Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3193/2024 25.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma və iddiaçının yaşayış evinə köçürülməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma və iddiaçının yaşayış evinə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 8ndə yerləşən 73 saylı fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması, iddiaçının evə köçürülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1975-ci il tarixdə X12 ilə nikaha daxil olmuş və Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə (Xrebtovı) küçəsində yerləşən 73 saylı evə gəlin köçmüşdür. Sözügedən fərdi yaşayış evi xx.xx.1969-cu il tarixdən Sənəm İsmayılovanın mərhum əri X10 məxsus olmuş, onlar birlikdə sözügedən evdə yaşamışlar. Vaqif Məmmədovun xx.xx.2020-ci il tarixdə vəfatından sonra İddiaçı hərdən qızı ilə qalmış, daha çox öz evində yaşamışdır. Ərinin vəfatından sonra Bakı şəhəri 18 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və İslamova X6 Vaqif Rəsul oğlunun vərəsəsi kimi tanınmışdır. Fərdi yaşayış evinə dair kommunal xidmət müqavilələri Sənəm İsmayılova ilə bağlanmış və müvafiq olaraq sayğaclar onun adınadır. Bu yaxınlarda İddiaçı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evi kənar şəxslər tərəfindən özbaşına olaraq zəbt edilmiş, özlərini evin sahibi kimi təqdim etməklə Sənəm İsmayılovanı yoldaşından ona miras qalmış əmlaka daxil olmalarına imkan verməmiş və evdən çıxmaqdan imtina etmişlər. Könüllü olaraq evin boşaldılması ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən 73 saylı evi özbaşına olaraq zəbt edən şəxslərin barəsində qanunamüvafiq tədbir görülməsi, onların məsuliyyətə cəlb edilməsi və fərdi yaşayış evinin boşaldılaraq sahibi İddiaçı təhvil verilməsinə köməklik göstərilməsi barədə hüquq-mühafizə orqanlarına müraciət olunmuş, məlum olmuşdur ki, fərdi yaşayış evi özünü Vaqif Məmmədovun “arvadı” kimi təqdim edən Cavabdeh tərəfindən zəbt edilmişdir. Daha sonra, Cavabdeh məhkəməyə İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma və iddiaçının yaşayış evinə köçürülməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, Cavabdeh ilə mərhum X12 02 iyun 2012-ci il tarixdə faktiki nikaha (dini nikaha) daxil olaraq ailə qurmuşlar. Həmin gündən indiyə qədər cavabdeh Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsi, ev 73-də yaşayır. V.Məmmədovla İddiaçı 14 fevral 1975-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və 1981-ci ilə qədər ünvan 1- də onlar üçün Rəsul Məmmədov tərəfindən (V.Məmmədovun atası) ayrılmış sahədə yaşamışlar. 1981-ci il tarixdə cütlüyə dövlət tərəfindən mənzil verildiyinə görə, onlar yaşadığı sahəni satmış və yeni mənzilə köçmüşlər. 1981-ci ildən (artıq 43 ildir!) indiyə qədər iddiaçı ünvan 1 ünvanında yaşamır. 2008ci ildən iddiaçı ilə mərhum X12 faktiki olaraq ayrılmış və onların nikahı formal xarakter daşımışdır. 2012-ci ildə cavabdehlə V.Məmmədov tanış olmuşlar və V.Məmmədov cavabdehə rəsmi olaraq evli olduğunu, uşaqlarına görə ayrılmasını rəsmiləşdirmədiyini, lakin iddiaçı ilə hər hansı bir ünsiyətinin qalmadığını bildirmişdir. V.Məmmədovun ailəsi (bacı və qardaşları) cavabdehin ailəsinə elçi olaraq gəlmiş və V.Məmmədov Allahın və insanların şahidliyi ilə cavabdehi özünə arvad etmişdir. V.Məmmədov ömrünün son illərində ağır xəstəlikdən əziyyət çəkdiyindən, onun bütün qayğısını cavabdeh çəkmiş, ona qulluq etmiş, bir anlıq belə onu nəvaziş və qulluqdan kənar qoymamışdır. V.Məmmədov vəfat etdikdə, istər maddi, istərsə də mənəvi yükü cavabdeh və mərhumun qardaş və bacıları çəkmişdir. İddiaçı 1 saatlıq qonaq kimi yasa gələrək onlara baş sağlığı verərək çıxıb getmişdir. İddia ərizəsində də bildirildiyi kimi iddiaçının mülkiyyətində olan mənzil var və o, hazırda həmin mənzildə yaşayır. İddiaçının 1981ci ildən mübahisəli evdə yaşamadığını, cavabdehin isə 2012-ci ildən V.Məmmədovun arvadı kimi həmin evdə yaşadığını qonşular və AR Bakı şəhəri Yasamal rayonu İH-ti MKTB-nin 22 saylı MKİS-də təsdiq edəcəkdir. Hazırda cavabdehin yaşadığı sahəni faktiki əri deyil, faktiki qayınatası Rəsul Məmmədov ucaltmış, Vaqif Məmmədov rəsmi arvadı ilə birgə aldığı mənzildən qovulduqdan sonra bacı və qardaşları ona həmin ünvanda sığınacaq vermişlər. 2012-ci ildən isə V.Məmmədovun bacı və qardaşları cavabdehin də sözügedən evə köçməsinə (V.Məmmədovun arvadı kimi) icazə vermişlər. AR ünvan 2miş xx.xx.2024-cü il tarixli arayışa əsasən, ünvan 1 ünvanında 12 (on iki) nəfər qeydiyyatdadırlar. Həmin şəxslər hazırda da həmin ünvanda yaşayırlar. AR ünvan 2miş xx.xx.2024-cü il tarixli arayışa əsasən, ünvan 1 ünvanında qeydiyyatsız olaraq cavabdeh də yaşayır. Mübahisəli yaşayış sahəsi sənədsiz olduğundan və 2010-cu ildən sonra dövlət tərəfindən sənədsiz evlərə qeydiyyata alınma təcrübəsi dayandırıldığından, cavabdeh sözügedən ünvana qeydiyyata düşə bilməmişdir. O ki, qaldı mübahisəli sahəyə dair su və işıq təchizatı barədə müqavilələrin iddiaçının adına olmağına, həmin müqavilələr sağlığında böyük qardaş kimi V.Məmmədovun adına olduğuna görə, iddiaçı onun rəsmi arvadı kimi, mübahisəli sahədə yaşayanların xəbəri olmadan, müqavilələri öz adına rəsmiləşdirmişdir (qaz təchizatına dair müavilə V.Məmmədovanın bacısı Çimnaz Əlimədətovanın adınadır). Lakin güründüyü kimi iddiaçı nə qaza, nə işığa, nə də ki, suaya dair ödəniş qəbzi təqdim edə bilməmişdir. Çünki, evə dair bütün xərcləri cavabdeh və mübahisəli mənzildə yaşayan digər şəxslər ödəyir. Odur ki, iddia tələblərinin nə hüquqi nə də ki, hər hansı bir faktiki əsası yoxdur. Cavabdeh isə mübahisəli evdə, orada qeydiyyatda olan 12 şəxsin razılığı əsasında 12 ildir ki, yaşayır və həmin evin saxlanılmasında, idarə edilməsində yaxından iştirak edir. İddiaçı isə 43 ildir ki, ünvan 1 ünvanında yaşamır və onun mülkiyyətində digər mənzil var. Hazırkı işdə mübahisəli mənzil V.Məmmədova məxsus olmamış, V.Məmmədov 2012-ci ildə həmin evdə sığınacaq tapmış, iddiaçı 43 ildir ki, mübahisəli evlə əlaqəsini itirmiş, həmçinin mübahisəli mənzil vərəsəlik işinin predmeti ola bilməmişdir. Odur ki, yuxarıda göstərilənlərin nəzərə alınaraq, iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçı 1975-ci ildə X12 ilə ailə quraraq, sözügedən fərdi yaşayış evinə köçmüşdür. Əvvəllər həmin fərdi yaşayış evi 1 otaqdan ibarət olmuş və iddiaçı həyat yoldaşı, qayınatası və baldızı ilə birlikdə həmin evdə yaşamışlar. Sonradan iddiaçı müəllimə işlədiyindən 1979-cu ildə X12 ilə birlikdə iş yerinə yaxın əraziyə, 8-ci kilometr qəsəbəsində iddiaçıya atası tərəfindən alınmış mənzilə köçüb yaşamışlar. Həmin müddət ərzində mübahisəli yaşayış evinin yerləşdiyi ərazidə yeni fərdi yaşayış evinin tikintisinə başlamışlar. Həmin fərdi yaşayış evinin tikintisi 1979-cu ildən 2012-ci ilə qədər davam etmişdir. Tətil müddətində iddiaçı həyat yoldaşı ilə birlikdə həmin fərdi yaşayış evinə gəlmiş, dərs müddətində Nizami rayonunda yerləşən evdə yaşamışlar. 1992-ci ildə X12 1 otaqlı evi sataraq, həmin evin satışından əldə edilmiş pul vəsaiti ilə mübahisəli fərdi yaşayış evini tikmişlər. Evin tikintisi tam şəkildə 2012-ci ildə başa çatmışdır. 2008-ci ildə iddiaçının oğlu şəhid olmuş, bununla iddiaçı ilə X12 arasında münasibətlərdə gərginlik, inciklik yaranmış, iddiaçı davamlı olaraq Amerikada yaşayan qızının yanına gedib-gəlmişdir. 2012-ci ildən etibarən iddiaçı həm Neapolda yerləşən evdə, həm də X12 ilə birlikdə yaşamışdır. 2014-cü ildə iddiaçıya cavabdehin X8 qayğısına qalmaq məqsədi ilə gətirildiyi bildirilmişdir. X12 xəstə olmamışdır. İddiaçı X8 varisidir. Hal-hazırda iddiaçı X8 pensiyasını alır. Bundan başqa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Türkan qəsəbəsində yerləşən bağ sahəsi, həmçinin KİA markalı avtomobil iddiaçının adına qeydiyyata alınmışdır. Bundan başqa X8 3 aylıq əmək haqqı müavinət olaraq iddiaçıya ödənilmişdir. Cavabdehin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. İddiaçı ilə X8 rəsmi nikahları pozulmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı ilə X8 həmin ərazidə sonradan fərdi yaşayış evi tikdirməsi ilə bağlı hal-hazırda sübutları yoxdur. Hamı bilmişdir ki, fərdi yaşayış X7na məxsusdur. İddiaçı yaşayış yeri olduğundan, mənzil problemi olmadığından oğlunun şəhid olması ilə bağlı mənzilin verilməsi ilə bağlı müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, İddia tələbini qəbul etmir. Tikili özbaşına tikildir. X12 atası tərəfindən yaşamağa verilmiş 1 otaq evi satmış və Neapol dairəsində olan mənzili almış və onda olan məlumata əsasən sonradan mənzil qızının adına qeydiyyata alınmışdır. 2012-ci ilə qədər həmin evdə nə iddiaçı, nə də X12 yaşamamış, yalnız qonaq kimi gəlib-getmişlər. 2012-ci ildə iddiaçı ilə X12 arasında ər-arvad münasibətləri pozulmuş və iddiaçı evdən çıxıb getmişdir. X3 həmin evdə yaşamış, həmin evə artırmalar olmuş, təmir işləri aparılmışdır. Cavabdeh həmin evə 2012-ci ildə köçmüşdür. Cavabdeh X5 ilə birlikdə eyni otaqda yaşayır. İddiaçının yaşayış yeri vardır. Həmin fərdi yaşayış evi özbaşına tikinti olduğundan həmin evə istifadə hüququ müəyyən oluna bilməz və həmin ev vərəsəliyin predmeti ola bilməz. İddiaçı həmin evdə 43 ildir ki, yaşamamışdır. Cavabdehin digər yaşayış yeri yoxdur, özü də heç bir yerdə işləmir. İddiaçının digər yaşayış yeri də vardır. İddiaçının həmin evə istifadə hüququ yaranmamışdır. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd edilməsini xahiş edir. X12 ilə dini nikaha girəndə onun rəsmi nikahda olduğunu bilmişdir. X12 iddiaçıdan ayrılmışdı. 2012-ci ildə bir neçə ay tanışlıqdan sonra X12 ilə dini nikaha daxil olmuşlar. Həmin vaxtdan mübahisəli fərdi yaşayış evində yaşamışlar. İddiaçının onun həmin fərdi yaşayış evində yaşamağından məlumatı olmuşdur. Vaqifin iki qardaşı, bir bacısı da həmin həyətdə yerləşən evdə yaşayır. Bütün qohumlar da X12 ilə ailə həyatı qurduqlarını bilir. Vaqiflə dini nikaha girəndən sonra o, həmin evdə daimi olaraq onunla birlikdə yaşamış, heç bir yerə getməmiş, iddiaçı da həmin evə gəlməmişdir. İddiaçı çox vaxt qızı ilə Amerikada yaşamış, qalan vaxtlarda isə Neapol dairəsində yerləşən mənzildə yaşamışdır. O, sözügedən evə gələndə ev tikilmiş olmuşdur. X7 qardaşı ilə birlikdə tikdirmişdir. O, həmin evə gələndən sonra təmir işləri aparılmışdır. Ev 1 mərtəbəli, 4 otaqlıdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İV-ЖГ seriyalı, **********54 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə İddiaçı xx.xx.1975-ci il tarixdə 140 nömrəli akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “İslamova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 130913 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 1515 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 18 saylı Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, mərhum X8 xx.xx.2020-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır. Vərəsələrin dairəsi müəyyən edilmişdir. İslamova X6 Vaqif Rəsul oğlunun vərəsəsidir. Bunları nəzərə alaraq, mərhum X8 adına olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarış verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mərhum X8 adına ünvan 4 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat və texniki pasport İdarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli Daxili qaz avadanlığına texniki baxış və profilaktik xidmət işlərinin keçirilməsi haqqında Aktdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə orada yaşayan X8 iştirakı ilə mənzildaxili qaz xətlərinə və qaz avadanlığına texniki baxış və profilaktik xidmət işləri keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə "xxxx" ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Sözügedən müqavilə 11-ci Xrebtovı küçəsi, ev 73 ünvanı ilə əlaqədar bağlanmışdır. İş materiallarında olan ünvan 6 ünvanı ilə bağlı Azərişıq ASC-nin xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, abonent kodu İddiaçı adınadır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, Cavabdeh Dadaş Bünyadzadə küçəsi, ev 73 ünvanında qeydiyyatsız olmaqla yaşayır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, X4 Bünyadzadə küçəsi, ev 73 ünvanında qeydiyyatdadır. İş materiallarında olan nikahnamədən görünür ki, X13 ilə Cavabdeh arasında xx.xx.2012ci il tarixdə kəbin bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X12 ilə İddiaçı xx.xx.1975-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onlar arasında rəsmi nikah münasibətləri pozulmasa da, xx.xx.2012-ci il tarixdə X2 Arzu Musa qızı dini kəbin bağlayaraq ailə kimi yaşamağa başlamışlar. xx.xx.2020-ci il tarixdə X13 vəfat etmişdir. X13 vəfat etdikdən sonra onun rəsmi nikahda olduğu arvadı İslamova X6 Vaqif Rəsul oğlunun vərəsəsi hesab edilmişdir. ünvan 8ndə yerləşən 73 saylı fərdi yaşayış evi özbaşına tikilidir. Bu baxımdan həmin daşınmaz əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da yoxdur. ünvan 8ndə yerləşən 73 saylı fərdi yaşayış evi X1 və istifadəsində olmaqla yanaşı, onun həmin əmlaka gözlənilən mülkiyyət hüququ olmuşdur. İddiaçı da X8 rəsmi nikahda olan arvadı kimi onun vərəsəsi kimi müəyyən edilmişdir. Məhz həmin əsasa istinad edərək İddiaçı hazırda ünvan 8ndə yerləşən 73 saylı fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması, iddiaçının evə köçürülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İstinad olunan maddələrin tələblərinə əsasən mənzilə köçürülmə hüququ mülkiyyətçiyə, habelə mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən edilən hallardan və yuxarıda qeyd edilən maddələrin məzmunundan belə nəticəyə gəlmək olar ki, mübahisəli ünvan 8ndə yerləşən 73 saylı fərdi yaşayış evi iddiaçının rəsmi nikahda olduğu əri mərhum X9 mülkiyyətində olmasa da, həmin mübahisəli əmlaka mərhum X9 gözlənilən mülkiyyət hüququ olmuşdur. Bu baxımdan İddiaçı da X9 vərəsəsi kimi mübahisəli evə mülkiyyət hüquqları əldə etmək barədə əsaslı gözləntiyə malik olması qəbul ediləndir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu baxımdan vərəsə kimi mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ olan “İddiaçı ünvan 8 ünvanında yerləşən 73 saylı fərdi yaşayış evinə köçürülməsi“ hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi digər hissədə, yəni ünvan 8ndə yerləşən 73 saylı fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması hissələrində təmin edilməməlidir. Məhkəmə iddiaçının vərəsə kimi mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququnun olmasına baxmayaraq iddia tələbinin bu hissədə təmin edilməsini ədalətli və vicdanlı hesab etmir və bu hissədə iddia tələbinin təmin ediləcəyi təqdirdə hüquqdan sui-istifadəyə gətirib çıxaracağını güman edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü bəndinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadənin xüsusi hallarından biridir. Göründüyü kimi bu müddəalar digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra qərara qəbul etməlidir. İşin müəyyən edilmiş halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə mərhum X12 02 iyun 2012-ci il tarixdə faktiki nikaha (dini nikaha) daxil olaraq ailə qurmuşlar. Həmin gündən indiyə qədər cavabdeh Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsi, ev 73-də yaşayır. V.Məmmədovla İddiaçı 14 fevral 1975-ci il tarixdə rəsmi nikaha daxil olmuş və 1981-ci ilə qədər ünvan 1- də onlar üçün Rəsul Məmmədov tərəfindən (V.Məmmədovun atası) ayrılmış sahədə yaşamışlar. 1981-ci il tarixdə cütlüyə dövlət tərəfindən mənzil verildiyinə görə, onlar yaşadığı sahəni satmış və yeni mənzilə köçmüşlər. 1981-ci ildən (artıq 43 ildir) indiyə qədər iddiaçı ünvan 1 ünvanında yaşamır. 2008-ci ildən iddiaçı ilə mərhum X12 faktiki olaraq ayrılmış və onların nikahı formal xarakter daşımışdır. 2012-ci ildə cavabdehlə V.Məmmədov tanış olmuşlar və V.Məmmədov cavabdehə rəsmi olaraq evli olduğunu, uşaqlarına görə ayrılmasını rəsmiləşdirmədiyini, lakin iddiaçı ilə hər hansı bir ünsiyətinin qalmadığını bildirmişdir. Məhkəmə Cavabdeh 12 ildən artıq müddətdir ki, mübahisəli mənzildə yaşamasını, başqa yaşayış yerinin olmamasını, eyni zamanda onun mübahisəli fərdi yaşayış evinə həmin həmin fərdi yaşayış evinin məxsus olduğu, həmin mənzilə gözlənilən mülkiyyət hüququ olan X8 iradəsinə uyğun olaraq dini kəbində olan arvadı kimi köçürülməsini və İddiaçı isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbinin “İddiaçı ünvan 8 ünvanında yerləşən 73 saylı fərdi yaşayış evinə köçürülməsi“ hissəsinə Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından qiymət verilməli və iddia tələbi “İddiaçı ünvan 8 ünvanında yerləşən 73 saylı fərdi yaşayış evinə köçürülməsi“ hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 8 ünvanında yerləşən 73 saylı fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 8 ünvanında yerləşən 73 saylı fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3193/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3193/2024
25.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver