Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-291/2024 22.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, Yasamal rayonu X4 Naxçıvanı, ev B.22 ünvanda yerləşən "xxxx" MTK, İndiki adı Cavabdeh MTK-dan 28 iyul 2021-ci il tarixli müqavilənin “Tikinti şirkəti” tərəfindən tam şəkildə icra edilməsinin təmin edilməsi məqsədi ilə 33 000 (otuz üç) manat təmir pulu, 6 000 (altı min) manat kompensasiya pulu və dövlət rüsumu olaraq ödədiyi 209(iki yüz doqquz) manat pul "xxxx" MTK, İndiki adı Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışlar ki, 28 iyul 2021-ci il tarixdə onunla Bakı şəhər, Yasmal rayonu X4 Naxçıvanı, ev B.22 ünvanda yerləşən "xxxx" MTK ilə, indiki adı Cavabdeh MTK arasında bağlanılmış müqavilənin 1.2-ci maddəsinə əsasən o, “Əmlak mülkiyyəıtçisi”- İddiaçı bu müqaviləyə əsasən mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 52 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyekti qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən “Tikinti şirkəti” ünvan 4 ünvanda yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanaın 1-ci (birinici) mərtəbəsinin 1-ci (birinçi) səviyyəsində (qeyri yaşayış obyektinin girişi Ceyhun Haçıbəyli küçəsinə açılan tərəfdə küçə boyunca uzunluğu 7.20 (yeddi metr iyirmi santımetr) olmaqla 110 (yüz on) kv.metr təmirli qeyri-yaşayış sahəsi “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasə “Tikinti şirkəti” inşa edəcəyi coxmərtəbəli yaşayış binasının tikintisi başa çatana və “Əmlak mülkiyyətçisi”ni təmirli qeyri-yaşayı sahəsi ilə tmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə bu müqavilə imzalanan gündən başlayaraq “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində hər ay 1500 (bir min beş yüz) manat ödəyir. Hazırda tikinti şirkəti tərəfindən iddiaçıya qeyri-yaşayış sahəsi ayrılmış, lakin həmin qeyri-yaşayış sahəsində heç bir təmir işləri aparılmır və kompensasiya olaraq ödənilməli pul artıq dörd aydır ki ödənilmir. Tərəfimdən “Tikinti şirkətinə” rəsmi xəbərdarlıq edilmiş pretenziya məktubu göndərilmiş, lakin heç bir nəticəsi olmamışdır. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, tərəfindən Bakı şəhər Yasamal rayon Məhkəməsində “Bakı şəhər, Yasamal rayonu X4 Naxçıvanı, ev B.22 ünvanda yerləşən "xxxx" MTK, İndiki adı "xxxx" MTK-dan 28 iyul 2021-ci il tarixli müqavilənin "Tikinti şirkəti" tərəfindən tam şəkildə icra edilməsinin təmin edilməsi məqsədi ilə 33 000 manat təmir pulu, 6000 (altı min) manat kompensasiya pulu və dövlət rüsumu olaraq ödədiyi 209 (iki yüz doqquz) manat pul "xxxx" MTK, İndiki adı "xxxx" MTK-dan alınaraq mənə ödənilsin." Tələbinə dair iddia qaldırılmış və hazırda məhkəmənin icraatındadır. 28 İYUL 2021-ci il tarixli müqavilənin 1.4-cü maddəsinə əsasə "Tikinti şirkəti" inşa edəcəyi coxmərtəbəli yaşayış binasının tikintisi başa çatana və “Əmlak mülkiyyətçisi”ni təmirli qeyri-yaşayı sahəsi ilə tmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək mə.jsədi ilə bu müqavilə imzalanan gündən başlayaraq "Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində hər ay 1500 (bir min beş yüz) manat ödəyir. Hazırda tikinti şirkəti tərəfindən ona qeyri-yaşayış sahəsi ayrılmış, lakin həmin qeyri-yaşayış sahəsində heç bir təmir işləri aparılmır və kompensasiya olaraq ödənilməli pul artıq altı aydır ki ödənilmir. O iddia tələbinin həcmini artıraraq iddia tələbində “XAHİŞ EDİRƏM" hissəsinin göstərilən redaksiyada oxunmasını istəyir: "Bakı şəhər, Yasmal rayonu X4 Naxçıvanı, ev B.22 ünvanda yerləşən "xxxx" MTK, İndiki adı "xxxx" MTK-dan 28 iyul 2021-ci il tarixli müqavilənin "Tikinti şirkəti" tərəfindən tam şəkildə icra edilməsinin təmin edilməsi məqsədi ilə 33000 manat təmir pulu, 9000 manat kompensasiya pulu və dövlət rüsumu olaraq ödədiyim 216(iki yüz on altı) manat pul "xxxx" MTK, indiki adı "xxxx" MTK- dan alınaraq iddiaçıya ödənilsin." Göründüyü kimi, iddiaçı, Bakı şəhər, Yasmal rayonu X4 Naxçıvanı, ev B.22 ünvanda yerləşən "xxxx" MTK, İndiki adı "xxxx" MTK-dan 28 iyul 2021-ci il tarixli müqavilənin "Tikinti şirkəti" tərəfindən tam şəkildə icra edilməsinin təmin edilməsi məqsədi ilə 33000 manat təmir pulu, 9000 manat kompensasiya pulu və dövlət rüsumu olaraq ödədiyim 216 (iki yüz on altı) manat pul "xxxx" MTK, indiki adı "xxxx" MTK- dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh MTK-nın nümayəndəsi X2 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 1.3-cü bəndinə əsasən iddiaçıya 110 kv.m qeyri-yaşayış sahəsi, həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən isə 24 ay müddətinə təhvil verilməlidir. Müqavilənin 1.4-cü bəndinə əsasən, sahə təhvil verilənədək, iddiaçıya hər aya görə 1500 manat kompensasiya ödənilməlidir. Müqavilənin qeyd edilən maddələrinin məzmunundan aydın görünür ki, iddiaçıya təmir pulu deyil, məhz təmirli sahə verilməlidir. MTK müqavilənin vaxtında icra edilməsi məqsədilə, müddətin başa çatmasına 3 ay qalmış, yəni xx.xx.2023-cü il tarixdə, iddiaçıya rəsmi müraciət edərək, təmirə başlamaq üçün, layihəni təqdim etməsini xahiş etmişdir. Müqavilə iddiaçı ilə bağlansa da, əsas danışıqlar anası Şahid4 ilə aparılmışdır. Şahid4 müraciətlə tanış olmuşŞ lakin imzalamaqdan imtina edərək, buna zərurət olmadığını bildirmişdir. Şahid4 tələbi ilə, arakəsmələr dəfələrlə sökülərək dəyişdirilmiş, süni olaraq vaxt uzadılmışdır. İddiaçının məqsədi, vaxtı uzatmaqla, 1500 manat kompensasiyanı hər ay almaq olmuşdur. Müraciəti imzalamadığı üçün iddiaçının və anası Sevinc xanımın mobil telefonlarına eyni məzmunlu bildirişlər göndərilmişdir. Nəhayət, xx.xx.2023-cü il tarixdə yeni məzmunda müraciət edilərək, təmirin məhz iddiaçı tərəfindən gecikdirilməsi səbəbindən, xx.xx.2023-cü il tarixdən kompensasiyanın ödənilməyəcəyi bildirilmişdir. Təkrar müraciət direktor Şahid1 tərəfindən təqdim edilsə də, iddiaçı imzalamaqdan imtina etmişdir. Eyni məzmunda sms bildirişi yenə də onlara göndərilmişdir. Bir daha qeyd edir ki, müqavilədə təmir pulunun iddiaçıya ödənilməsi nəzərdə tutulmamışdır. əksinə süni olaraq vaxtı uzatmaqla, arakəsmə divarlarını dəfələrlə sökdürərək, dəyişməklə onlara xeyli miqdarda maddi ziyan vurmuşdur. Onlar müqavilənin şərtinə uyğun olaraq, 1 ay ərzində sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verməyə hazırdırlar. Göründüyü kimi, cavabdeh iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi X2 etirazın dəlillərinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı və Şahid4 tanıyır. Qeyri yaşayış sahəsi ilə bağlı danışıqlar Sevinc xanımla aparılmışdır. Danışıqlar aparılan müddət orada direktor olmuşdur. Şahid4nya layihələri təqdim etməklə bağlı sms göndərilmişdir. SMS-in mətnində təmirə başlamaq və layihənin təqdim olunması, əksi təqdirdə isə aylıq kirayəhaqqının dayandırılacağı qeyd olunurdu. Layihə iyun ayında təqdim olunmuşdur. Daha sonra təmir zamanı narazılıqlar olmuş və bəzi hissələr yenidən sökülüb tikilmişdir. Söküntü aparılan zaman artıq o işlərə baxmırdı. O işlərə Akşin müəllim baxırdı. Ümumilikdə 160 kv/m sahəsi olan qeyri yaşayış sahəsi idi. Şahid4 obyektə 5 giriş qapısı qoyulmasını istəmişdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, "xxxx" MTK-da hüquqşünas kimi işləyir. İddiaçını tanıyıram. O əraziyə köçürüləm hamını tanıyır. Köçürmə işlərinə o baxırdı. Rəhbər o olmuşdur. Şirkətin hüquq işlərini də görür.O vaxt bu layihədə rəhbər o olmuşdur. Köçürülmə bitəndən artıq orda oturmamışdır. İşlərini baş ofisdə görür. Təmir başlayan zaman şəxslərin öz layihəsini soruşurlar. Təmiri onlar etmirlər, şirkət və sahibkar ilə əlaqələndirirlər. Daha sonra şəxslər arasında görüş olur. Təmirin necə olacağına qarışmırlar. Bu prosesin hər kəslə eynidir. Bu işdə Sevinc xanımla danışıqlar aparmışdılar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində bildirmişdir ki, avqust ayında ora təyin olunmuşdur. Təmir işini Şahid3 aparırdı. Teymurla danışan zaman sonuncu bildirdi ki, təkcə Şahid4 obyekti qalıbdır. O da bəzi məsələlərdə narazılıqlar yaradır. Layihə təqdim olunsa idi biz təmir edib verərdik. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, o, həmin məhəllədə yaşıyır. Bütün danışıqları Yusif müəllimlə aparmışdır. Onu tikintini aparan şəxs kimi tanımışdır. Müqavilə qızı ilə bağlanmışdı. 2 obyekt var idi. Təmirli idi. Yusif müəllimlə razılığa gəlmiş və alqı-satqı etmişdirlər. X3 adına olan obyektə görə 1500 manat kirayə haqqı verilirdi. Tikinti bitəndən sonra, təmir başlayacaq və təmirdən sonra da həmin obyekt işə başlayanda kirayə haqqının verilməsi dayanacaqdı. Ona MTK-dan təmir başladığı üçün kirayə pulunun kəsiləcəyi barədə mesaj gəlmişdi. O da tanışı ilə gedib boş obyektə baxmışdılar. Orda Elşən adında biri var idi. Demişdilər ki, tikintinin direktorudur. Elşən də danışıqlara gedən adam idi. Elşənə onların obyektini göstərməsini bildirmiş, o da göstərmişdi. Yanındakı adamla obyekti ölçəndə məlum oldu ki, obyektin sahəsi 160 kv.m. deyil 154 kv. metrdir. O, bu barədə Elşən və digər tanıdığı şəxslərə demişdi. Elşən yenə də obyektin sahəsimim 160 kv. metr olduğunu demişdi. Ümumi sahədən 6 kv. m. az idi. Bu səbədən MTK-ni məhkəməyə vermişdi. Məhkəmə yekunlaşmamış MTK 6 kv.m. əlavə etdmişdirlər. MTK-ya kirayə pulunu vermələrini və digər nöqsanları qeyd etmişdi. Təmiri aparan şirkətin müdiri Teymurla görüşmüş və necə təmir edəcəklərini soruşmuşdu. Ona ancaq divarları ağardacağını demişdi. Yəni, pis vəziyyətdə təmir olunacaqdı. O da ona görə onları məhkəməyə vermişdir. Ona sadəcə aylıq kirayə pulunu vermələrini istəyir. Teymurla görüşəndə ona təmir üçün 24000 manat pul ayrıldığını demişdi. Elşən gedəndən sonra Akşin adlı şəxs gəlmişdi. Onunla danışmış və demişdi ki, 24 min manatın üstünə 6 min əlavə qoyulsun, onu götürsün. Aylıq aldığı pulun da təmirə heç bir aidiyyatı yoxdur. Ona dedilər ki, iddianı götür 24 min manatı veririk. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, podrat müqaviləsi əsasında "xxxx" MTK-da təmir işlərini görürmüş. xx.xx.2023-cü il tarixdə onunla "xxxx" MTK arasında müqavilə bağlanılıb. Obyektin sahibi kimi Sevinc xanımı tanımışdır. İddiaçını tanımır. 2023-cü ilin mart ayında Şahid4 obyektini təmir edirdi. Obyekt ikiyə bölünəcək, qəssabxana olacaqdı, lakin təmir saxlanılmışdır. Sevinc xanım obyekti dəfələrlə sökdürüb, tikdirmişdir. Rəhbərlik tərəfindən ona təmir edilməli olan məkanlar təklif olunur. Sevinc xanımın göstərişi ilə dəfələrlə söküntü-tikinti işləri oldu. Arakəsmələr sökülmüşdü. Səbəbi Sevinc xanım olub. Obyektdə yığılmış materialları Sevinc xanımın göstərişi ilə götürmüşdür. Sevinc xanımın təmirdən xoşu gəlməyib. Təmir üçün ona ay yarım vaxt lazım idi. Tikinti materialları "xxxx" MTK tərəfindən 24000 manat məbləğində verilmişdir. Təmir işləri saxlanılanda o materialları götürmüşdür, pulu kassaya qaytarmışdır. Obyektdə olan materiallar başqa yerdə istifadə olunmuşdur. Sevinc xanım ona zəng edərək demişdir ki, təmir etməsin, materialları götürsün. "xxxx" MTK tərəfindən təmirin dayandırılması barədə ona göstəriş verilməyib, yenə də təmir edə bilər. Obyektdə heç bir təmir işləri görülməmişdir. Mənzilin 1 m²-ni 170 manatdan, qeyri-yaşayış sahəsinin 1 m²-ni 150 manatdan təmir edirlər. Qeyri-yaşayış sahəsinə qaz çəkilmir. Obyekti təhvil verməməyinin səbəbi Sevinc xanımın göstərişi olmuşdur. Digər qeyri-yaşayış sahələri ilə bağlı hər hansı problem olmayıb. Bərbər təmir etmişdir, narazılıq olmamışdır. 110 m²-ın əskikliyi barədə məlumatı yoxdur. 150 manat təmir paketinin içində padmayak, suvaq işləri, elektrik xəttlərinin çəkilməsi, üstlərinin bağlanılması, işıq xəttlərinin çəkilməsi, tavanın suvaq işləri, qapının qoyulması, döşəmənin vurulması, divarların çəkilməsi, elektrik aksesuarlarının bağlanılması daxildir. Müqavilədə aksesuar barədə yazılmayıb. Sanuzel və istilik aksesuarlarını o bağlamır. Təmir müqaviləsi şirkətlə bağlanılıb, sakinlə müqavilə bağlamır. Məhkəmə işə baxıb, tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri 12 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış 28 iyul 2021-cü il tarixli, 3M-1591 reyestr nömrəli Əvəzləşmə Müqaviləsinin 1.2 bəndindən görünür ki, “Əmlak mülkiyyətçisi” - İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 52 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada Tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektini qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndlərinə əsasən Tikinti şirkəti ünvan 7 ünvanında yerləşən "Əmlak mülkiyyətçisinin mülkiyyətində olan qeyri-yaşayış sökülməsini və həmin ərazidə yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsinə (qeyri-yaşayış obyektinin girişi Ceyhun Hacıbəyli küçəsinə açılan tərəfdə küçə boyunca uzunluğu 7.20 m. olmaqla 110 kv.m. təmirli qeyri-yaşayış sahəsini "Əmlak mülkiyyətçisi"nin mulkiyyətinə vermə ödəliyini üzərinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə görə Tikinti şirkətinin inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və "Əmlak mülkiyyətçisini təmirli qeyri-yaşayış sahəsi təmin edən günədək onun müvəqqəti fəaliyyetini təmin etmək məqsədi ilə bu Müqavilə imzalanan gündən başlayaraq "Əmlak Mülkiyyətçisinə kompensasiya şəklində hər ay 1500 (bir min beş vüz manat ödəyir. Əmlak mülkiyyətçisi'nin kommunal borcları olduğu halda Tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqqından tutaraq ödənişlərini təmin edəcəkdir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq Müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş qeyri-yaşayış obyektini “Əmlak mülkiyyətçisi”nə təhvil vermək Tikinti şirkətinin vəzifəsidir. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 28 iyul 2021-ci il tarixli müqavilə üzrə müəyyən edilmiş 110 kv.m. qeyri-yaşayış obyektinin müqavilədə nəzərdə tutulmuş əsaslarla ona təhvil verilməsi, bu mümkün olmadıqda isə hər kv.m. üçün 300 manat olmaqla 33000 manat təmir pulu və 4 ayın hər ay 1500 manat olmaqla 6000 manat kompensasiya pulunun ona ödənilməsini təmin edilməsi xahiş olunmuş, 10 gün ərzində müqavilə üzrə öhdəliklər icra edilmədiyi təqdirdə tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh MTK-nin sədri Teymur Əmirov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 48/23 nömrəli məktubun məzmunundan görünür ki, "xxxx" MTK ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.2.4-cü bəndinin tələbinə əsasən 24 ay müddətinə, həmin müqavilənin 1.3-cü bəndinə əsasən isə, 110 kv.m. qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə ona təhvil verməlidirlər. Arakəsmə divarların yerdəyişməsini müəyyən etmək və təmirə başlamaq məqsədi ilə may ayının 5-dən gec olmamaq şərti ilə onu məsləhətləşməyə dəvət edirlər. MTK-nin direktoru tərəfindən məktuba edilmiş 02.05.23-cü il tarixli qeyddən görünür ki, İddiaçı məktubu qəbul edib tanış olmuş, imzalamaqdan imtina etmişdir. Cavabdeh MTK-nin sədri Teymur Əmirov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 50/23 nömrəli məktubun məzmunundan görünür ki, dəfələrlə şifahi və yazılı məlumat verməklə bildirmişdilər ki, təmirə başlamaq üçün layihəni onlara təqdim etsin. Bu barədə xx.xx.2023-cü il tarixli yazılı müraciətlə tanış olsa da, qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən qohunu və nümayəndəsi Sevinc xanıma (tel: ***-***-**-**) sms bildirişi də göndərmişdirlər. Təmirə başlamaq üçün layihəni təqdim etməyəcəyi halda, xx.xx.2023-cü il tarixdən kirayə haqqının ödənişi dayandırılacaqdır. Təmirin gecikməsinə görə məsuliyyət onun üzərinə düşür. MTK-nin direktoru tərəfindən məktuba edilmiş 02.06.23-cü il tarixli qeyddən görünür ki, İddiaçı məktubu qəbul edib tanış olmuş, imzalamaqdan imtina etmişdir. Ödəniş qəbzindən (№5746) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 209 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın həcminin artırılması ilə əlaqədar 7 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə "xxxx" MTK arasında 28 iyul 2021-cü il tarixdə Əvəzləşmə Müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 52 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-yə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, 110 kv.m. qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verməmiş, obyekt təmirli təhvil verilənədək hər ay mülkiyyətçiyə ödəməli olduğu 1500 manat məbləğində kompensasiyanın verilməsini 2023-cü ilin iyul ayından dayandırmışdır. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Cavabdeh 110 kv.m. qeyriyaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verilənədək hər ay iddiaçıya 1500 manat məbləğində kompensasiya verməlidir. İş materiallarından və tərəflərin izahatından məlum olmuşdur ki, cavabdeh 2023-cü ilin iyul ayından kompensasiyanın verilməsini dayandırmışdır. Odur ki, 9000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən görünür ki, tikinti şirkəti qeyri-yaşayış sahəsini təmirli halda əmlak mülkiyyətçisinə verməsi barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilədə əmlakın təmirinə çəkiləcək pulun əmlak mülkiyyətçisinə verilməsi barədə müddəa yoxdur. Odur ki, bu hissədə iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 110 (yüz on) manat hissəsi cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-dan 9000 (doqquz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 110 (yüz on) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-dan 9000 (doqquz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 110 (yüz on) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-291/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-291/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver