Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2961/2024 01.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçi “atalığın müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “atalığın müəyyən olunması” tələbinə dair ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsində Maraqlı şəxs kimi göstərmişdir. Məhkəmə tərəflərə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərməklə məlumat versə də, onlar məhkəməyə gəlməmişlər. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin ərizənin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170-ci, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “atalığın müəyyən olunması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. “X1” vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2961/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2961/2024
01.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver