Məhkəmə qərarları › İş №e-2(004)-3212/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3212/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3212/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, hesablanan 689,79 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30,40 manat məbəğində dövlət rüsumu olmaqla cəmi 721,99 (yeddi yüz iyirmi bir manat 99 qəpik) manat məbəğində pul tutularaq İddiaçı (Sunny Electronics) mağazasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 12 sentyabr 2013-cü il tarixində «X4 Azərbaycan» QSC ilə Məmmədov Saqif Kamil oğlu arasında 114105 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Məmmədov Saqif Kamil oğluna 36 (otuz altı) ay müddətinə 64 000 USD (altmış dörd min ABŞ dolları) məbləğində kredit ayrılmışdır. Borcalan yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 16% (on altı faiz) dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada «X4 Azərbaycan» QSC-nə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin qaytarılması üçün cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürmüşdür. Borcalanın 114105 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 12 sentyabr 2013-cü il tarixində «X4 Azərbaycan» QSC ilə Məmmədov Saqif Kamil oğlu arasında 114105 nömrəli İpoteka (girov) müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Məmmədov Saqif Kamil oğluna məxsus olan buraxılış ili-2011, şassi/ban: WPOZZZ97ZCL000486, mühərrik: C01455, ağ rəngli «Porsche Panamera» minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobili «X4 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. 14 aprel 2015-ci il tarixində «X4 Azərbaycan» QSC ilə Məmmədov Saqif Kamil oğlu arasında 12 sentyabr 2013-cü il tarixli 114105 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə Razılaşma bağlanmışdır. Həmin Razılşamaya əsasən Borcalan yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 14% (on dörd faiz) dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada «X4 Azərbaycan» QSC-nə qaytarmağı öhdəsinə götürmüşdür. «X4 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Məmmədov Saqif Kamil oğlu kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi «X4 Azərbaycan» QSC-ə olan borcunu ödəməmişlər. Lakin, öhdəliklər cavabdeh tərəfinizdən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş vəBakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(004)-3366/2016 saylı qətnaməsi ilə iddiaçı "X4 Azərbaycan" QSC-nin iddiası qismən təmin edilmiş, Məmmədov Saqif Kamil oğlundan "X4 Azərbaycan" QSC-nin xeyrinə 12 sentyabr 2013-cü il tarixli, 114105 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 32.429 (otuz iki min dörd yüz iyirmi doqquz) ABŞ dollari 39 (otuz doqquz) sent, faiz borcu qismində 1.939 (min doqquz yüz otuz doqquz) ABŞ dolları 26 (iyirmi altı) sent cərimə borcu qismində 100( yüz) ABŞ dolları, cəmi 34.468 (otuz dörd min dörd yüz altmış səkkiz) ABŞ dolları 65 (altmış beş) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, habelə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 (iyirmi doqquz) manat və poçt xərci qismində 5 (beş) manat, cəmi 34 (otuz dörd) manat məbləğində pul vəsaitinin tutulması, tutma ipoteka ilə yüklü edilmiş Məmmədov Saqif Kamil oğluna məxsus olan, 2011-ci il buraxılışlı, ban nömrəsi WPOZZZ97ZCL000486, mühərrikin nömrəsi C01455 olan "Porsche Panamera" minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobillə yönəldilməsi, "Porsche Panamera" minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılması üçün ixtisaslaşdrırlmış hərrac təşkilatının sərəncamına verilməsi, "Porsche Panamera" minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Məmmədov Saqif Kamil oğlunun "X4 Azərbaycan” QSC-nə olan borcunun ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx/xx-7286/5-11771 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən 05 iyun 2017-ci il tarixdə saat 11:00-da "X2" MMC tərəfindən hərrac keçirilərək Məmmədov Saqif Kamil oğlunun mülkiyyətində olan "Porshe Panamera" markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil 23.000 AZN-ə ilkin qiymət ilə satışa çıxarılmış və nəticədə 23.600 AZN vəsaitə vətəndaş (qalib alıcı) X1 tərəfindən alınaraq 05 iyun 2017-ci il tarixli hərracın yekunları barədə 30 saylı Protokol tərtib edilmişdir. Məlumat üçün bildiririk ki, Yasamal Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində borclu Məmmədov Saqif Kamiloğlunun təqaüdünə inkasso sərəncamı qoyulmuşdur. Lakin, aldığı aylıq pensiyadan xırda-xırda ödəməsi bankı yuxarıda göstərilən zərər çəkmə reallığından qurtarmır və borc tam həcmdə qaytarılmadıqca həmin zərər artmaqda davam edir. Göründüyü kimi, cavabdeh(lər)in 18 aprel 2016-cı il tarixə borc üzrə 34468,65 (otuz dörd min dörd yüz altmış səkkiz ABŞ dolları 65 sent) ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) 18 aprel 2016-cı ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 11628,64 ABŞ dolları məbləğində Banka maddi zərər dəymişdir. Cavabdeh(lər)in Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : 1) xx.xx.2016 tarixindən xx.xx.2019 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 1023 gün - 4897.42 ABŞ dolları 2) xx.xx.2019 tarixindən xx.xx.2023 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 1771 gün - 5230.05 ABŞ dolları 3) xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 63 gün – 185,45 ABŞ dolları 4) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 90 gün – 262.79 ABŞ dolları 5) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 154 gün – 446.41 ABŞ dolları 6) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 32 gün – 92.42 ABŞ dolları 7) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 31 gün – 89.21 ABŞ dolları 8) xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 29 gün – 83.14 ABŞ dolları 9) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 30 gün – 85.69 ABŞ dolları 10) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 26 gün – 73.97 ABŞ dolları 11) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 64 gün – 182.08 ABŞ dolları olmaqla ümumilikdə cəmi 11628,64 ABŞ dolları təşkil edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-3212/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh1 məhkəməyə iddia tələbinı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən ondan İddiaçı xeyrinə 2365 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi ilə bağlı qərar çıxarılmışdır. Qərarın icrası ilə bağlı ümumi borc məbləğinin 1100 manatı Yasamal rayon Pensiya şöbəsi tərəfindən xx.xx.2018-ci il - xx.xx.2019-cu il tarixlərində tutulmuş, qalan 1265 manat isə Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2019-cu il xx.xx.2020-ci il tarixlərində tutularaq tam olaraq ödənilmişdir. Yəni İddia ərizəsində göstərildiyi kimi 5 il 10 ay müddətində deyil 2 il ərzində, 2020-ci ilin oktyabr ayında tam olaraq köçürülərək yekunlaşdırılmışdır. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı bildirişi ilə 30 yanvar 2023-cü il tarixində Yasamal Rayon Məhkəməsinin qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddia ərizəsi məhkəməni tamamilə başqa məcraya yönləndirmək üçün tamamilə yanlış faktlar əsasında tərtib olunmuşdur. Həmçinin onu da bildirmək istəyir ki, eyni predmet üzrə, yəni borcun ödənilməsi ilə bağlı eyni şəxslər arasında qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli 2(004)-6546/2017 saylı məhkəmə qətnaməsi var və icra olunaraq icraata xitam verilmişdir. Bu halda eyni predmet üzrə, eyni şəxslər arasında qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olarsa, ikinci dəfə mülki qaydada həmin iddia qaldırıla bilməz və bu birinci məhkəmə prosesində qaldırılmalı idi. Eyni zamanda xx.xx.2017-ci il tarixli 2(004)-6546/2017 saylı məhkəmə qətnaməsi üzrə borcun tam olaraq ödənilməsi 2020-ci ilin oktyabr ayında tam olaraq köçürülərək yekunlaşdırılmışdır və iddiaçının vəsatəti ilə 2023-ci ildə bu işə xitam verilmişdir, yəni iddia eyni əsaslarla İddiaçı tərəfindən 5 ildən sonra qaldırılır, halbuki bu müddət 3 ildir. Göstərilənləri nəzərə alaraq məhkəmə baxışma xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmiş, ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2016-cı ildə dövlət qulluğu üzrə pensiyaya çıxmışdır. 2019-cu ilin dekabrından borc onun həmin pensiyasından tutulmağa başlanmışdır. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iş çoxluğu ilə əlaqədar üzürlü səbəbdən iş üzrə məhkəmə baxış iclasında iştirak edə bilmədiyi üçün, həmçinin iş üzə zəruri sənədləri iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim olunmasını nəzərə alaraq, işə onun iştirakı olmadan baxaraq iddia tələbin təmin olunması barədə qətnamə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6546/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 2140 (iki min yüz qırx) manat əsas, 200 (iki yüz) manat dəbbə borcun qaytarılması olmaqla, cəmi 2340 (iki min üç yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 05 (beş) manatı iddiaçıya edilməsi, 25 (iyirmi beş) manatı isə Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12912/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6546/2017 saylı iş üzrə 07 avqust 2017-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə - iddianın təmin olunması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Məhkəmə qərarının icrasını 05 il, 10 ay, yəni (70 ay) gecikdirilərək ödəniş olduğundan, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, 689,79 manat məbləğində hesablanmış faiz borcu, bu bildirişi (pretenziyanı) aldıqları gündən 5 gün müddətində kreditor “Sunny Electronics” tələbkar İddiaçı ödənilməsi xahiş olunmuş, əks halda, hesablanmış faiz borcu və eyni zamanda məhkəmə xərclərinin ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yasamal rayon İcra Şöbəsi tərəfindən təqdim edilmiş e170554 nömrəli icra işində olan: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6546/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh1 2140 (iki min yüz qırx) manat əsas, 200 (iki yüz) manat dəbbə borcun qaytarılması olmaqla, cəmi 2340 (iki min üç yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 05 (beş) manatı iddiaçıya edilməklə, 25 (iyirmi beş) manatı isə Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış, icra vərəqəsi xx.xx.2018-ci il tarixdə verilmişdir. Yasamal rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6546/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılması və borcluya tələbin icrasını 10 gün müddətində könüllü təmin edilməsinin təklif olunması qərara alınmışdır. Yasamal rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli, e170554/2018-53-18 nömrəli “tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Cavabdeh1 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6546/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi, əks halda icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6546/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi borclu Cavabdeh1 əmək haqqısından hər ay 50% (əlli faiz) tutulması üçün Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə göndərilmiş, tutulan məbləğin bilavasitə tələbkar İddiaçı bank hesabına köçürülməsi bildirilmiş, borclu Cavabdeh1dan tutulmalı olan məbləğin 7%-i, yəni, 165,55 AZN (yüz altmış beş manat əlli beş qəpik) “İcra haqqında” Azərbaycan Respublikası qanununun 78-ci maddəsinə əsasən, Yasamal rayon icra və probasıya şöbəsinin depozit hesabına köçürülməsi təklif edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 Penitensiar Xidmətin xx.xx.2016-cı il tarixli 1356 nömrəli əmrinə əsasən, pensiyaya çıxması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6546/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi borclu Cavabdeh1 əmək haqqısından hər ay 50% (əlli faiz) tutulması üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş, tutulan məbləğin bilavasitə tələbkar İddiaçı bank hesabına köçürülməsi bildirilmiş, borclu Cavabdeh1dan tutulmalı olan məbləğin 7%-i, yəni, 165,55 AZN (yüz altmış beş manat əlli beş qəpik) “İcra haqqında” Azərbaycan Respublikası qanununun 78-ci maddəsinə əsasən, Yasamal rayon icra və probasıya şöbəsinin depozit hesabına köçürülməsi təklif edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 2019-cu ilin noyabr ayından etibarən pensiya ödənişi onlar tərəfindən həyata keçirilir. Bununla Əlaqədar Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-6546/2017 nömrəli icra sənədinə uyğun olaraq xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində tərəflərindən Cavabdeh1 əmək pensiyasından həyata keçirilmiş tutulmalar nəticəsində tələbkarın hesabına ümumilikdə 1265,22 manat, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin hesabına isə 165,5 manat pul vəsaiti köçürülürək, müvafiq icra sənədinin icrası başa çatdırılmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023cü il tarixli icraata xitam verilməsi barədə ərizədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6546/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borc tam şəkildə ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6546/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6546/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi qərara alınmışdır. Belə ki, AR Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.3-cü maddəsinə əsasən, Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü maddəsinə əsasən, Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 427.3-cü maddəsinə əsasən, Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasəb, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.3-cü maddəsinə əsasən, Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır. Bu baxımdan hazırki iddia tələbinin əsasını təşkil edən alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun tutulması ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğundan və borc məbləği gecikdirilməklə ödənildiyindən, iddiaçının gecikdirilmiş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, “…Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. ... Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin”. Məhkəmə iddia tələbini qismən əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6546/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən, yəni 11 iyul 2018-ci il tarixdən icra sənədi borclunun əmək pensiyasına yönəldildiyi xx.xx.2018-ci il tarixədək borclu tərəfindən 2365 (iki min üç yüz altmış beş) manat məbləğində pulun ödənilməsi gecikdirildiyindən, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% hesablanmaqla 49,27 (9,85 azn x 5 ay) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, işin hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6546/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi 11 iyul 2018-ci il tarixdə qanuni qüvvəsini almış, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6546/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi borclu Cavabdeh1 əmək haqqısından hər ay 50% (əlli faiz) tutulması üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş, tutulan məbləğin bilavasitə tələbkar İddiaçı bank hesabına köçürülməsi bildirilmiş, borclu Cavabdeh1dan tutulmalı olan məbləğin 7%-i, yəni, 165,55 AZN (yüz altmış beş manat əlli beş qəpik) “İcra haqqında” Azərbaycan Respublikası qanununun 78-ci maddəsinə əsasən, Yasamal rayon icra və probasıya şöbəsinin depozit hesabına köçürülməsi təklif edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-6546/2017 nömrəli icra sənədinə uyğun olaraq xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində tərəflərindən Cavabdeh1 əmək pensiyasından həyata keçirilmiş tutulmalar nəticəsində tələbkarın hesabına ümumilikdə 1265,22 manat, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin hesabına isə 165,5 manat pul vəsaiti köçürülürək, müvafiq icra sənədinin icrası başa çatdırılmışdır. Həmin borcun hissə-hissə ödənilməsinə münasibətdə iddiaçı tərəfindən etiraz edilməmişdir. Həmçinin cavabdehin bildirdiyinə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumi borc məbləğinin 1100 manat hissəsi Yasamal rayon Pensiya şöbəsi tərəfindən tutulmuşdur. Qeyd olunan hallara əsasən, məhkəmə qeyd edir ki, borcun ödənilməsinin gecikdirilməsi məhz qətnamə qanuni qüvvəyə mindiyi 11 iyul 2018-ci il tarixdən icra sənədi borclunun əmək pensiyasına yönəldildiyi xx.xx.2018ci il tarixədək hesablanmalı, ondan sonrakı dövrdə qalan borcun hər ay borclunun pensiyasından tutulması nəzərə alınaraq, icranın borclunun təqsiri üzündən gecikdirilməsi kimi qiymətləndirilməməlidir. Pulun cavabdehlərdən müştərək qaydada tutulmasına münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən də görünür ki, qətnamə ilə cavabdeh qismində Cavabdeh1 tanınmaqla borcun ondan tutulması qət edilmişdir, Cavabdeh2 hazırki işə aiddiyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 51,07 (əlli bir manat yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin olunmasın. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 51,07 (əlli bir manat yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar