Məhkəmə qərarları › İş №e-2(004)-310/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-310/2023

12.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-310/2023 12.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Hüseynova (Zakirova) Nurlanə Əfsələddin qızı, Cavabdeh4 və Cavabdeh3 qarşı "cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Hüseynova (Zakirova) Nurlanə Əfsələddin qızı, Cavabdeh4 və Cavabdeh3 qarşı "cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, onun ailə üzvləri – atası Cavabdeh4, anası Cavabdeh3, arvadı Cavabdeh2, övladları X12 və X9 və mənzildə olan əşyaları ilə birlikdə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi və həmin mənzilə iddiaçının köçürülməyinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin pay haqqını təşkil edən 144000 (yüz qırx dörd min) ABŞ dollarından Cavabdeh1 borclu qaldığı 85000 (səksən beş min) ABŞ dolları məbləğində borc pul vəsaitinin ondan tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(004)-4436/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 85000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla miqdarı) tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2017-ci il tarixli, 2(103)- 10236/2017 saylı qətnaməsi ilə İddiaçıCavabdeh1 qarşı “pul vəsaitinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(004)-4436/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 12 iyul 2017ci il tarixli, 2(004)-4436/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli, 2(102)- 3402/2018 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2017-ci il tarixli, 2(103)- 10236/2017 saylı qətnaməsi dəyişiklik edilmədən qüvvədə saxlanılmışdır. Bundan başqa, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 vəCavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, cavabdehlə aralarında bağlanmış 06 fevral 2017-ci il tarixli Razılıq sazişinin ləğv edilərək, sazişin 1.1-ci bəndi ilə əvəzləşdirilmiş olan 107.000 ABŞ dollarının və sazişin 1.2 və 1.3-cü bəndinə uyğun olaraq iddiaçıya əlavə olaraq, iddiaçı tərəfindən ödənilmiş 4.500 ABŞ dolları məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 2009-2015-ci illər üçün 220.000 ABŞ dolları məbləğində vəsait ilik ortalama 10%, yənı 22.000 hesablanmaqla, 7 il ərzində 154 000 ABŞ dolları, mənəvi zərərə görə 10.000 manat pulun, məhkəməyə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun və məhkəmədə hüquqlarımın müdafiə edilməsi məqsədilə fərdi qaydada fəaliyyət göstərən Vəkil1 ödənilmiş 200 manat məbləğində müqavilə pulunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə Qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(004)-4960/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı iləCavabdeh1 arasında bağlanmış 06 fevral 2017-ci il tarixli Razılıq sazişinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı xeyrinə 06 fevral 2017ci il tarixdə bağlanmış Razılıq sazişinə əsasən əvəzləşdirilmiş olan 107.000 ABŞ dolları və sazişin 1.2 və 1.3-cü bəndinə uyğun olaraq ödənilmiş 4.500 ABŞ dolları məbləğində pul vəsaitinin dollarının (ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutulması, Cavabdeh1 İddiaçı xeyrinə 1000 manat mənəvi ziyan, 84 manat hüquqi yardıma görə ödənilmiş məbləğ və 13 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli, 2(103)-3272/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(004)-4960/2017 saylı qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli, 2(102)-6396/2018 saylı Qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli, 2(103)-3272/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan məhkəmə Qətnamələrinin icrası ilə əlaqədar Yasamal Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(004)- 4436/17 saylı və Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2(004)-4960/17 saylı icra sənədləri Yasamal rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Qeyd etmək istərdim ki, əvvəl tərəfimdən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə müraciət edilərək, cavabdehlərin, övladları X8 və X5 əşyaları ilə birlikdə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq mənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3554/2019 saylı Qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, övladları X12 və X9 əşyaları ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 1054-cü məhəllə, 60 saylı mənzildən (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 331, M8, m1) çıxarılsınlar və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3554/2019 saylı Qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini, qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1454/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməsi, hazırki iş üzrə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı, xx.xx.2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1454/2020 saylı Qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-1267/2021 saylı Qərarı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1454/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli Qətnaməsi ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4293/2021 saylı Qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmaması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(004)- 3554/2019 nömrəli Qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4293/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3690/2022 saylı Qətnaməsi ilə (hakim Vahid Sadıqov) apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı mülki iş üzrə qəbul etdiyi 29 oktyabr 2019cu il tarixli Qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma tələbinə dair” ilkin iddia tələbi rədd edilməsi, Cavabdeh1 İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia tələbi təmin edilməsi, "xxxx" Fərdi Firması ilə İddiaçı arasında ünvan 3 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında İddiaçı adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 3132 nömrəli reyestr kitabının 292589 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi qərara alınmışdır. Hazırda, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abbasovun 19 mart 2021-ci il tarixli Qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/17 saylı, xx.xx.2018-ci il tarixli və 2(004)- 4960/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı X3 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 4 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi "xxxx" Fərdi Firmasına həvalə edilməsi, Qərarın surəti icra edilməsi üçün "xxxx" Fərdi Firmasına və məlumat üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və tərəflərə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abbasovun 19 mart 2021-ci il tarixli X2 tərəfindən şikayət verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-274/2021 saylı Qərardadı ilə iş üzrə borclu X3 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair verdiyi şikayət ərizəsi əsassız olduğu üçün təmin edilməməsi Qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-274/2021 saylı X1 şikayət verərək, Qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(103)-338/2021 saylı Qərardadı ilə borclu X3 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-274/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması Qərara alınmışdır. ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin onun adına borc əvəzinə icra şöbəsi tərəfindən rəsmiləşdirilməsinə baxmayaraq, həmin mənzilin əvvəlki sahibi Cavabdeh1 – atası Cavabdeh4, anası Cavabdeh3, arvadı Cavabdeh2, övladları X12 və X9ilə birlikdə həmin mənzildən çıxmaqdan imtina edirlər. İddiaçı tərəfindən, Cavabdeh1, adları qeyd olunan ailə üzvlərinə və əşyaları ilə birlikdə mənzili tərk etmələri dəfələrlə tələb edilsə də, onlar mənzili tərk etməkdən imtina etmişlər. "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) Bakı şəhəri Ələsgər Ələkəbərov küçəsi 1054-cü məhəllə (hazırda Şəfayət Mehdiyev küçəsi 1054-cü məhəllə) ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2ci blok) 60 saylı mənzilinin xx-xx/2012 saylı, xx.xx.2012-ci tarixli “Yeni Tikili yaşayış binasında mənzillərin alqı-satqısına dair müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsinin 1 sayli Baki Ərazi İdarəsində çıxarışın əldə edilməsinin X4 və üçüncü şəxslərə qadağan edilməsivə bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsinin 1 sayli Baki Ərazi İdarəsi, "xxxx" fərdi firmasına və Yasamal rayon icra şöbəsinə məlumat verilməsinə dair müvəqətti təminat tədbiri barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(004)-57/2022 saylı Qərardadı ilə ərizənin qismən təmin edilməsi, "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) Bakı şəhəri Ələsgər Ələkbərov küçəsi 1054-cü məhəllə (hazırda Şəfayət Mehdiyev küçəsi 1054-cü məhəllə) ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin xx-xx/2012 saylı, xx.xx.2012-ci tarixli “Yeni Tikili yaşayış binasında mənzillərin alqı-satqısına dair müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən çıxarışın əldə edilməsi Cavabdeh1 və üçüncü şəxslərə 01 ay müddətinə qadağan edilməsi, Qərardadın dərhal icra edilməsi, Qərardad 04 noyabr 2022ci il tarixdə qüvvədən düşmüş hesab edilməsi, Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə, "xxxx" fərdi firmasına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, qalan hissədə ərizə təmin edilməməsi qərara alınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə liberal yanaşmadır, imperativ deyildir. Belə ki, cavabdehlərin də mənzil və mülkiyyət hüquqları var. Bu iş üzrə iki qərardad çıxmış və birinci yanaşmada müəyyən olunmuşdur ki, bu tələb pay hüququna yönəlməlidir. Qarşı tərəf pay hüququna yönəldən zaman aydın olmuşdur ki, bu pay hüququ deyil, firmadır və 1992-ci ilin qanunu tətbiq olunmalıdır. Eyni zamanda da sonuncu yaşayış yeri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı var. Avropa Məhkəməsi kontekstindən də yanaşılır ki, şəxsin yeganə mülkiyyət hüququnun pozulmasına yol verilmir. Digər tərəfədn də şəxsin konstitusion hüququ olan mənzil hüququ məhdudlaşdırıla bilməz, belə ki, əgər tələbin yönəlməli olduğu əmlak cavabdeh şəxsin yeganə əmlakı olarsa. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-6396/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2018-ci il tarixli, 2(103)-3272/2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3402/2018 saylı, 21 may 2018-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 noyabr 2017-ci il tarixli, 2(103)-10236/2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abbasovun xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/17 saylı, xx.xx.2018-ci il tarixli və 2(004)4960/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı X3 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 4 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsinin "xxxx" Fərdi Firmasına həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)- 274/2021 saylı qərardadının surətindən görünür ki, iş üzrə borclu Cavabdeh1 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair verdiyi şikayət ərizəsi əsassız olduğu üçün təmin edilməməsi qərara alınmışdır. Həmin qərarın əsaslandırma hissəsində müəyyən olunmuşdur ki, borclu Cavabdeh1 sonuncu dəfə dövlət sərhəddindən (hərəkəti barədə İAMAS bazasına əsasən) xx.xx.2016-cı il tarixdə Türkiyə Respublikasına çıxış etmiş və bu tarixdən sonra Azərbaycan Respublikasına geri qayıtmamış, bununla da borclu daimi əsaslarla ölkəni tərk edərək özünə yeni yaşayış yeri seçmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)- 338/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, borclu Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-274/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarın əsaslandırma hissəsində müəyyən olunmuşdur ki, borclu "xxxx" fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşamaqla yeganə yaşayış yeri hesab edilməsini qeyd etsə də, göstərilən yaşayış sahəsinin borclunun yeganə yaşayış yeri olmasını təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, borclu Cavabdeh1 sonuncu dəfə dövlət sərhəddindən (hərəkəti barədə İAMAS bazasına əsasən) xx.xx.2016cı il tarixdə Türkiyə Respublikasına çıxış etmiş və bu tarixdən sonra Azərbaycan Respublikasına geri qayıtmamış, bununla da borclu daimi əsaslarla ölkəni tərk edərək özünə yeni yaşayış yeri seçmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3690/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı mülki iş üzrə qəbul etdiyi 29 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma tələbinə dair” ilkin iddia tələbi rədd edilməsi, Cavabdeh1 İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia tələbi təmin edilməsi, "xxxx" Fərdi Firması ilə İddiaçı arasında ünvan 3 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında İddiaçı adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 3132 nömrəli reyestr kitabının 292589 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4293/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(004)-3554/2019 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-28/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin təmin edilməsi,Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4293/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1454/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamədən görünür ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı, xx.xx.2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3554/2019 saylı qətnaməsindən görünür ki, ilk iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, övladları X12 və X9 əşyaları ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 1054-cü məhəllə, 60 saylı mənzildən (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 331, M8, m1) çıxarılsınlar və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1267/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayətinin qismən təmin edilməsi,Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1454/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" Fərdi Firması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 08 nömrəli maliyyə arayışının surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən J bloku (2-ci blok,331 nömrəli) 132.0m2-lik 3 otaqdan ibarət olan 60 nömrəli mənzil üzrə İddiaçı pay borcu yoxur. İş materiallarında olan "xxxx" Fərdi Firmasının xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abbasovun xx.xx.2021-ci il tarixli qərarının icra olunması məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/17 saylı, xx.xx.2018-ci il tarixli və 2(004)4960/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı X3 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 6 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan AR DİN BPQM-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Cavabdeh1 ünvan 7 ünvanında, Cavabdeh4 ünvan 8 ünvanında, Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, ünvan 9 ünvanında, Cavabdeh2 isə ünvan 10 ünvanlarında qeydiyyatdadırlar. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/17 saylı, xx.xx.2018-ci il tarixli və 2(004)4960/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasının təmini məqsədilə "xxxx" Fərdi Firmasının xx.xx.2022-ci il tarixli qərarı ilə hazirki iş üzrə cavabdeh X3 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 4 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. Belə olan halda cavabdehlərin mübahisəli mənzildə yaşamaları İddiaçı hüquqlarını pozur. İddiaçı əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu səbəbdən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin həmin mənzildə yaşamaları üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abbasovun xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/17 saylı, xx.xx.2018-ci il tarixli və 2(004)4960/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı X3 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 4 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsinin "xxxx" Fərdi Firmasına həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abbasovun xx.xx.2021-ci il tarixli X2 tərəfindən şikayət verilsə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-274/2021 saylı qərardadı ilə iş üzrə borclu X3 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair verdiyi şikayət ərizəsi əsassız olduğu üçün təmin edilməməmi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(103)-338/2021 saylı Qərardadı ilə borclu X3 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-274/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi ünvan 4 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi "xxxx" Fərdi Firmasına həvalə edilməsinə dair icra məmurunun qərarı qüvvədədir və ləğv edilməmişdir. İcra məmurunun xx.xx.2021-ci il tarixli qərarının icrası məqsədilə "xxxx" Fərdi Firması xx.xx.2022-ci il tarixli qərarla X3 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 6 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması ilə eyni zamanda müəyyən olundu ki, cavabdehlərin qeydiyyatda olduqları ünvanlar da mübahisəli mənzilə deyil, digər ünvanlaradır. Bundan əlavə Cavabdeh1 sonuncu dəfə dövlət sərhəddindən (hərəkəti barədə İAMAS bazasına əsasən) xx.xx.2016-cı il tarixdə Türkiyə Respublikasına çıxış etməsi və bu tarixdən sonra Azərbaycan Respublikasına geri qayıtmaması, bununla da onun daimi əsaslarla ölkəni tərk edərək özünə yeni yaşayış yeri seçməsi məhkəmə qərarlarında öz əksini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcədə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, onun ailə üzvləri – atası Cavabdeh4, anası Cavabdeh3, arvadı Cavabdeh2, övladları X12 və X9 əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilindən çıxarılmalı, mənzil boşaldıraq İddiaçı təhvil verilməli və İddiaçı həmin mənzilə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, onun ailə üzvləri – atası Cavabdeh4, anası Cavabdeh3, arvadı Cavabdeh2, övladları X12 və X9 əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilindən çıxarılsınlar. ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil boşaldıraq İddiaçı təhvil verilsin və İddiaçı həmin mənzilə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar