Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-294/2025 23.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh qarşı "mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC qarşı “aylıq ödəniş qrafikinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş (açar sözlər: mənzildən çıxarılma) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh qarşı "mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC qarşı “aylıq ödəniş qrafikinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İlkin iddia üzrə İddiaçı MMC ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx"MMC-nin xüsusi mülkiyyətində olan,ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdehvə onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq "xxxx"MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx"MMC ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli, B-K №11 saylı müqavilə bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisi həyata keçirdiyi 16 mərtəbəli, 60 mənzilli yaşayış binasındakı 11-cimərtəbəsində yerləşən 38 №-limənzil"xxxx"MMC tərəfindən Cavabdeh satılmışdır. Cavabdeh isə öz növbəsində müqavilənin şərtlərinə əsasən "xxxx"MMC-yə həmin mənzil üçün 426520 (dörd yüziyirmialtımin beş yüziyirmi) manat ödəməliydi. Lakin, qeyd edilən müqavilələrin şərtlərini pozaraq Cavabdeh ödənişi tam şəkildə həyata keçirməmişdir və aldığı mənzil üzrə 33592 1 (üç yüz otuz beş min doqquz yüz iyirmi bir) manat borcu qalmışdır. Bununla bağlı,"xxxx" MMC Cavabdeh ilə aralarında olan alqı-satqı müqaviləsinə istinad edərək, ilk olaraq xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmişdir. Nəticə olmadığı üçü n,"xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində Pretenziyə göndərilərək,aralarında olan xx.xx.2008-ci il tar ixli yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqaviləyə xitam verdiyini bildirərək, həmin mənzili boşaldaraq təhvil verməsini tələb etmişdir. Cavabde h mənzili boşaldaraq təhvil verməkdən imtina etmişdir və hazırda mənzildən istifadə edir. Cavabdehvə onun ailə üzvləri tərəfind ən istifadə edilən, ünvan 1 "xxxx"MMC-nin xüsusi mülkiyyətin dədir. Bununla bağlı, müvafiq dövlət qurumu tərəfindən xx.xx.2023-cü il tarixli, ********** nömrəliçıxarış verilmişdir. Yaranmış vəziyyətlə bağlı, "xxxx"MMC mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququndan istifadə edə bilmir. Göründüyü kimi,Cavabdeh tərəfindən "xxxx"MMC-nin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulur.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabden İddiaçı MMC-yə qarşı “aylıq ödəniş qrafikinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 dekabr 2008-ci il tarixli, 11 nömrəli müqavilə üzrə yekun borc 170980 manat olmaqla, İddiaçı MMC-nin üzərinə aylıq ödəniş qrafikinin müəyyən edilməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı MMC iddia ərizəsində ünvan 2 ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında olan 02 dekabr 2008-ci il tarixli, 11 nömrəli müqavilənin 1-ci bəndində, müqavilənin predmeti hissəsində qeyd edilmişdir ki, sifarişçi aldığı mənzilin dəyərini müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun sifarişçinin ödəniş qrafikinə əsasən ödəniləcəkdir. Qeyd olunan əlavədə isə müqavilənin icra müddət və son tarixi barədə heç bir qeyd mövcud deyil. Sifarişçinin ödəniş qrafiki isə 40 sətirdən ibarət olmaqla, orada heç bir qeyd aparılmamışdır. Halbuki Cavabdeh hazırki tarixə kimi cəmi 255540 manat olmaqla, 02 dekabr 2008-ci il tarixində 60000 ABŞ dolları,02 iyul 2009-cu il tarixində 8000 AZN, 31 avqust 2009-cu il tarixində 8000 AZN, 01 dekabr 2009-cu il tarixində 8000 AZN, 08 dekabr 2011-ci tarixində 12700 ABŞ dolları, 02 mart 2011-ci il tarixində 7950 AZN, 29 aprel 2024-cü il tarixində isə 100000 AZN ödəniş etmişdir. İddiaçı MMC sonuncu ödənişi qəbul etdikdən sonra mənzilin dəyərinin tam şəkildə ödənilməsini tələb etmişdir. Həmin hüquqi şəxsin bank rekvizitləri Cavabdeh bəlli olmadığından "xxxx" MMC-nin kassa mədaxil qəbzi olmadan ödənişi həyata keçirmək imkanı yoxdur. Bu baxımdan aylıq ödənişin dəyəri müəyyən edilməli və hazırki dövrə dair uykun borc dəqiqləşdirilməlidir. Belə ki, İddiaçı MMC 60000 ABŞ dollarını və 12700 ABŞ dollarını müvafiq olaraq 48600 AZN və 10160 manat olaraq qəbul edir. Müqaviləyə əlavə olan Sifarişçisinin ödəniş qrafiki isə 40 sətirdən ibarətdir. İddiaçının mövqeyi ilə belə bir nəticəyə gəlmək olar ki, Cavabdeh aylıq 10000 AZN-dən artıq ödəniş etməli idi ki, bu da ağlabatan məbləğ deyil.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddia tələbini müdafiə edərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 18.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99c, mənzil 38 yeni qaydalarla: AZ 1073, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir.
9. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 11 nömrəli müqaviləyə əsasən İddiaçı MMC İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşyış binasındakı 11-ci mərtəbədə yerləşən 38 nömrəli ümumi sahəsi 213,26 kv.m. olan 4 otaqlı mənzili Cavabdeh satmağı, Cavabdeh isə həmin mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 3.3-cü bəndinə əsasən əgər sifarişçi veriləcək əmlakın dəyərini müqavilənin 2 saylı əlavəsi ilə müəyyən edilmiş qaydada iddiaçıya ödəmirsə, onda icraçı öhdəliyin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
11. Bu müqaviləyə 2 saylı əlavəyə əsasən ümumi ödənilməli məbləğ 426520 manat təşkil edir.
12. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən Cavabdeh İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisi həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı 11-ci mərtəbəsində yerləşən 38 №-li mənzil üzrə 426520 manat məbləğində borcu 3 iş günü ərzində ödəməsi ilə bağlı xəbərdar edilmişdir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən Cavabdeh İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisi həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı 11-ci mərtəbəsində yerləşən 38 №-li mənzil üzrə 335921 manat məbləğində borcu 3 iş günü ərzində ödəməsi ilə bağlı xəbərdar edilmişdir.
14. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən Cavabdeh İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisi həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı 11-ci mərtəbəsində yerləşən 38 №-li mənzil üzrə 278520 manat məbləğində borcu dərhal ödəməsi ilə bağlı xəbərdar edilmişdir.
15. xx.xx.2008-ci il tarixli mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 48600 manat məbləğində ödəniş edilmişdir.
16. 02.07.2009-cu il tarixli mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 8000 manat məbləğində ödəniş edilmişdir.
17. 31.08.2009-cu il tarixli mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 8000 manat məbləğində ödəniş edilmişdir.
18. 01.12.2009-cu il tarixli mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 8000 manat məbləğində ödəniş edilmişdir.
19. 02.03.2011-ci il tarixli mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 7950 manat məbləğində ödəniş edilmişdir.
20. 08.12.2011-ci il tarixli mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 12700 dollar məbləğində ödəniş edilmişdir.
21. xx.xx.2008-ci il tarixli mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 100000 manat məbləğində ödəniş edilmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10617 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2008-ci il tarixli mənzil tikintisi üçün müqavilədə Cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulan 426520 manatdan ümumilikdə 90501,28 manat ödənilmişdir. Ödənilməmiş qalan borcun məbləği isə 336018,72 manat təşkil edir. Bundan əlavə, qarşılıqlı iddia ərizəsində Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 100000 manat ödənildiyi göstərilsə də, bununla bağlı təqdim edilmiş iş materiallarında hər hansı bir ödəniş sənədi olmadığı üçün həmin ödəniş hazırki hesablama zamanı nəzərə alınmadı.
23. Məhkəmə iş materialları araşdırıb tərəflərin izahatlarını dinləyib onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddia ərizəsi təmin olunmalı, qarşılıqlı iddia ərizəsi isə təmin olunmamalıdır.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
29. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
30. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
31. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
32. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
33. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
35. Həmin Məcəllənin 754.1-ci maddəsinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir.
36. Həmin Məcəllənin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.
37. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
38. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 11 nömrəli müqavilə ilə İddiaçı MMC İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşyış binasındakı 11-ci mərtəbədə yerləşən 38 nömrəli ümumi sahəsi 213,26 kv.m. olan 4 otaqlı mənzili Cavabdeh satmağı, Cavabdeh isə həmin mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 2 saylı əlavəyə əsasən ümumi ödənilməli məbləğ 426520 manat təşkil müəyyən edilmişdir. İş materiallarında olan sənədlər və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10617 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2008-ci il tarixli mənzil tikintisi üçün müqavilədə Cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulan 426520 manatdan ümumilikdə 90501,28 manat və xx.xx.2024-cü il tarixdə əlavə olaraq 100000 manat ödənilmişdir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir.
40. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 11 nömrəli podrat müqaviləsinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzilə dair tərəflər arasında podrat münasibətləri yaranmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş 426520 manat məbləğində pulun tam ödənilməməsi işi mübahisəsiz halıdır. Bunun əksi cavabdeh tərəfindən sübuta yetirilməmiş, bu istiqamətdə hər hansı mülahizə bildirilməmiş, əksinə cavabdeh qarşılıqlı iddia ərizəsi verərək onunla bağlanmış müqaviləyə əlavədə aylıq ödəniş cədvəli üzrə ödənilməli məbləğ müəyyən edilmədiyindən ödənişin hansı müddətdə və hansı məbləğdə həyata keçirilməli olduğunun ona məlum olmadığını bildirmişdir. İddiaçı cavabdehə müqavilənin ləğvi ilə bağlı bildiriş göndərərək tərəflər arasında bağlanmış müqaviləni ləğv etmişdir. Hazırda mübahisə predmeti olan mənzilə mülkiyyət hüququ İddiaçı MMC-yə məxsusdur. Məhkəmə hesab edir ki, mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməli və "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdehvə onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulmaqla mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
41. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır.
42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
43. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
44. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
45. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
46. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
47. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
48. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
49. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
50. Həmin Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
51. Həmin Məcəllənin 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
52. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
53. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
54. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
55. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
56. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan suiistifadə hesab olunur.
57. Bu müddəalar digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).
59. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra qərara qəbul etməlidir.
60. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı xx.xx.2008-ci il tarixli müqavilə üzrə ödəniş qrafikinin 40 sətirdən ibarət olmaqla, orada heç bir qeydin mövcud olmamasını bildirsə də, müqavilənin həmin formada bağlanmasına etiraz etməmiş və iddiaçı tərəfindən mənzilin boşaldılması tələbi ilə bağlı iddia qaldırılanadək ödəniş qrafikində aylar üzrə ödənilməli olan məbləğlərin müəyyən edilməməsi ilə bağlı mübahisələndirmə aparmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbi ilkin iddia üzrə iddianın yubadılması məqsədini daşıyır. Məhkəmə hesab edir ki, hazırki halda müqavilənin bağlanmasından 16 il müddət keçməsinə baxmayaraq Cavabdeh müqavilə öhdəliklərini aylıq ödəniş qrafikinin müəyyən olunmaması səbəbindən tam şəkildə icra etməməsi hüquqdan sui-istifadə hesab olunmalıdır. Müqaviləyə əlavə aylıq ödəniş qrafikində aylar üzrə Cavabdeh tərəfindən ödənilməli məbləğlərin göstərilməməsi sonuncu tərəfindən müqavilə öhdəliklərinin qeyrimüəyyən müddətə icra edilməsinə əsas vermir. Belə ki, Mülki Məcəllədə də qeyd olunduğu kimi müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
61. Bundan başqa iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir, yəni onun əsas məqsədi göstərdiyi sahibkarlıq fəaliyyətindən müəyyən gəlir əldə etməklə mənfəət qazanmaqdır. Hazırki halda İddiaçı MMC-nin Cavabdeh ilə podrat müqaviləsi bağlamaqda əsas məqsədi də məhz tikintisi həyata keçirilən binada cavabdehə mənzil satmaqla müəyyən gəlir əldə etmək olmuşdur. Lakin Cavabdeh 16 il müddətində öz öhdəliklərini icra etməməklə iddiaçını həmin gəlirdən məhrum etmişdir. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçının müqaviləyə əlavə aylıq ödəniş cədvəlində aylar üzrə ödənilməli məbləğin müəyyən olunmaması əsası ilə öhdəliklərini vaxtında icra etməməsi hüquqdan sui-istifadə hesab olunmalıdır.
62. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
63. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tələb etmədiyindən, qarşılıqlı iddia isə təmin olunmadığından ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya və qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.
64. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
65. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia tələbi təmin edilsin. ünvan 4 ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağa qoyulmaqla mənzil boşaldılaraq ilkin iddia üzrə İddiaçı MMC-yə təhvil verilsin. Ödənilmiş dövlət rüsumu ilkin İddiaçı MMC-nin özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC qarşı “aylıq ödəniş qrafikinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil