Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2863/2025 02.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Siyavuç qızının və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 13, 6 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 13, 6 saylı mənzil MH seryalı, 147210 saylı, qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətindədir. Cavabdeh1 iddiaçının keçmiş arvadıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 noyabr 2004-cü il tarixli, 2-1783/2004 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş və həmin vaxtdan Cavabdeh1 iddiaçıya məxsus mənzildən köçüb getmiş, bu günə qədər də tərəflərin əlaqəsi olmamışdır. Lakin, buna baxmayaraq cavabdeh iddiaçıya məxsus mənzildən qeydiyatdan çıxmamışdır. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 iddiaçının övladlarıdır, onlar da həmin mənzildə qeydiyyatda olmaqlarına baxmayaraq, hər biri 10 ildən artıqdır ki, iddiaçının mülkiyyətində olan mənzildə yaşamır və oradan istifadə etmirlər. İddiaçıda olan məlumata əsasən övladları ölkə xaricində yaşayırlar. İddiaçının cavabdehlərin heç biri ilə əlaqəsi və ünsiyyəti yoxur, hal-hazırda harada yaşadıqları barəsində məlumatı yoxdur. Cavabdehlərin hər biri formal olaraq iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışlar. Həmin şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqları onun mülkiyyət hüququndan sərbəst istifadə etməyə maneəçiliklər yaradır, cavabdehlərin heç biri həmin mənzildən istifadə etmirlər. Belə oldğu halda, cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 13, 6 saylı mənzilə dair isifadə hüquqlarına məhkəmə qaydasında xitam verilməlidir. Hal-hazırki mülki mübahisənin mahiyyəti, cavabdehin mənzilə olan istifadə hüququnun xitam edilməsi ilə bağlı olsa da, cavabdeh uzun illərdir bu hüquqdan istifadə etməmişdir. Hesab edirlər ki, mülki iş üzrə cavabdehə kompensasiya verilmədən istifadə hüququna xitam verilməlidir. Belə ki, istifadə hüququnun xitamı üçün kompensasiya verilməsi, həmin istifadə hüququnun həyata keçirilməsi halları üçün nəzərdə tutulmuşdur. Mülki qanunvericilikdə bununla bağlı birbaşa normalar olmadığı üçün, yenə Konstitusiya Məhkəməsinun başqa bir Qərarına müraciət etməli olurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Qərarında deyilir: Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Həqiqətən də, yaşayış sahəsinə istifadə hüququ mülki hüquq münasibətlərindən biri olan servitutla bənzərdir və Konstitusiya Məhkəməsi doğru olaraq bu analogiyaya müraciət etmişdir. Qərarda deyildiyi kimi, bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki iş üzrə cavabdehlərin mübahisəli mənzilə olan yaşayış sahəsindən istifadə hüququndan yararlanmamasını, Konstitusiya Məhkəməsinin istinad etdiyi bu Qərarında deyildiyi kimi, digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini əsas gətirərək, həmin hüququn xitamını tələb edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddianı qəbul edərək, mübahisəli mənzildə doğulub yaşadığını, lakin 5 ildir həmin mənzildə yaşamadığını, atası ilə anasının 2004-cü ildə boşandığını, hal-hazırda həmin mənzildə atasının yaşadığını, cavabdehlərin heç birinin yaşamadığını, bacısı Turanın evləndiyini, digər bacısı Leylanın Çində oluğunu, anasının öz evinin olduğunu, həmçinin özünün evinin olduğunu bildirdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan İİ- ЖГ 374649 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə Cavabdeh1 nikahlarını xx.xx.1980-ci il tarixdə Səadət sarayında bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 945 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Cəfərov”, arvada “Cəfərova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-1783/2004 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, İddiaçı ilə X1 arasında “Səadət sarayı” tərəfindən qeydə alınmış 16 mart 1980-ci il tarixli 945 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ 037894 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X1 arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixində 28 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Cəfərov, qadına ---soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı xx.xx.2003-cü il tarixdən ünvan 1ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İntentarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin xx.xx.1998-ci il tarixli, 147210 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 53-cü maddəsinin 3-cü hissəsinə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.1980-ci il tarixdə nikah bağlanmış, birgə nikahdan xx.xx.1981-ci il tarixdə Cavabdeh3, xx.xx.1982-ci il tarixdə Cavabdeh2, xx.xx.1984-cü il tarixdə Cavabdeh4 doğulmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı və cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadırlar. Hazırda İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 13, 6 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 məhkəmə iclasında iştirak edərək ona qarşı verilən iddianı qəbul etmiş, mübahisəli mənzildə doğulub yaşadığını, lakin 5 ildir həmin mənzildə yaşamadığını, hal-hazırda həmin mənzildə atasının yaşadığını, cavabdehlərin heç birinin yaşamadığını, bacısı Turanın evləndiyini, digər bacısı Leylanın Çində oluğunu, anasının öz evinin olduğunu, həmçinin özünün evinin olduğunu bildirmişdir. Digər cavabdehlərə isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və iddiaya etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən edildi ki, tərəflər arasındakı yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən əvvəlki dövrə təsadüf etdiyindən mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda onların istifadə hüquqlarının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, istifadə hüquqları qeyd- şərtsiz itirilir. Göründüyü kimi, iddaçının ailə üzvləri olan cavabdehlər uzun müddətdir ki, mübahisəli mənzildə yaşamırlar və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getmişlər. Məhkəmə onların mənzildə yaşamama səbəblərini araşdıraraq belə nəticəyə gəlir ki, uzun müddət mübahisəli mənzildə yaşamamaları cavabdehlərin istəyi ilə bağlıdır. Cavabdehlər mənzildə qeydiyyatda olsalar da, uzun müddətdir orada yaşamamaqla və özlərinə başqa yaşayış yeri seçməklə, mübahisəli mənzildən istifadə hüququ ilə bağlı əlaqələrini kəsmişlər. Cavabdehlərin uzun müddət ərzində mənzildə yaşamaması və mənzillə bağlı bütün əlaqələrinin kəsilməsi isə onların qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra istifadə hüquqlarının itməsinə səbəb olmuşdur. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, Cavabdeh3 iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 13, 6 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 13, 6 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-2863/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2863/2025
02.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver