Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3171/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 2016-cı ildən xx.xx.2022-ci il tarixədək olan 7 il müddət üçün istifadə olunmamış məzuniyyətə görə hər il üçün 300 manat hesablanmaqla, 2100 manat pul əvəzinin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ilin oktyabr ayında Azər Aqrar Tikinti Yol Körpü Tikinti Şirkətinə yükboşaldan kamaz maşınına sürücü peşəsinə müqavilə ilə sürücü işləməyə qəbul edilmişdir. Aylıq əmək haqqı 600 manatdır. İlk işini Goranboy şəhərində su kanalizasiya sistemində başlamışdır. Goranboyda işi başa çatdıqdan sonra yenidən Goran hərbi hissəsində tikinti işlərinə başlamışlar. 2016-cı il 17 dekabr ayında işlədiyi kamaz maşınının mühərrik sistemi sıradan çıxmış, maşının təmirə ehtiyacı olduğu üçün işi dayanmalı olmuşdur. Buna görə o, səbəbkar deyildir. Maşın təmirə göndərilmiş və müddəti 1 il çəkmişdir. Bu il ərzində o, işsiz qalmışdır. Ona müdriyyət tərəfindən heç bir maddi kömək edilməmişdir. 2017-ci ilin dekabr ayı maşının təmiri başa çatmış, o, əmin vaxtdan müdriyyət tərəfindən yenidən işləməyə dəvət edilmişdir. İşləmək üçün başqa rayon və şəhərlərə ezamiyyət edilmişdir. Gəncədə su-kanalizasiya sistemində 30 dekabr 2020-ci il tarixinə qədər işləmişdir. İşləri həmin ilidə başa çatmışdır. Yenidən xx.xx.2021-ci ildə işləmək üçün Neftçala şəhərinə ezamiyyət olunmuşdur. Həmin illərdə yəni, xx.xx.2022-ci il müddətinədək Neftçala şəhərində su-kanalizasiya sistemində çalışmışdır. Çalışdığı illər ərzində ona verilən məzuniyyətlərdən heç bir vaxt istifadə etməmişdir. xx.xx.2022-ci ildə işdən azad edilmişdir. İşdən azad edilmək üçün ərizə yazıb imza çəkməmişdir. Çünki bu onun istəyi ilə edilməmişdir. Qeyd etdiyi kimi 10 ildir bu şirkətdə qışın soyuğunda, yayın istisində sürücülük peşəsində çalışmışdır. İşində nə qədər çətinlk olsa da ehtiyacı olduğu üçün peşəsini sevərək işləmişdir. Bu müddət ərzində ona verilən məzuniyyətlərdən heç bir vaxt istifadə etməmişdir. O, xx.xx.2022-ci il tarixində Bakı şəhər X1 Xidmət rəisi cənab Fuad Heydərova hüquqlarını qorumaq üçün ərizə ilə müraciət etmişdir ki, 10 ildir əzab-əziyyətlə çalışdığı və ona verilən məzuniyyətdən istifadə etmədiyi üçün məzuniyyət və ona verilən kompensasiyalar qanun əsasında ona ödənilsin. Ancaq əmək müfəttişliyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki dəfə ona uzadılmış müddətlə məktub göndərmiş, sonuncu məktubda ona məhkəməyə müraciət etməsini bildirmişdir. Təccüblüdür, əmək müfəttişliyi nəyə xidmət edir? Müəssisənin əmək müqaviləsində işçiyə etdiyi hüquq pozuntusunu cavabsız qoyur. O, tərəfi Mediasiya Şurasına dəvət etmiş və istifadə etmədiyi illərin məzuniyyət pulunu istəmişdir. Cavabdeh orqan 2012-ci il tarixindən 2016-cı il tarixədək 759 manat məzuniyyət pulu ödəmişdir. 2016-cı il tarixindən xx.xx.2022-ci ilədək 7 il müddətinin məzuniyyət pulu ona bu günə qədər ödənilməmişdir. Cavabdeh idarə bütün bunlardan boyun qaçırdır və ödəmədən qəsdən yayınır. Onun aylıq əmək haqqısı 600 manat idi və o, 2016-cı ildən bəri ödənməyən məzuniyyət pulunu bütün müstəvidə ondan istəmişdir. Xahiş etmişəm ki, bu məni haqqıdır. Hamı kimi o da əmək məzuniyyətindən istifadə etməmişdir. Ancaq görünən odur ki, bunlar işçinin əmək məzuniyyətindən sonra belə mənimsəmişlər. Yoxsa, bu məbləğ mənə mütləq mənada verilərdi. Ona görədə mən hazırki iddianı qaldıraraq cavabdehdən istifadə etmədiyi məzuniyyət illərini hər il üçün orta hesabla minimum 300 manat olmaqla yeddi il üçün ödənməyən bu məbləğin cəmi olaraq 2100 manat məzuniyyət pulunu tələb edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Daha sonra, Cavabdeh ASC iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir. Belə ki, İddiaçı Qnyaz oğlu ilə Cavabdeh ASC arasında iki dəfə: xx.xx.2012-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə, bir dəfə isə Cavabdeh ASC-nin “Yol-körpütikiniti” firması arasında xx.xx.2020-ci il tarixdə əmək müqavilələri bağlanmış və o, sürücü kimi işə qəbul edilmişdir. xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. Bununla əlaqədar İddiaçı Bakı şəhəri 8 saylı Mediasiya təşkilatına müraciət edərək Cavabdeh ASC-ni ilkin mediasıya sessiyasına dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və Cavabdeh ASC tərəfindən ona istifadə etmədiyi məzuniyyətə görə 795,27 manat kompensasiya ödənilməsi barədə razılıq əldə edilmişdir. Həmin barışıq sazişinə görə xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC tərəfindən İddiaçı MDSS, işsizlikdən sığorta və icbari Tibbi Sığorta haqları çıxıldıqdan sonra 795,27 manat ödənilmişdir. 2-ci dəfə İddiaçılə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə əsasən, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Cavabdeh ASC-də “Neftçala su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsində işləmiş və MDSS, işsizlikdən sığorta və icbari Tibbi Sığorta haqları çıxılmaqla ona məzuniyyətdən istifadə etmədiyinə görə xx.xx.2021-ci il tarixdə 123,18 manat kompensasiya ödənilmişdir. Sonuncu dəfə İddiaçılə Cavabdeh ASC-nin “Yol-körpütikinti" firması arasında xx.xx.2020-ci ildə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qnyaz oğluna aid əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Qnyaz oğlu xx.xx.2012-ci il tarixdə Cavabdeh ASC-nin “Yol-körpütikinıi” firmasında kamaz operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əsasən xitam verilmişdir. Daha sonra, İddiaçı Qnyaz oğlu xx.xx.2020-ci il tarixdə Azəraqrartikinti” ASC-nin “Yol-körpütikinıi” firmasında kamaz sürücüsü vəzifəsinə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a" yarımbəndinə əsasən xitam verilmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-də sürücü işinə qəbul edilmiş və əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ASC İddiaçı Qnyaz oğlu arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ASC İddiaçı Qnyaz oğlu arasında xx.xx.2021-ci ildə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan ödəniş tapşırığından və Neftçala şəhərində su təchizatı və kanalzasiya sisteminin yenidən qurulması layihəsinin işçilərinin sentyabr ayı üzrə əmək haqqı ödənişi cədvəlinin surətindən görünür ki, İddiaçı Qnyaz oğlunun hesabına məzuniyyət/son haqq hesab kimi 123,18 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ASC İddiaçı Qnyaz oğlu arasında xx.xx.2020-ci ildə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin “Yol-körpütikinıi” firmasının Gəncə su və kanalzasiya lalihəsində işləyən işçilərin 2020-ci il dekabr ayı üzrə əmək haqqının hesablanması cədvəlindən görünür ki, İddiaçı Qnyaz oğluna 316,04 manat məzuniyyət pulu olmaqla 881,29 manat son haqq hesab hesablanmışdır. İş materiallarında olan Cavabdeh ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 08 iyun 2023cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı Qnyaz oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən 2020-ci ilin dekabr ayında hesablanaraq ödənilmiş əmək haqqı ilə son haqqhesabın İddiaçı Qnyaz oğluna ödənilməsi barədə məlumat verilməsi xahiş edilmişdir. Mediasiya prosesində Cavabdeh ASC ilə İddiaçı Qnyaz oğlu arasında bağlanmış xx.xx.2023cü il tarixli MŞB/8/2023-00270 nömrəli barışıq sazişinə əsasən, tərəflər razılaşmışlar ki, Cavabdeh ASC İddiaçı Qinyaz oğluna xx.xx.2012-ci il-xx.xx.2016-cı il müddət üçün Cavabdeh ASC-də əmək müqaviləsi əsasında işlədiyi və istifadə etmədiyi məzuniyyətə görə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbarı tibbi sığotra haqqları çıxıldıqdan sonra 795,27 manat kompensasiyanın ödənilməsini öhdəsinə götürür, göstərilən məbləğdə kompensasiya bu saziş imzalandığı gündən 27 mart 2023-cü il tarixindən 31 mart 2023-cü il tarixinədək olan müddətdə ödənilməlidir. Kompensasiya məbləği İddiaçı Qinyaz oğlunun adına olan bank hesabına ödəniləcəkdir. Bu Barışıq sazişinin şərtləri lazımi qayada və vaxtında icra olunmadığı təqdirdə, Tərəflər məhkəməyə müraciət etmək hüququna malikdirlər. İş materiallarında olan xx.xx.2023-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Qnyaz oğlunun hesabına istifadə etmədiyi günlərə görə məzuniyyət kompensası üçün 759,27 manat ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əmək Məcəlləsinin 143.1-ci maddəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən ilə işçi arasında əmək münasibətləri əmək müqaviləsi əsasında yaranır. İddiaçı cavabdeh "xxxx" ASC-dən 2016-cı ildən xx.xx.2022-ci il tarixədək olan 7 il müddət üçün istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin ödənilməsini tələb etsə də, tərəflər arasında həmin illəri bütünlüklə əhatə edən əmək müqaviləsi mövcud deyil. Həmçinin, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh ASC-də xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən yalnız xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, Cavabdeh ASC-nin “Yol-körpütikiniti” firmasında isə xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il işləmiş, işlədiyi dövrlər üçün ona istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi işəgötürənin son haqq-hesabı ilə birlikdə ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən isə, ümumiyyətlə ayrı müəssissədə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, iddiaçının mübahisələndirdiyi müddət üzrə ona işlədiyi dövlər üçün (xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2020-xx.xx.2021-ci il) istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. Mübahisələndirilən digər müddətlərdə isə tərəflər arasında əmək müqaviləsi bağlanmadığından, iddiaçının əmək müqaviləsi ilə əhatə edilməyən müddət üçün istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin hesablanmasını tələb etmək hüququ yaranmır. Odur ki, iddiaçı məzuniyyət haqqının ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3171/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3171/2023
24.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver