Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3035/2024 10.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmək müqaviləsi, işə bərpa, əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 xx.xx.2024-cü il tarixli, 172/3-4-421/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıxx.xx.2019-cu il tarixdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.7-ci maddəsinə əsasən stajçı kimi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri, Sabunçu rayon X7 Məşğulluq tədbirlərisektorunun məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2020-ci il tarixdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.7-ci maddəsinə əsasən sınaq müddətinə tutduğu vəzifəyə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə əsasən sınaq müddəti saxlanılmaqla Xidmətin 4 saylı Ərazi Məşğulluq Mərkəzinin Müraciətlərlə iş və təsərrüfat sektoru məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.7-ci və 17.1-ci maddələrinə əsasən daimi dövlət qulluğuna qəbul edilmişdir və ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı 1 ay sınaq müddəti olmaqla, 3 ay müddətinə X2 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə həmin qurumun Təhlil və tərəfdarla iş şöbəsində aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə struktur dəyişikliyinə əsasən filial 4 saylı Ərazi Məşğulluq filialıadlandırılmışdır. xx.xx.2022ci il tarixdə iddiaçı Bakı Regional Məşğulluq filialının İşsizşəxslərlə iş şöbəsində aparıcımütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə həmin şöbədə böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı AR Əmək Məcəlləsinin 68-cimaddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək fəaliyyəti dövründə iddiaçı dəfələrlə özünü peşəkar işçi kimi göstərmiş və peşəkarlıq səviyyəsinin yoxlanılması üçün keçirilmiş test imtahanından yüksək nəticələr əldə etmişdir (3 imtahandan 40 mümkün baldan 21 və 29-u, sonuncu dəfə 50 mümkün baldan 37-i toplamışdır) Məhz bu imtahanların nəticələrinə əsasən iddiaçıya mükafatlar verilmişdir. Təsadüfi deyil ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində aparıcı mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirildikdən 1 il 4 ay sonra, xx.xx.2023-cü il tarixdə həmin şöbədə böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X12arasında xx.xx.2020-ci il tarixdə sınaq müddəti ilə müqavilə bağlanmışdır. İddiaçı inzibati vəzifə tutmuş dövlət qulluqçusu olduğu və daimi dövlət qulluğuna qəbul edildiyi üçün Agentlik tərəfindən onunla sınaq müddəti müəyyən edilməklə müddətli əmək müqaviləsi bağlanması qanunvericiliyin tələblərinə zidd olmuşdur. İşlədiyi müddətdə iddiaçının heç bir nöqsanı olmamış və vəzifə funksiyalarını layiqincə yerinə yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X12 yaradılana qədər iddiaçı dövlət qulluğunda inzibati vəzifələrtutmuşdur və ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Lakin buna baxmayaraq, iddiaçı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X12 arasında xx.xx.2020-ci il tarixdə sınaq müddəti ilə müqavilə bağlanmışdır. Cavabdehlə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün iddiaçı Bakı şəhəri, 16 saylı Mediasiya Təşkilatına müraciət etsə də mübahisə öz həllini tapmamışdır və iddiaçıməhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa iddiaçı vəzifədən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 172/3-4-421/2024 nömrəli əmrin surətini cavabdehdən tələb etsə də, əmrin surətinin ona təqdim edilməsindən imtina edilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçı sonuncu dəfə dövlət qulluğunda AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 4 saylı Ərazi Məşğulluq Mərkəzinin Müraciətlərlə iş və təsərrüfat sektoru məsləhətçisi vəzifəsində çalışmış və həmin vəzifədə olarkən dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı 1 ay sınaq müddəti olmaqla, 3 ay müddətinə X2 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Qeyd edilən hallardan müəyyən olunur ki, iddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X9 ilk əmək fəaliyyətinə başladığı dövrdə o, dövlət qulluğunda çalışdığı vəzifə ilə eyni xarakterli vəzifəyə təyin edilmişdir. İddiaçının əmək kitabçasında onun daimi dövlət qulluğuna qəbul edilməsi barədə qeyd vardır və bu həm onun sonuncu dəfə dövlət qulluğunda tutduğu vəzifənin, həm də X6 X9 tutduğu vəzifənin daimi xarakter daşıdığını göstərir.
3. Cavabdehin iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə əmək münasibətləri yarandığı zaman olduğu kimi, əmək müqaviləsinə xitam verildiyi zaman da Agentlik tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə riayət edilmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi kimi 30 iyul 2020-ci il tarixdə İddiaçı dövlət qulluğuna Nazirliyin müvafiq əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz xahişi əsasında xitam verilmişdir. Bundan sonra yeni işəgötürən olan Agentlik ilə İddiaçı arasında 5 avqust 2020-ci il tarixdə əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 3 ay müddətində bağlanmış və mütəmadi olaraq uzadılmışdır. Bir daha vurğulayır ki, iddiaçı ilə müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılaşması ilə, iddiaçının özünün sərbəst iradə ifadəsi ilə imzalanmaqla bağlanmışdır. Müqavilə bağlanarkən Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinin tələbləri pozulmadığından qanuni hesab edilməlidir. Eyni zamanda işçilərlə müddətli əmək müqaviləsinin bağlanması işəgötürənin hüququdur və Agentlik bu hüququndan istifadə etmişdir. İddiaçı isə könüllü olaraq bu müqaviləni bağlayaraq buna dair sərbəst iradəsini ifadə etmiş, əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması barədə məlumatlı olmuşdur. İddiaçı əmək müqaviləsinə Agentliyin 6 aprel 2024-cü il tarixli 3-17- 2/3-4-421/2024 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqavilənin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. Bundan əlavə, İddiaçı ona “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının şamil olunmalı olduğu barədə iddiaları da tamamilə əsassızdır. Belə ki, İddiaçı dövlət qulluğuna xx.xx.2020-ci il tarixdən öz xahişi ilə xitam verilmiş, xx.xx.2020-ci il tarixdən İddiaçı yeni işəgötürənlə (Agentlik) əmək müqaviləsi bağlamışdır. Agentlik publik hüquqi şəxs olduğu üçün işçiləri ilə əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənməkdədir. Əlavə olaraq bildirir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Məcəllənin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. İddiaçı Agentlikdə müvafiq vəzifələrə öz razılığı əsasında keçirilmiş və əmək müqaviləsinə dəyişiklikləri özü şəxsən imzalamışdır. Qeyd edilməlidir ki, müvafiq müddətli əmək müqaviləsi dəfələrlə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bir neçə dəfə uzadılsa da, iddiaçı tərəfindən həmin uzadılmalarla razılaşmaması ilə bağlı Agentliyə heç bir rəsmi müraciət daxil olmamış, habelə müqavilə üzrə aidiyyəti əlavələr iddiaçı tərəfindən imzalanaraq təsdiqlənmişdir. Bu hal özlüyündə onu deməyə əsas verir ki, iddiaçı özü müddətli əmək müqaviləsi ilə bağlı müsbət iradəsini ifadə etmiş, həmin müddət ərzində iradə ifadəsi məhz müddətli əmək müqaviləsinin qüvvədə qalması istiqamətində olmuşdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi bir digər nüans ondan ibarətdir ki, iddiaçı ilə Agentlik arasında bağlanmış müddətli əmək müqaviləsi əmək qanunvericiliyinin pozulması ilə xitam verilmişdir. İddia ərizəsinin qeyd edilən hissədə etibarsızlığı ilə bağlı bildiririk ki, tərəflər arasında olan müddətli əmək müqaviləsinin xitamı əmək müqaviləsinin xitamı ilə bağlı qanunvericiliyin aidiyyəti müddəalarına uyğun həyata keçirilmişdir. İddiaçının guya ona işdən çıxma əmrinin surətinin təqdim edilməməsi barədə iddiaları əsassızdır. Bununla bağlı İddiaçı Agentliyə heç bir yazılı müraciət təqdim etməmiş, əmək müqaviləsinə xitam verildikdən 1 gün sonra özü şəxsən X5 departamentinə gəlmiş və ona həmin əmrin təsdiq edilmiş surəti təqdim olunmuşdur. Daha sonra cavabdeh iddia ərizəsinə etiraza əlavə təqdim edərək, istinad edilən norma mahiyyəti baxımdan işçi və işəgötürənə müddətli əmək müqaviləsi əsasında əmək münasibətlərinə girmək aspektindən Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan digər hallardan daha geniş hərəkət imkanı təsbit edir. Belə ki, Məcəllənin 47-ci maddəsinin “f bəndinə əsasən tərəflər arasında müddətli əmək müqaviləsinin bağlanması zamanı digər hallardan fərqli olaraq 2 əsas şərtin ödənilməsi tələbi müəyyən olunur: a) tərəflərin hüquq bərabərliyi və b) qarşılıqlı razılığı. Nəzərə alınmalıdır ki, tərəflərin hüquq bərabərliyi halı hər iki tərəfə münasibətdə eyni sərhədlər çərçivəsində təmin edilmişdir.Belə ki, müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı hissədə Agentlik tərəfindən iddiaçıya münasibətdə üstün mövqedən çıxış edilərək onun iradəsinə hər hansısa bir formada təsir olmamışdır. Bu fakt iddiaçı tərəfindən birinci hazırlıq iclasında ümumiyyətlə mübahisələndirilməmiş, habelə iddia ərizəsində və ya iddia ərizəsinə əlavədə bununla bağlı hər hansısa bir tələblə çıxış edilməmiş və bu hala münasibətdə qeyd edilən mövqenin əksini sübut edə biləcək dəlillər iddiaçı tərəfindən təqdim edilməmişdir.Tərəflərin istər əmək, istər mülki hüquqi müqavilələr üzrə qarşılıqlı razılığı məsələsi ilə bağlı qeyd edilməlidir ki, ümumi müqavilə hüququ nəzəriyyəsi baxımından hər hansısa bir müqavilənin etibarlı bir əqd hesab olunması üçün aidiyyəti qanunvericilikdə nəzərdə tutulan hüquq normalarının pozulması ilə müşayiət olunmayan və tərəflərin bir-birinə uyğun iradə ifadəsinin olması yetərlidir. Əmək qanunvericiliyində müqavilədən öncə tərəflərin iradə ifadəsinin məxsusi forması müəyyən edilməyərək hər iki tərəfin iradə ifadəsi nəticəsi olan müvafiq əmək müqaviləsini (müddətli və ya müddətsiz olmasından asılı olmayaraq) imzalaması məhz tərəflərin qarşılıqlı razılığı olaraq qiymətləndirilməkdədir. Əks halda bu yanaşma mövcud əmək bazarında tətbiq edilən bütün əmək müqavilələrinin etibarlılığı ilə bağlı suallar doğura, nəticə etibarilə hüquqi baxımdan müddətli əmək müqaviləsi anlayışının zədələnməsinə gətirib çıxa bilər.Əlavə olaraq nəzərə alınmalıdır ki, müddətli əmək müqaviləsinə münasibətdə “qarşılıqlı razılıq” və “hüquq bərabərliyi” kimi anlayışlara işçinin işəgötürənə münasibətdə daha zəif olması ilə bağlı hakim mövqeyə əsaslanaraq formal yanaşılması nəticə etibarilə Məcəllənin 47-ci maddəsinin “f bəndinin hüquqi qüvvəsinin məhdudlaşdırılmasına, habelə müvafiq tənzimləmənin funksiyasızlaşdırılmasına gətirib çıxarır. Qeyd edilən normaya münasibətdə nəzərə alınmalıdır ki, həmin müddəa Məcəllənin 47- ci maddəsində sadalanan digər hallardan hüquqi təbiəti ilə etibarilə fərqlənsə belə, işçi və işəgötürən arasında müddətli əmək müqaviləsinin bağlanması imkanına münasibətdə müstəqil haldır. Belə olduğu təqdirdə Məcəllənin 47-ci maddəsinin “f bəndinin 47-ci maddədə sadalanan digər hallarla qarşılaşdırılması və buna münasibətdə əsassız iddia tələbi ilə çıxış edilməsi maddi hüquq normasının hüquqi konteksindən kənardır. İddiaçı tərəfindən təqdim edilən iddia ərizəsinə əlavədə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum Qərarına (bundan sonra - Plenum Qərarı) istinad edilmişdir. Sözügedən iddia ərizəsinə əlavənin qeyd edilən Plenum Qərarına istinad edilən hissəsinin təhlili onu deməyə əsas verir ki, iddiaçı tərəf müvafiq Plenum Qərarının hüquqi mahiyyətini düzgün müəyyən edə bilməmişdir. Belə ki, qeyd edilən Plenum Qərarında hakim mövqe ondan ibarətdir ki, Məcəllənin 47-ci maddəsinin “f bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq mümkündür.İddiaçı tərəf isə iddia ərizəsinə əlavədə Məcəllənin 47-ci maddəsinin digər bəndlərində (“f bəndindən kənar) qeyd edilən halların mövcud olmamasına istinad edərək tərəflər arasında Məcəllənin 47-ci maddəsinin “f bəndinə uyğun müddətli əmək müqaviləsinin bağlanmasının hüquqauyğunluğunu mübahisələndirir ki, qanunvericilik baxımdan bu yanaşma hüquqi yanaşma olaraq qiymətləndirilə və nəzərə alına bilməz. Çünki Məcəllənin 47-ci maddəsinin “f bəndi həmin Məcəllənin 47-ci maddəsinin digər bəndlərində nəzərdə tutulan hallar olduğu təqdirdə müddətli əmək müqaviləsinin bağlanması ilə şərtləndirilmir və müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı hissədə müstəqil hal kimi çıxış edir. Nəzərə alınmalıdır ki, hazırkı əmək mübahisəsi üzrə iddiaçı tərəfindən təqdim edilən iddia ərizəsinə əlavədə Plenum Qərarına istinad cavabdeh qismində Agentliyin mövqeyini tam təsdiqedici mahiyyətlidir. Belə ki, həm müddətli əmək müqaviləsi bağlanan zaman, həm də əmək fəaliyyəti dövründə iddiaçı tərəfindən müddətli əmək müqaviləsinin bağlanmasına etiraz edilməsi ilə bağlı işəgötürənə hər hansısa bir müraciət daxil olmamışdır. Hazırda davam edən məhkəmə prosesi üzrə də iddiaçı tərəfindən tərəflərin qarşılıqlı razılığının və hüquq bərabərliyinin pozulması halının təsdiqi ilə bağlı hər hansısa mötəbər sübut məhkəməyə təqdim edilməmiş, qeyd edilən nüanslar ümumiyyətlə mübahisələndirilməmişdir.Nəticə etibarilə məhz bu nüans belə özlüyündə onu deməyə əsas verir ki, iddiaçı və cavabdeh arasında yaranmış və davam etmiş münasibətlər tərəflərin hüquq bərabərliyi və qarşılıqlı razılığı şərtlərinə tam cavab vermişdir. Agentliklə əmək münasibətlərinə daxil olarkən sınaq müddətinin tətbiq edilməsi, müddətli əmək müqaviləsinin bağlanması Agentliyin təşkilati-hüquqi strukturunun publik hüquqi şəxs olması və Agentliyin öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq etməsi ilə əlaqədardır. Yuxarıda qeyd edilən bütün hallar üzrə Agentlik tərəfindən əmək qanunvericiliyinə tam əməl edildiyinə görə sadalanan hallarda işçi qismində iddiaçının hər hansısa bir hüquq pozuntusu ilə üzləşməsi məntiqi olaraq mümkün deyil.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh öz səlahiyyətlərindən sui-istifadə edərək xx.xx.2024-cü il tarixdə onu işdən azad etmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixində Dövlət Məşğulluq Xidmətində daimi dövlət qulluqçusu məsləhətçi vəzifəsinə keçmiş, xx.xx.2020-ci il tarixində isə Dövlət Məşğulluq Xidmətinin ləğv olunması ilə əlaqədar məcburi könüllü qaydada öz arzusu ilə dövlət qulluğuna xitam vermişdir. X3 işə qəbul olunmazdan əvvəl bütün digər işçilər kimi ondan da ərizə alınmış və həmin ərizədə müvafiq vəzifəyə təyin edilməsinə etirazının olmadığını ifadə etmişdir. xx.xx.2020-ci il tarixdə isə X1 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Daha sonra bir neçə dəfə əmək müqaviləsinin müddəti müxtəlif müddətlərə uzadılmışdır. Agentlikdə yerinə yetirdiyi iş Dövlət Məşğulluq Xidmətində yerinə yetirdiyi vəzifəyə uyğun olmuşdur. Fəaliyyəti dövründə uğurlu olmuş, heç vaxt barəsində intizam tədbiri görülməmiş, işəgötürən tərəfindən keçirilmiş attestasiyalardan uğurla keçmişdir. Xidmət Agentlik olduqdan sonra da əmək funksiyasının mahiyyəti dəyişməmişdir. Onun yerinə yetirdiyi iş daimi xarakter daşımışdır. Cavabdeh tərəfindən onunla əmək münasibətlərinə xitam verilən vaxt qanun pozuntuları olmuşdur. Belə ki, o nə işdən çıxma barədə əmrlə tanış edilmiş, nə də ona əmrin surəti təqdim olunmuşdur. Onunla əmək müqaviləsinə xitam verilən gün işdə olmuş, rəhbəri dəvət edib onunla əmək müqaviləsinə xitam verdiyini bildirmiş və əmək kitabçasını ona təqdim etmişdir. O, əmək müqaviləsinə xitam verilmə ilə bağlı əmrlə tanış edilməmiş, ona əmrin surəti təqdim edilməmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının Dövlət Məşğulluq Xidmətində və X3 yerinə yetirdiyi iş uyğun olmuşdur. Onun yerinə yetirdiyi iş daimi xarakter daşımışdır. Odur ki, cavabdeh onunla müddətli əmək müqaviləsi bağlaya bilməzdi. Həmçinin cavabdeh tərəfindən də işə xitam verilən vaxt da bir sıra nöqsanlara yol verilmiş, iddiaçı işdən çıxma əmri ilə tanış olmamış, ona əmrin surəti təqdim edilməmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etirazı müdafiə edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı dövlət qulluğundan öz ərizəsi ilə çıxmış, ona heç bir təyziq göstərilməmişdir. İşəgötürən tərəflərin hüquq bərabərliyi prinsipinə əmək etməklə iddiaçının razılığı ilə onunla müddətli əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsi bağlanan zaman qanunvericiliyin tələbləri pozulmamışdır. İddiaçı onunla əmək müqaviləsi bağlanan vaxt müqavilənin müddətli olmasından məlumatlı olmuş və heç bir etiraz etməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığı üçün işəgötürənin iradə ifadəsinə uyğun olaraq onunla bağlanmış müqaviləyə xitam verilmiş və bu zaman qanunvericiliyin tələbləri pozulmamışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. X6 X12 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 3 ay müddətinə Agentliyin 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir.
10. İddiaçı məxsus olan xx.xx.2017-ci il tarixli, ******* saylı əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixli, ********** saylı əmrə əsasən AR ƏƏSMN yanında Dövlət Məşğulluq xidmətinin X7 Məşğulluq tədbirləri sektoru məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, ********** saylı əmrə əsasən Xidmətin 4 saylı Ərazi Məşğulluq Mərkəzinin Müraciətlərlə iş və təsərrüfat sektoru məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixdə **********3 saylı əmrə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş (dövlət qulluğuna xitam verilməklə), xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, **********2 saylı əmrə əsasən Agentliyin 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, **********0 saylı əmrə əsasən Təhlil və tərəfdaşlarla iş şöbəsində aparıcı mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli, ********** saylı əmrinə əsasən Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində aparıcı mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə eyni tarixli əmrlə həmin şöbədə böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli, 172/3-4-421/2024 saylı əmrə əsasən AR ƏM-in 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
11. AR ƏƏSMN-in tabeliyində X2 xx.xx.2020-ci il tarixli, **********2 nömrəli əmrindən çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən tərəflərin qarşılıqlı razılığına əsasən 3 ay müddətində Agentliyin 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir.
12. AR ƏƏSMN-in tabeliyində X2 xx.xx.2020-ci il tarixli, **********0 nömrəli əmrindən çıxarışa əsasən müəyyən olunur ki, Mahmudova X4 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Təhlil və tərəfdaşlarla iş şöbəsində aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir.
13. AR ƏƏSMN-in tabeliyində X2 xx.xx.2022-ci il tarixli, **********9 nömrəli əmrindən çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir.
14. AR ƏƏSMN-in tabeliyində X2 xx.xx.2022-ci il tarixli, 3-17-2/3-4-1120/2023 nömrəli əmrindən çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir.
15. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b bəndi əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilmişdir.
16. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 1 nömrəli, xx.xx.2020-ci il tarixli razılığa əsasən müəyyən edilir ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci maddəsi dəyişdirilərək o, X2 4 saylı Ərazi Məşğulluq Mərkəzinin filialının Təhlil və tərəfdaşlarla iş şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir.
17. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 2 nömrəli, xx.xx.2021-ci il tarixli dəyişikliyə əsasən müəyyən edilir ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci maddəsi dəyişdirilərək “3 ay” sözləri “2 ay” sözləri ilə əvəz edilmişdir.
18. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 3 nömrəli, xx.xx.2021-ci il tarixli dəyişikliyə əsasən müəyyən edilir ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci maddəsi dəyişdirilərək “2 ay” sözləri “12 ay” sözləri ilə əvəz edilmişdir.
19. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 4 nömrəli, xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən müəyyən edilir ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci maddəsi dəyişdirilərək o, X2 Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində aparıcı mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə təyin edilmişdir.
20. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
22. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
23. Həmin Məcəllənin 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
24. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
25. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
26. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
27. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 28.7-ci bəndinə əsasən stajçı kimi AR ƏƏSMN yanında Dövlət Məşğulluq xidmətinin X7 Məşğulluq tədbirləri sektoru məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə həmin vəzifəyə sınaq müddəti ilə, xx.xx.2020-ci il tarixdə isə daimi dövlət qulluğu vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş (dövlət qulluğuna xitam verilməklə), xx.xx.2020-ci il tarixdə Agentliyin 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Təhlil və tərəfdaşlarla iş şöbəsində aparıcı mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində aparıcı mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə həmin şöbədə böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli, 172/3-4-421/2024 saylı əmrlə AR ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
28. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı AR ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin nəzdində fəaliyyət göstərən qurumlarda ümumilikdə 2019-cu ildən 2024-cü ilədək işləmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə AR ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə daimi dövlət qulluğuna qəbul olunmuş və cəmi 27 gün sonra öz arzusu ilə xx.xx.2020-ci il tarixdə öz ərizəsi ilə dövlət qulluğuna xitam verilməklə işdən azad edilmiş, 5 gün sonra yəni– xx.xx.2020-ci il tarixdə 3 ay müddətinə yeni yaranmış “X6” X9 müddətli əmək müqaviləsi bağlanmaqla yenidən işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi iki dəfə yenidən 3 ay müddətinə uzadıldıqdan sonra, xx.xx.2021-ci il tarixli müqaviləyə əlavəyə əsasən müqavilənin müddəti 2 ay müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli müqaviləyə əlavəyə əsasən müqavilənin müddəti 12 ay müəyyən edilmiş bundan sonra da 3 dəfə 12 ay olmaqla müddət uzadılmış və xx.xx.2024-cü il tarixdə sonuncu uzadılma müddəti bitdiyindən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilmişdir.
29. Əvvəla, işdən görünür ki, yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Xidmətin hüquqi varisi olmasa da, hər iki hüquqi şəxs eyni istiqamətlər üzrə fəaliyyət göstərib, yəni Xidmət ləğv edildikdən sonra onun bazasında eyni fəaliyyətlə məşğul olan cavabdeh yaradılıb. Digər tərəfdən, iddiaçının ləğv edilmiş Xidmətdə, həmçinin yeni yaradılmış publik hüquqi şəxsdə əmək funksiyası eyni olmuşdur. Başqa sözlə, iddiaçının əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olub.
30. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. Yaddan çıxarmaq olmaz ki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır.
31. İşin hallarından görünür ki, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmuş, bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan har hansı halların müəyyən edilməmişdir. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o, halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmuş olsun. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmir və bu hal əvvəldən işəgötürənə bəlli olub. Başqa sözlə, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. Lakin, bütün bunlara baxmayaraq işəgötürən, Xidmətə daimi dövlət qulluğuna yeni qəbul olunmuş iddiaçı ilə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlamış, sonradan bir neçə dəfə onula bağlamış əmək müqaviləsinin müddətini artırmış, sonuncu dəfə isə müddətin qurtarmasını əsas tutub onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.
32. Məhkəmə cavabdehin iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etdiyini hissəsi ilə də razılaşmır.
33. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Plenum Qərarında qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
34. Məhkəmə qeyd edir ki, razılıq dedikdə iradə ifadəsi başa düşülür. İradə insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin müddətə (3 aya) münasibətdə motivi yoxdur. Müqavilədəki imza isə müddətə münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz. Motiv yoxdursa, deməli müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Ona görə məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Beləliklə, əmək müqaviləsinin müddətə dair şərti uydurma sayılır. Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır.
35. Bundan başqa yeni daimi dövlət qulluğuna qəbul olunmuş iddiaçının cəmi 27 gün sonra dövlət qulluqçuları üçün qanunvericilikdə nəzərdə tutulmuş təminatların olmasına baxmayaraq bunlardan imtina edib, öz ərizəsi ilə dövlət qulluğuna xitam verərək yeni yaradılmış və nəticə etibarı ilə eyni istiqamətlər üzrə fəaliyyət göstərən publik hüquqi şəxslə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlaması onun həqiqi iradə ifadəsini əks etdirə və əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, mübahisəsizdir ki, müddətsiz əmək müqaviləsinin bağlanması işçinin əmək hüquqlarının təmin edilməsi üçün daha uyğundur. Həmçinin müəyyən edilir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi işəgötürənin diqtəsi ilə bağlanmış və iddiaçının həqiqi iradəsini ifadə etməmişdir. İddiaçı özü də bildirir ki, o heç vaxt fikirləşməmişdir ki, öz vəzifələrini layiqincə yerinə yetirdiyi müddətdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin.
36. Məhkəmə qeyd edir ki, yalnız struktur dəyişikliyi olmuş, eyni fəaliyyət istiqamətini həyata keçirən müəssisədə daimi xarakter daşıyan vəzifə olmasına baxmayaraq, işçi ilə 3 ay müddətinə əmək müqaviləsinin bağlanması, sonrakı tarixlərdə isə 2 dəfə 3 ay, 1 dəfə isə 2 ay və 3 dəfə 12 ay müddətinə müddətinin uzadılması işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
37. Məhkəmə iddiaçının müddətli əmək müqaviləsi bağlayarkən onun işsiz qalmaq təhlükəsi ilə üzləşməsini nəzərə alaraq hesab edir ki, iddiaçı ilə işəgötürən cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır.
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh 06.04. 2024-cü il tarixli, 172/3-4-421/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehndə Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə bərpa edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh 06.04. 2024-cü il tarixli, 172/3-4-421/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehndə Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə bərpa edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ülkər Xəlil