Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3146/2023 01.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzil münasibətləri üzrə sair mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzil münasibətləri üzrə sair mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsinə düşən gəlirin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevin icraatında eyni tələb üzrə mülki iş olduğundan icraatın dayandırılaraq mülki işin birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil vəsatətin təmin olunmasına və işlərin birləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli və hazırki mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3137/2023 saylı mülki işlə icraatda birləşdirilməlidir. Belə ki, iş materillarından müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında iddiaçı X1 cavabdeh İddiaçı qarşı “Evdən istifadə hüququna xitam verilməsi və əşyalarla birlikdə çıxarılması barədə” tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. Mülki iş 2(004)-3137/2023 sayla Yasamal Rayon Məhkəməsində icraata götürülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Odur ki, məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı Cavabdeh qarşı "mənzil münasibətləri üzrə sair mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə 2(004)- 3146/2023 saylı mülki işlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “Evdən istifadə hüququna xitam verilməsi və əşyalarla birlikdə çıxarılması barədə” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-3137/2023 saylı mülki iş birgə baxılması üçün icraatda birləşdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44-45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "mənzil münasibətləri üzrə sair mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-3146/2023 saylı mülki işlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “Evdən istifadə hüququna xitam verilməsi və əşyalarla birlikdə çıxarılması barədə” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-3137/2023 saylı mülki iş birgə baxılması üçün icraatda birləşdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-3146/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3146/2023
01.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver