Məhkəmə qərarları › İş №e-2(004)-3005/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3005/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3005/2023 23.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 177,92 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə əsaslandırılmış etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçıSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli “bank hesabı müqaviləsi”nə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat əsasən sonuncuya debet kartı verilmişdir. Cavabdeh Bank Respublika ASC ilə bağladığı “bank hesabı müqaviləsi” əsasında yaradılmış **********232365001 saylı kart hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin xx.xx.2014-cü il tarixdə yaranan texniki xəta səbəbindən həmin vaxt qeyd olunan kart hesabında 35.08 ABŞ dolları məbləğində pul vəsaiti olduğu təqdirdə o, 45.2 ABŞ dolları məbləğində pul vəsaitinı istifadə etdiyindən ilkin olaraq hesabında 10.12 ABŞ dolları məbləğində kəsr (overdraft) yaranmışdir. Bundan sonra isə əlavə olaraq dörd dəfə xx.xx.2014-cü il tarixlərdə 36.16 və 7.8 ABŞ dolları, xx.xx.2014-cü il tarixlərdə isə 77.59 və 46.25 ABŞ dolları məbləğində pul vəsaitinı də, istifadə etmişdir. Nəticədə (10.12+36.16+7.8+77.59+46.25=177.92) 177.92 ABŞ dolları məbləğində overdraft yaranmışdır. Bununla da Cavabdeh tərəfindən banka məxsus 177.92 ABŞ dolları məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin banka məxsus olan 177.92 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 177.92 ABŞ dolları məbləğində əsas, 0.00 ABŞ dolları məbləğində faiz olmaqla, cəmi 177.92 ABŞ dolları məbləğində borcu yaranmışdır. Qeyd olunan fakt 2023-cü il üzrə bankda aparılan daxili audit yoxlaması nəticəsində “Kompleks bank xidməti üzrə əməliyyatlara nəzarət prosesinin auditi” zamanı aşkar edilmişdir. xx.xx.2012-ci il tarixli “bank hesabı müqaviləsi”nin 3.7-ci maddəsinə əsasən müştəri hesab üzrə əməliyyatları hesabda olan vəsait qalığı həddində aparmalıdır. Həmin müqavilənin 4.2.3-cü maddəsinə əsasən müştərinin hesabına səhvən daxil olmuş məbləğlər müştəri tərəfindən 3 (üç) iş günü ərzində geri qaytarılmazsa həmin məbləğlər onun hesabından silinməlidir. Həmin müqavilənin 9.2-ci maddəsinə əsasən tərəflər arasında qarşılıqlı razılaşma əldə edilmədikdə, yaranmış mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. xx.xx.2012-ci il tarixli “bank hesabı müqaviləsi”nin və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətlər nəticəsiz qalmışdır. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Beləliklə müəyyən olunur ki, Cavabdeh Bank Respublika ASC ilə bağladığı “bank hesabı müqaviləsi” əsasında yaradılmış **********232365001 saylı kart hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. xx.xx.2023-cü il tarixli çıxarışa əsasən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə kart hesabında 35,08 ABŞ dolları məbləğində pul vəsaiti olduğu təqdirdə o, 45,2 ABŞ dolları məbləğində pul vəsaitinı istifadə etdiyindən ilkin olaraq hesabında 10,12 ABŞ dolları məbləğində kəsr (overdraft) yaranmışdır. Bundan sonra isə əlavə olaraq dörd dəfə xx.xx.2014-cü il tarixlərdə 36,16 və 7,8 ABŞ dolları, xx.xx.2014-cü il tarixlərdə isə 77,59 və 46,25 ABŞ dolları məbləğində pul vəsaitinı də, istifadə etmişdir. Nəticədə yaranmış overdraft 177,92 ABŞ dollar məbləğ iddiaçı tərəfindən əsassız olaraq istifadə edilmişdir. İş materiallarında xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh texniki overdraft nəticəsində ümumilikdə 177,92 ABŞ dolları məbləğində bocu mövcuddur. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 177,92 ABŞ dolları məbləğində borc alınaraq İddiaçı ASC-yə ödənilməlidir. İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. Cavabdeh 177,92 (yüz yetmiş yeddi dollar doxsan iki sent) ABŞ dolları məbləğində borc, həmçinin 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar