Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2947/2023 25.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 9000 manat avans, 1216 manat dəbbə, 2000 manat cərimə, 127 manat ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi olmaqla, cəmi 12.343 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil mülki iş üzrə tərəflər arasındakı mübahisə ilə bağlı razılıq əldə olunduğunu və bununla əlaqədar Barışıq sazişi tərtib olunduğunu bildirmiş, sazişin təsdiq olunmasına dair ərizəni məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, mülki işin icraatına xitam verilməlidir. İş materiallarına əlavə olunmuş: xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Cavabdeh iddiaçının iddia tələbini könüllü olaraq qismən ödəməyi, iddiaçı isə həmin ödəniləcək məbləğdə tələb etməyi öhdəsinə götürür.
2. Cavabdeh iddiaçıya aşağıdakı hissələrlə ödəniş etməyi öhdəsinə götürür: • 2023-cü il avqust ayının 10-dək - 625 (altı yüz iyirmi beş) manat; • 2023-cü il sentyabr ayının 10-dək - 625 (altı yüz iyirmi beş) manat; • 2023-cü il oktyabr ayının 10-dək - 625 (altı yüz iyirmi beş) manat; • 2023-cü il noyabr ayının 10-dək - 625 (altı yüz iyirmi beş) manat.
3. Əgər hər hansı ayın ödənişi göstərilmiş tarixədək (həmin tarix daxil olmaqla) tam ödənməzsə, ertəsi gündən başlayaraq həmin aya görə cavabdeh əlavə olaraq 68 (altmış səkkiz) manat cərimə ödəməlidir. Gecikmələri olmuş aylar üzrə cərimə məbləğləri cəmlənir.
4. Hazırki Saziş üç nüsxədə tərtib edilir, Yasamal Rayon Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir və iş üzrə icraata xitam verilir.
5. Hazırki Sazişlə tənzimlənməmiş məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. xx.xx.2023-cü il tarixli Cavabdeh ərizəsindən görünür ki, o, hazırki mülki iş üzrə İddiaçı ilə bağladığı Barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-ci maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı və Cavabdeh arasında 25 iyul 2023-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət Barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh iddiaçının iddia tələbini könüllü olaraq qismən ödəməyi, iddiaçı isə həmin ödəniləcək məbləğdə tələb etməyi öhdəsinə götürür.
2. Cavabdeh iddiaçıya aşağıdakı hissələrlə ödəniş etməyi öhdəsinə götürür: • 2023-cü il avqust ayının 10-dək - 625 (altı yüz iyirmi beş) manat; • 2023-cü il sentyabr ayının 10-dək - 625 (altı yüz iyirmi beş) manat; • 2023-cü il oktyabr ayının 10-dək - 625 (altı yüz iyirmi beş) manat; • 2023-cü il noyabr ayının 10-dək - 625 (altı yüz iyirmi beş) manat.
3. Əgər hər hansı ayın ödənişi göstərilmiş tarixədək (həmin tarix daxil olmaqla) tam ödənməzsə, ertəsi gündən başlayaraq həmin aya görə cavabdeh əlavə olaraq 68 (altmış səkkiz) manat cərimə ödəməlidir. Gecikmələri olmuş aylar üzrə cərimə məbləğləri cəmlənir.
4. Hazırki Saziş üç nüsxədə tərtib edilir, Yasamal Rayon Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir və iş üzrə icraata xitam verilir.
5. Hazırki Sazişlə tənzimlənməmiş məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ayşən Sultanova-Məmmədova