Məhkəmə qərarları › İş №e-2(004)-2921/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2921/2022

23.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2921/2022 23.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdeh1 Qulamirzə oğlunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qulamirzə oğluna və Cavabdeh2 qarşı "mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Qulamirzə oğluna və Cavabdeh2 qarşı "mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onlara məxsus əşyalarla (soyuducu, paltaryuyan maşın və divan) birlikdə ünvan 1 ünvanda yerləşən evdən cıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 116 ünvanda yerləşən ev xx.xx.2005-ci il tarixdən mülkiyyətindədir. Həmin əmlakı mərhum atası ona bağışlamışdır. X1, X8 və X10 ilə birlikdə Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 116 ünvanda yerləşən evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdehlər onun mərhum həyat yoldaşının valideynləridirlər və ona məxsus evdə yaşamalarına səbəb yaşadıqları evdə digər gəlinləri ilə olan münasibətlərinin pis olması olmuşdur. Hələ o vaxt mərhum həyat yoldaşı anasının müvəqqəti olaraq ona məxsus evdə yaşamasını xahiş etmiş, o da, buna etiraz etməmişdir. Həmin evdən daha çox Cavabdeh2 istifadə etmişdir. Qeyd olunan mənzildə olan əşyalar ona məxsus əşyalardır. Əşyaların bəzilərini, yəni soyuducu, paltaryuyan maşın və divan Cavabdeh2 almışdır. Mərhum həyat yoldaşı dünyasını dəyişəndən sonra onun valideynləri ona və övladlarına qarşı əsassız olaraq, məhkəmələrdə iddia qaldırmış, bu və digər səbəblərdən münasibətləri pozulmuşdur. Bundan başqa, böyük oğlu 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. O, evlənərək, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 116 ünvanda yerləşən evə köçmək niyyətindədir. . Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, Cavabdeh1 Qulamirzə oğlunun nümayəndəsi X3 həqiqətən də, mübahisəli evin iddiaçıya məxsus olduğunu bildirərək, evdən çıxmaları üçün 5-6 ay vaxt verilməsini xahiş etmişdirlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ÖM seriyalı, 246305 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ev xx.xx.2005-ci il tarixdə İddiaçı adına tam mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. İş materiallarında olan 42 saylı MKİS-nin 12.04,2022-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən evdə İddiaçı və iki övladı X8 və X10 ilə birlikdə qeydiyyatda olmasına baxmayaraq, mənzildə faktiki olaraq cavabdehlər Cavabdeh1 Qulamirzə oğlu və Cavabdeh2 yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə, iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, iş materiallarından göründüyü kimi, ünvan 1 ünvanda yerləşən ev qanuni əsasla İddiaçı məxsusdur və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən həmin mənzil iddiaçının tam mülkiyyətindədir. Göstərilən halların məcmusunu rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia üzrə cavabdehlərin iddiaçıya məxsus olan evdə yaşaması iddiaçının ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, sərəncam vermək kimi hüquqlarından lazımi qaydada istifadə etməsinə mane olur, iddiaçının ona məxsus olan ev üzərində hüquqlarının lazəmi qaydada həyata keçirilməsinə maneə törədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 Qulamirzə oğlu və Cavabdeh2 onlara məxsus əşyalarla (soyuducu, paltaryuyan maşın və divan) birlikdə ünvan 1 ünvanda yerləşən evdən cıxarılmalı və 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 Qulamirzə oğlu və Cavabdeh2 onlara məxsus əşyalarla (soyuducu, paltaryuyan maşın və divan) birlikdə ünvan 1 ünvanda yerləşən evdən cıxarılsınlar. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçıya verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar