Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-286/2024 10.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh11, Cavabdeh4, Cavabdeh5, Cavabdeh10, Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, d/t xx.xx.1990, onun himayəsində olan azyaşlı qızı X23, d/t xx.xx.2018 və azyaşlı qızı X32, d/t xx.xx.2020, Cavabdeh6, d/t xx.xx.1977, Cavabdeh9, d/t xx.xx.1978 X24, d/t xx.xx.1983, Cavabdeh7, d/t xx.xx.1984, Cavabdeh11, d/t xx.xx.1988, X6, d/t xx.xx.1957, Cavabdeh5, d/t xx.xx.1985, onun himayəsində olan azyaşlı qızı X7, d/t xx.xx.2010 və azyaşlı oğlu AbdulrəhimovTunar Zamin oğlu, d/t xx.xx.2011, Cavabdeh1 İsmayıfqızı, d/t xx.xx.1962, Cavabdeh10, d/t xx.xx.1976, Cavabdeh2 d/t xx.xx.1975 Bakı şəhəri, Yasamal rayonu, V. Əliyev küçəsi 178 saylı evə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, d/t xx.xx.1990, onun himayəsində olan azyaşlı qızı X23, d/t xx.xx.2018 və azyaşlı qızı X32, d/t xx.xx.2020, Cavabdeh6, d/t xx.xx.1977, Cavabdeh9, d/t xx.xx.1978 X24, d/t xx.xx.1983, Cavabdeh7, d/t xx.xx.1984, Cavabdeh11, d/t xx.xx.1988, X8, d/t xx.xx.1957, Cavabdeh5, d/t xx.xx.1985, onun himayəsində olan azyaşlı qızı X7, d/t xx.xx.2010 və azyaşlı oğlu X10, d/t xx.xx.2011, Cavabdeh10, d/t xx.xx.1976, Cavabdeh2 d/t xx.xx.1975 Bakı şəhəri, Yasamal rayonu, V. Əliyev küçəsi 178 saylı evə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********43-10301 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 178 saylı fərdi yaşayış evi hər bir iddiaçıya 1/2 hissədə payı olmaqla mülkiyyətlərindədir. İddiaçılar cavabdehlərdən pasport qeydiyyatından çıxmalarını istəsələrdə hal-hazıra kimi çıxmamışlar, bu da mülkiyyətçi kimi onların bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmaqdadır. Belə ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 2V-365 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 178 saylı fərdi yaşayış evinin 1⁄4 hissəsi Cavabdeh3 adına qeydiyyatdan keçmişdir, sonra o mülkiyyətində olan 1⁄4 hissəni hərrac vasitəsi ilə satışa çıxarmışdır. İddiaçı2 hərrac vasitəsi ilə həmin 1⁄4 hissəni alandan sonra Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 178 saylı fərdi yaşayış evində onun payı 1⁄4 hissədən 1/2 hissəyə çatmış və çıxarış əldə edilmişdir, buna baxmayaraq Cavabdeh3 azyaşlı övladları ilə birlikdə hələdə qeydiyyatda qalmaqdadır. Digər Cavabdeh2 yaxınlıqda özbaşına tikilən evini qeyri-qanuni sataraq qeydiyyatdan çıxmasına dair 22 dekabr 2004-cü il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə ilə Yasamal RPİ-nin Qeydiyyat və Şəxsiyyət Şöbəsinə müraciət etsədə hal-hazıra kimi qeydiyyatdan çıxarılmamışdır. Cavabdeh5 yaxınlıqda ki, istifadəsində olan iki otaqlı özbaşına tikilmiş evi qeyri-qanuni olaraq satandan sonra köçüb getmişdir, harada yaşaması məlum deyil, lakin anası X6 və azyaşlı övladları X7 və X3 necə nə zaman mülkiyyətlərində olan evə qeydiyyata salınmalarından belə məlumatları olmayıb. Eləcə də digər cavabdehlərlə heç bir qohumluq əlaqələri yoxdur, ailə üzvləri olmamışlar, bəzilərinin isə ümumiyyətlə harada yaşamaları məlum deyil, amma ASAN-3-dən alınmış xx.xx.2023cü il tarixli, 6529625№-li və xx.xx.2023-cü il tarixli, 6534089№li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, cavabdehlər hazırda Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 178 saylı evdə qeydiyyatdadırlar. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə onlara məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən cavabdeh X33 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o və ailə üzvləri olan digər cavabdehlər həmin ərazidə olan 40 kv.m olan evdə deyil, əlavə tikilidə yaşayırlar. Atası həmin tikilini İddiaçı2 atasından satın almışdır. Ancaq bununla bağlı hər hansı sənəd təqdim edilməmişdir. Onda uşaq idilər, məsələnin təfsilatından xəbərləri yoxdur. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh9 Cavabdeh6 izahatı ilə oxşar məzmunlu izahat verərək, iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh7 əlavə olaraq izahatında bildirdi ki, ailə üzvləri ilə bərabər 25 yaşa kimi orada yaşamış, sonradan gəlin köçmüş və hal-hazırda Maştağada yaşayır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********43-10301 reyestr nömrəli elektron çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2069-cu il tarixdə və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X34 xx.xx.2003-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadır. X13, xx.xx.1984; X14, xx.xx.1975; X23, xx.xx.2018; X15, xx.xx.2016; X16, xx.xx.2022; X35, xx.xx.1981; Şıxəliyeva Nuranə zakir qızı, xx.xx.1986; Cavabdeh9, xx.xx.1978; X17, xx.xx.1994; X25, xx.xx.2020; X32, xx.xx.2020; Cavabdeh5, xx.xx.1985; Cavabdeh7, xx.xx.1984; Cavabdeh2, xx.xx.1975; X36, xx.xx.1987; X10, xx.xx.2011; X37, xx.xx.1985; X18, xx.xx.2010; Cavabdeh11, xx.xx.1988; X26, xx.xx.2006; Cavabdeh8, xx.xx.1983; İddiaçı2, xx.xx.1961; X7, xx.xx.2010; X19, xx.xx.1999; X31, xx.xx.1945; Cavabdeh3, xx.xx.1990; Cavabdeh6, xx.xx.1977; Cavabdeh10, xx.xx.1976; Cavabdeh1, xx.xx.1962; X40, xx.xx.2014; X4, xx.xx.1962; X6, xx.xx.1957 həmin ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı2 xx.xx.2006-cı ildən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 1 ünvanında yaşayan X27 tərəfindən ərizəyə əsasən X1 İlhamə Rafiq qızına yuxarda göstərilən ünvanda yerləşən iki otaqlı mənzili satmışdır. Ərizədə göstərilmişdir ki, satdığı evə dair hər hansı iddiası olmayacaqdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən Bakı şəhəri Yasamal RPİ-nin qeydiyyat şöbəsinə ünvanlanmış 22 dekabr 2204-cü il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında olan bir otaq və bir mətbəxdən ibarət olan mənzilini X2 görə onu və həyat yoldaşı X12 həmin ünvandan qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 mərhum X5 vərəsəsi olaraq ondan miras qalan ünvan 1 saylı evdən 1/4 hissəsindən pay almalıdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, ünvan 3 ünvanda yerləşən ev açıq hərracda satılmalı, evin satışından əldə edilən məbləğin 1/4 hissədə iddiaçının payının dəyəri iddiaçı X20 ödənilməli, iş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər İddiaçı2 və İddiaçı1 Hümmət oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, 30 manat məbləğində dövlət rüsumu cavabdehlər İddiaçı2 və İddiaçı1 Hümmət oğlundan tutularaq ididaçı Cavabdeh3 ödənilməlidir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsinin 2/586 fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2- Yasamal 178 saylı evin kartoçkasına əsasən, yaşayış evi (A tikili) 1959-cu ildə tikilmiş və sahəsi 54,70 kv.m, tövlə (B tikili) 1959-cu ildə tikilmiş və sahəsi 24,00 kv.m-dir, ayaqyolu sahəsi 3,00 kv.m -dir, tikinti sahəsi cəmi 90,50 kv.m-dir. Məhkəmə qeyd edir ki, mükiyyət hüququ aşağıdakı qanunvericilik normaları ilə təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 29-cu maddənin İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə araşdırması ilə, eyni zamanda yerli baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 178 saylı ev iddiaçılar İddiaçı1 və İddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq çıxarış verilmişdir. Sözügedən ünvanda istifadəyə verilmiş 0,00547 ha torpaq sahəsində A və B tikililəri və özbaşına tikililər mövcuddur. Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 178 saylı evdə Cavabdeh3 (İddiaçı2 bacısı oğlu) ailə üzvləri ilə birlikdə yaşayır. Digər cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh11, həmin torpaq sahəsində tikilmiş özbaşına tikilidə yaşayırlar. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 (İddiaçı2 qardaşı arvadı və onun qızı) həmin ünvanda yerləşən özbaşına tikilidə yaşamış və sonradan həmin tikilini satıb köçmüşlər. Yerli baxış zamanı iştirak edən iddiaçı bildirmişdir ki, digər cavabdehlər Cavabdeh10 və Cavabdeh2 da qısa müddət həmin topraqda yerləşən özbaşına tikilidə yaşamış və sonradan köçüb-getmişlər. İndi harada yaşamaları məlum deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh3 övladları xx.xx.2018-ci il təvəllüdlü X23 və xx.xx.2020-ci il təvəllüdlü X32 ilə birlikdə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evə istifadə hüquqlarına xitam verilməlidir. Çünki iş materialları ilə də sübuta yetir ki, Cavabdeh3 məxsus olmuş 178 saylı evin ¼ hissəsi hərracda satılmış, satışdan əldə edilmiş ona çatası hissə cavabdehə ödənilmiş, icra sənədi üzrə icraata tam icra olunduğundan xitam verilmişdir. Belə olan halda Cavabdeh3 həmin ünvandan istifadə hüququnun saxlanılmasına əsas aradan qalxmışdır. Digər cavabdehlərə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh6, Cavabdeh11, Cavabdeh8, Cavabdeh7, Cavabdeh9 istifədə hüququ həmin evə yaranmamışdır. Belə ki, onlar Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan sahədə deyil, öz başına tikilidə yaşayırlar. Bu səbəbdən, məhkəmə qeyd edir ki, cavabdehlər iddiaçıların mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onların həmin mənzil üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehlərin iddiaçıların mülkiyyətində olan evə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Eləcə də digər cavabdehlər Cavabdeh4, Cavabdeh5 və övladları xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X10, Cavabdeh10 və Cavabdeh2 da istifədə hüququ həmin evə yaranmamışdır. Belə ki, onlar da Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan sahədə deyil, özbaşına tikilidə yaşamış və sonradan həmin tikilidən köçüb getmişlər. Bu halda da məhkəmə qeyd edir ki, cavabdehlər iddiaçıların mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onların həmin mənzil üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehlərin iddiaçıların mülkiyyətində olan evə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən edilməli, Cavabdeh3 övladları xx.xx.2018-ci il təvəllüdlü X23 və xx.xx.2020-ci il təvəllüdlü X32 ilə birlikdə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evə istifadə hüquqlarına xitam verilməli və cavabdehlər Cavabdeh6, Cavabdeh11, Cavabdeh8, Cavabdeh7, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5 və övladları xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X10, Cavabdeh10 və Cavabdeh2 iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evə istifadə hüququ olmayan şəxslər hesab edilməlidirlər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 övladları xx.xx.2018-ci il təvəllüdlü X23 və xx.xx.2020-ci il təvəllüdlü X32 ilə birlikdə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evə istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh6, Cavabdeh11, Cavabdeh8, Cavabdeh7, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5 və övladları xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X10, Cavabdeh10 və Cavabdeh2 iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evə istifadə hüququ olmayan şəxslər hesab edilsinlər. Bu qətnamə, cavabdehlər Cavabdeh3, övladları xx.xx.2018-ci il təvəllüdlü X23, xx.xx.2020-ci il təvəllüdlü X32 ilə birlikdə, cavabdehlər Cavabdeh6, Cavabdeh11, Cavabdeh8, Cavabdeh7, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5 və övladları xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X10 ilə birlikdə, Cavabdeh10 və Cavabdeh2 iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-286/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-286/2024
10.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver