Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3102/2022 29.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma və əmlakın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 övladları X4, X2 və X3 ilə birgə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 saylı evdən çıxarılması, Cavabdeh2 və Cavabdeh1 övladları X4, X2 və X3 ilə birgə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 saylı evdən çıxarılmasının həmin şəxslərin qeyd olunan evdən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab olunması, cavabdehlərə məxsus əşyaların mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 saylı evdən onların öz hesabina çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, X1 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 saylı evi İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 saylı ev İddiaçıın xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən müəyyən olunur ki, Cavabdeh2, Cavabdeh1, övladları X4, X2 və X3 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 saylı evdə qeydiyyatdadır. Məhkəmə tərəflərin izhatlarını, dinləyərək iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 övladları X4, X2 və X3 ilə birgə iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 saylı evdən çıxarılmalı, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 saylı ev boşaldılaraq İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 saylı evin iddiaçının xüsusi mülkiyyətində olması iş materialları ilə sübuta yetirilmişdir. Cavabdehlər mənzilə sahiblik etməklə iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olurlar. Cavabdehlərin evə dair hər hansı hüquqları müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, mülkiyyətçinin hüquqları qorunmalı və cavabdehlər iddia ərizəsində qeyd edilən mənzildən çıxarılmalı, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 saylı ev boşaldılaraq İddiaçı təhvi verilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlərə məxsus əşyaların iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 saylı evdən onların öz hesabina çıxarılması tələbi qeyri-dəqiq olduğundan, həmçinin həmin şəxslərin qeyd olunan evdən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab olunması hissəsində əsassız olduğundan iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 övladları X4, X2 və X3 ilə birgə iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 saylı evdən çıxarılsın. Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 saylı ev boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-3102/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3102/2022
29.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver