Məhkəmə qərarları › İş №e-2(004)-31/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-31/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-31/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli DKM/**********83021/İP№-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, m 102 (yeni qaydalarla: ünvan 1 ünvanında 19 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 190.3 kv.m. ümumi, 100.5 kv.m. yaşayış, 89.8 kv.m. yardımçısahədən ibarət, 4 otaqlı mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və və həmin əmlak obyektinin satışından əldə olunan vəsaitlər hesabına borc alan "xxxx" MMCni xx.xx.2021-ci il tarixli DKM/**********83021 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 205.425,78 (iki yüz beş min dörd yüz iyirmi beş manat 78 qəpik) manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 18.181,43 (on səkkiz min bir yüz səksən bir manat 43 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 6399,47 (altı min üç yüz doxsan doqquz manat 47 qəpik) manat məbləğində penya, cəmi 230.006,68 (iki yüz otuz min altı manat 68 qəpik) manat və xx.xx.2023-cü il tarixindən başlayaraq qətnamənin qəbuledildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat ASC «Xalq» Bankının xeyrinə tutulması, 2) İddia ərizəsinin verilməsinə görə 520,01 (beş yüz iyirmi manat 01 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə"xxxx" MMC(Borcalan)arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM/**********83021 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən, İddiaçı tərəfindən Borcalana 60 (altmış) ay müddətinə, kreditdən istifadəyə görə illik 12 % (on iki faiz) ödənilməsişərtilə, 250 000 (iki yüzəllimin) manat məbləğində kredit verilmişdir. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı, Borcalan"xxxx" MMCvə Cavabdeh arasında sonuncuya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, m 102 (yeni qaydalarla: ünvan 1 ünvanında 19 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 190.3 kv.m. ümumi, 100.5 kv.m. yaşayış, 89.8 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı mənzilin (bundan sonra “İpoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2021-ci il tarixli DKM/**********83021/İP №-li İpoteka müqaviləsi (bundan sonra “İpoteka müqaviləsi” adlandırılacaq) bağlanmışdır. Qeyd edilən İpoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli ********** qeydiyyat №-li Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Ödəniş cədvəlinə əsasən, kreditin verildiyi müddətin ilk 6 (altı) aylıq dövrü Borcalana güzəşt müddəti müəyyən edilmişdir. Borcalan, qeyd edilən müddət ərzində yalnız faktiki istifadə edilmiş kredit məbləğinə hesablanan faizləri kredit borcunun yarandığı aydan başlamaqla hər ayın 17-dən gec olmayaraq ödəməyi, güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlamaqla kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürsə də, bu öhdəliklərini kobud şəkildə pozmuş, kredit müqaviləsi üzrə əsas borc məbləğinin və əsas borc məbləğinə hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə borcalan "xxxx" MM-Cnin Kreditor qarşısında ümumi borcu 223 607.21 (iki yüz iyirmi üç min altı yüz yeddi manat 21 qəpik) manat təşkiledir ki, bununa da 205 425.78 (iki yüz beş min dörd yüz iyirmi beş manat 78 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 18 181.43 (on səkkiz min bir yüz səksən bir manat 43 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə Banka Kredit xətti müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2023-cü il tarixinə bu məbləğ 6 399.47 (altımin üç yüz doxsan doqquz manat 47 qəpik) manat təşkiledir. Kredit xətti müqaviləsi üzrə Borcalan "xxxx" MMCtərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən, əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən «İpoteka haqqında» Qanunun 36-cımaddəsinə uyğun olaraq,Cavabdeh İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli BO-XO- 25.6.2023-006 nömrəli bildiriş göndərilmiş və İddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün bu əmlak obyektlərinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli BO-XO- 25.6.2023-006 №-li bildirişin qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli 20Y-XO- 18.7.2023-001 №-li ərizə ilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş və həmin İdarə tərəfindən bildirişin qeydə alınması barədə Banka məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və İddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməliaddım atılmamışdır. İddiaçı ilə borc alan "xxxx" MMCarasında bağlanmış Kredit xətti müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki:“Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasənbir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faizformasında zərərin (realzərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ciabzas) hüquqimövqeyinə görə isə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin „Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair”09 iyul 2009-cu il tarixli qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində onun qəbul olunduğu günədək faizlərin və penyanın hesablanmalı olduğunun göstərilməsi hüquqimüəyyənliyin təmin olunmasında xüsusiəhəmiyyətə malikdir. Məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilib-edilməməsi ilə bağlı) Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirlər ki, xx.xx.2023-cü il tarixindən etibarən qətnamə qəbul edilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlərin və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetlərinin dəyərindən İddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. İş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, mülki işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5510/2023 saylı, xx.xx.2023-cü tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh və maraqlı şəxs "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə Kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki işin baxılması üçün ərazi aidiyyatı üzrə Kommersiya Məhkəməsinə göndərilməsinə dair Cavabdeh tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayətlə məhkəmə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5510/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(004)- 5510/2023 saylı qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-7765/2023 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qərardadından verilmiş şikayət qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-328/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5510/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Məhkəmə prosesinin gedişində İddiaçı "xxxx" ASC xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə iddia həcminin artırılması barədə ərizə ünvanlayaraq, xx.xx.2021-ci il tarixli DKM/**********83021/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, m 102 (yeni qaydalarla: ünvan 2 ünvanında 19 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 190.3 kv.m. ümumi, 100.5 kv.m. yaşayış, 89.8 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı mənzilə tutma yönəldilsin, ipoteka predmeti açıq hərracda satılsın və və həmin əmlak obyektinin satışından əldə olunan vəsaitlər hesabına borc alan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli DKM/**********83021 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 205 425.78 (iki yüz beş min dörd yüz iyirmi beş manat 78 qəpik) manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə xx.xx.2023-cü il tarixinədək illik 12% dərəcəsi ilə hesablanmış 10 306,78 (on min üç yüz altı manat 78 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək illik 11 % dərəcəsi ilə hesablanmış 37 248,34 (otuz yeddi iki yüz qıx səkkiz manat 34 qəpik) manat məbləğində əldən çıxmış fayda, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 51 507,55 (əlli bir min beş yüz yeddi manat 55 qəpik) manat məbləğində penya, cəmi 304 488,45 (üç yüz dörd min dörd yüz səksən səkkiz manat 90 qəpik) manat və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat ASC «Xalq» Bankının xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə 594,49 (beş yüz doxsan dörd manat 49 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin Cavabdeh iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir xx.xx.2020-ci il tarixli **********33820/İM №-li İpoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli DKM/**********47221-SİM №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə cavabdeh X2ma məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvanı küçəsində istifadəsində olan 0.02228 ha torpaq sahəsində yerləşən 23 nömrəli, zirzəmi, 3 mərtəbə və mansarddan ibarət, 1171.12 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına Borc alan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli **********33820 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 118 548,22 (bir yüz on səkkiz min beş yüz qırx səkkiz manat 22 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanmış 15 228,13 (on beş min iki yüz iyirmi səkkiz manat 13 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış 2382,82 (iki min üç yüz səksən iki manat 82 qəpik) manat məbləğində zərərin (əldən çıxmış favdanın) əvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 13589,95 (on üç min beş yüz səksən doqquz manat 95 qəpik) manat məbləğində penya olmaqla, cəmi 149 749,12 (bir yüz qırx doqquz min yeddi yüz qırx doqquz manat 12 qəpik) manat məbləğində və Borc alan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli DKM/**********47221 №-li Kredit xətti müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 27 534,33 (iyirmi yeddi min beş yüz otuz dörd manat 33 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2 764 (iki min yeddi yüz altmış dörd) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış 2 907,62 (iki min doqquz yüz yeddi manat 62 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5 384,58 (beş min üç yüz səksən dörd manat 58 qəpik) manat məbləğində penva olmaqla, cəmi 38 590,53 (otuz səkkiz min beş yüz doxsan manat 53 qəpik) manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə cəmi 270 (iki yüz yetmiş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 478,61 (dörd yüz yetmiş səkkiz manat 61 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər "xxxx" MMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM/**********83021 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə illik 12 faiz dərəcəsi ilə 60 ay müddətinə 250.000 (iki yüz əlli min) manat məbləğində kredit verilməyi, borcalan isə kreditdən tikinti sektorunda tikintilayihə işlərinin görülməsi məqsədilə istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh Denizxan qızı və borc alan "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM/**********83021/İP №-li ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Denizxan qızına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, mənzil 102 (yeni qaydalarla: AZ1014, ünvan 3 ünvanında 19 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 190.30 kv.m. ümumi, 100,5 kv.m. yaşayış, 89,8 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Bakı şəhəri 29 saylı notariat ofisində təsdiq edilmiş, dövlət reyestrində 3M-799 nömrə ilə qeydə alınmışdır. İpoteka müqaviləsinin 3.9-cu bəndinə əsasən, bu müqavilənin məqsədləri üçün tərəflər müstəqil, obyektiv və səriştəli hesab etdikləri daşınmaz əmlak qiymətləndiricilərinin aşağıdakı siyahısı ilə razılaşırlar: 1. "xxxx" MMC, 2. "xxxx" MMC, 3. "xxxx" MMC. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh Denizxan qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, mənzil 102 (yeni qaydalarla: AZ1014, ünvan 3 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, Bank tərəfindən cavabdehə borcun ödənilməsi üçün ipoteka predmeti olan əmlakın satılması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin Bakı Ərazi idarəsinə ünvanlanmış məktubdan görünür ki, "xxxx" ASC tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli BO-XO-xx.xx.2023-006 saylı bildirişin qeydiyyatının həyata keçirilməsi xahiş edilmişdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, bankın müraciəti xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır və bildirişin qeyiyyata alınması üçün 15 manat və 30 manat rüsum ödənilmişdir. "xxxx" MMC-nin 47 nömrəli, xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, mənzil 102 (yeni qaydalarla: AZ1014, ünvan 3 ünvanında yerləşən mənzilin bazar dəyəri 430.000 manat, likvid dəyəri 418.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/10029 saylı, 08 yanvar 2025-ci il tarixli ekspert rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, DKM/**********83021/İP nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə suallara soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 211821,16 manat, faiz borcu üzrə 11137,26 manat, xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 211821,16 manat, faiz borcu üzrə 19257,07 manat. xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 211821,16 manat, faiz borcu üzrə 44887,43 manat. Ekspert qarşısında qoyulmuş sonuncu sualda soruşulanlar üzrə qeyd edilir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DKM/**********83021/İP saylı kredit müqaviləsi üzrə müqavilənin müddətinin 60 ay olması, o cümlədən həmin müddətin də xx.xx.2026-cı il tarixində bitəcəyi nəzərə alınaraq bu sual üzrə tədqiqat aparılmadı. "xxxx" MMC-nin YDQM 004-002/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli rəyinə əsasən, Bütün göstərilənləri nəzərə alaraq, aparılan təhlil və hesablamalar nəticəsində, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-28, mənzil 102 (yeni qaydalarla, ünvan 5 ünvanında yerləşən 19 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 190.30 kv.m ümumi 100.50 kvşm yaşayış 89.80 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilin qiymətləndirmə tarixinə Bazar dəyəri 498.000 (dörd yüz doxsan səkkiz min) manat, likvid dəyəri 435.000 (dörd yüz otuz beş min) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, İddiaçı "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM/**********83021 saylı kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə illik 12 faiz dərəcəsi ilə 60 ay müddətinə 250.000 (iki yüz əlli min) manat məbləğində kredit verilməyi, borcalan isə kreditdən tikinti sektorunda tikinti-layihə işlərinin görülməsi məqsədilə istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh Denizxan qızı və borc alan "xxxx" MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli DKM/**********83021/İP №-li ipoteka müqaviləsinə, kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Denizxan qızına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, mənzil 102 (yeni qaydalarla: AZ1014, ünvan 3 ünvanında 19 mərtəbəli binanın 14cü mərtəbəsində yerləşən 190.30 kv.m. ümumi, 100,5 kv.m. yaşayış, 89,8 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh Denizxan qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, mənzil 102 (yeni qaydalarla: AZ1014, ünvan 3 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə və onun 1 №-li Əlavəsi olan ödəniş cədvəlinə əsasən borc alan "xxxx" MMC kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin kredit müqaviləsi üzrə borc alan "xxxx" MMC üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuş, kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Borc alan "xxxx" MMC tərəfindən qeyd edilən pozuntulara yol verildiyinə görə iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək, habelə öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Borc alanın kredit müqavilələri üzrə öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozması, kreditin verilməsi müddətinin bitməsinə baxmayaraq bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmaması, və əsas borc məbləğinə hesablanmış faizin müəyyən hissəsini ödəməməsi, bununla da borc alanın kredit müqaviləsinin şərtlərinə riayət etməməsi işin mübahisəsiz hallarındandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İddiaçının ipoteka predmetinə tutma yönəldilməsi yolu ilə kredit borcunun ödənilməsi tələbi qanuni olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək illik 11 % dərəcəsi ilə hesablanmış 37.248,34 (otuz yeddi iki yüz qıx səkkiz manat 34 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-də xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək verilmiş biznes kreditləri üzrə statistik məlumatlara dair arayışa əsasən biznes məqsədləri üçün Bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 11 % faiz təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsindən görünür ki, şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) zərər anlayışı ilə əhatə olunur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunub: “... banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur”. Odur ki, iddiaçı əldə çıxmış fayda formasında zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında qeyd olunub: “Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır”. İddiaçı əldən çıxmış faydanı Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyinə uyğun hesablayıb. Beləliklə, əldən çıxmış faydanın əvəzinin ödənilməsi barədə tələb əsaslıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 51.507,55 (əlli bir min beş yüz yeddi manat 55 qəpik) manat məbləğində penyanın cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli DKM/**********83021 saylı kredit müqaviləsi üzrə 51.507,55 manat məbləğində penya kifayət qədər yüksək olduğundan, penyanın məbləği azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh Denizxan qızına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, mənzil 102 (yeni qaydalarla: AZ1014, ünvan 3 ünvanında 19 mərtəbəli binanın 14cü mərtəbəsində yerləşən 190.30 kv.m. ümumi, 100,5 kv.m. yaşayış, 89,8 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və həmin əmlakın satışından əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC-nin YDQM 004-002/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli rəyinə əsasən 435.000 (dörd yüz otuz beş min) manat müəyyən edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir Belə ki, iş materiallarında olan ƏMDX Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tələbin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 45 (qırx beş) manat rüsum ödəmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli DKM/**********83021/İP nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, m 102 (yeni qaydalarla: ünvan 2 ünvanında 19 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 190.3 kv.m. ümumi, 100.5 kv.m. yaşayış, 89.8 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı mənzilə tutma yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borc alan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli DKM/**********83021 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 205.425,78 (iki yüz beş min dörd yüz iyirmi beş manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, kreditdən istifadəyə görə xx.xx.2023-cü il tarixinədək illik 12% dərəcəsi ilə hesablanmış 10.306,78 (on min üç yüz altı manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək illik 11 % dərəcəsi ilə hesablanmış 37.248,34 (otuz yeddi iki yüz qıx səkkiz manat otuz dörd qəpik) manat məbləğində əldən çıxmış fayda, 1000 (bir min) manat məbləğində penya, cəmi 253.980,90 (iki yüz əlli üç doqquz dörd yüz səksən manat doxsan qəpik) manat və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, İpoteka predmetinin ilkin satış qiyməti 435.000 (dörd yüz otuz beş min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh ödənilmiş 594,49 manat dövlət rüsumunun 543.98 (beş yüz qırx üç manat doxsan səkkiz qəpik) manat hissəsi tutularaq, iddiaçı "xxxx" ASC-nə xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 (bir yüz qırx beş) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli DKM/**********83021/İP nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh qızma məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, m 102 (yeni qaydalarla: ünvan 2 ünvanında 19 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 190.3 kv.m. ümumi, 100.5 kv.m. yaşayış, 89.8 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı mənzilə tutma yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borc alan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli DKM/**********83021 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 205.425,78 (iki yüz beş min dörd yüz iyirmi beş manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, kreditdən istifadəyə görə xx.xx.2023-cü il tarixinədək illik 12% dərəcəsi ilə hesablanmış 10.306,78 (on min üç yüz altı manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək illik 11 % dərəcəsi ilə hesablanmış 37.248,34 (otuz yeddi iki yüz qıx səkkiz manat otuz dörd qəpik) manat məbləğində əldən çıxmış fayda, 1000 (bir min) manat məbləğində penya, cəmi 253.980,90 (iki yüz əlli üç doqquz dörd yüz səksən manat doxsan qəpik) manat və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh ödənilmiş 594,49 manat dövlət rüsumunun 543.98 (beş yüz qırx üç manat doxsan səkkiz qəpik) manat hissəsi tutularaq, iddiaçı "xxxx" ASC-nə ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 435.000 (dörd yüz otuz beş min) manat müəyyən edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 (bir yüz qırx beş) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar