Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2854/2024 19.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı1, İddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Qasımlı (Qasımova) Sevda Qasım qızının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Qasımlı (Qasımova) Sevda Qasım qızına, Bakı şəhəri 05 saylı Notariat Ofisinə və ünvan 19otariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, naturada yaşayış sahəsinin ayrılması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Qasımlı (Qasımova) Sevda Qasım qızına, Bakı şəhəri 05 saylı Notariat Ofisinə və ünvan 19otariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, naturada yaşayış sahəsinin ayrılması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2 xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi; AR, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Seriya FM №000076-li, 167 saylı reyestr kitabında 6942 səhifə, qeydə alma №50/14348, 05.08. 1999-cu il tarixdə və Reyestr kitabında 741 səhifə, 111169 qeydəalma № 30/111169, xx.xx.1996-cı il tarixdə X21 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş Qeydiyyat Vəsiqələrinin etibarsız hesab edilməsi və müvafiq qeydiyyat yazılarının pozulması; Bakı şəhəri 5 saylı DNK-nın 2V-1-33 reyestr nömrəli xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi; Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnın xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli **********26-10301 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsi və ünvan 3 ünvanında yerləşmiş fərdi yayaşış evinə dair mərhum X7 adına aparılmış mülkiyyət hüququna dair qeydiyyat yazısının pozulması; Bakı şəhəri 11 saylı DNKnın 2V-32 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi və həmin şəhadətnamə əsasında verilmiş Çıxarışın etibarsız hesab edilməsi, bununla bağlı mülkiyyət hüquqlarına dair Reyestrdə aparılmış qeydiyyat yazılarının pozulması; Bakı şəhəri İİ saylı DNK-nın 4Ə-8 reyestr nömrəli xx.xx.2023-cü il tarixli “bağışlama” müqaviləsinin etibasız hesab edilməsi; ünvan 4 ünvan: Muxtadır küçəsi 23 ) ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh5 1/3 hissəsinin, Cavabdeh3 1/3 hissənin və Cavabdeh4 1/3 hissəsinin mülkiyyət hüququ ilə qeydə alınmasına dair Çıxarışın etibarsız hesab edilməsi və qeydiyyat yazılarının pozulması; ünvan 6 ünvan: Muxtadır küçəsi 23) ünvanında yerləşən fərdi yaşayış evinin mərhum mülkiyyətçisi X22 vərəsələrinin dairəsinin müəyyən olunması və həmin yaşayış sahəsinə Bayramova (Qasımova) Fərəh Fikrət qızının vərəsəlik payının müəyyən edilməsi və ayrılması; ünvan 4 ünvan: Muxtadır küçəsi 23) ünvanında yerləşən fərdi yaşayış evindən 2024cü ilin 19 yanvar tarixindən məcburi olaraq çıxarılmış Bayramova (Qasımova) Fərəh Fikrət qızı və onun əri İddiaçı2 həmin yaşayış sahəsinə köçürülməsinin təmin edilməsi, onların fərdi yaşayış evində sərbəst istifadələri üçün Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Qasımlı (Qasımova) Sevda Qasım qızı və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, naturada yaşayış sahəsinin ayrılması; xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvan: Muxtadır küçəsi 23 ) ünvanından məcburi şəkildə çıxarılmış Bayramova (Qasımova) Fərəh Fikrət qızı və İddiaçı2 məxsus ev-məişət əşyalarının geri qaytarılaraq əvvəlki yerində yerləşdirilməsi, həmçinin ödənilmiş məhkəmə rüsumunu cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarasın qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 10 ünvan: Səid Rüstəmov küç., ev 23 ) ilkin olaraq X22 adına qeydə alınmışdır. Adıçəkilən şəxs ailəsi o cümlədən arvadı, oğlanları: Əlihüseyn Qasımov, Qasım Qasımov və digər şəxslərlə həmin evdə yaşamışdır. Fərdi yaşayış evinin ilkin mülkiyyətçisi Kazım Qasımov hələ sağ ikən oğlu Əlihüseyn Qasımov ailə həyatı qurmuş və sonuncunun arvadı da Əhmədova ( Qasımova) Səriyyə onunla birlikdə yaşamaq üçün həmin evə köçərək əri ilə birlikdə yaşamışlar və onların evliliyindən 06 sentyabr 1949-cu il təvəllüdlü Fikrət adlı oğulları doğulmuşdur. Həmin evdə daimi qeydiyyatda olan və yaşayan X1 Yeganə Azər qızı ailə həyatı qurduqdan sonra sonuncu yaşamaq üçün ərinin yaşadığı evə köçmüş və tərəflərin birgə nikahından 3 uşağı, o cümlədən hazırkı iddia tələbi üzrə iddiaçılardan biri- 1974-cü il təvəllüdlü İddiaçı1 Fikrət qızı da həmin evdə dünyaya gəlmiş, həmin evə yaxın məkanda fəaliyyət göstərən- Yasamal rayonu, F. Rzayev adına 150 nömrəli orta məktəbdə 1982-1992-ci illər ərzində təhsil almış, ailə həyatı qurduqdan sonra oranı tərk edərək ərinin- hazırkı iddia tələbi üzrə digər iddiaçı- İddiaçı2 yaşadığı məkana köçərək onunla birlikdə yaşamağa başlamışdır. İlkin mülkiyyətçi 1933-cü ildə öldükdən sonra onun oğlu Əlihüseyn Qasımov miras əmlakı faktiki qəbul etməsinə və onu idarə etməsinə, arvadı, oğlu, nəvələri və gəlini ilə miras əmlakın yerləşdiyi ünvanda yaşamasına baxmayaraq vərəsəlik şəhadətnaməsi əldə etmək üçün notariat orqanına müraciət etməmişdir. Mirasqoyanın-Kazım Qasımovun digər oğlu Qasım Qasımov qardaşı-Əlihüseyn Qasımovun (1999cu ilin martında vəfat etmişdir ) və onun oğlu Fikrət Qasımovun ölümündən ( 1998-ci ildə vəfat etmişdir ) sonra miras əmlakı qəbul etməsinə dair notariat kontoruna müraciət edərək atasından qalma miras əmlakı qəbul etdiyini bildirmiş və miras əmlak haqqında 07.07. 1999-cu il tarixli, 1B- 156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Notariat kontoru X32 miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verərkən Kazım Qasımovun digər vərəsələrinin, o cümlədən Əlihüseyn Qasımovun ünvan 10 ünvan: Səid Rüstəmov küç., ev 23 ) ünvanında yaşamasını və həmin şəxsin atasından qalmış miras əmlakı faktiki qəbul edərək ona sahiblik etməsini, onun arvadı və nəvələrinin də hal-hazırda sözügedən ünvanda yaşamasını nəzərə almamışdır. X10 (iddiaçı-İddiaçı1 atası) xx.xx.1998-ci il tarixdə ünvan 10 ünvan: Səid Rüstəmov küç., ev 23 ) ünvanında vəfat etmiş və onun ölüm faktı xx.xx.1998-ci tarixdə 252 nömrəli Akt qeydi ilə ƏN-nin Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Fikrət Qasımov xx.xx.1998-ci il tarixdə vəfat etdikdən sonra onun qızı İddiaçı1 əri İddiaçı2 ilə birlikdə anası-X17 yanına-ünvan 12 ünvan: Səid Rüstəmov küç., ev 23) ünvanına uşaqları və əşyaları ilə birlikdə köçərək həmin evin birinci mərtbəsində özlərinə məxsus iki yaşayış otağında yaşamış, eyni zamanda ev təsərrüfatının idarə edilməsində iştirak edərək, istifadə etdikləri kommunal xidmətlərin haqqını vaxtlı-vaxtında ödəmişlər. İddiaçı-İddiaçı1 anası X36 2021-ci ildə vəfat etdikdən sonra, həmin fərdi yaşayış evində yaşayan cavabdehlər və onların ailə üzvləri iddiaçıları tez-tez narahat etməyə, onlara məxsus avadanlıqları zədələməyə, qərəzli şəkildə səs-küy yaratmaqla hətta onlara fiziki zorakılıq göstərməkdən çəkinmədən həmin evdə onların yaşamasına mane olmağa başlamışlar. Tərəflər arasında ailə-məişət mübahisənin həll edilməsi üçün dəfələrlə Yasamal RPŞnə və müxtəlif hüquq-mühavizə orqanlarına müraciət edilmişdir. Cavabdehlər və onların övladlarının iddiaçılara qarşı təzyiqləri 2023-cü ilin axırlarında və 2024-cü ilin əvvələrində daha da kəskinləşmiş, cari ilin yanvar ayının axırlarında həmin ünvanda yaşayan iddiaçı-Fərəh Bayramovun atasının əmisi nəvəsi, hazırkı iş üzrə cavabdehlərdən biri- Cavabdeh4 evin ona məxsus olmasını və ailə həyatı qurmaq istədiyini əsas gətirərək iddiaçıların evdən çıxmasını tələb etmişdir. İddiaçılar öz etirazlarını Hüseynə və digər cavabdehlərə bildirsə də, onlar buna məhəl qoymamış birlikdə qanunazidd hərəkətlərlə onu evdən çıxaramağa məcbur etməyə başlamışlar. İddiaçılar da əvvəllər olduğu kimi bu dəfə də Yasamal RPİ-nin 26-cı PB-nə müraciət etməklə yanaşı, gələcəkdə xoşagəlməz hadisənin baş verməməsi üçün yaşadıqları evi 2024-cü ilin yanvar ayının 19-da tərk etmişlər və həmin tarixdən indiyədək ayda 400 manat ödəməklə kirayədə yaşayırlar. İddiaçılar məcburən evi tərk etdikdən sonra cavabdehlər onların istifadəsində olmuş və əşyalarının yerləşdiyi otağın kilidli qapısını texniki vasitələrdən istifadə edərək icazəsiz açaraq oaradakı əşyaları zədələmiş və daha sonra 28.01.24-cü il tarixdə “175” telefon nömrəsi vasitəsilə yük daşıma və saxlama şirkətinə zəng edərək "xxxx" MMC vasitəsilə fərdi yaşayış evində olan əşyalarının həmin şirkətin anbarına daşınmasına nail olmuşdur. Əşyaların daşınan zaman zədəli olması adıçəkilən şirkət tərəfindən verilmiş arayışda da öz əksini tapmışdır. Əşyaları hal-hazırda həmin şirkətin anbarındadır ( Bax: “"xxxx" MMC-in arayışı və Təhvil-təslim aktı). ünvan 10 ünvan: Səid Rüstəmov küç., ev 23 ) hüquqi statusuna dair əldə edilmiş sənədlər: Bakı şəhəri, 5 saylı Notariat ofisindən əldə etdiyimiz X33 dair xx.xx.1999-cu il tarixli, 1-V-156 reyestr nömrəli Vərəsəlik işindən də görünür ki, adıçəkilən şəxs- miras əmlakın ilkin mülkiyyətçisi olmuş və 1933-cü il 24 martda vəfat etmişdir. Həmin şəxsə məxsus miras əmlakın ümumi sahəsi 215,8 kv. metrdir. Həmin vərəsəlik işində yeganə vərəsə olaraq X21 adı qeyd edilmiş və miras əmlakı həmin şəxsin əldə etməsi göstərilmiş, adıçəkilən şəxsə şəhadətnamə verilərək miras əmlak onun adına qeydə alınmışdır. Miras qoyanın digər oğlu-X23 mirasdan imtinası barədə ərizəsi həmin vərəsəlik işində öz əksini tapsa da, mirasqoyanın digər oğlu-Əlihüseyn Qasımov barədə orada heç nə göstərilmir. AR, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Seriya FM №000076-li, 167 saylı reyestr kitabında 6942 səhifə, qeydə alma №50/14348, 05.08. 1999-cu il tarixdə və Reyestr kitabında 741 səhifə, 111169 qeydəalma № 30/111169, xx.xx.1999-cu il tarixdə X21 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş Qeydiyyat Vəsiqəsi verilmişdir. Bakı şəhəri, 5 saylı Notariat ofisindən əldə etdikləri vərəslik işindən də görünür ki, həmin notariat kontorunun tərtib etdiyi 2V-1-33 reyestr nömrəli xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən fərdi yaşayış evi X7 adına qeydə alınmış və ona müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli **********26¬10301 reyestr nömrəli Çıxarış verilmişdir. Bakı şəhəri 11 saylı DNK-nın 2V-32 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin əsasən sözügedən fərdi yaşayış evinin 1/3 hissəsi Cavabdeh5, 1/3 hissəsi Cavabdeh6, 1/3 hissəsi Cavabdeh3 adlarına qeydiyyatdan keçmiş və onlara müvafiq Çıxarış verilmişdir. Bakı şəhəri 11 saylı DNK-nın 4Ə-8 reyestr nömrəli xx.xx.2023-cü il tarixli “bağışlama” müqaviləsinə əsasən Cavabdeh6 özünə məxsus 1/3 hissəsini Cavabdeh4 bağışlamışdır. Hazırda sözügedən fərdi yaşayış evinin 1/3 hissəsi-Cavabdeh5, 1/3 hissəsi- Cavabdeh3 və 1/3 hissəsi Cavabdeh4 mülkiyyətindədir.Yuxarıda qeyd edilənlərdən göründüyü kimi ünvan 14 ünvan: Səid Rüstəmov küç., ev 23 )ilkin mülkiyyətçisi 1933-cı ildə vəfat edənədək onunla birlikdə yaşayan oğlu Əlihüseyn Qasımov atasının ölümündən sonra miras əmlakı qəbul edərək ona faktiki sahiblik etmiş, ailə həyatı quraraq həmin ünvanda yaşamağa davam etmiş və nikahından dünyaya gələn uşaqları, o cümlədən oğlu-1949-cu il təvəllüdlü -Fikrət Qasımov da həmin ünvanda yaşamış X37 ilə ailə həyatı qurmuş və həmin nikahdan hazırkı iddiaçılardan- İddiaçı1 da daxil 3 uşağı miras evdə dünyaya gəlmişlər. Bütün bunlar onu göstərir ki, iddiaçı- İddiaçı1 babası-Əlihüseyn Qasımov atasından qalma mirası qəbul etmişdir. Adıçəkilən iddiaçının atası və anası miras əmlakın yerləşdiyi ünvanda yaşamaqla ona faktiki sahib olmuşlar. İddiaçı- İddiaçı1 atası Fikrət Qasımov-1998-ci ildə, babası-Əlihüseyn Qasımov isə 1999-cu ildə vəfat etdikdən sonra sözügedən iddiaçı və onun anası X53 rayonu Muxtadır küçəsi, ev 23 ünvanında yaşamalarına baxmayaraq, miras qoyan X31 Qasımov onlardan xəbərsiz Bakı şəhəri 5 saylı DNKna ərizə ilə müraciət edərək miras əmlaka vərəslik hüququ haqqında şəhadətnamə, daha sonra xx.xx.1999-cu il tarixli, Seriya-FM №000076, 167h/e, səhifə 6942-qeydiyyat vəsiqəsi əldə edərək miras əmlakı tam şəkildə öz mülkiyyətinə keçirmişdir. Həmin DNK-rı miras əmlaka dair Qasım Qsımovun adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verərkən İddiaçı1 onun digər bacıları və anası-Yeganə Qasımovanın qanun üzrə vərəsələr kimi nəzərə almamışdır ki, bu da həmin vaxt qüvvədə olan vərəsliyə dair normaların tələblərinə tamamilə ziddir. Bakı şəhəri 5 saylı Notariat ofisindən əldə etdiyimiz 2V-1-33 reyestr nömrəli-X32 aid xx.xx.2010-cu il tarixli vərəsəlik işindən görünür ki, adıçəkilən mülkiyyətçi xx.xx.2009-cu il tarixində vəfat etdikdən sonra onun arvadı X24 Bakı şəhəri, ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və müvafiq olaraq ƏMDK yanında DƏDRX-nin xx.xx.2010-cu il tarixli, **********9 qeydiyyat nömrəli **********226-10301 reyestr nömrəli Çıxarış əldə etmişdir. Bakı şəhəri, 11 saylı Notariat ofisindən əldə etdiyimiz xx.xx.2011-ci il tarixli, 2V-32 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə miras əmlakın növbəti- mülkiyyətçisi- X24 xx.xx.2010-cu ildə vəfat etdikdən sonra miras əmlakı onun Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 hər birinə 1/3 pay olmaqla bərabər paylarla qəbul edərək, miras əmlaka mülkiyyət hüququnu təsdiq edən Seriya MA №0243368-li, xx.xx.2011-ci il tarixli Çıxarış əldə etmişlər. Bakı şəhəri, 11 saylı Notariat ofisindən əldə etdiyimiz xx.xx.2022-ci il tarixli, 4Ə-8 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə dair notariat işindən görünür ki, Cavabdeh6 xx.xx.2022-ci il tarixli, Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 17 ünvanında yerləşən fərdi yaşayış evinə olan 1/3 payını Cavabdeh4 bağışlamışdır. e-emlak.gov.az saytından əldə etdiyimiz reyestr nömrəsi **********26-10301 olan Çıxarışa əsasən Bakı şəhəri, ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evi hər birinə bərabər, yəni 1/3 pay olmaqla Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindədir. Göründüyü kimi miras əmlakın ilkin mülkiyyətçidən sonra qəbul edilməsi həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmədiyindən, X18 miras qalmış əmlak bölüşdürülən zaman bütün birinci növbəli vərəsələr nəzərə alınmadığından, həmin əmlakla bağlı həyata keçirilən sonrakı hüquq münasibətləri də qanuni hesab edilə bilməz. Miras əmlakın ilkin mülkiyyətçinin ölümündən sonra fərdi yaşayış evinin X21 mülkiyyətinə keçməsi həmin vaxt qüüvvədə olan Mülki Məcəllənin vərəsəlik normalarına uyğun baş verdiyindən, adıçəkilən şəxsin 2009-cu ildə ölümündən sonra miras əmlakın onun qanun üzrə vərəsələrinə keçməsi prosesi hazırda qüvvədə olan mülki hüquq normaları ilə tənzimlənməlidir. Ona görə də ilkin vərəsəlik münasibətləri qanunsuz olduğundan Qasım Qasımovun ölməsi ilə əlaqədar miras əmlakın onun vərəsələri tərəfindən qəbulu və onunla bağlı mülkiyyət əldə etmə və s. özgəninkiləşdirmə prosesləri də etibarsız hesab edilməlidir. Cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia ərizəsinə etiraz ünvanlayaraq iddianın rədd edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, idiaçılar tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi mübahisələndirilən əmlak X18 miras qalmış və miras əmlakını miras qoyanın vərəsəsi X48 qəbul etmişdir. X21 vəfatından sonra miras əmlakı vərəsəlik qaydasında vərəsələrin mülkiyyətlərinə keçmişdir. X22 vərəsəsi, hazırki iş üzrə İddiaçı1 babası Əlihüseyn Qasımov iddiaçıların iddia ərizəsində göstərdikləri kimi deyil, özünə məxsus olan evdə yaşamış, öz mülkiyyətində olan evdə vəfat etmiş və oradan da dəfn olunmuşdur. Onun tərəfindən atası X22 miras əmlakı vərəsəlik qaydasında heç vaxt qəbul edilməmişdir. X3, hazırki iş üzrə İddiaçı1 atası X10 da atası və ailəsi ilə birlikdə atası X8 məxsus mülkdə yaşamış, ailə həyatı qurduqdan sonra valideynləri tərəfindən ona alınmış evdə yaşamış və orada da vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından və qanunvericiliyin göstərilən normalarından göründüyü hazırki iş üzrə iddianın predmetinin hüquqi əsası yoxdur və iddia tələbi təmin edilə bilməz. Belə ki, mübahisələndirilən miras əmlakı miras qoyan şəxs X22 1933-cü ildə vəfat etməsindən sonra miras qalmış, həmin vaxt miras əmlakı vərəsələr tərəfindən notarial qaydada müraciət olunmaqla qəbul olunmamış, miras əmlakını faktiki olaraq qəbul etmiş, miras qoyanın birinci növbəli vərəsəsi X48 tərəfindən xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsəlik rəsmiləşdirilmişdir. Bu səbəbdən iş üzrə iddiaçıların hazırki iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüquqları yoxdur. Cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia müddətinin tətbiqinə dair ərizə ünvanlayaraq qeyd etmişdir ki, işin faktiki hallarından və qanunvericiliyin göstərilən normalarından göründüyü hazırki iş üzrə iddianın predmetinin hüquqi əsasının olmaması, iddiaçıların hazırki iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüquqlarının olmaması ilə yanaşı həmçinin iddia müddəti də ötürülmüşdür. Qeyd olunanlara əsasən İddiaçı1 və İddiaçı2 iddia tələbləri əsassız olduğundan və iddia müddətinin buraxılması ilə verildiyindən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və ddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı1 izahatında əlavə olaraq bildirmişdir ki, ev ulu babalarından qalıb, yəni babasının atasından. Babası həmin evi öz atası öləndən sonra faktiki qəbul edərək yaşamışdır. Babasınnı atası 1933- cü ildə vəvat etmişdir. Babasından sonra isə atası, atası ğldükdın sonra isə anası mirası faktiki qəbul etmişdir. O, özü ərə getdikdən sonra atası anası ilə birlikdə yaşamışdır. Atası öədükdın sonra isə anası xəsdə olduğu üçün o anasının yanında onunla birlikdə yaşamışdır. İnidyədək miral əmlakla bağlı notariusa müraciət etməməlirin səbəbi isə, böyük kimi atasının əmisinin sözünə inanamaları olmuşdur. O, həmisə demişdir ki, ev babadan qaldığı üçün orda hamının haqqı var. Nə vaxtsada ev satılarsa, ya da, söküntüyə düsərsə hamısının payını verəcəkdir. Onıar həmişə mehriban olmuşlar. Lakin son illərdə isə aralarında mübahisələr başlanılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Qasımlı (Qasımova) Sevda Qasım qızının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 etiraz ərizəsinə və iddia müddətinin tətbiqinə dair ərizənin məzmununa uyğun izahat verərək iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Əlihüseyn Qasımovun özünün maddi imkanı yaxşı olduğundan ayrıca ev tikmiş və həmin evdə yaşamışlar. Atasının da həmin evin yaxınlığında evi olmuşdur. İddiaçı1 mübahisəli evin yaxınlığında məktəbə getməsi bu səbəbdən mümkündür. Mübahisəli evin zirzəmisi də mövcuddur, cavabdehlər həmin yeri kirayə vermişlər. Bir müddət sonra iddiaçının qızının həmin yerə gəlib-getdiyini görmüşlər. Araşdırdıqdan sonra məlum olmuşdur ki, həmin kirayədə qalan şəxslər iddiaçının tanışlarıdır. Onları həmin evə yerləşdirmişlər ki, mübahisəli evdə yaşadıqlarını sübut etsinlər. Cavabdehlər bunu öyrəndikdən sonra həmin şəxsləri çıxartmışlar. İddia ərizəsində göstərilən əşyalar da həmin şəxslərə məxsusdur, iddiaçıların deyil. Evə aid sayğaclar müxtəlif şəxslərin adınadır. Bunun da səbəbi həmin vaxt belə bir qayda olmuşdur ki, qeydiyyatda nə qədər adam varsa o qədər pul ödənilir. Onlar arasında mübahisə olmadığından sayğac iddiaçının anasının adına qeydə alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehlər Bakı şəhəri 05 saylı Notariat Ofisinə və ünvan 19otariat Ofisinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. ünvan 18 ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, ünvan 19otariat Ofisi isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə digər cavabdehlər Bakı şəhəri 05 saylı Notariat Ofisinin və ünvan 19otariat Ofisinin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş notariat işində olan 07 iyul 1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 24 mart 1933-cü il tarixdə vəfat etmiş X22 vərəsəsi X34r. Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş notariat işində olan X49 tərəfindən verilmiş ərizədən görünür ki, o, X18 qalan Bakı şəhəri, Muxtadır küçəsi 23-də yerləşən mülk onun adına keçdiyini, lakin onlar öz aralarında bütün mülkün qardaşı X21 adına keçməsi barədə razılaşdıqlaırını bildirmişdir. Gələcəkdə məhkəmədə heç bir iddia qaldırmayacaq. Sözügedən notariat işində olan 1999-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu. Muxtadır qəsəbəsi 23 ünvanda yerləşən evdə X48, qardaşı X49, qızı X38, gəlini X50 və nəvələri daimi qeydiyyatda olmuşlar. Daha sonra Cavabdeh1 tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilməyə başlanmış notariat işindən görünür ki, miras qoyan X21 vərəsəsi arvadı X11r, övladları Cavabdeh6, Cavabdeh3 və Cavabdeh5 miras əmlakdan analarının xeyrinə imtina etmişlər. Həmin notariat işində olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X48 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Həmin notariat işində olan arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu. Muxtadır qəsəbəsi 23 ünvanda yerləşən evdə Cavabdeh6, X50, X12, X25, X39, Cavabdeh3, X51, X40 qeydiyyatdadır. ünvan 19otariat ofisi tərəfindən verilmiş notarit işində olan xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X7 vərəsələri hər birinə 1/3 hissədə pay olmaqla Cavabdeh6, Cavabdeh3, Cavabdeh5dır. Miras əmlak Bakı şəhəri, Yasamal rayonu. Muxtadır qəsəbəsi 23 ünvanda yerləşən evdir. ünvan 19otariat ofisi tərəfindən verilmiş notariat işində olan xx.xx.2022-ci il tarixli Bağışlanma müqaviləsindən görünür ki, Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu. Muxtadır qəsəbəsi 23 ünvanda yerləşən evin mülkiyyətində olan 1/3 hissəsini Cavabdeh4 bağışlamışdır. ünvan 19otariat ofisi tərəfindən verilmiş notariat işində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 anası Cavabdeh5, atası X26r. Foxexpress tərəfindən verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu. Muxtadır qəsəbəsi 23 ünvanda yerləşən evin 1-ci mərtəbəsindən əşyalar şirkətə məxsus anbara aparılmışdır. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Muxtadr küçəsi, ev 23 hər birinin 1/3 hissədə olmaqla Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 xüsusi mülkiyyətindədir. Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayıdan görünür ki, X9 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. 29 yanvar 2024-cü il tarixli cavab məktubundan görünür ki, sözügedən fərdi yaşayış evi ilkin olaraq X22 adına qeydiyyatdan keçmişdir. ünvan 2 xx.xx.1999-cu ıl tanxlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən fərdi yaşayış evi X27 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 5 saylı DNK-nın 2V-1-33 reyestr nömrəli xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən fərdi yaşayış evi X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 11 saylı DNK-nın 2V-32 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 1/3 hissəsi Cavabdeh5, 1/3 hissəsi Cavabdeh6, 1/3 hissəsi X13 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 11 saylı DNK-nın 4Ə-8 reyestr nömrəli 08 01 2023-cü ıl tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh6 özünə məxsus 1/3 hissəsini Cavabdeh4 bağışlamışdır. Hazırda sözügedən fərdi yaşayış evinin 1/3 hissəsi Cavabdeh5, 1/3 hissəsi X14 və 1/3 hissəsi Cavabdeh4 mülkiyyətlərindədir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı1 və qohumu Cavabdeh5 19 01 2024-cü il tarixdə bir-biriləri barəsində DİN-nın 102 xidmətinə zəng edərək şikayət etmiş daha sonra Yasamal RPİ-nin 26-cı PB-nə təkrar ərizə ilə müraciət edərək şikayətlərinin olmamasını bildirmiş, həmçinin ilkin müraciəti əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etmişlər. Yasamal RİHB-nın 3 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı2 ünvan 22 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi İddiaçı1dır. 05 mart 2024-cü il tarixli X41, X15, X46, X52 tərəfindən tərtib edilmiş aktdan qeyd edilmişdir ki, həqiqətən də onlar bir-birilə paralel və kəsişən küçələrin sakinləri olaraq ünvan 23 ünvanında yerləşən fərdi yaşayış evinin qonşuluğunda yaşayırlar və təsdiq edirlər ki, İddiaçı1 həmin evdə dünyaya gəlmiş, uşaqlıq, gənclik illərində, əmçinin ailə həyatı qurduqdan sonra da əri-İddiaçı2 ilə birlikdə həmin evdə yaşayaraq ümumi təsərrüfat aparmış, 2024-cü ilin yanvar ayının ortalarında məcburiyyət səbəbindən yaşadığı həmin evi əri ilə birlikdə tərk etmişdir. Əlavə olaraq bildirmişlər ki, İddiaçı1 babası, 1999-cı ildə vəfat etmiş- X19, vəfat etmiş nənəsi-X28, 1998-ci ildə vəfat etmiş atası- X10 və anası-2021-ci ildə vəfat etmiş X36 da ünvan 24 ünvanında yaşamışlar. 150 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X29 1983-1994-cü il tədris ilində həmin məktəbdə 1-ci sinifdən 11-ci sinfə qədər təhsil almışdır. Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş sorğuya xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, A030836725 nömrəli elektrik sayğacı, **********30002 saylı abunə kodu "xxxx" ASC-nin kompüter məlumat bazasında xx.xx.2023-cü il tarixinə kimi X42 adına qeydiyyatda olmuşdur. Elektrik enerjisinin dəyərinin kimin tərəfindən ödənilməsi barədə isə heç bir məlumat yoxdur. Azəriqaz tərəfindən verilmiş 18 aprel 2024-cü il sorğuya cavab məktubundan görünür ki, ünvan 25 ünvanına uyğun **********00020 saylı abonent kodu təbii qaz İstehlakçısı kimi Cavabdeh4 adına İB-nın abonentlərinin uçotu bazasında qeydiyyatdadır. Məlumat üçün bildirilmişdir ki, **********00020 saylı abonent kodu xx.xx.2022-ci il tarixdə X20 adından Cavabdeh4 adına dəyişdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, iş üzrə tərəflərin təqdim etdikləri, eləcə də məhkəmə tərəfindən əldə olunaraq araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Muxtadır qəsəbəsi 23 ünvanda yerləşən ilkin olaraq X22 adına qeydə alınmış, həmin mənzildə adıçəkilən şəxs həyat yoldaşı, 2 oğlu Əlihüseyn Qasımov, Qasım Qasımov ilə birlikdə yaşamışdır. Daha sonra X22 vərəsəsi X48 həmin əmlakı vərəsəlik qaydasında əldə etmiş, qardaşı Şamil Qasımov isə onun xeyrinə mirasdan imtina etmişdir. X48 vəfat etdikdən sonra miras əmlak arvadı Zemfira Qasımovaya keçmiş, sonuncunun vəfatından sonra isə qızları Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 keçmiş və Cavabdeh6 da əmlakdakı payını X30 bağışlamışdır. Hazırda iddiaçılar xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsinin və bunun hüquqi nəticəsi olaraq digər tələblərinin təmin edilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli əmlakı faktiki olaraq qəbul etdiyini bildirsə də, iddiaçının atası Qasımov Fikrət sonuncunun atası X4 daha öncə vəfat etdiyi üçün, Fikrət X2 övladları Qasımov Qasım və Qasımov Əlihüseynə miras kimi qaldığı iddia edilən miras əmlak faktiki olaraq qəbul etməsi mümkün deyildir. Belə ki, mövcud qanunvericiliyə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Bundan başqa iş materialları ilə X5 Bakı şəhəri, Yasamal rayonu, Muxtadır qəsəbəsi 23 ünvanda yerləşən evi miras əmlak olaraq faktiki qəbul etməsi iş materialları ilə müəyyən edilmir. İddiaçı həmin evdə yaşadığını qeyd etsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan və yuxarıda adları çəkilən vərəsəlik işlərinin heç birində iddiaçıların və ya İddiaçı1 atasının, anasının və ya babasının həmin evdə qeydiyyatda olmaları müəyyən edilməmişdir. Məhkəmə mübahisəli evdəki sayğacların İddiaçı1 anasının adına olnması ilə bağlı bildirdiklərinə münasibətdə cavabdeh tərəfindən verilmiş izahatı ağıla batan hesab edir və qeyd edir ki, iş materiallarından göründüyü kimi qaz sayğacı xx.xx.2022-ci il tarixdə X20 adından Cavabdeh4 adına dəyişdirilmiş, işıq sayğacı isə xx.xx.2023-cü il tarixinə kimi X42 adına qeydiyyatda olmuşdur. Həmin vaxtdan sonra da iddaiçılar tərəfindən mirasın qəbul edilməsi ilə bağlı müraciət edilməmişdir. Həmçinin Bayramova (Qasımova) Fərəh Fikrət qızı və İddiaçı2 məxsus ev-məişət əşyalarının geri qaytarılaraq əvvəlki yerində yerləşdirilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıların həmin evdə yaşadıqları müəyyən edilməməklə yanaşı, həmçinin cavabdeh tərəfindən verilmiş izahatlardan da göründüyü kimi iddia ərizəsində qeyd edilən əşyalar, həmin evin zirzəmisində kirayə yaşayan şəxslərə məxsus olmuşdur. Beləliklə qeyd edilənlərlə yanaşı məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən iddia müddəti də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Adıçəkilən qərarda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra– Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən, digər İddiaçı2 ilə bağlı qeyd edir ki, hazırki iddia tələbinin, yəni vərəsəlik şəhadətnamələrinin ləğv edilməsı və miras əmlakda payların müəyyən edilməsi və s.. tələblərinin irəli sürülməsində iddiaçının ümumiyyətlə subyektiv hüququ olmamışdır. Bundna başqa məhkəmə, iddia tələləri ilkin hissədə, qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi hissələrində rədd edildiyindən, digər hissələrdə idda tələblərinin müzakirəsinə prosessual qənaət baxımından zərurət görmür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia rədd edilməli və iddiaçılar tərfindən ödənilmiş dövlət rüsumu özlərinə adi edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərinisübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Qasımlı (Qasımova) Sevda Qasım qızına, Bakı şəhəri 05 saylı Notariat Ofisinə və ünvan 19otariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, naturada yaşayış sahəsinin ayrılması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2854/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2854/2024
19.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver