Məhkəmə qərarları › İş №e-2(004)-3239/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3239/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3239/2023 09.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək onunla Cavabdeh 194,8 ABŞ dolları borc və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən cavabdeh Məmişova (Quliyeva) Sevinc Elxan qızına xx.xx.2015-cı il tarixli, 437841 saylı kompleks bank xidməti müqaviləsinə əsasən “VİSA Gold” debet kart təqdim edilmişdir. Cavabdeh Məmişova (Quliyeva) Sevinc Elxan qızı tərəfindən müqavilə əsasında yaradılmış **********437841001 saylı (valyuta USD) kart hesabı üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi aparılan əməliyyatlar nəticəsində 194.8 ABŞ dolları məbləğində texniki overdraft (ödəniş əməliyyatları üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc) yaranmışdır. Qeyd olunan fakt 2022-ci il üzrə bankda aparılan daxili audit yoxlaması nəticəsində kompleks bank xidməti üzrə əməliyyatlara nəzarət prosesinin auditi zamanı aşkar edilmişdir. xx.xx.2015-cı il tarixli, 437841 saylı kompleks bank xidməti müqaviləsinin 3.3.6-cı bəndinə əsasən yaranmış texniki overdrafta görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərini faizləri ilə birlikdə geri tələb etmək hüququ vardır. xx.xx.2015-ci il tarixli, 513637 saylı kompleks bank xidməti müqaviləsinə və AR Mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3239/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş cavabdehin ərizəsinə əsasən iddia icraatına keçirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçının istinad etdiyi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 437841 saylı kompleks bank xidməti müqaviləsinə əsasən bank - İddiaçı ASC müştəriyə - Cavabdeh onun ərizəsi əsasında bank əməliyyatlarının aparılması üçün cari hesab açmağı, müştəri isə müvafiq şərtlərə əməl etməyi və bankın xidmət tariflərinə uyğun olaraq komisyon haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3.6-cı bəndinə əsasən yaranmış „Texniki overdrafta“a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərini faizləri ilə birlikdə geri tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.4.5.-ci maddəsinə əsasən müştəri yaranmış „Texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarır. Həmin müqavilənin 4.8.2.-ci maddəsinə əsasən, kart sahibi və kart istifadəçisi limitiniaşdığı təqdirdə, kartın istifadəsini dayandıracağını qəbuledir, bu müqaviləyə əsasən olan bütün borc və öhdəliklərini yerinə yetirəcəyini və bununla əlaqədar hesablanacaq cəriməni ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.15.4.-cü maddəsinə əsasən, kart sahibi və ya kart istifadəçisi kartdan istifadə etməklə yalnız hesabdakı qalıq pul vəsaitləri həcmində əməliyyatlar həyata keçirməli, hesab üzrə overdrafta yol verməməlidir. - xx.xx.2023-cü il tarixli hesab haqqında məlumata əsasən müəyyən olunur ki, Cavabdeh **********437841001 hesab nömrəli debet kartı ilə limiti 2000 ABŞ dolları həcmində olmasına baxmayaraq 2194,8 ABŞ dolları məbləğində dövriyyə etmişdir. - İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh overdraft nəticəsində ümumilikdə 194,8 ABŞ dolları məbləğində borcu yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə Cavabdeh arasında bank xidməti müqaviləsi bağlanmışdır. Bankla Cavabdeh arasında bank xidməti müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış və Cavabdeh bank qarşısında öhdəliyini pozmuş, müqavilə üzrə müəyyən edilmiş dövriyyə limitini aşmışdır. Məhkəmə qeyd edir ki, bankın Cavabdeh qarşı müqavilə üzrə borc tələbi əsaslı olsa da, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə xx.xx.2015-ci ildə bağlanmış, qeyd olunan borc isə xx.xx.2015-ci il tarixdə yaranmışdır. İddiaçı isə 2023-cü ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı məhkəməyə ağlabatan müddətdə müraciət etməmişdir. Həmin vaxtdan 8 ildən artıq müddət keçmiş, bu müddət ərzində bank tərəfindən borcla bağlı hər hansı tədbir görülməmişdir. Ona görə də göstərilən müddət ağlabatan hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası müddət ötürüldüyündən təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar