və onlara vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X16 məhkəmə iclasında iştirak etməmiş, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan: - Azərbaycan Sovet Sosialist Respublikası tərəfindən verilmiş kitab nömrəsi 175 səhivə nömrəsi 7831-dən görünür ki, Bakı şəhəri Mirzə Fətəli tupik (dalan) nömrə 10 ev 4 Ağa-Dadaş Ələkbər oğlunun xüsusi mülkiyyətindədir. - AZ-İİ seriyalı 254381 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, Ağa- Dadaş Ələkbər oğlu 1942-ci il tarixdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə akt qeydləri kitabında 1116 nömrə ilə qeyd olunmuşdur. - İ-ИЕ seriyalı, 753195 nömrəli, doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X31 xx.xx.1898-ci il tarixdə anadan olmuşdur. Ata qarafasında atası Ağa-Dadaş Ələkbər oğlu, ana qrafasında anası Nərgizxanım. - İİ-ЖГ seriyalı, 314882 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X31 xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 345 nömrə ilıə qeyd edilmişdir. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-1774/69 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Dadaşov X32 xx.xx.1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası X31, Anası isə X23r. Bu barədə akt qeydləri kitabında 435 nömrə ilə qeyd edilmişdir. - Ölüm haqqında AZ-İ seriyalı, 888312 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 981 nömrə ilə qeyd edilmişdir. - Doğum haqqında AZ-T seriyalı, 173682 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 xx.xx.1977-ci ildə anadan olmuşdur. Ata qrafasında atası X9, ana qrafasında anası X4r. - Doğum haqqında Vİİ-ЖГ seriyalı, 257665 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı4 xx.xx.1979-cu ildə anadan olmuşdur. Ata qrafasında atası X9, ana qrafasında anası X4r. - doğum haqqında AZİV seriyalı, 636215 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1952-ci ildə anadan olmuşdur. Ata qrafasında atası X31, ana qrafasında anası X23r. - X14 ЖГ seriyalı, 430339 nömrəli şəhadətnamənin surətindən görünür ki, X22 ilə X13 xx.xx.1982-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Bu barədə akt qeydləri kitabında 93 nömrə ilə qeyd edilmişdir. - Doğum haqqında AZ-İ seriyalı, 30682 nömrəli şöhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 xx.xx.1984-cü ildə anadan olmuşdur. Ata qrafasında X5, ana qrafasında anası Maraqlı şəxsdır. - Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür İddiaçı3 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. X5, anası X6r. - 5 saylı Notariat Ofisinə (Kontora) İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 tərəfindən ərizə verərək göstərdilər ki, babalarının atası (Əliyeva (Dadaşova) X30 babası) Ağa- Dadaş Ələkbər oğlu adına Bakı şəhəri Yasamal rayonu, Mirzə Fətəli küçəsi (tupik) dalan 10-da yerləşən 4 nömrəli ev xüsusi mülkiyyət hüququ ilə 175 nömrəli kitabın 7831-ci səhifəsində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Mülkiyyətçi Ağa-Dadaş Ələkbər oğlu 1942-ci ildə rəhmətə getmişdir. Onun X18 1973-cü ildə rəhmətə getmişdir. Sonuncunun X2 2017-ci ildə rəhmətə getmişdir. Qızı Əliyeva (Dadaşova) X42 hal-hazırda yaşayır. Əliyeva (Dadaşova) X42 mirası faktiki qəbul etmiş aşağıda adları qeyd olunan, dörd vərəsələrin xeyrlərinə mübahisəsiz qaydada mirası hüquqi baxımından qəbul etməkdən onların xeyrinə imtina edir. ünvan 4 ünvanında 4 saylı xüsusi evi «Qanun üzrə vərəsə olaraq» 1. İddiaçı4, 2. İddiaçı1, 3. İddiaçı2 (anası Əliyeva (Dadaşova) X42) və 4. İddiaçı3 (anası Əliyeva (Dadaşova) X42) faktiki olaraq miras əmlakı qanun üzrə vərəsə olaraq qəbul etmişlər. Yuxanda qeyd olunanlan nəzərə alaraq, ünvan 5 ünvanında yerləşən, ilkin mülkiyyətçi Ağa-Dadaş Ələkbər oğlundan miras qalmış, dörd nömrəli fərdi evi faktiki qəbul etmiş vərəsələr kimi adlarına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. - AR Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Notariat Ofisinin 190 nömrəli, xx.xx.2023cü il tarixli Maraqlı şəxs Əlağa qızına ünvanlanmış məktubdan görünür ki, babası X29 və atası X20 miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair birldirilir ki, vərəsəliyin qəbul müddətinin buraxılması, qohumluq münasibətini bildirən sənədin olmaması səbəbindən Maraqlı şəxs Əlağa qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qeyri-mümkündür. Müfaviq məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. - ASAN 3 tərəfindən verilmiş ******* nömrəli arayışdan görünür ki, İddiaçı2, İddiaçı3, X10, X8, İddiaçı1, X28, İddiaçı4, X11 və X15 Bakı şəhəri Yasamal rayonu X38 küçəsi dalan 10 ev 2 ünvanında qeydiyyatdadırlar. - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri 2 saylı Vəkil Bürosuna **********61 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli küçəsində yerləşən mərhum X19 mülkiyyətində olan evin ünvanı barədə məlumat verilməsinə dair müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, fərdi yaşayış evinin 175 nömrəli qeydiyyat kitabının 7831 səhifəsində 1931-ci il tarixinə olan məlumata əsasən X19 adına qeydiyyata alınmış daşınmaz əmlakın ünvan göstəriciləri ünvan 7an 3) olması göstərilmişdir. Məlumat üçün bildirilir ki, sözügedən fərdi yaşayış evinə dair arxiv qovluğu İdarənin arxivində saxlanılmamışdır. Nəzərə çatdırılır ki, qeyd olunan ünvan ilə bağlı texniki pasportun tərtib edilməsi ilə əlaqədar hər hansı məlumat (sənəd) aşkar edilməmişdir. Sorğuda qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli küçəsi, dalan 10, 2 saylı evin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir, lakin İdarənin arxivində həmin ünvan ilə bağlı X51 (sənəddə olduğu kimi) qızının adına tərtib edilmiş texniki pasport mövcuddur. - 5 saylı Notariat Ofisinə (Kontora) Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızı tərəfindən verilmiş ərizədən görünür ki, onun övladları İddiaçı2, İddiaçı3 oglu və qardaşının övladları İddiaçı4 və İddiaçı1 tərəfindən bərabər paylar əsasında, babası Ağa-Dadaş Ələkbər oğlundan dövlət reyestrinin 175-ci kitabının 7831 səhifəsində xüsusi mülk kimi qeydiyyatdan keçmiş Yasamal rayonu, Mirzə Fətəli küçəsi, dalan 10 ünvanda yerləşən dörd nömrəli tərdi evi yuxarıda adlarını göstərdiyi dörd nəfər vərəsələrin xeyrinə, vərəsə kimi qəbul etməkdən imtina edir. Fərdi evi bərabər paylarla iki övladı və qardaşının iki övladı faktiki olaraq qəbul etdikləri üçün yuxarıda adlarını göstərdiyi dörd nəfər vərəsələrin adlarına «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» verilməsinə etiraz etməyərək, onların adlarına şəhadətnamə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin «Bakı şəhər planlaşdırma idarəsi yanında uçot-müxəlləfat bürosu» tərəfindən fərdi yaşayış evinə dair 175 nömrəli qeydiyyat kitabının 7831-ci səhifəsində qeyd olunmaqla xüsusi mülkə dair Çıxarış Ağa-Dadaş Ələkbər oğluna 1931-ci ildə verilmişdir. Fərdi evin ünvanı Mirzə Fətəli tupik (dalan) nömrə 10, ev 4 göstərilmişdir. İlkin mülkiyyətçi Ağa-Dadaş Ələkbər oğlu 1942-ci ildə vəfat etmişdir. Qeyd olunan fərdi yaşayış evi ilkin mülkiyyətçinin oğlu, qanun üzrə vərəsəsi Əliağa Ağadadaş oğlu tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul edilmişdir. Əliağa Ağadadaş oğlu 1973-cü ildə vəfat etmişdir. Əliağa Ağadadaş oğlunun həyat yoldaşı Sadətxanım Qasım qızı olmuşdur. Əliağa Ağadadaş oğlunun həyat yoldaşı Sadətxanım Qasım qızının adına yanvar 1965-ci ildə fərdi yaşayış evə dair texniki pasport tərtib edilmişdir. Tərtib olunmuş texniki pasportda fərdi evin ünvanı Mirzə Fətəli tupik (dalan) 10, ev 2 göstərilmişdir. Bu fakt 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna xx.xx.2022-ci il tarixli **********61 nömrəli cavab məktubunda öz təsdiqini tapmışdır. Xüsusi mülkiyyətdə olan M.Fətəli küçəsi dalan 10, ev 4 ünvanının 1965-ci ildə tərtib olunmuş texniki pasportdan və 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubu ilə təsdiq olunur ki, 1931-ci ildən 4 saylı ev xüsusi mülk kimi qeyd olunmuş əmlakın keçən əsrin altmışıncı illərində sıra nömrəsi «2 nömrəli ev» kimi qeyd edilməklə, bu ünvanda hazırkı iddiaçılar mübahisəsiz olaraq yaşayırlar. Sadətxanım Qasım qızı xx.xx.2010-cu ildə vəfat etmişdir. Əliağa Ağadadaş oğlu və onun həyat yoldaşı Sadətxanım Qasım qızının birgə nikahdan iki övladı, X9 (2017-ci ildə vəfat etmişdir) və Dadaşova (Əliyeva) Nərgiz Əliağa qızı (yaşayır) doğulmuşdur. X3 İddiaçı1 və İddiaçı4 adında iki övladı vardır. Dadaşova (Əliyeva) Nərgiz Əliağa qızının İddiaçı2 və İddiaçı3 adında iki övladı vardır. Dadaşova (Əliyeva) Nərgiz Əliağa qızı sağ olmaqla babasından faktiki qəbul etdiyi miras payından övladlarının xeyrinə imtina edir. Belə ki, Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızı övladları miras əmlakı faktiki qəbul etdikləri üçün, onların hər birinin xeyrinə, miras əmlakın dörd nəfər vərəsələr tərəfindən bərabər paylarla məhkəmə qaydasında mirasın qəbuluna və adlarına vərəsəlik şəhadətnaməsi verilməsinə razıdır. Yuxarıda adları qeyd olunan vərəsələr İddiaçı1 və İddiaçı4 ulu babaları (atasının babası), İddiaçı2 və İddiaçı3 isə ulu baları (anasının babası) Ağa-Dadaş Ələkbər oğlundan miras qalmış, ünvan 2 ünvanında yerləşən miras əmlakı faktiki qəbul edərək hazırda da, orada yaşamaqla əmlakı idarə edirlər. ünvan 2 ünvanı (hazırda ev 2 nömrəsi adlandırılır) ilə əlaqədar heç bir mübahisə mövcud deyildir. Qeyd olunan ünvanda başqa nömrə və say ilə başqa bir ev mövcud deyildir. Ünvandakı ev iki mərtəbəli olmaqla, mənzil sahəsi mirası faktiki qəbul etmiş vərəsələr arasında razılaşma qaydasında bölünməklə, onlar tərəfindən idarə və istifadə edilir. Hazırda mənzildə (əmlakda) mirası faktiki qəbul edən aşağıdakı qanun üzrə vərəsələr: İddiaçı1, İddiaçı4, Əliyeva (Dadaşova) X42, İddiaçı2, İddiaçı3 və onların ailə üzvləri yaşayırlar. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli küçəsi, dalan 10 ünvanında yerləşən miras-əmlak üzərində, mirası faktiki qəbul etmiş qanun üzrə vərəsələr: İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 ¼ hissədə vərəsəlik hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, iddiaçılar və maraqlı şəxs birinci növbədə vərəsələridir. Belə ki, miras qoyan Ağa-Dadaş Ələkbər oğlunun ölümündən sonra miras əmlak onun oğlu, hazırki iddiaçıların babaları Əliağa Ağadadaş oğlu tərəfindən faktiki olaraq qəbul edilmiş, onun ölümündən sonra isə miras əmlak hazırki iddiaçılar: İddiaçı1, İddiaçı4 atası X9; İddiaçı2 və İddiaçı3 isə anaları Əliyeva (Dadaşova) X42 tərəfindən faktiki qəbul edilərək idarə edilmiş, X3 ölümündən sonra isə miras əmlak onun payına münasibətdə, iddiaçılar olan övladları İddiaçı1, İddiaçı4 tərəfindən qəbul edilmişdir. Digər qanun üzrə vərəsə olan Əliyeva (Dadaşova) X42 isə ona düşən paydan övladlarının xeyrinə bərabər şəkildə imtina etmiş, eləcə də, ovladları digər iddiaçılar olan İddiaçı2 və İddiaçı3 da, ana babalarından qalan mirası faktiki qəbul etməklə orada yaşayırlar. İddiaçılar mirasın qəbul edilməsi üçün notariat ofisinə müraciət etmiş, lakin vərəsəliyin qəbul müddətinin buraxılması, qohumluq münasibətini bildirən sənədin olmaması səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilərək, müfaviq məhkəmə orqanlarına müraciət etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlırının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli küçəsi, dalan 10, ev 4 ünvanında yerləşən miras əmlakı üzərində mirası faktiki qəbul etmiş qanun üzrə vərəsələr: İddiaçı1 ¼, İddiaçı4 ¼, İddiaçı2 ¼ və İddiaçı3 ¼ hissəsinə vərəsəlik hüquqları tanınmalı və onlara “Qanun üzrə vərəsəlik hüququ” haqqında Şəhadətnamə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli küçəsi, dalan 10, ev 4 ünvanında yerləşən miras əmlakı üzərində mirası faktiki qəbul etmiş qanun üzrə vərəsələr: İddiaçı1 ¼, İddiaçı4 ¼, İddiaçı2 ¼ və İddiaçı3 ¼ hissəsinə vərəsəlik hüquqları tanınsın və onlara “Qanun üzrə vərəsəlik hüququ” haqqında Şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2822/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2822/2023
25.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver