Məhkəmə qərarları › İş №e-2(004)-3103/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3103/2022

26.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3103/2022 26.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə2, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Qızılağac Milli Parkına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Qızılağac Milli Parkına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tətəfindən verilmiş 285/ü saylı xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin üzərinə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi və tutuduğu vəzifəyə bərpa edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə xx.xx.2021-ci il tarixindən əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyətini həyata keçirən dövr ərzində barəsində hər hansı tənbeh növü tətbiq edilməmişdir, işində daim diqqətli və səriştəli olmuşdur. Lakin buna baxmayaq əsassız olaraq 10 mart 2022-ci il tarixində əmək müqaviləsi ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilmə əsasları kimi Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə istinad olunmuşdur. Əmək müqaviləsinin ləğv edilməsinə dair əmr ona yalnız xx.xx.2022-ci il tarixində təqdim olunmuşdur. Əmək Müqaviləsinə xitam verilməsinə dair əmrdə qeyd edilmişdir “Əmək funksiyalarını, əmək müqaviləsi üzrə öhdəliklərini məsuliyyətlə və layiqincə icra etmədiyinə görə Azərbayc Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “Ç” bəndinə əsasən Qızılağac Milli Parkının mühafizə fegeri İddiaçı Xanlar oğlu ilə bağlanmış əmək müqaviləsi həmin Məcəllənin 70 maddəsinin “Ç” bəndinə əsasən ləğv edilsin”. Əmək kitabçasında isə fərqli əsaslarla yəni Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə istinad olunaraq ləğv edildiyi qeyd edilmişdir. Qeyd edilməlidir ki, o, İddiaçı Xanlar oğlu deyil, İddiaçıdur. Lakin əmrdə İddiaçı Xanlar oğlunun əmək müqaviləsi ləğv edildiyindən bəhs edilir. O, əmək kitabçasını xx.xx.2022-ci il tarixində götürə bilmişdir. Mediasiyaya dair arayışını isə xx.xx.2022-ci il tarixində əldə etmişdir. Bütün qeyd etdikləri qanunsuz və əsassız olduğundan hesab edirəm ki, həmin əmr ləğv edilməli və o, işinə bərpa olunmalıdır. O, əmək müqaviləsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti Qızıl Ağac Milli Parkı ilə xx.xx.2021-ci il tarixində bağlamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvə Nazirliyi yanında X1 Xidməti Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5-ci bəndi Xidmətin fəaliyyətinin təşkili qeyd edir: 5.1.Xidmətə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir. 5.4. Xidmətin rəisi: 5.4.1.Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 5.4.2. Xidmət rəisinin müavinləri arasında vəzifə bölgüsü aparır; 5.4.3.Xidmət rəisinin müavinləri, yerli bölmələrin rəhbərləri və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifəyə təyin etdiyi digər struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır, onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. Həmin Əsasnamənin 3.0-cı bəndində qeyd edilir: Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, milli parkların ərazilərində xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonalarının müəyyənləşdirilməsinə, ekoturizmin inkişaf etdirilməsinə dair Nazirliyə təkliflər vermək və bu sahədə fəaliyyətin tənzimlənməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Əsasnamədən müəyyən edildiyi kimi, Xidmət rəisinin müavinləri, yerli bölmələrin rəhbərləri, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır. Lakin onun əmək müqaviləsinə xitam verilmə əmrini heç bir əsas olmadan Ekologiya və Təbii Sərvətlər nazirliyi tətəfindən verilmiş, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini tərəfindən imzalamış, əmək müqaviləsinə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini xitam vermişdir. İş materiallarından göründüyü kimi mübahisələndirilən həmin iş üzrə əmr vermək səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir ki, həmin əmr əsasında onun əmək müqaviləsinə xitam verilə bilməzdi. Əsasnamədən göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin onun əmək müqaviləsinə xitam vermək hüququ olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisən möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əm məzuniyyəti nə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yuxarıda qeyd etdiyi kimi, işdən çıxma əmri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini tərəfindən verilmiş və onun tərəfindən imzalamışdır, lakin həmin əmrdə möhür Qızıl Ağac Milli Parkına məxsusdur. Beləliklə, göründüyü kimi əmri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini heç bir salahiyyəti olmadan imzalamış möhür isə Qızıl Ağac Milli Parkına məxsus olması ciddi pozuntudur. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, onun tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Qızılağac Milli X9 tərəfimdən verilmiş arayışa əsasən, iddiaçı Həmakrlar İttifaqının üzvü olmuşdur. Əmək Məcəlləsinin 80.ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin hazırki vəziyyətdə qeyd edilmiş imperativ norma pozulmuşdur. Həmkarlar İttifaqının razılığı alınmadan onun əmək müqavilkəsinə bu əsaslarla xitam verilə bilməz. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, İddiaçı Nazirliyin 285/Ü saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunması ilə bağlı iddiası tamamilə əsassızdır və formal mülahizələrə söykənir. Belə ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X2, X3 və X6 20 fevral 2021-ci il tarixində gecə saatlarında Qızılağac Milli Parkının Neftçala rayonu ərazisində olan hissəsində qəfləti reydləri zamanı **-AL-*** dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilin Qızılağac Milli Parkının mühafizə yegeri İddiaçı tərəfindən Milli Parkın ərazisinə buraxıldığı və baxış zamanı avtomobildə ov ləvazimatları olduğu aşkar edilmişdir. Araşdırma zamanı baş verənlərlə əlaqədar müvafiq sənədləşmə işlərinin aparılmasında Milli Parkın mühafizə üzrə direktor müavini ilham Hüseynov və tabeçiliyində olan mühafizə yegerləri İddiaçı və Rövşən Hüseynov tərəfindən maneçilik törədildiyi müəyyən edilmişdir. Qızılağac Milli Parkının Xəzər postu üzrə mühafizə yegeri X7 izahat verərək, ova cəhd üçün posta yaxınlaşan nəqliyyat vasitəsi barəsində direktor müavini İlham Hüseynovun məlumatlı olduğunu və nəqliyyat vasitəsinin Milli Parkın xidməti ərazisinə daxil olmasına etiraz etdiyi halda həmkarı İddiaçı tərəfindən şlaqbaumun açarlarının onun əlindən alınaraq avtomobilin içəri buraxılmasına şərait yaradıldığını bildirmişdir. Araşdırmaya təqdim edilən videomateriallar və izahatlardan da aydın olur ki, Qızılağac Milli Parkının mühafizə yegeri İddiaçı mühafizə etdiyi əraziyə 3 saylı RETSİ-nin əməkdaşlarını maşınla buraxmadığı halda ov üçün Milli zarkın ərazisinə yaxınlaşan avtomobili əraziyə buraxmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bioloji müxtəlifliyin, flora, fauna, o cümlədən meşə və yaşıllıqların, balıq və digər su bioloji resurslarının xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti olmaqla mütəmadi olaraq ətraf mühitin təbii vəziyyətinə mənfi təsir imkanlarına malik brakoniyerlərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edir. Eyni zamanda, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə şərait yaradan əməkdaşların da cəzalandırılması istiqamətində tərəflərindən lazımi tədbirlər görülür. Yuxarıda göstərilənləri nəzərə alaraq ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsi, qanunvericiliyin pozulmasının qarşısının alınması, xüsusi mühafizə edilən ərazilərdən məqsədli istifadə, işçilərin intizamının yüksəldilməsi məqsədilə məsul əməkdaşlar barəsində ciddi intizam tənbeh tədbirlərinin görülməsi məqsədəmüvafiq hesab edilmiş və əmək funksiyalarını, əmək müqaviləsi üzrə öhdəliklərini məsuliyyətlə və layiqincə icra etməyən əməkdaşlar barəsində intizam tənbeh tədbirləri tətbiq edilmişdir. Nazirliyin 285/Ü saylı, xx.xx.2022-ci il tarixli Əmrinin 2-ci bəndində “Əmək funksiyalarını, əmək müqaviləsi üzrə öhdəliklərini məsuliyyətlə və layiqincə icra etmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən Qızılağac Milli parkının mühafizə yegeri İddiaçı Xanlar oğlu ilə bağlanılmış əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilsin” qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə əğv etmək hüququna malikdir. Göründüyü kimi əmdə əmək qanunvericiliyin tələbləri gözlənilmişdir. Qızılağac Milli Parkında mühafizə yegeri vəzifəsində İddiaçı adında başqa əməkdaş əmək fəaliyyəti ilə məşğul olmur. Məsələ ilə əlaqədar Nazirliyin Daxili Nəzarət və audit şöbəsi tərəfindən araşdırma aparılması zamanı İddiaçı da izahatı alınmışdır. Əmrin yazılması zamanı texniki səhvə yol verilərək “İddiaçı” yerinə “İddiaçı Xanlar oğlu” yazılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli, 975 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.5.7-ci bəndinə əsasən Nazir Nazirliyin Aparatının, Nazirliyin strukturuna daxıl olan regional bölmələrin işçilərini, Nazirliyin strukturuna daxil elan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin vəzifədən azad edilən şəxslər istisna olmaqla), digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. Göründüyü kimi, Nazirliyin 285/Ü saylı, xx.xx.2022-ci il tarixli əmri ilə Qızılağac Milli Parkının sabiq mühafizə yegeri İddiaçı barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi qanunazidd hesab edilə bilməz. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli, 975 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.5.7-ci bəndinə əsasən Nazir Nazirliyin Aparatının, Nazirliyin strukturuna daxıl olan regional bölmələrin işçilərini, Nazirliyin strukturuna daxil elan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin vəzifədən azad edilən şəxslər istisna olmaqla), digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir. Həmin dövrdə nazir işdə olmadığından iddiaçının işdən azad edilməsi barədə əmr onu əvəz edən müavini tərəfindən imzalanmışdır. İddiaçının Həmkarlar İttifaqının üzvü olmağı müəyyən olunmadığından işdən azad edilərkən razılıq alınmamışdır. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Qızılağac Milli Parkı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 285/ü nömrəli əmrə əsasən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə uyğun olaraq İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X4, X5 və X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 66862 nömrəli və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin rəisi Firuddin Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin baş məsləhətçisi Zaur Zeynalov, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev, İdarənin əməkdaşları məsləhətçi-müfəttişlər Elşad Bağırov, Kamran Səmədov, baş mütəxəssis mühafizə yegeri Elçin Ağayev, Qızılağac Milli Parkının mühafizə üzrə direktor müavini İlham Hüseynov və Milli Parkın mühafizə yegerləri İddiaçı və Rövşən Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, xx.xx.2022-ci il tarixində Qızılağac Milli Parkının ərazisində keçirilən reydin nəticələri araşdırılaraq müəyyən edilmişdir ki, 3 saylı RETSİ tərəfindən qanunsuz ov və digər neqtiv hallarının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Qızılağac Milli Parkının xidməti ərazisində İdarənin əməkdaşları o cümlədən, məsləhətçimüfəttişlər X4, X5 və mühafizə yegeri X6 iştirakı ilə reyd keçirilmişdir. Araşdırmaya təqdim edilmiş yazılı izahatlara əsasən 3 Saylı RETSİ-nin əməkdaşları Milli parkın Xəzər postuna yaxınlaşaraq əraziyə keçid ilə bağlı müraciət etmişlər. Səbəb kimi Milli Park ərazisində xidməti reyd keçirtdikləri əməkdaşların ərazidən götürülməsin qeyd etmişlər. Qeyd olunanlara ilə bağlı Milli Parkın əməkdaşlarının yazılı izahatlarında sui istifadə halının ehtimal olunmasının nəzərə alaraq nəqliyyat vasaitəsini əraziyə buraxılmasına icazə verilmədiyini bildirmişlər. Bunun nəticəsində 3 Saylı RETSİ-nin əməkdaşları piyada olaraq ərazini tərk etmək məcburiyyətində qalmışlar. Milli Parkın ərazisindən uzaqlaşan zaman yolda rastlaşdıqları nəqliyyat vasitəsi gec saatlarda Milli park istiqamətində hərəkət etməsi əməkdaşlarda əsaslı şübhələr yaratmış və həmin nəqliyyat vasitəsi əməkdaşlar tərəfindən uzaqdan təqib olunmuşdur. Təqib olunan nəqliyyat vasitəsi yekunda Milli parkın xidməti ərazisinə daxil olduğu müşahidə edilmişdir. Beləliklə, Milli parkın ərazisinə daxil olmuş nəqliyyat vasitəsinə baxış keçirilən zaman nəqliyyat vasitəsinin yük hissəsində ovçuluğa aid ləvazimatların olduğu müəyyən edilmişdir. Qeyd olunan pozuntu faktının rəsmiləşdirilməsi zəruri olduğu təqdirdə Qızılağac Milli Parkın və 3 saylı RETSİ-nin əməkdaşları arasında mübahisə yaranaraq qarşıdurmaya səbəb olmuşdur. Bunun nəticəsi olaraq yerində qanunamüvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Sonradan 3 saylı RETSİ tərəfindən sözügedən pozuntu faktı rəsmiəşdirilərək xx.xx.2022ci il tarixli 66862 nömrəli akt tərtib edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin müdiri Samir İdayətov tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinə ünvanlanış xx.xx.2022-ci il tarixli Xidməti Məruzədən görünür ki, Qızılağac Milli Parkının mühafizə işləri üzrə direktor müavini İlham Hüseynovun, mühafizə yegerləri Cəmil Eəferovun və Rövşən Hüseynovun barəsində ciddi intizam tənbeh tədbirlərinin görülməsi, gələcəkdə bu cür halların baş verməməsi üçün Bioloji Müxtəliflik Xidmətinin Qızılağac Milli Parkında mühafizə rejiminə nəzarətin gücləndirilməsi məqsədəmüvafiq hesab edilmiş, eyni zamanda mühafizə rejimini pozaraq **-AL-*** dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomaşınla Milli Park ərazisinə daxil olmuş və ova cəhd göstərmiş vətəndaşların müəyyənləşdirilməsi və onlar barəsində qanunamüvafiq tədbirlərinin görülməsini təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Qızılağac Milli Parkının xx.xx.2022-ci il tarixli 114 nömrəli məktubundan görünür ki, Milli parkın sabiq işçisi İddiaçı xx.xx.2008-ci il tarixdən X12 Qoruğuna işə qəbul olmuş və həmin dövrdən miihasibatlıq sənədlərinə istinadən həmkarlar təşkilatının üzvü kimi onun əmək haqqından əmək müqaviləsinə xitam verilənədək hər ay 2% həmkarlar təşkilatına üzvlük haqqı tutulmuşdur. Həmkarlar Təşkilatının üzvü olduğu halda, onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət olunmamış və Həmkarlar Təşkilatı tərəfindən hər hansı bir rəy verilməmişdir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı madddənin 1-ci hissəsinə görə işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin «ç» bəndində nəzərdə tutulmuş «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbehini verə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qeyd edir ki, hazırda cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının müvafiq vəzifə nöqsanları və ya çatışmazlıqlarına dair hallara qiymət verilməsindən qabaq bu hallar üzrə işəgötürənin vəzifələrini düzgün icra edib-etməməsinin müəyyən olunması zəruri hesab edilməlidir. Əks təqdirdə işəgötürən tərəfindən işçiyə dair görülmüş tədbirlərin hüquqi əsaslılığı şübhə altına alına bilər. Qeyd edilən əmək qanunvericiliyinin tələblərindən görünür ki, həmin Məcəllənin 70ci maddəsinin “b” və “c” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması imperativ norma kimi təsbit edilmişdir. Lakin, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən, əmək qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, İddiaçı xx.xx.2008-ci il tarixdən müəsissədə fəaliyyət göstərən həmkarlar ittifaqının üzvü olmuş və onun əmək haqqından əmək müqaviləsinə xitam verilənədək hər ay 2% həmkarlar təşkilatına üzvlük haqqı tutulmuşdur. Lakin, Həmkarlar ittifaqı təşkilatının üzvü olduğu halda onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürən tərəfindən qeyd edilən təşkilata müraciət olunmamış və onunla bağlanmış əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan xitam verilmişdir. Bu hal mübahisələndirilən əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmadığını təsdiq edir. Həmçinin məhkəmə qeyd edir ki, məsələ ilə əlaqədar Nazirliyin Daxili Nəzarət və audit şöbəsi tərəfindən araşdırma aparılması zamanı İddiaçı da izahatı alınmışdır. Qızılağac Milli Parkında mühafizə yegeri vəzifəsində İddiaçı adında başqa əməkdaşın işləmədiyi iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Odur ki, əmrin yazılması zamanı texniki səhvə yol verilərək “İddiaçı” yerinə “İddiaçı Xanlar oğlu” yazılması işin mübahisəsiz haldır. Qeyd edilənlərə əsasən məhkəmə hesab eddir ki, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 285/Ü nömrəli 18 mart 2022-ci il tarixli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edilən əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi işə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğundan, təmin olunmalı və xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 285/Ü nömrəli 18 mart 2022-ci il tarixli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə bərpa edilsin. xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar