Məhkəmə qərarları › İş №e-2(004)-2828/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2828/2020

14.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2828/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh"nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh"nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təşəbbüsü ilə onunla əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxxx 2020-ci il tarixli, 03x-20 saylı əmrin ləğv edilməsi və onun tutuduğu vəzifəyə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir Cavabdehndə regional menecer vəzifəsində çalışmışdır. Bir-neçə dildə sərbəst danışmağı, o cümlədən beynəlxalq ticarət fəaliyyəti sahəsində təhsil və təcrübəsi nəticəsində işlədiyi müəssisədə hər zaman müsbət xarakterizə olunmuş, işi uğura səbəb olmuşdur. Bu illər ərzində heç bir tənbeh və ya inzibati xətası olmamış, buna dair işəgötürən tərəfindən müvafiq cəzalanmaları da olmamışdır. Lakin bir müddət bundan əvvəl, virus epidemiyasının yayılması ərəfəsində çalışdığı müəssisə olan Cavabdeh ölkə üzrə nümayəndəsi Karaca Mehmet Özgür iddiaçıya onu işdən azad etmək istəyini bildirmişdir. İddiaçı səbəbini soruşduqda heç bir səbəb göstərməmişdir. İddiaçı işdən azad olunması barədə ərizə yazmaqdan imtina etdikdə Karaca Mehmet Özgür başqa bir yola əl ataraq iddiaçının ştatını ixtisar edəcəyini bildirmişdir. Halbuki yeganə və gərəkli bir ştatın ixtisarı heç bir məntiqə sığmır. xx.xx.2020-ci il tarixdə Karaca Mehmet Özgür iddiaçıya ştatın ixtisarına dair xəbərdarlıq göndərdi. O, onun ailə vəziyyətinə də heç bir əhəmiyyət verməyərək ştat cədvəlinin ləğvi ilə əlaqədar onunla əmək müqaviləsinə xitam vermişdir. Lakin "Cavabdeh"NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ NÜMAYƏNDƏLİYnin gəlirləri azalmamış, əksinə artmışdır. Onun fəaliyyətində hər hansı bir problem və ya çətinlik yoxdur. Əksinə, şirkət daha da inkişaf edərək fəaliyyətini genişləndirir. Həmin şirkətin fəaliyyətinin yaxşılaşmağında qüsursuz işçi olaraq iddiaçının da zəhmət və əməyi vardır. Həmin şirkətdən aldığı əmək haqqı yeganə qazanc mənbəyi idi. Bundan əlavə, xəstə anası da onun himayəsindədir və anasının müalicə məqsədilə daim istifadə etdiyi Qrateziano dərmanının bir qutusunun qiyməti 400 manatdır. İşdən çıxarılmağı indiki şəraitdə həm ona, həm də xəstə anasının vəziyyətinə mənfi təsir edəcəkdir. Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında işçilərin hüquqlarının müdafiəsini əks etdirən tədbirlər, o cümlədən İşçi Qrupun işəgötürənlər tərəfindən ixtisarlara yol verilməməsinə dair göstərişləri iddiaçıya qarşı atılan əsassız addımların önlənməsinə yardım edir. Lakin Cavabdeh bütün bu hallara, o cümlədən möhtərəm X1 cənablarının bu sahədə olan mövqeyinə heç bir əhəmiyyət verməmiş və iddiaçının ştatını ixtisar edərək xx xxxxx 2020ci il tarixli, 03x-20 saylı əmrlə onu işdən azad etmişdir. İşəgötürən tərəfindən işdən azad olunmağı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndi ilə həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, cavabdeh qismində qoyulmuş şirkət Türkiyə Resplikasında olan ana şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyidir və nümayəndə olan şirkətin maliyyələşməsi birbaşa ana şirkətin hesabına həyata keçirilir. Nümayəndiliyin tərkibində fəaliyyət göstərən qruplar var ki, iddiaçı da həmin qruplardan biridir. Türkiyə Respublikasında olan iqtisadi vəziyyət ilə əlaqədar orada yerləşən ana şirkətdə olan müəyyən büdcə çətinlikləri ilə əlaqədar xərclərin azaldılması məqsədi ilə şirkətdə olan işçilərin sayının ixtisar edilməsinə dair göstəriş gəlmişdir. Nəticədə də İddiaçı ixtisara düşmüşdür. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona qarşı şəxsi gərəzliyə yol verildiyini göstərmişdir. Lakin cavabdeh şirkət sadəcə olaraq onu maliyyələşdirən ana şirkətin tələblərini yerinə yetirmiş və burada heç bir şəxsi qərəzliyə yol verilməmişdir. Eyni zamanda ixtisar qanunvericiliyin tələblərinə zidd olmayaraq aparılmışdır. İxtisar barəsində iddiaçıya əvvəlcədən xəbərdarlıq edilmişdir ki, bu halı iddiaçı özü də iddia ərizəsində təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin surətinə əsasən İddiaçı xx xxxxxx 2017-ci il tarixdə "Cavabdeh"nin Azərbaycan Respublikasindakı nümayəndəliyinə işə qəbul olmuş, xx xxxxx 2019-cu il tarixdə "Cavabdeh"nin Azərbaycan Respublikasindakı nümayəndəliyində“Qrup rəhbəri” vəzifəsinə keçirilmiş və xx xxxxx 2020-ci il tarixdən 03x-20 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə (ştat sayının ixtisarı) əsasən tutduğu vəzifədən azad edilmişdir. "Cavabdeh"nin kadrlar şöbəsinin rəhbəri Hakan Onel tərəfindən imzalanmış xx xxxxxx 2020-ci il tarixli 1/AZ saylı əmrinə əsasən şirkətin biznesinin ümumilikdə regionda və xüsusilə Azərbaycan Respublikasında maliyyə göstəriciləri, şirkətin biznesinə mənfi təsir göstərən qiymətqoyma qaydaları və Azərbaycan Respublikasında farmasevtika sənayesində qeyri-müəyyənliklə əlaqədar olaraq nümayəndəliyin rəhbərinə bu əmrin tələblərini yerinə yetirmək üçün mümkün olan bütün tədbirləri görməsi, o cümlədən sadalanlarla məhdudlaşmadan işçilərin sayını ixtisar edilməsi yolu ilə azaldılması və işçilərin ixtisar edilmiş əməkdaşların vəzifə öhdəliklərini yerinə yetirməsi üçün qalan vəzifələr üçün vəzifə öhdəliklərini tənzimləməsi həvalə olunmuşdur. "Cavabdeh"nin Azərbaycan Respublikasindakı nümayəndəliyinin ölkə üzrə meneceri Nümayəndə tərəfindən imzalanmış ştatın ləğvinə dair xx xxxxxx 2020-ci il tarixli 07-20 k saylı əmrindən görünür ki, "Cavabdeh"nin xx xxxxxx 2020-ci il tarixli 1/AZ saylı əmrini rəhbər tutaraq – yeni ştat cədvəlinin tərtib edilməsi və xx xxxx 2020-ci il tarixdən qüvvəyə minməsi, yeni ştat cədvəlinə əsasən Qrup rəhbəri ştatının ləğv edilməsi, qeyd edilən ştatda çalışan İddiaçı xx xxxx 2020-ci il tarixdə qanunvericiliyə müvafiq qaydada rəsmi xəbərdarlıq edilməsi əmr edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı"Cavabdeh"nin Azərbaycan Respublikasindakı nümayəndəliyində Qrup rəhbəri vəzifəsində işləmiş və işəgötürən şirkətin xx xxxxx 2020-ci il tarixli 03x-20 saylı əmri ilə iddiaçının tutduğu vəzifə ixtisar olunduğu üçün tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx xxxxx 2020-ci il tarixdən xitam verilmişdir. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəlləilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 11-ci maddəsinin “ə” bəndinə əsasən əmək münasibətləri sahəsində işə götürənin digərləri ilə yanaşı bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır. Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatlar ıixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrəəmək funksiyasının icrasıüçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsiniişəgötürən müəyyən edir. Məhkəmə İddiaçı irəli sürdüyü tələblərə hüquqi qiymət verərək, həmin tələbləri əsassız hesab edir. İlk olaraq məhkəmə qeyd edir ki, müəssisə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən edir. Yəni konkret müəssisədə işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ işəgötürənə məxsusdur. İşəgötürənin əmri ilə işçilərin sayının və ya ştatların ixtisar edilməsində qanunvericiliyin məqsədi ondan ibarətdir ki, müəssisədə istehsalın və idarəçiliyin təşkili təkmilləşdirılsin, təsərrufat fəaliyyətini yaxşılaşdırılsın və artıq xərclərin qarşısı alınsın. Cavabdeh şirkətin Türkiyə Respublikasında olan rəhbərliyi məhz göstərilənləri əsas götürərək, bir sıra vəzifələrin ixtisar edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli əmri qəbul etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi müddətdə xəbərdar edilməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. İddia ərizəsindən göründüyü kimi İddiaçı əmək müqaviləsinə xitam verilməsindən 1 ay əvvəl vəzifəsinin ixtisar olunması barədə xəbərdar olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının anasının xəstə olması onun barəsində qəbul edilmiş əmrin qanunsuz olmasına dəlalət etmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin iddiaçı məhkəməyə bununla bağlı heç bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə yuxarıdakıları ümumiləşdirərək hesab edir ki, iddia tələbi İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair "Cavabdeh"nin Azərbaycan Respublikasindakı nümayəndəliyinin ölkə üzrə meneceri Nümayəndə tərəfindən imzalanmış xx xxxxx 2020-ci il tarixli 03x-20 saylı əmrinin ləğv edilməsi və onun vəzifəsinə bərpa edilməsi iddiası əsassızdır və təmin olunmamalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar