Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2977/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin Cavabdeh ASC-yə qarşı (mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 cəlb edilməklə) “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, 272 mənzili və 1200-dən çox sakini olan yaşayış kompleksinin sakinlərinin çoxsaylı narazılıq və etirazlarını nəzərə alaraq hazırda Azərsu ASC tərəfindən tələb edilən 24272 (iyirmi dörd min iki yüz yetmiş iki) manat borc pul məbləğinin "xxxx" MMMC-nin üzərindən tam silinməsi və su sərfiyyatını birbaşa sakinlərdən yığılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 272 mənzili və 1200-dən çox sakini olan yaşayış kompleksinin sakinlərinin çoxsaylı narazılıq və etirazlarını nəzərə alaraq hazırda Azərsu ASC tərəfindən tələb edilən 30831 manat borc pul məbləğinin "xxxx" MMMC-nin üzərindən tam silinməsi və su sərfiyyatını birbaşa sakinlərdən yığılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin Cavabdeh ASC-yə qarşı iddiası üzrə ayrıayrılıqda iki mülki işə baxılır. Həmin işlər üzrə tərəflər eyni olmaqla, mübahisənin predimeti də oxşardır. Odur ki, hazırki mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-2266/2022 saylı müıki işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 vəsatəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən birbiri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materiallarında olan iddia ərizəsinin surətindən görünür ki, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 272 mənzildən və 1200-dən çox sakini olan yaşayış kompleksinin sakinlərinin çoxsaylı narazılıq və etirazlarını nəzərə alaraq hər mənzil daxilində mövcud olan soyuq su sayğaclarının kodlaşdırılması və isti su xətti üzərində yeni su sayğacı qUraşdırılmasını və sonralar su sərfiyyatını birbaşa və tam olaraq sakinlərdən yığılmasınının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2266/2022 saylı, xx.xx.2022-ci il tarixli SMS bildirişindən görünür ki, mülki iş üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti Cavabdeh ASC-yə qarşı “hər mənzil daxilində mövcud olan soyuq su sayğaclarının kodlaşdırılması, isti su xətti üzərində yeni su sayğacı quraşdırılmasının və su sərfiyyatının sakinlərdən yığılmasınının cavabdehin üzərinə qoyulması” tələbinə dair 2(004)-2266/2022 saylı mülki iş məhkəmənin icraatına daha öncə daxil olduğundan, eyni zamanda hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(004)-2266/2022 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin Cavabdeh ASC-yə qarşı (mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 cəlb edilməklə) “borcun silinməsi”tələbinə dair 2(004)-2977/2022 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti Cavabdeh ASC-yə qarşı “hər mənzil daxilində mövcud olan soyuq su sayğaclarının kodlaşdırılması, isti su xətti üzərində yeni su sayğacı quraşdırılmasının və su sərfiyyatının sakinlərdən yığılmasınının cavabdehin üzərinə qoyulması” tələbinə dair 2(004)- 2266/2022 saylı mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(004)- 2266/2022 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2977/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2977/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver