Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3220/2024 18.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ə qarşı “mənzillərin təhvil verilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ə qarşı “mənzillərin təhvil verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 63.8 kvm sahəli 212 və 216 saylı mənzillərin cavabdeh tərəfindən təhvil verilməsi, ödənilməyən 6300 (altı min üç yüz) manat kirayə haqqının, təmir xərci olan 15950 (on beş min doqquz yüz əlli) manat məbləğin, 157 (yüz əlli yeddi) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışlar ki, xx.xx.2017-ci il tarixli, 27-M saylı müqaviləyə əsasən tərəf olan Cavabdeh MTK Nəsimi rayon İcra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan İddiaçı “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı, 98 m mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə etməklə tam təmirli sahəsi 120 m olan mənzilin əvəzinə sahəsi 63.8 m olan 216 saylı (təmirsiz) və 63.8 m olan 212 saylı (təmirli) mənzilləri Bu müqavilə üzrə digər tərəf olan iddiaçı “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən“Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MTK-ya təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada tikilmiş mənzili qəbul etməyi, həmçinin mənzilin ümumi sahəsinə əlavə edilmiş sahədən artıq sahənin dəyərini ödəməyi öz öhdəsinə götürür. Mülkiyyətçi olaraq Bu Müqavilə üzrə üzərinə düşən öhdəliyi yəni “mülkiyyətlərində olan mənzili söküntü üçün təhvil verməyi” tam olaraq yerinə yetirmişlər. Yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün 450 manat kirayə haqqını ödəmək cavabdeh şirkətin öhdəliyi olmuşdur. Ancaq cavabdeh şirkət tərəfindən müqavilə üzrə “yeni mənzillərin təhvil verilməsi” öhdəliyi hal-hazırki vaxtadək yerinə yetirilmədiyi üçün ödənilməli olan 450 manat kirayə haqqı 13 aydır ki ödənilmir. Sonuncu ödəniş tarixi xx.xx.2023-cü il tarixi olmuşdur. Halhazırda ödənilməli olan kirayə haqqı (may 2024-cü il daxil olmaqla) 14*450=6300 manat təşkil edir. Mülkiyyətçi ona veriləcək mənzillərin təmir xərcindən imtina edərsə təmirə çəkilən 1 kvm=250 manat məbləği mülkiyyətçinin razılığı ilə ona qaytarmaq cavabdeh şirkətin öhdəliyidir. X6 üzrə iddiaçıya veriləcək 63.8 kvm olan 212 saylı mənzilin təmir xərcindən iddiaçı tərəfindən imtina edilmişdir. Bu səbəbdən əvəz olaraq 63.8*250=15950 manat təmir xərcinin onlara ödənilməsi zərurəti yaranmışdır. Bununla bağlı tərəflərindən xx.xx.2024-cü il tarixdə cavabdeh şirkətə müvafiq xəbərdarlıq məktubu göndərmələrinə baxmayaraq hal-hazırki vaxtadək heç bir münasibət bildirilməmişdir. Əlavə olaraq nəzərinizə çatdırır ki, qeyd olunan pozuntularla bağlı yuxarı səlahiyyətli orqanlara da dəfələrlə müraciət etmələrinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 04 avqust 2017-ci il tarixli, 27-M saylı müqavilədən görünür ki, bir tərəfdən Cavabdeh MMC-nin nizamnaməsinə əsasən fəaliyyət göstərən direktor X4, digər tərəfdən “mülkiyyətçi” adlanacaq İddiaçı arasında müqavilə baglamışlar. Müqaviləninh 1.1-ci maddəsinə əsasən Nəsimi rayon İcra hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən “Fədək" MMC-nin Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan "Mülkiyyətçi"- yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı, 98 m2 mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə etməklə tam təmirli sahəsi 120 m2 olan mənzilin əvəzinə sahəsi 63.8 m2 olan 216 saylı (təmirsiz) və 63.8 m2 olan 212 saylı (təmirli) mənzilləri “Mülkiyyətçi"-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd: Razılıq ərizəsinə əsasən 216 sayl(təmirsiz) mənzil oğlu X2 adına, 212 saylı (təmirli) mənzili isə oğlu X3 adına rəsmiləşdirilir. Müqavilənin 1.2-ci maddəsinə əsasən "Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada tikilmiş mənzili qəbul etməyi, həmçinin mənzilin ümumi sahəsinə əlavə edilmiş sahədən artıq sahənin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" QSC-nin hesabdan çıxarışından görünür ki, Cavabdeh MTK tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 450 manat məbləğində pul vəsaiti İddiaçı bank hesabına köçürülmüşdür. 26 aprel 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbardarlıq edilmişdir. “X1” 12 mart 2024-cü il tarixli, 42 nömrəli mütəxəssiz rəyindən görünür ki, "xxxx" MMC-nin direktoru X4 ilə İddiaçı arasında bağlanmış 04 avqust 2017-ci il tarixli, 27-M saylı müqavilə şərtlərinə və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №-li qərarı ilə təsdiq edilmiş Qaydaların 3.2., 3.3. və 3.8. bəndlərinin tələblərinə müvafiq olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 212 saylı mənzilin ümumi sahəsinin 63.07 kv.m olduğu müəyyən edilir. 15 iyul 2024-cü il tarixli yerində müayinə protokolundan görünür ki, 15 iyul 2024-cü il tarixdə məhkəmə tərəfindən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, habelə Cavabdeh MTK-nın baş müsahibi Elnur Dadaşovun iştirakları ilə Cavabdeh MTK tərəfindən inşa olunmuş Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən yeni tikili binada 212 və 216 saylı mənzillərə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, hər iki mənzil təmirsizdir, mənzillərə dair təhvil-təslim həyata keçirilməmişdir və mənzillərin açarları mühasibdədir. Verilən suala cavab olaraq Cavabdeh MTK-nın baş müsahibi Elnur Dadaşov bildirmişdir ki, hər iki mənzilin iddiaçıya təhvil verilməməsinin səbəbi mənzillərin sahələrinin müqavilədə göstərilən sahədən artıq olması və həmin sahənin dəyərinin iddiaçı tərəfindən ödənilməməsi ilə bağlıdır. Ödəniş qəbzindən (№ **********53) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 157 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 569.1-ci maddəsinə Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğısatqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmışdır. İddiaçı müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməklə üzərinə düşən öhdəliyini icra etmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Müqavilə 2017-ci ildə bağlansa da uzun müddət ərzində (7 il ərzində) mənzillər iddiaçıya təhvil verilməmiş, bununla yanaşı 2023-cü ilin aprel ayından kirayə haqqının verilməsi dayandırmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 04 avqust 2017-ci il tarixli, 27-M saylı müqavilənin 1.1-ci bəndinə əsasən “Fədək" MMC Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada sahəsi 63.8 m2 olan 216 saylı (təmirsiz) mənzili və sahəsi 63.8 m2 olan 212 saylı (təmirli) mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.3-cü bəndinə görə Cavabdeh MMC-nin yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəaritli müvəqqəti yaşayış yerləri üçün 450 manat kirayə haqqını ödəmək öhdəilyi vardır. Həmçinin Müqavilənin 2.3.9-cu bəndinə görə mülkiyyətçi ona veriləcək mənzilin təmir xərcindən imtina edərsə, Cavabdeh MMC-nin təmirə çəkilən 1 kv.m. görə 250 manatı mülkiyyətçinin razılığı ilə ona qaytarmaq öhdəliyi vardır. Mübahisə predmeti olan mənzillər iddiaçıya təhvil verilməmişdir. 2023-cü ilin aprel ayından aylıq kirayə haqqının verilməsi dayandırılmışdır. Hazırda 14 ay üçün ödənilməyən kirayə haqqının cəmi 6300 manat təşkil edir. Bundan başqa Müqavilə üzrə cavabdehin təmirli təhvil verməli olduğu 212 saylı mənzilin sahəsi 63.8 kv.m. təşkil edir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı 212 saylı mənzilin təmirsiz olduğu müəyyən edilmişdir. Odur ki, iddiaçı həmin mənzilin təmir xərcini də (63.8 kv.m. x 250 manat) tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 avqust 2018-ci il tarixli, 27-M nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən Cavabdeh MMC tərəfindən inşa olunan yaşayış binasında sahəsi 63.8 kv.m. olan 216 saylı mənzil (təmirsiz) və sahəsi 63.8 kv.m. olan 212 saylı mənzil (təmirsiz) Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməli, Cavabdeh MTK-dən ödənilməyən kirayə haqqına görə 6300 (altı min üç yüz) manat, 212 saylı mənzilin təmir xərci olan 15950 (on beş min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 157 (yüz əlli yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 avqust 2018-ci il tarixli, 27-M nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən Cavabdeh MMC tərəfindən inşa olunan yaşayış binasında sahəsi 63.8 kv.m. olan 216 saylı mənzil (təmirsiz) və sahəsi 63.8 kv.m. olan 212 saylı mənzil (təmirsiz) Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Cavabdeh MTK-dən ödənilməyən kirayə haqqına görə 6300 (altı min üç yüz) manat, 212 saylı mənzilin təmir xərci olan 15950 (on beş min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 157 (yüz əlli yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3220/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3220/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver