Məhkəmə qərarları › İş №e-2(004)-2856/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2856/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2856/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “ödənilmiş icarə haqqının bir qisminin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “ödənilmiş icarə haqqının bir qisminin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 05.04.2021-ci il tarixdə və sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.07.2009-cu il tarixli icarə müqaviləsi üzrə 19.04.2016-cı il tarixdə ödənilmiş 2.400 manat illik icarə haqqından 10.01.2017-ci ildən 19.04.2017-ci il tarixədək olan müddət üçün istifadə edilməmiş icarə haqqı, yəni (99 gün x 6,57 manat = 650,43 manat) 650,43 manat pul, vəkilə ödənilmiş 110 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 790,43 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 01.07.2009-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri yasamal rayonu İ.Qutqaşınlı küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinin damında 8 kv.m sahəni mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə vermişdir. 01.07.2009-cu il tarixli müqavilə ilə illik icarə haqqı 1.800 manat müəyyən edilmiş, sonradan 01.02.2011-ci il tarixli protokolla müqaviləyə dəyişiklik edilmiş, illik icarə haqqı 2.400 manat müəyyən edilmişdir. İddiaçı MMC sonuncu dəfə 19.04.2016-cı il tarixdə Cavabdeh illik icarə haqqı kimi 2.400 manat pul ödəmişdir (19.04.2016-19.04.2017-ci il üçün). Lakin tərəflərin iradəsindən asılı olmayan səbəblərdən 10.01.2017-ci il tarixdə İddiaçı MMC cavabdehə məxsus evin damında quraşdırdığı mobil baza stansiyasını sökmüş və ərazidən götürmüşdür. 01.07.2009-cu il tarixli icarə müqaviləsinin 5.3-cü bəndinə əsasən əgər tərəflərin iradəsində asılı olmayaraq, yaxud kənar müdaxilə nəticəsində (o cümlədən müvafiq dövlət orqanlarının göstərişi əsasında) sahədən istifadə etmək mümkün deyilsə, istifadə olunmamış aylar üçün əvvəlcədən ödənilmiş icarə haqqı “İcarəyəverən” tərəfindən “İcarəçi”yə qaytarılacaqdır. Odur ki, müqavilənin 5.3-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçı 01.07.2009-cu il tarixli icarə müqaviləsi üzrə 19.04.2016-cı il tarixdə cavabdehə ödədiyi 2.400 manat illik icarə haqqından 10.01.2017-ci ildən 19.04.2017-ci il tarixədək olan müddət üçün istifadə edilməmiş icarə haqqının, yəni (99 gün x 6,57 manat = 650,43 manat) 650,43 manat pulun qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh istifadə olunmamış aylar üçün əvvəlcədən ödənilmiş icarə haqqını qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsinin hazırldanması üçün vəkilə 110 manat xidmət haqqı ödəmiş və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Odur ki, Cavabdeh 01.07.2009-cu il tarixli icarə müqaviləsi üzrə 19.04.2016-cı il tarixdə ödənilmiş 2.400 manat illik icarə haqqından 10.01.2017-ci ildən 19.04.2017-ci il tarixədək olan müddət üçün istifadə edilməmiş icarə haqqı, yəni (99 gün x 6,57 manat = 650,43 manat) 650,43 manat pul, vəkilə ödənilmiş 110 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 790,43 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, təqdim edilmiş yazılı sübutlarla mübahisəsiz qaydada təsdiq edilir ki, tərəflər arasında bağlanmış 01.07.2009-cu il tarixli icarə müqaviləsinə əsasən “İcarəyəverən” Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinin damında 8 kv.m sahəni mobil baza stansiyasının quraşdırılması üçün “İcarəçi” İddiaçı MMC-nin istifadəsinə vermişdir. 01.07.2009-cu il tarixli müqavilə ilə illik icarə haqqı 1.800 manat müəyyən edilmiş, sonradan 01.02.2011-ci il tarixli protokolla müqaviləyə dəyişiklik edilmiş, illik icarə haqqı 2.400 manat müəyyən edilmişdir. İddiaçı MMC sonuncu dəfə 19.04.2016-cı il tarixdə Cavabdeh illik icarə haqqı kimi 2.400 manat pul ödəmişdir (19.04.2016-19.04.2017-ci il üçün). Lakin tərəflərin iradəsindən asılı olmayan səbəblərdən 10.01.2017-ci il tarixdə İddiaçı MMC cavabdehə məxsus evin damında quraşdırdığı mobil baza stansiyasını sökmüş və ərazidən götürmüşdür. 01.07.2009-cu il tarixli icarə müqaviləsinin 5.3-cü bəndinə əsasən əgər tərəflərin iradəsində asılı olmayaraq, yaxud kənar müdaxilə nəticəsində (o cümlədən müvafiq dövlət orqanlarının göstərişi əsasında) sahədən istifadə etmək mümkün deyilsə, istifadə olunmamış aylar üçün əvvəlcədən ödənilmiş icarə haqqı “İcarəyəverən” tərəfindən “İcarəçi”yə qaytarılacaqdır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Belə ki, tərəflərin iradəsindən asılı olmayan səbəblərdən 10.01.2017-ci il tarixdə İddiaçı MMC cavabdehə məxsus evin damında quraşdırdığı mobil baza stansiyasını sökmüş və ərazidən götürmüşdür. 01.07.2009-cu il tarixli icarə müqaviləsinin 5.3-cü bəndinə əsasən istifadə olunmamış aylar üçün əvvəlcədən ödənilmiş icarə haqqı cavabdeh iddiaçıya qaytarmalı olduğu halda, bunu etməmiş, iddiaçının 19.04.2016-cı il tarixdə cavabdehə ödədiyi 2.400 manat illik icarə haqqından 10.01.2017-ci ildən 19.04.2017-ci il tarixədək olan müddət üçün istifadə edilməmiş icarə haqqını, yəni (99 gün x 6,57 manat = 650,43 manat) 650,43 manat pulu qaytarmaqdpan imtina etmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsinin hazırldanması üçün vəkilə 110 manat xidmət haqqı ödəmiş və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 01.07.2009-cu il tarixli icarə müqaviləsi üzrə 19.04.2016-cı il tarixdə ödənilmiş 2.400 manat illik icarə haqqından 10.01.2017-ci ildən 19.04.2017-ci il tarixədək olan müddət üçün istifadə edilməmiş icarə haqqı, yəni (99 gün x 6,57 manat = 650,43 manat) 650,43 manat pul, vəkilə ödənilmiş 110 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 790,43 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01.07.2009-cu il tarixli icarə müqaviləsi üzrə 19.04.2016-cı il tarixdə ödənilmiş 2.400 manat illik icarə haqqından 10.01.2017-ci ildən 19.04.2017-ci il tarixədək olan müddət üçün istifadə edilməmiş icarə haqqı, yəni (99 gün x 6,57 manat = 650,43 manat) 650,43 manat pul, vəkilə ödənilmiş 110 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 790,43 (yeddi yüz doxsan manat qırx üç qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar