Məhkəmə qərarları › İş №e-2(004)-293/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-293/2025

27.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-293/2025 27.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Birliyi 22 saylı MKİS cəlb edilməklə “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5rşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Birliyi 22 saylı MKİS cəlb edilməklə “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ünvan 1 ünvanda yerləşən mənzilə köçürmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 avqust 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən, birinci tərəf X7 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini ona, yəni İddiaçı satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını və mülkiyyətə verilməsini öhdəsinə götürmüşdür. Hazırda o, ünvan 1 ünvanında qeydiyyatdadır və mülkiyyətindədir. Eyni zamanda sözügedən ünvanda yaşamağa başlamışdır. Lakin, X7 dünyasını dəyişdikdən sonra bacısı qızı X6 xəbəri olmadan evin qapısını açarla bağlayaraq onun mənzilə daxil olmağına icazə vermir və maneəçilik törədir. Hazırda mənzilinin qapısının açılması mümkün deyildir. Bu da onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında X8 əsl olmayan cavabdeh olduğu məlum olduğundan, iş üzrə cavabdeh X8 əsl Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, irəli sürülmüş tələbin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid Çetinbakış Səbinə Sabir qızı ifadəsində, 2008-ci ildən Svetlananı tanıdığını, Svetlananın 2024-cü ilə qədər onun uşaqlarına baxdığını, səhər saat 10:00-dan axşam 18:00-a qədər onun evində olduğunu, Nadejda xəstələnəndən sonra Svetlananın ona baxmağa başladığını, bundan başqa suallara cavab olaraq, Svetlana ilə Nadejda arasında notariusda bağlanan alqı-satqı müqaviləsi olduğunu, həmin müqavilə ilə Nadejdanın mənzili Svetlanaya satdığını, mənzilin sənədləri olmadığından Svetlananın mənzili öz adına keçirə bilmədiyini, Nadejdanın 1 oğlu olduğunu, lakin 20 ildir buralara gəlməyini bildirmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X1 ifadəsində, Svetlana ilə 34 ildir qonşu olduğunu, Svetlananın Nadejda ilə rəfiqə olduğunu, Nadejdanı Svetlana vasitəsilə tanıdığını, Svetlananın sonradan Hövsan qəsəbəsinə köçdüyünü, onun həm Hövsan qəsəbəsində, həm də Nadejdanın evində qaldığını, Svetlana Nadejdaya baxdığı üçün Nadejdanın evi ona bağışladığını, bundan başqa suallara cavab olaraq, alqı-satqı müqaviləsinin notariusda bağlandığını ona Svetlananın dediyini, həm də notariusda təsdiq olunmuş kağızı gördüyünü, evin sənədi olmadığından Svetlananın evi öz adına keçirə bilmədiyini, Nadejdanın qohumlarının evin qıfılını dəyişdiyinə görə Svetlananın ora köçüb yaşaya bilmədiyini bildirmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X12 ifadəsində, Nadejdanın qonşusu olduğunu, Svetlananı tanımadığını, Nadejdanın tək qaldığını, bacısı və onun qızının gəlib-getdiyini, onun evində başqa heç kimi görmədiyini, Nadejdanın evin Svetlanaya satılması ilə bağlı ona heç bir şey demədiyini, bundan başqa suallara cavab olaraq, Svetlananı Nadejdanın yasında görmədiyini, Nadejdanın oğlu Vitalini yasda gördüyünü və ondan sonra görmədiyini bildirmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X14 ifadəsində, Nadejdanın üst qonşusu olduğunu, Svetlananı tanımadığını, Nadejdanın bacısı və onun qızını gördüyünü, bundan başqa suallara cavab olaraq, Nadejdanın dəfnində Nadejdanın bacısı, onun qızı və qonşuların olduğunu, Svetlananı heç vaxt görmədiyini bildirmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X9 ifadəsində, Nadejdanın bacısı olduğunu, Svetlananın bacısının rəfiqəsi olduğunu, bacısı xəstə olanda Svetlananın ona qulluq etdiyini, Svetlananın ona zəng edərək bacısının halının pisləşdiyini xəbər verdiyini, gələndə artıq bacısının vəfat etdiyini, bundan başqa suallara cavab olaraq, Svetlananın həftədə 2 dəfə bacısı ilə qaldığını, qalan günlər özünün qaldığını, Nadejdanın dəfnində o, qızı və qonşuların olduğunu, dəfn pulunu onun verdiyini, Nadejdanın oğlunun dəfndə iştirak etmədiyini, dəfndən 2 həftə sonra gəldiyini bildirmişdir. İş materiallarında olan birinci tərəf X7 ilə ikinci tərəf İddiaçı arasında bağlanmış 17 avqust 2022-ci il tarixli, reyestrdə 3M-1049 nömrə ilə qeydə alınmış ilkin alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu icra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Birliyi 22 saylı MKİS tərəfindən verilmiş Plana əsasən X2 istifadəsində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 29.8 kv.m, köməkçi sahəsi 14.4 kv/m olan 1 otaqlı fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Əmlakın satış qiyməti 5200 (beş min iki yüz) manat məbləğində müəyyən edilmişdir. İkinci tərəf həmin müqavilənin bağlanması anında 5200 (beş min iki yüz) manatı nağd şəkildə ödəyir. Birinci tərəf ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 29.8 kv.m, köməkçi sahəsi 14.4 kv/m olan 1 otaqlı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair dövlət reyestrindən arayışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, evin ikinci tərəfə satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, evin ikinci tərəfin mülkiyyətinə verilməsini öhdəsinə götürür. İkinci tərəf birinci tərəflə bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosunun Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə 26 sentyabr 2024-cü il tarixli, 546 nömrəli məktubuna əsasən vətəndaş İddiaçı hansı hüquqi əsaslarla ünvan 3 ünvanına qeydiyyata düşməyi barədə ətraflı məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosuna ünvanladığı 4 oktyabr 2024-cü il tarixli, 60991/2024 nömrəli məktubuna əsasən vətəndaş İddiaçı ünvan 4 ünvanında qeydiyyatda olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosunun Bakı şəhəri 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinə 27 sentyabr 2024-cü il tarixli, 553 nömrəli məktubuna əsasən vətəndaş İddiaçı (d/t xx.xx.1967-ci il) hansı hüquqi əsaslarla ünvan 3 ünvanına qeydiyyata düşməyi barədə ətraflı məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosuna 30 sentyabr 2024cü il tarixli, 3-45-3/2-68/2024 nömrəli cavab məktubuna əsasən “Femida” vəkil bürosu tərəfindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 553 qeydiyyat nömrəli müraciəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosunun Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə 30 sentyabr 2024-cü il tarixli, 553-A nömrəli məktubuna əsasən vətəndaş İddiaçı (d/t xx.xx.1967-ci il) hansı hüquqi əsaslarla ünvan 3 ünvanına qeydiyyata düşməyi barədə ətraflı məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosuna ünvanladığı 14 oktyabr 2024-cü il tarixli, 18/2-29164/24 nömrəli məktubuna əsasən sorğu edilən şəxsin yaşayış yeri üzrə qeydiyyat barədə arayış göndərilmişdir. Arayışa əsasən vətəndaş İddiaçı Vladimorvna Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, 1054 məhəlləsi, ev -, mənzil 71 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosuna ünvanladığı 17 oktyabr 2024-cü il tarixli, 18/2-27870/24 nömrəli məktubuna əsasən İddiaçı ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatı aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosunun vəkili Vəkil2 ünvanladığı 30 oktyabr 2024-cü il tarixli, 3-52-13-12/2-900/24 nömrəli məktubuna əsasən D.Bünyadzadə küçəsi, 60 V saylı ünvanda yerləşən yaşayış evi Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında deyil. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat ofisinin 30 sentyabr 3372 nömrəli məktubuna əsasən X3 (d/t xx.xx.1956) qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X2 xx.xx.2024-cü il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh miras qoyanın vərəsəsi olması barədə məlumat məktubu təqdim edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat ofisinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi cənab Mustafa Rəşidova ünvanlanmış 30 sentyabr 3373 nömrəli məktubuna əsasən X3 (d/t xx.xx.1956) qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 sayh notariat ofisinə müraciət daxil olmuşdur. X4 xx.xx.2024-cü il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 sayh qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasma (yükiülüyünə) dair arayışın verilməsi haqqında Təlimaf’ın 7-ci bəndinə əsasən, N.T.Demyanenko adma 37 saylı arayışın və ya texniki pasportun verilməsi üçün X11 miras qoyanın vərəsəsi olması barədə məlumat məktubu təqdim edilir. İş materiallarında olan “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə” 81972237 nömrəli bildirişə əsasən Cavabdeh Galina Kurabekova tərəfindən ünvan 9 ünvanında qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının Mülk Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158.1. və 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2-ci madəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.4-ci maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X7 ilə İddiaçı arasında 17 avqust 2022-ci il tarixdə bağlanmış notariat qaydasında təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsinə əsasən X7 istifadəsində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 29.8 kv.m, köməkçi sahəsi 14.4 kv/m olan 1 otaqlı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair dövlət reyestrindən arayışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, evin İddiaçı satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, evin İddiaçı mülkiyyətinə verilməsini, İddiaçı isə bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürmüş, əmlakın satış qiyməti 5200 manat məbləğində müəyyən edilmiş, müqavilədə İddiaçı həmin müqavilənin bağlanması anında 5200 manatı nağd şəkildə ödədiyi qeyd olunmuşdur. X2 xx.xx.2024-cü il tarixdə vəfat etməsinə baxmayaraq, tərəflər arasında əsas müqavilə bağlanmamışdır. Hazırda İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət edərək, ilkin alqı-satqı müqaviləsinə əsasən həmin mənzilin ona satıldığını, X7 vəfat etdikdən sonra onun qohumları tərəfindən sözügedən mənzilin qapısının açarının dəyişdirildiyini, bu səbəbdən mənzilə daxil ola bilmədiyini bildirmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin mənasına görə, ilkin müqavilə gələcəkdə əsas müqavilənin bağlanmasını öhdəsinə götürən razılaşmadır. Yəni tərəflər ilkin müqavilə bağlamaqla, müəyyən şərtlər daxilində sonradan əsas müqaviləni bağlamağı öhdələrinə götürürlər. Müəyyən səbəblərdən əsas müqavilənin dərhal bağlanması mümkün olmadıqda, tərəflərin hüquq və vəzifələri ilkin müqavilə ilə tənzimlənir. İlkin müqavilədə müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsində tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilmədiyindən, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalı olduğu halda tərəflər arasında ünvan 10 ünvanda yerləşən mənzilə dair əsas alqı-satqı müqaviləsi bağlanmamışdır. İlkin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən X7 mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınaraq, evin İddiaçı satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, evin İddiaçı mülkiyyətinə verilməsini öhdəsinə götürsə də, xx.xx.2024-cü il tarixdə vəfat etməsinə baxmayaraq, ilkin müqavilənin bağlandığı andan bir il müddətində öhdəliyini icra etməmiş, tərəflər arasında əsas müqavilə bağlanmamış və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməmiş, bununla da ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir. Digər tərəfdən İddiaçı iddia ərizəsində həmin mənzildə qeydiyyatda olduğunu göstərsə də, iş materialları ilə İddiaçı ünvan 10 ünvanda yerləşən mənzildə qeydiyyatda olmadığı, Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi,1054-cü məhəllə, ev-,mənzil 71 ünvanda qeydiyyatda olduğu müəyyən olunmuşdur. Həmçinin İddiaçı mərhum X2 ailə üzvü deyildir. Tərəflərin izahatlarından, şahid ifadələrindən göründüyü kimi İddiaçı mərhum X2 rəfiqəsi olmuş, xəstəliyi dövründə ona qulluq etmişdir. Həmçinin iddiaçının izahatı, şahid ifadələri ilə İddiaçı hazırda oğlunun Hövsan qəsəbəsində yerləşən evində qaldığı, əvvəllər həm Hövsan qəsəbəsində, həm də Nadejdanın evində qaldığı müəyyən olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. Həmin mənzilin istifadəçisi cavabdehin mərhum anası X7 xx.xx.2024-cü ildə vəfat etmiş və həmin mənzilin hüquqmüəyyənedici sənədləri olmadığından miras qoyanın qanun üzrə vərəsəsi olan Cavabdeh adına mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, İddiaçı ilə X7 arasında əsas müqavilənin ilkin müqavilənin bağlandığı 17 avqust 2022-ci il tarixdən bir il müddətində bağlanmalı olduğu halda X2 sağ olmasına baxmayaraq bağlanmadığına, bu səbəbdən ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verildiyinə, iddiaçının həmin mənzil üzərində hüquqlar əldə etmədiyinə görə İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal- Təsərrüfatı Birliyi 22 saylı MKİS cəlb edilməklə ünvan 1 ünvanda yerləşən mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar