Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2876/2024 03.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, nümayəndəsi (əri) Nümayəndə3, nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdeh “Respublika Təcili və X2 Mərkəzi" X8inin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X8inə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X8inə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, “Respublika Təcili və X2 Mərkəzi” X8inin “İddiaçı vəzifədən azad edilməsinə dair” xx.xx.2024-cü il tarixli 18-1-88/3-1- 2168/2024 nömrəli əmrinin ləğv edilməsi, onun “Respublika Təcili və X2 Mərkəzi” X8inin 5 saylı Bölmənin “böyük həkimi” vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günədək ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, “Respublika Təcili və X2 Mərkəzi” X8indən vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat kompensasiya, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat, ödənilmiş 50 manat mediasiya xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1380 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı xx.xx.2002-cu ildə Təcili və X2 Mərkəzində işə qəbul olunmuşdur. Daha sonra isə həmin müəssisədə böyük həkim vəzifəsində işləmişdir. xx.xx.2024-ci il tarixdə növbəti iş günü iş yerinə gələrkən iddiaçının əmək müqaviləsinə xitam verildiyi və son haqq hesabın gün ərzində bank hesabıma köçürüləcəyi bildirilmişdir. İddiaçı əmək müqaviləsinə necə, hansı səbəbdən xitam verilməsi ilə bağlı soruşanda, ona bu məsələnin səbəbi barədə məlumatları olmadığını, yalnız rəhbərliyin tapşırığına əsasən əmək müqaviləsinə xitam verildiyi qeyd edilmişdir. Həmin gün ididaçıya təqdim edilmiş xx.xx.2024-ci il tarixli 18-1-88/3-1-2168/2024 nömrəli əmrin surətindən məlum olmuşdur ki, ididaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. “Respublika Təcili və X2 Mərkəzi” X8in iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-ci il tarixli 18-1-88/3-1-2168/2024 nömrəli əmri qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, Əmək müqaviləsinə xitam verilərkən iddiaçıya heç bir məlumat verilməmişdir. Heç bir araşdırma aparılmadan, şər və böhdan xarakterli məlumatlar əsasında əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, həmin əmrin Əmək Məcəlləsinin imperativ tələblərinin pozulması ilə tərtib edildiyi, yəni həmin əmrdə işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin zəruriliyi barədə heç bir əsaslandırma aparılmadığı, eyni zamanda əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə də cavab vermədiyi müəyyən edilmişdir. Belə ki, cavabdehin xx.xx.2024-ci il tarixli əmrində əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndi ilə müəyyən edilmiş şərtlərdən hər hansı birinin baş verdiyi göstərilməmiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Məlum olduğu kimi Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün qanunverici həmin məcəllənin 71-ci maddəsinə əsasən müəyyən etdiyi dispozitiv hallardan ən azı birinin baş verməli olduğunu şərtləndirmişdir. Həmiçinin cavabdehin xx.xx.2024-ci il tarixli əmri Əmək Məcəlləsinin 84-cü maddəsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair imperativ tələblərə də cavab vermir. Belə ki, əmrdə müəssisənin adı tam, hüquqi ünvanı, imzalayan şəxsin ata adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası qeyd edilməyib. Qeyd olunanlarala yanaşı cavabdehin yuxarıda göstərilən qanunsuz hərəkətləri Sevda Əiyevaya mənəvi zərər vurulmasına da səbəb olmuşdur. Belə ki, cavabdehin qanunsuz olaraq onun əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini özünün işgüzar nüfuzuna ciddi xələl gətirdiyi qənaətinə gəlmiş və bu hal onun şuurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bunun da nəticəsində onun səhhətində kəskin baş ağrıları ona fiziki iztirab verməyə başlamışdır. Hesab edir ki, cavabdehin vurduğu mənəvi zərərə görə də 1000 manat tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının həyat yoldaşı Rüstəmov X1 muharibəsi və X4 iştirakçısıdır, həmiçinin İkinci Qarabağ muharibəsində əsgərlərə təlim keçmış və hazırda Azərbaycan Əfqanistan Veteranları X3 rayon filialının sədridir. Oğlu isə 2-ci qrup hərbi əlildir. İdidaçının işdən çıxarılmağı ailənin çətin maddi vəziyyətə düşməsinə də səbəb olmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi (əri) Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, nümayəndə və vəkil Nümayəndə1 izahatı ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, nümayəndəsi və vəkil Nümayəndə1 izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, o, 18 il Təcili və X2 Mərkəzinin Operativ şöbəsində işləmişdir, son 4 ildə “Respublika Təcili və X2 Mərkəzi” X8inin 5 saylı Bölmənin böyük həkimi vəzifəsində işləmişdir. O, iş yerində sənədlə işləyir, hesabatları hazırlayır və mərkəzə təqdim edir. xx.xx.2024-cü il tarixdə saat 13:20-də o, iş otağında olan zaman 5 saylı Bölməyə əmisi və bibisi 2 yaşlı uşağı gətirmişlər. Onları ambulator feldşer işləyən Vəlidə Cəfərova onları qarşılamışdır. Uşağın təpə nahiyyəsində çapıq olmuş, uğa ilkin tibbi yardım göstərilməsini istəmişlər. Feldşer işləyən Vəlidə Cəfərova həkimlərin çağırışda olduqları, oturub gözləmələrini demiş və bu barədə xəbər vermək üçün müdir Bəxtiyar Əsgərovun otağına getmişdir. Lakin həmin şəxslər gözələməmiş və oranı tərk edərək çıxıb getmişlər. Bu səbəbdən Validə Cəfərova X6 və ona heç bir məlumat verməmişdir. Həmin şəxslər cəmi 20 saniyə müddətində orada olmuşlar. O, günortadan sonra hesabatı vermək üçün idarəyə getmişdir. xx.xx.2024-cü il tarixdə işə gələndə ona işdən azad olunacağı bildirilmişdir. Həmin şəxslər sosial şəbəkələrdə yazmışlar ki, güya uşağa tibbi yardım göstərilməsindən imtina edilmişdir. Bunu əsas götürərək ondan işdən çıxması barədə ərizə yazması tələb edilmişdir. O, heç bir günahı olmadığını, ona xx.xx.2024-cü il tarixdə stansiyaya uşaq gətirilməsi barədə heç kimin məlumat vermədiyini, onun işdən çıxarılması barədə ərizə yazmasının tələb edilməsinin qanunsuz olmasını bildirmiş və ərizə yazmaqdan imtina etmişdir. Bu səbəbdən işəgötürən əsassız olaraq onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. İzahatı alanmış ambulator feldşer Validə Cəfərova izah verərək bildirmişdir ki, uşağı gətirən şəxslər dərhal çıxıb getdiklərinə görə ona və müdirə heç bir məlumat verməmişdir. Ona tibbi yardım göstərilməsi üçün heç kim müraciət etməmiş və o, uşağı görməmiş və tibbi yardım göstərməkdən imtina etməmişdir. İşəgötürən ambulator feldşer Validə Cəfərovanı da işdən azad etmişdir. X6 da ərizə yazaraq səyyar həkim keçməsi təklif edilmiş, lakin müdir razılaşmamış heç bir günahı olmadığı üçün öz ərizəsi ilə işdən çıxmışdır. İşəgötürən ona da öz ərizəsi ilə işdən çıxmağı və ya səyyar həkim vəzifəsinə keçirilməsinə dair ərizə verməsini tələb etmişdir. O, heç vaxt müalicə həkimi işləmədiyinə və özünün səhhətində problemləri olduğuna görə səyyar həkim vəzifəsinə keçirilməsi barədə ərizə yazmamışdır. Hazırda işəgötürənin təklif etdiyi səyyar həkim vəzifəsinə və dispetçer vəzifəsinə keçməkdən imtina edir. Çünki, o, heç vaxt müalicə həkimi işləmədiyinə və özünün səhhətində problemləri olduğuna görə səyyar həkim işləməsi ona çətinlik yaradacaqdır. Dispetçer işi isə texniki iş olmaqla, 103 xidmətində telefonla çağırışları qəbul etməkdən və aidiyyatı üzrə yönləndirməkdən ibarətdir və iş saatı 12 saatdır. Bu səbəbdən o, işinə bərpa edilmək istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh “Respublika Təcili və X2 Mərkəzi" X8inin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı qanuni əsaslarla işdən çıxarılmışdır. xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində stansiyaya əmisi və babası vasitəsilə 2 yaşlı uşaq gətirilmişdir. Uşağın təpə nahiyyəsində zədə olmuş və qan axmışdır. Həmin vaxt xəstəyə tibbi yardım göstərilməmişdir, həmin şəxslər başqa xəstəxanaya müraciət etməyə məcbur qalmışlar. Onların yaxınlaşdığı tibb bacısı da işdən çıxarılmışdır. Daha sonra isə bu hadisə ilə bağlı facebook sosial şəbəkəsində məlumat yayılmış, xəstəxanalar tənqid atəşinə tutulmuşdur. Hadisə ilə əlaqədar olaraq araşdırılma aparılmış, Həmkarlar İttifaqına təqdimat verilmişdir. Qeyd edir ki, iddiaçı iş yerində böyük həkim kimi təcili tibbi yardımın işini düzgün təşkil edilmədiyinə görə işdən azad edilmiş, hansı ki, böyük həkim olaraq bu, onun vəzifəsi idi. Ondan başqa dörd nəfər də həmin hadisəyə görə cəzalandırılmışdır. Belə ki, onlardan iki nəfəri işdən azad edilmiş, digər ikisi isə şiddətli töhmət almışdır. xx.xx.2024-cü il tarixdə təcili yardıma müraciət edən şəxsə hansı xəstəxanada tibbi yardım göstərilməsinə və uşağın kimliyinə dair sənədləri və təcili yardım stansiyasında olan video görüntüləri məhkəməyə təqdim edə bilmir. Hesab edir ki, iddiaçı öz işini düzgün qurmadığına görə cavabdeh tərəfindən düzgün olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatları, işin məhkəmə tərəfindən araşdırılmış həqiqi halları və işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, İddiaçı xx.xx.2002-ci il tarixdə “Respublika Təcili və X2 Mərkəzi” X8ində işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən “Respublika Təcili və X2 Mərkəzi" X8inin 5 saylı Bölmənin “böyük həkimi” vəzifəsindən işdən azad edilmişdir. Azərbaycan Respulikası “TƏBİB” X8 “Respublika Təcili və X2 Mərkəzi” X8in xx.xx.2024-cü il tarixli 18-1-88/3-1-2168/2024 əmri ilə “Respublika Təcili və X2 Mərkəzi” X8inin 5 saylı bölmənin böyük həkimi İddiaçı ilə bağlanmış 3119 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Əmrin verilməsinə əsas “Respublika Təcili və X2 Mərkəzi” PHŞ-in HİK-nin xx.xx.2024cü il tarixli 645 nömrəli protokolu olmuşdur. “Respublika Təcili və X2 Mərkəzi” PHŞ HİK-nin xx.xx.2024-cü il tarixli 645 nömrəli protokolunda göstərilir ki, əmək fəaliyyəti zamanı vəzifə öhdəliklərinin icrası ilə əlaqədar yol verdiyi kobud səhvləri nəticəsində RTTTYM PHŞ-nin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmir. Protokola qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X5 başın təpə nahiyyəsindən zədə almış azyaşlı övladına ilkin tibbi yardım göstərilməsi üçün birbaşa 5 saylı bölməyə müraciət etmiş, lakin övladına ilkin tibbi yardım göstərilməmişdir. Nəticədə uşaq köməksiz vəziyətdə qaldığı üçün valideyni tərəfindən heç bir tibbi müdaxilə olunmadan bölmədən aparılmışdır. Beləlikdə bölmədə böyük həkim İddiaçı tərəfindən nəzarət düzgün həyata keçirilməmiş və tibbi xidmət düzgün təşkil olunmamışdır. Facebook sosial şəbəkəsində qeyd olunan məsələ geniş ictimaiyyətə yayılmış, nəticədə vətəndaşlar tərəfindən RTTTYM PHŞ və TƏBİB tənqid edilmiş, ictimai qınağa səbəb olmuş, RTTTYM PHŞ-nin qanuni mənafeyinə giddi xələl gəlmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, işəgötürən “Respublika Təcili və X2 Mərkəzi” X8inin xx.xx.2024-cü il tarixli 18-1-88/3-1-2168/2024 əmri ilə “Respublika Təcili və X2 Mərkəzi” X8inin 5 saylı bölmənin böyük həkimi İddiaçı ilə bağlanmış xx.xx.2002-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmış, xx.xx.2024-cü il tarixdə 12.04.00-da çap edilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları göstərilmişdir. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsində, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə qeyd edir ki, iddiaçının hərəkətləri nəticəsində işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə cavabdeh (işəgötürən) tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hadisənin videogörüntüləri, müraciət edən uşağın və valideyni barədə rəsmi sənədlər, uşağa tibbi yardım göstərən tibb müəssisəsinin (həkimin) adı, göstərilən tibbi yardımın nədən ibarət olmasını və sair təsdiq edən sənədlər işəgötürən tərəfindən məhkəməyə təqdim edilməmiş, heç bir araşdırma aparılmadan, iddiaçının təqsiri müəyyən edilmədən, yalnız facebook sosial şəbəkəsində olan heç bir sübuta çöykənməyən yazıları və orada olan şəxslərini tənqidi yazılarını əsas götürməklə, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız və qanunsuz olmuşdur. İddiaçının böyük həkim kimi öz əmək funksiyalarını yerinə yetirməməsi və əmək müqaviləsinin tələblərini pozması halı aşkar edilməmişdir. İşəgötürən bölmədə böyük həkim İddiaçı tərəfindən nəzarətin düzgün həyata keçirilmədiyini və tibbi xidmətin düzgün təşkil olunmadığını qeyd etsə də, nəzarətin düzgün həyata keçirilməsinin və tibbi xidmətin düzgün təşkilinin nədən ibarət olmasını məhkəmə iclasında işəgötürənin nümayəndəsi əsaslandıra bilməmiş və işəgötürənin əmrində bunun məhz nədən ibarət olması əsaslandırılmamışdır. İşçinin əmək müqaviləsinə xitam verilməsinə dair əmrin düzgünlüyünü və qanuniliyini əsaslandırmaq işəgötürənin vəzifəsidir. Bundan başqa cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olaraq iddiaçıya mənəvi ziyan da vurulmuşdur. İddiaçı mənəvi iztirab və sarsıntılar keçirmiş, həkimə müraciət etmiş, müayinə və müalicə almışdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Respublika Təcili və X2 Mərkəzi” X8inin “İddiaçı vəzifədən azad edilməsinə dair” xx.xx.2024-cü il tarixli 18-1-88/3-1-2168/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı “Respublika Təcili və X2 Mərkəzi” X8inin 5 saylı Bölmənin “böyük həkimi” vəzifəsinə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günədək İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. “Respublika Təcili və X2 Mərkəzi” X8indən vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat kompensasiya, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat, ödənilmiş 50 manat mediasiya xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 800 manat pul tutulması hissəsində rədd edilməlidir. Çünki, məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 200 manat kompensasiya ödənilməsini yetərli və ədalətli hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Respublika Təcili və X2 Mərkəzi” X8inin “İddiaçı vəzifədən azad edilməsinə dair” xx.xx.2024cü il tarixli 18-1-88/3-1-2168/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı “Respublika Təcili və X2 Mərkəzi” X8inin 5 saylı Bölmənin “böyük həkimi” vəzifəsinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günədək İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. “Respublika Təcili və X2 Mərkəzi” X8indən vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat kompensasiya, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat, ödənilmiş 50 manat mediasiya xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 (beş yüz səksən) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2876/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2876/2024
03.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver