Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-286/2023 11.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MTK və Bakı şəhəri Yasamal rayon icra şöbəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərin mənzildən çıxarılması və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MTK və Bakı şəhəri Yasamal rayon icra şöbəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərin mənzildən çıxarılması və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona məxsus ünvan 1-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 125 kv.m olan, izolə olunmuş 3 otaqlı, 158 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi, Cavabdeh2 ona məxsus ünvan 1-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90,0 kv.m olan, izolə olunmuş 2 otaqlı, 171 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MTK ilə aralarında bağlanılmış 19 fevral 2015-ci il tarixli müqavilənin 1.1.1-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan 159 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət ona pay verilir. Müqavilənin 4.1 və 4.2 maddələrinə əsasən aldığı mənzilin dəyəri 100.000 manat təşkil etmişdir. Müqavilənin 3.1 maddəsinin şərtinə uyğun olaraq da, tərəfindən qeyd olunan 100.000 manat zamanında ödənilmiş və bu ödəniş əsasında da "xxxx" MTK-nın direktoru S.R.Əhmədovun imzası ilə onlara xx.xx.2015-ci il tarixli maliyyə arayışı verilmişdir ki, müqavilədə qeyd olunan məbləğ tərəfindən tam ödənilmişdir. O, "xxxx" MTK ilə aralarında bağlanılmış 2-ci, 30 dekabr 2014-cü il tarixli müqavilənin 1.1.1-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m olan 172 nömrəli mənzil izolə olunmuş 2 otaqdan ibarət ona pay verilir. Müqavilənin 4.1 və 4.2 maddələrinə əsasən aldığı mənzilin dəyəri 67.500 manat təşkil etmişdir. Müqavilənin 3.1 maddəsinin şərtinə uyğun olaraq tərəfindən qeyd olunan 67.500 manat zamanında tam olaraq ödənilmiş və bu ödəniş əsasında da "xxxx" MTKnın direktoru S.R.Əhmədovun imzası ilə ona xx.xx.2014-cü il tarixli maliyyə arayışı verilmişdir ki, müqavilədə qeyd olunan məbləğ tərəfimdən tam ödənilmişdir. Lakin, buna baxmayaraq, cavabdeh "xxxx" MTK ona və qardaşı X11 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri,Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17ci mərtəbədə ümumi sahəsi 90.0 kv.m olan 172 saylı izolə olunmuş 2 otaqlı mənzilin pay kimi ona verilməsinə dair 30 dekabr 2014-cü il tarixli müqavilənin, həmçinin onunla bağlanmış Bakı şəhəri,Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbədə ümumi sahəsi 125 kv.m olan 159 saylı izolə olunmuş 3 otaqlı mənzilin pay kimi ona verilməsinə dair 19 fevral 2015-cü il tarixli müqavilənin və "xxxx" MTK ilə qardaşı X15 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cu blok, 17-ci mərtəbədə ümumi sahəsi 125 kv.m olan 171 saylı izolə olunmuş 3 otaqlı mənzilin pay kimi ona verilməsinə dair 30 dekabr 2014cü il tarixli müqavilənin etibarsız hesab olunmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Bundan sonra o və qardaşı X15 "xxxx" MTK-ya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, Dərəçiçək” MTK-nın ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələblərinin təmin olunaraq, müqavilələrdə qeyd olunan mənzillərin dəyərinin tərəflərindən tam ödənildiyini nəzərə alıb, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m olan 172 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17ci mərtəbə, ümumi sahəsi 125 kv.m olan 171 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzillərin "xxxx" MTK tərəfindən qeyd olunan mənzil müqavilələri üzrə onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2(007)- 769/2019 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilərək "xxxx" MTK ilə "xxxx" MTK ilə onun arasında bağlanmış, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbədə ümumi sahəsi 90,0 kv.m olan 172 saylı izolə olunmuş 2 otaqlı mənzilin pay kimi ona verilməsinə dair 30 dekabr 2014cü il tarixli müqavilənin, həmçinin onunla bağlanmış, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbədə ümumi sahəsi 125 kv.m olan 159 saylı izolə olunmuş 3 otaqlı mənzilin pay kimi ona verilməsinə dair 19 fevral 2015-cü il tarixli müqavilənin və "xxxx" MTK ilə qardaşı X15 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17ci mərtəbədə ümumi sahəsi 125 kv.m olan 171 saylı izolə olunmuş 3 otaqlı mənzilin pay kimi ona verilməsinə dair 30 dekabr 2014-cü il tarixli müqavilənin etibarsız hesab olunması, məhkəmə xərclərinə aid olan, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Dərəçiçək” MTK-ya aid edilməsi, o və qardaşı X9 “müqavilələrdə qeyd olunan mənzillərin dəyərinin tərəflərindən tam ödənildiyini nəzərə alıb, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3- cü blok, 17ci mərtəbə, ümumi sahəsi 90 kv.m olan 172 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m olan 171 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzillərin "xxxx" MTK tərəfindən qeyd olunan mənzil müqavilələri üzrə sahiblərinə təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddialarının təmin edilməməsi qət edilmişdir. Qətnamədən tərəflərindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2882/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2(007)-769/2019 nömrəli qətnaməsinin onlara münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən onlar kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2882/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4892/2020 saylı, 04 noyabr 2020-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2882/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)-2773/2021 saylı qətnaməsi ilə onlar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-769/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, "xxxx" MTK-nın “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiasının rədd edilməsi, onların (İddiaçı və X9) "xxxx" MTK-ya qarşı “alınmış mənzillərin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddialarının təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 172 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı, Bakı şəhəri,Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 171 nömrəlimənzil, izolə olunmuş 3 otaqlımənzillər "xxxx" MTK tərəfindən mənzil müqavilələri üzrə sahiblərinə, yəni onlara təhvil verilməsi qət edilmişdir. İddiaçı "xxxx" MTK kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilkin iddia tələbinin təmin, onlar tərəfindən verilmiş qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Amma, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4880/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə "xxxx" MTK tərəfindən apellyasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2773/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan bir müddət sonra, yəni 30 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2021-ci il tarixdə icraatına daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2773/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2773/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası həyata keçirilərkən müəyyən edilmişdir ki, ünvan 1-ci məhəllədə olan binanın 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m, 159 saylı mənzilin nömrəsi dəyişdirilərək 158 saylı mənzil olub. Həmin mənzillə bağlı onun Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair müqavilə təqdim olunmuşdur. Mənzildə X7 yaşadığı müəyyən olunmuşdur. Həmin blokda 17-ci mərtəbədə 171 saylı, 125 kv.m, 3 otaqlı mənzilin 170 saylı olduğu və onun X8 adına rəsmiləşdirildiyi və onun həmin mənzildə yaşadığı müəyyən olunmuşdur. Həmin blokda olan 17-ci mərtəbədə 172 saylı mənzilin 171 saylı olduğu, onun Cavabdeh2 adına rəsmiləşdirildiyi və onun həmin mənzildə yaşadığı məlum olmuşdur. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilərək doğruluğu aktda göstərilən şəxslər tərəfindən təsdiq edimişdir. Cavabdehlərdən Cavabdeh1 ona məxsus ünvan 1ciməhəllədə inşa edilmiş binanın 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan, 3 otaqlı, 159 saylı mənzildə (hal-hazırda həmin mənzilin nömrəsi dəyişdirilərək 158 saylı mənzil olub), Cavabdeh2 isə ona məxsus ünvan 1-ci məhəllədə olan binanın 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90,0 kv.m olan, 2 otaqlı, 172 saylı mənzildə (hal-hazırda həmin mənzilin nömrəsi dəyişdirilərək 171 saylı edilib) yaşamaları onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehlərin ona məxsus olan mənzillərdə yaşamaları həmin əmlakların qanuni sahibi (bir mülkiyyətçi) kimi onun həmin mənzillər üzərində dövlət tərəfindən tanınan və qorunun hüquqlarını kobud şəkildə pozur. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tam əsassızdır ve rədd olunmalıdır. İddia ərizəsinin əsassız olmasına sübuta yetirən hallar aşağıdakılardan ibarətdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, "Bakı Apellyasiya Məhkəməsinin 2(103)-277312022 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamasinin icrasını həyata keçirərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə olan binanın 3-cü blok, 14-cü mərtəbə ümumi sahasi 125 kvadrat olan 159 nömrəli mənzilin nomrəsi dəyişdirilərək 158 saylı mənzil olmuşdur. Həmin mənzillə baglı onun Cavabdeh1 adına rəşmiləşdirilməsinə dair dair müqavilə təqdim olunmuşdur. Mənzildə Cavabdeh1 yaşadığı müəyyən olunmuşdur”. İddiaçının Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən tərtib edilmiş akta əsaslanmaqla məhkəməyə mənzildən çıxarılma tələbi ilə müraciət etməsi qəbul edilməzdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının iddia ərizəsində bəhs etdiyi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2773/2022 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsində Cavabdeh1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə olan binanın 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 123.5 kvadrat olan 158 nömrəli mənzilin deyil, həmin binanın 3-cü blok, 14-cü mərtəbəsində ümumi sahəsi 125 kvadrat olan 159 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə olan binanın 3-cü blok, 14-cü mərtəbəsində 159 nömrəli bu gün də mövcuddur. İcra məmuru həmin mənzilə baxış keçirmək və məhkəmə qətnaməsini icra etmək əvəzinə nə mənzil nömrəsi, nə də ümumi sahəsi icra sənədində göstərilən mənzilə uyğun olmayan və hazırda Cavabdeh1 yaşadığı mənzili iddia etməsi, üstəgəl icra sənədinin icrasının guya hansısa '‘faktı” müəyyən etdiyindən mümkün olmadığını aktda qeyd etməsi qəbuledilməzdir. Ümumiyyətlə icra məmuru mənzilin nömrəsinin dəyişdirilməsini necə müəyyən edə bilər və bunu hansı səlahiyyətlə müəyyən etmişdir? İddiaçının məhz bu aktı əsas götürərək məhkəməyə müraciət etməsi isə absurddur. Məlumat üçün bildirir ki, Cavabdeh1 yaşadığı Bakı şəhəri, Yasamal rayon, Şərifzadə küçəsi, 571-ci məhəllədə olan binanın 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 123.5 kvadrat olan 158 nömrəli mənzil ona məxsusdur və 158003 nömrəli müqaviləyə əsasən onun adına rəsmiləşdirilmişdir. Hazırda cavabdeh özünə məxsus mənzildə yaşayır və orada qeydiyyatdadır. Bundan əlavə, mənzilə aid bütün kommunal xidmətlər (işıq, su, qaz) üzrə müqavilələr onun adına bağlanmış və xidmət göstərilən yer olaraq 158 nömrəli mənzil göstərilmişdir. Eyni zamanda çoxmənzilli yaşayış binasının saxlanması ilə bağlı xərclər də 158 nömrəli mənzilin sahəsinə (123.5 kvadrat metr) uyğun olaraq ödənişlər edilmiş və edilməkdədir. Bütün bunlar bir daha sübut edir ki, məhkəmənin qətnaməsi ilə iddiaçıya təhvil veriləsi mənzillə Cavabdeh1 yaşadığı və ona məxsus mənzilin hər hansı bir bağlılığı yoxdur. Bu səbəbdən hesab edir ki, iddia tələbi tam əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxaırlmasının məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, həm müqavilələr, həm də mənzillərin nömrəsi fərqlidir. YAP-ın uzunmüddətli üzvü olduğu və xidmətləri üçün Sərəncam əsasında həmin mənzil X3 verilmişdir. O, Cavabdeh2 mərhum həyat yoldaşı olmuşdur. O rəhmətə getdikdən sonra mənzilin mülkiyyətçisi Cavabdeh2 olmuşdur. 2019-cu Zeynalov Əmrullah vəfat etdikdən sonra müqavilə Bəyim xanımla yenidən bağlanmışdır. Ancaq sonuncu müqavilənin əsli isə MTK tərəfindən alınmışdır. Bəyim xanım həyat yoldaşı rəhmətə getməmişdən öncə həmin mənzildə birlikdə yaşamışlar. Lakin yoldaşı vəfat etdiyindən tək qaldığı və xəstə olduğu üçün hal-hazırda həmin mənzildə daimi yaşamasa da, rayondan gedib-gəlir. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən Bakı şəhəri Yasamal rayon icra şöbəsinin nümayəndəsi - icra məmuru Sahib Allahverdiyev izahatında bildirmişdir ki, o, iddiaçı ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnaməsi üzrə verilən icra vərəqəsi əsasında icra hərəkətlərini həyata keçirərkən özünü komendant kimi təqdim edən Faiq adlı şəxs onlara müqavilə üzrə göstərilən kvadrata uyğun yalnız iddia ərizəsi üzrə göstərilən mənzillərin olduğunu bildirmişdir. Onlara qarşı tərəfin müqaviləsini isə MTK özü təqdim etmişdir. Cavabdehləri tanımır. Ola bilsin ki, həmin mənzillər üzrə bir və ya iki kvadrat fərq olsun və ya mənzillərin nömrəsi dəyişsin. O, MTK-ya gedən zaman heç vaxt mənzil nömrəsinə baxmır. Çünki bu nömrəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti verməmişdir, MTK özü müəyyən edib. Mənzilin nömrəsi onlar üçün əhəmiyyət kəsb etmir. Əsas məsələ evin ölçüsüdür. O, icraçı kimi getmiş və faktı bu cür müəyyən etmişdir. Həmin akt isə MTK-nın ona təqdim etdiyi müqavilə əsasında tərtib olunub. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MTK və Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan "xxxx" MTK (İcraçı) ilə İddiaçı (Payçı) arasında 30 dekabr 2014-cü il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, onlar öz aralarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqavilə imzalamışlar. Müqavilənin 1.1 bəndinə əsasən müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90,0 kv.m olan 172 saylı mənzilin izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verilməsidir. Müqavilənin 4.1, 4.2 və 4.3-cü bəndlərinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 750 AZN təyin edilir. Cəmi 90,0 kv.m sahəsi üçün 67.500 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin müqavilə qiyməti 100% miqdarında, yəni 67.500 AZN məbləğində ödənilib. İş materiallarında olan "xxxx" MTK-nın 30 dekabr 2014-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı müqavilədə qeyd edilən mənzilin tam dəyərini ödəmişdir. İş materiallarında olan "xxxx" MTK (İcraçı) ilə İddiaçı (Payçı) arasında 19 fevral 2015-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, onlar öz aralarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqavilə imzalamışlar. Müqavilənin 1.1 bəndinə əsasən müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan 159 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsidir; Müqavilənin 4.1, 4.2 və 4.3-cü bəndlərinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 800 AZN təyin edilir. Cəmi 125 kv.m sahəsi üçün 100.000 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin müqavilə qiyməti 100% miqdarında, yəni 100.000 AZN məbləğində ödənilib. İş materiallarında olan "xxxx" MTK-nın 19 fevral 2015-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı müqavilədə qeyd edilən mənzilin tam dəyərini ödəmişdir. İş materiallarında olan icra məmurları X1, X10 və digərləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 1-ci məhəllədə olan binada olmuşlar. Müəyyən etmişlər ki, 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m, 159 saylı mənzilin nömrəsi dəyişdirilərək 158 saylı mənzil olub. Həmin mənzillə bağlı onun Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair müqavilə təqdim olundu. Mənzildə Cavabdeh1 yaşadığı müəyyən olundu. Həmi blokda 17-ci mərtəbədə 1712 saylı, 125 kv. 3 otaqlı mənzilin 170 saylı olduğu və onun X5 adına rəsmiləşdirildiyi və həmin mənzildə yaşadığı məlum olmuşdur. Həmin blokda olan 17-ci mərtəbə, qüvvə 172 saylı mənzilin 171 saylı olduğu onun Cavabdeh2 adına rəsmiləşdirildiyi və onun həmin mənzildə yaşadığı məlum oldu. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmadı. Odur ki, bu barədə akt tərtib edərək doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan "xxxx" MTK-nin Ümumi Yığıncağının 07 nömrəli 02 mart 2019-cu il tarixli iclas protokolundan çıxarışda qeyd olunur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə Kooperativə yeni üzv (payçı) qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MTK (İcraçı) ilə X12 (Payçı) arasında 05 may 2009cu il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, onlar öz aralarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilə imzalamışlar. Müqavilənin 1.1 bəndinə əsasən müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 123.5 kv.m olan 158 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsidir. Müqavilənin 4.1, 4.2 və 4.3-cü bəndlərinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 500 AZN təyin edilir. Cəmi 123.5 kv.m sahəsi üçün 61750 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin müqavilə qiyməti 100% miqdarında, yəni 61750 AZN məbləğində ödənilib. İş materiallarında olan xx.xx.2009-cu il tarixli arayışda qeyd olunur ki, X12 "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cümərtəbədə ümumi sahəsi 123.5 kv.m olan 3 otaqlı 158 saylı mənzilin tam dəyərini ödəmişdir. İş materiallarında olan "xxxx" MTK (İcraçı) ilə Cavabdeh1 (Payçı) arasında 02 mart 2019-cu il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, onlar öz aralarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilə imzalamışlar. Müqavilənin 1.1 bəndinə əsasən müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 123.5 kv.m olan 158 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsidir. Müqavilənin 4.1, 4.2 və 4.3-cü bəndlərinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 500 AZN təyin edilir. Cəmi 123.5 kv.m sahəsi üçün 61750 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin müqavilə qiyməti 100% miqdarında, yəni 61750 AZN məbləğində ödənilib. İş materiallarında olan xx.xx.2019-cu il tarixli arayışda qeyd olunur ki, Cavabdeh1 "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cümərtəbədə ümumi sahəsi 123.5 kv.m olan 3 otaqlı 158 saylı mənzilin tam dəyərini ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Azəriqaz” İB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli AKX-01756xx/xx-2019 saylı müqavilənin surətindən görünür ki, paylayıcı “Azəriqaz” İstehsalat Birliyi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını Şərifzadə küçəsi, “Dərəçiçək MTK” mənzil 158 ünvanı üzrə keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK (İcraçı) ilə Cavabdeh2 (Payçı) arasında 25 fevral 2019-cu il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, onlar öz aralarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilə imzalamışlar. Müqavilənin 1.1 bəndinə əsasən müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 92.6 kv.m olan 171 saylı mənzilin izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verilməsidir. Müqavilənin 4.1, 4.2 və 4.3-cü bəndlərinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 500 AZN təyin edilir. Cəmi 92.6 kv.m sahəsi üçün 46300 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin müqavilə qiyməti 100% miqdarında, yəni 46300 AZN məbləğində ödənilib. İş materiallarında olan xx.xx.2019-cu il tarixli arayışda qeyd olunur ki, Cavabdeh2 "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbədə ümumi sahəsi 92.6 kv.m olan 2 otaqlı 171 saylı mənzilin tam dəyərini ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-2773/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və X15 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-769/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. İddiaçı "xxxx" MTK-nın cavabdehlər X13, İddiaçı və X11 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası rədd edilmişdir. İddiaçılar İddiaçı və X9 cavabdeh "xxxx" MTK-ya qarşı “alınmış mənzillərin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m olan 172 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m olan 171 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzillərin "xxxx" MTK tərəfindən mənzil müqavilələri üzrə sahiblərinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2 (102)-4880/2021 saylı qərarı ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)- 2773/2021 saylı qətnaməsi iddiaçı "xxxx" MTK-ya aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)-2773/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 172 nömrəli mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Sözügedən qətnamə İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2 (102)-4880/2021 saylı qərarı ilə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı həmin qətnamənin icrası ilə əlaqədar Cavabdeh1 ona məxsus ünvan 1-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 125 kv.m olan, izolə olunmuş 3 otaqlı, 158 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi, Cavabdeh2 ona məxsus ünvan 1-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90,0 kv.m olan, izolə olunmuş 2 otaqlı, 171 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi tələbi əsassızdır. Belə ki, iddiaçıya təhvil verilmiş mənzillərin nömrələri ilə (159 və 172 saylı) hazırda onun köçürülməyini istədiyi mənzillərin nömrələri (158 və 171) eyni deyildir. Halbuki məhkəmə qətnaməsi ilə iddiaçıya 159 və 172 saylı mənzillərin təhvil verilməsi qərara alınmışdır. İddiaçı icra məmurları tərəfindən tərtib edilmiş akta əsaslanaraq onun mülkiyyətçisi olduğu 159 və 172 saylı mənzillərin nömrələrinin 158 və 171 kimi dəyişdirilməsini bildirsə də məhkəmə həmin aktı mötəbər sübut kimi qiymətləndirmir. Məhkəmə qeyd edir ki, həmin mənzillərin nömrələnməsi ilə bağlı dövlət orqanının və ya MTK-nın hər hansı rəsmi sənədi məhkəməyə təqdim olunmamışdır, icra məmurunun isə belə bir nömrələnmə aparması, həmin mənzillərin nömrələrinin dəyişdirilməsini müəyyən etməsi, 159 nömrəli mənzilin məhz 158 nömrəli mənzil, 172 nömrəli mənzilin isə məhz 171 nömrəli mənzil olmasının müəyyən edilməsi əsası aktda göstərilməmişdir. Bundan əlavə hazırki cavabdehlərin yaşadıqları mənzillərin müqavilələr üzrə sahələri ilə iddiaçının "xxxx" MTK-dan almış olduğu və məhkəmə qətnaməsi ilə iddiaçıya təhvil verilməsi nəzərdə tutulan mənzillərin sahələri ilə də eynilik təşkil etmir. Məhkəmə araşdırması zamanı cavabdehlərin də izahatları ilə müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzillərdə yaşayırlar. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisəli mənzillərin mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər də məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən təşkil olunmuş yerli baxış zamanı da ünvan 1-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok 14 və 17-ci mərtəbələrində 4 mənzilin yerləşdiyi, mənzillərin üzərlərində nömrələnmənin aparılmadığı, Cavabdeh1 yaşadığı bildirilən mənzilin üzərində 158 nömrəsinin qeyd olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində göstərilmişdir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinin tələbinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqların əsas təminat vasitələrindən biri məhkəmələr tərəfindən həyata keçirilən ədalət mühakiməsidir. Konstitusiyanın 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125 və 127-ci maddələrinin məzmununa görə belə təminat şəxsin məhkəməyə müraciət hüququnun təmin edilməsi və onun işinə baxılması ilə məhdudlaşmır, həmçinin, məhkəmə baxışının qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna uyğun olaraq, o cümlədən, müvafiq məhkəmə icraatının qanunla müəyyən edilmiş hədləri çərçivəsində həyata keçirilməsini tələb edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. İddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verərək hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MTK və Bakı şəhəri Yasamal rayon icra şöbəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərin mənzildən çıxarılması və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MTK və Bakı şəhəri Yasamal rayon icra şöbəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərin mənzildən çıxarılması və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-286/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-286/2023
11.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver