Məhkəmə qərarları › İş №e-2(004)-3243/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3243/2025

31.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3243/2025 31.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmək müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məlumatı olmadan İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də icraçı direktor vəzifəsinə işə qəbul edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin saxtakarlığa yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-in direktoru İsmayılOrucovla 2021-ci ilin yanvar ayında tanış olmuş, aralarında münasibət yaranmışdır. Həmin vaxtdan birlikdə işləmiş,Cavabdeh MMC-in direktoru Nümayəndə2 İddiaçı 2022-ci ilin 01 yanvara hesablanmış 110.000 manat borcu yaranmışdır. 2022-ci ilin yanvar ayında Cavabdeh MMC-in direktoru Nümayəndə2 İddiaçı biznes qurmaq şərikliyi təklif etmiş, İddiaçı bu təklifə razı olaraq 2022-ci ilin yanvar ayından başlayaraq istehsalavadanlıqlarının alqı-satqısı, eyni zamanda bəzi istehsal avadanlıqları ilə müxtəlif məhsulların və qəliblərin istehsalı və satışı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olmaq qərarına gəlmişlər. Birgə biznes fəaliyyəti üçün İddiaçı Cavabdeh MMC-in bütün xərclərini qarşılamağa başlamış, istehsal avadanlıqlarından anlayışı olduğundan özü xarici ölkələrə gedərək əcnəbi satıcılarla danışıb avadanlıqları alaraq Azərbaycan Respublikasına gətirmişdir. İddiaçı istehsal avadanlıqlarının xarici ölkələrdən alınaraq Azərbaycan Respublikasına gətirməsinə, gömrük və digər xərclərin ödənilməsinə ümumilikdə 650.000 (altı yüz əlli min) manat pul xərcləmişdir. İddiaçı Cavabdeh MMC-in direktoru Nümayəndə2la birlikdə şirkəti idarə edir, həm avadanlıqların alqı-satqısını həyata keçirir, həm də sözügedən avadanlıqlarla istehsal aparmışdır. Təxminən bir neçə ay öncə İddiaçı məlum olmuşdur ki, Cavabdeh MMC-in direktoru Nümayəndə2 biznes şərikliyi barədə razılıqlarını pozaraq ondan xəbərsiz bir sıra avadanlıqları sataraq pulunu özünə götürmüş, işi düzgün yerinə yetirmədiyinə görə istehsal prosesi dayanmış, hətta icarə əsasında istehsal prosesini həyata keçirdikləri obyektin sahibi onu həmin ərazidən kənarlaşdırmışdır. Bundan sonra İddiaçı Cavabdeh MMC-in direktoru Nümayəndə2la şərikliyə son qoymuşdur. İddiaçı Cavabdeh MMC-in direktoru Nümayəndə2 tərəfindən aldadılıb külli miqdarda zərərə düçar olduğu üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Onun müraciəti əsasında Sabunçu RPİ-də araşdırma aparılmış, məsələ mülki xarakterli olduğu üçün İddiaçı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Araşdırma çərçivəsində izahatı alınmış Cavabdeh MMC-in direktoru Nümayəndə2 İddiaçı ilə istehsal avadanlıqlarının alqı-satqısı, eyni zamanda bəzi istehsal avadanlıqları ilə müxtəlif məhsulların istehsalı və satışı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olduqlarını etiraf etmişdir. Bundan sonra İddiaçı cavabdehlərCavabdeh MMC-yə və Nümayəndə2 qarşı “avadanlıqların bölünməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa bildirim ki, Cavabdeh MMC-in direktoru Nümayəndə2 hüquq mühafizə orqanlarında və məhkəmə mübahisələrində iddiacı İddiaçı bütün şəriklikdə gördüyü işləri icracı-direktor olaraq etdiyi bildirmişdir. Bundan sonra İddiaçı məsələni dəqiqləşdirmək üçün 14 mart 2025-ci il tarixdə DOST mərkəzinə getmiş və məsələ araşdırılaraq İddiaçı onunla Cavabdeh MMC-nin arasında xx.xx.2023-cü il tarixdə icraçı direktor vəzifəsinə işə qəbulla bağlı əmək müqavilə bağlandığı və həmin müqaviləyə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2/a bəndi ilə xitam verildiyi bildirilmişdir. Bundan sonra Cavabdeh MMC-nin direktoru Nümayəndə2 niyyəti artıq İddiaçı məlum olmuşdur. Belə ki, İddiaçı Cavabdeh MMC-nin direktoru Nümayəndə2la birlikdə biznes şərikliyi dövründə əldə etdikləri əmlakı və vəsaiti Cavabdeh MMC-nin direktoru Nümayəndə2 öz əmlakı və vəsaiti kimi qələmə vermiş, həmçinin İddiaçı məlumatı olmadan onun adına işə qəbulla bağlı əmək müqaviləsi bağlayaraq İddiaçı icracı-direktor olaraq işə qəbul etmiş, niyyəti isə sonda İddiaçı gördüyü işləri icraçı direktor olaraq etdiyini bildirmək, həmçinin Cavabdeh MMC-nin qanunvericiliyin tələblərinə əməl etmədən gördüyü bütün qanunsuz işləri İddiaçı üstünə atmaqdan ibarət olmuşdur. Bütün bunlar İddiaçı məlum olduqdan sonra onun tərəfindən mediasiya prosesinin başladılması üçün Cavabdeh MMC-yə təklif göndərilmiş və xx.xx.2025-ci ildə keçirilmiş ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, Cavabdeh MMC tərəfindən İddiaçı məlumatı olmadan onun xx.xx.2023-cü il tarixdə icraçı direktor vəzifəsinə işə qəbul edilməsi və buna dair Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin tərtib edilməsi tam qanunsuzdur. Bu səbəbdən həmin əmək müqaviləsi etibarsız hesab olunmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 2023-cü ildə baş usta olaraq şirkətin istehsalat sahəsində işə düzəlmişdir. İddiaçı tamahı üzündən bu işə sahib olmaq istəyərək çirkin əməllər həyata keçirmişdir. O, Türkiyədə istehsal sahəsini çıraq olaraq öyrənib, sonra müxtəlif şirkətlərdə işləyəndən sonra onların şirkətində işləməyə başlamışdır. Onunla birlikdə dəfələrlə işgüzar səfərlərdə olub. İran və Türkiyəyə viza ehtiyac olmasa da, Çinə viza mütləq idi. İddiaçı sərgiyə gələn qonaqlara özünü hansı şəkildə təqdim etdiyini yaxasındakı yazıdan bilmək olardı. Özü isə onu hansı şəkildə götürdüklərindən məlumatı olmadığını bildirir. Yasamal Rayon Məhkəməsində digər bir məhkəmə işində onlardan pul tələb edir. Əslində əsas məhkəmələri Gəncə şəhərindədir. Onların şirkətinin məhsullarını, xammallarını, avadanlıqlarını mənimsəyib və məhv edirlər. Onların reputasiyasına zərər yetirmək istəyirlər. İddiaçı iddia edir ki, bu şirkəti birlikdə yaratmışlar. Halbuki, bir çox layihələrdə heç iddiaçı həmin zaman onların şirkətində çalışmırdı. Şirkət istehsalat sahələrini qurur və təhvil verir, fəaliyyəti bu istiqamətdədir. İddiaçı bu sahəni ölkədə bilən 10 nəfər varsa, onlardan biridir. Onların tanışlığı o şəkildə olub ki, bu sahənin adamları azdır və onlar bu sektorda tanınırlar. Onu 2022-ci ilin sonlarından tanıyır. Əmək müqaviləsi bağlayıb işə götürmüşdü. Qeyri-rəsmi olaraq baş usta kimi işə qəbul etmişdi. Sonradan öz razılığı ilə icraçı direktor təyin etdi ki, oradakı işlərə nəzarət etsin və o, bu vəzifə ilə qürur duyurdu. Hər ay əmək haqqı alırdı. Amma o, qeyri-rəsmi 3000-4000 azn pul da verirdi. Onlar sənədlərin oğurlandığı barədə də şikayət vermişlər və cinayət işi açılıb. Bu hadisələr baş verəndə özü baş mühasibə təkid edirdi ki, onu işdən çıxartsın. Hətta şirkətdən iddiaçı da, 15 işçi ərizəsini yazıb çıxmışdı. İşçilər demək olar ki, öz yaxınları idi. Xitam ərizələri şirkətdə qalır.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı sözgedən müəssisədə işləməsi işin mübahisəsiz halıdır. O istehsalat sahəsində işləməsini özünün icraçı direktor deyil, müəssisənin şəriki olaraq diqqətə çatdırmağa çalışsa da, lakin Yasamal Rayon Məhkəməsində baxılan digər bir iş üzrə onun şəriklik iddiası rədd edilmişdir. Digər tərəfdən şəxsin özünə məxsus vizit kartını da əlavə edərək bildirir ki, iddiaçının işləməsini inkar etməsi bir neçə sübutla öz təsdiqini tapır. Onlardan ən vacibi isə Sabunçu RPİ-nin 14-cü PŞ-də verdiyi izahatdır. Orda 4 ilə yaxındır ki, şirkətdə direktor vəzifəsində işlədiyini bildirir. Həmçinin özünün əlavə etdiyi aviabiletlər onun şirkətin fəaliyyəti ilə bağlı səfərlər etdiyini və bu məqsədlə vizalar aldığını və vizalar alarkən iş yeri kimi təqdim etdiyi arayışlarda MMC-də icraçı direktor kimi işlədiyini göstərmişdir. Ümumiyyətlə hər hansı bir şəxsin 4 il ərzində gündəlik gedib-gəldiyi, işlədiyi müəssisədə işləmədiyini iddia etməsi absurddur. Buna görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Həmçinin hazırkı iddia tələbi üzrə iddia müddəti keçmişdir. Belə ki, AR ƏM-in 296- cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda AR MM-in 345.2-ci maddəsinə görə isə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İş materiallarında olan Sabunçu RPİ-nin 14-cü PŞ-də İddiaçı verdiyi izahatında qeyd edir ki, mən 4 ilə yaxındır ki, sözügedən şirkətdə direktor vəzifəsində işləyirəm. Hesab edirik ki, onun işə qəbul olunduğu tarixdən yəni, xx.xx.2023-cü il tarixdən hesablasaq, hər iki normanın tələblərinə görə iddia müddətləri keçmişdir

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemindən çıxarışa əsasən müəyyən edilir ki, X5” X11” MMC-də icraçı direktor vəzifəsində işləyib.

9. Əmək müqaviləsinə xitam verilməsi barədə 01/25 nömrəli, xx.xx.2025-ci il tarixli əmrə əsasən müəyyən edilir ki, Cavabdeh”bölməsində “icraçı direktor” vəzifəsində işləyən İddiaçı Əbülfəz oğlu ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏMnin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025 tarixindən xitam verilmişdir.

10. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2269/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər “X12” MMC-yə və Nümayəndə2 qarşı “pul” tələbinə dair iddiası rədd edilmişdir.

12. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsində İddiaçı verdiyi izahatdan görünür ki, “4 ilə yaxındır ki, Nümayəndə2 ilə "xxxx" MMC şirkətini təsis etmişik, rəsmi olaraq şirkətin sahibi və icraçı direktoru İsmayıldı, mən isə şirkətin direktoruyam.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında İddiaçı Nümayəndə2 vasitəsilə tanıdığını, İddiaçı özünü mütəxəssis kimi tanıtdığını və onu mühəndis kimi tanıdığını, öz obyektini İddiaçı icarəyə verdiyini, İsmayıl Abbasovun hər zaman Samiri şəriyi qismində tanıtdığını, həm Samirdən, həm də İsmayıldan onların şərik olması barədə eşitdiyini bildirmişdir.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 əvvəlcə Nümayəndə2 tanıdığını, onunla birlikdə iş gördüyünü, həmin vaxt İsmayıl ona İddiaçı nömrəsini verdiyini və onu şəriyi kimi tanıtdığını, 2024-cü ilin dekabr ayının sonlarında İddiaçıla birlikdə şirkət açmaq üçün Asan Xidmət mərkəzinə getdiklərini və orada İddiaçı “X12” MMC-də direktor vəzifəsində olduğunu öyrəndiklərini bildirmişdir.

15. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

16. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

17. Həmin Məcəllənin 7-ci maddəsinin birinci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

18. 2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.

19. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

20. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə əsasən Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı, ünvanı və fərdi identifikasiya nömrəsi (FİN); b) işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, fərdi identifikasiya nömrəsi (FİN); c) əsas və ya əlavə iş yeri olması barədə qeydlə birlikdə işçinin iş yerinin ünvanı, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.

21. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır.

22. Həmin Məcəllənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.

23. Həmin Məcəllənin 49-cu maddəsinin birinci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

24. Həmin Məcəllənin 49-cu maddəsinin üçüncü hissəsinə əsasən Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir.

25. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış və iddiaçı “X12” MMC-də icraçı direktor vəzifəsinə işə qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı həmin əmək müqaviləsinin bağlanmasından məlumatının olmadığını, yalnız cavabdehin direktoru Nümayəndə2 şirkətin digər məhkəmə mübahisələrində onu icraçı direktor kimi adını hallandırdıqdan sonra DOST İş mərkəzinə getdikdə onunla əmək müqaviləsinin bağlanmasından məlumatlı olduğunu, Nümayəndə2la aralarında əslində şəriklik münasibətinin olduğunu, bütün işlərə birlikdə vəsait qoyduqlarını bildirərək onunla bağlanmış əmək müqaviləsinin etibarsız hesab olunmasını tələb edir. Cavabdeh isə iddiaçının əvvəl başqa bir şirkətdə işlədiyini, gördüyü sahənin yeganə mütəxəssislərindən biri olduğu üçün iddiaçıya onun şirkətində işləməyi təklif etdiyini, iddiaçının şirkətdə bütün ustaların başında dayandığını və onu icraçı direktor vəzifəsinə rəsmiləşdirdiyini, onunla bağlanmış əmək müqaviləsindən iddiaçının məlumatlı olduğunu, hətta iddiaçının xarici səfərlərdə, müxtəlif layihələrdə şirkəti təmsil etdiyini bildirir.

26. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı “X12” MMC-də icraçı direktor vəzifəsinə qəbul edilərək onunla müddətsiz əmək müqaviləsi imzalanmışdır. İddiaçı onunla əmək müqaviləsinin bağlanmasından məlumatı olmadığını bildirsə də, lakin həmin halı sübut edə bilməmişdir. Əksinə iddiaçı tərəfindən təqdim olunmuş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsininin 14-cü polis şöbəsi tərəfindən iddiaçının müraciəti əsasında toplanmış materiallardan görünür ki, iddiaçı polis şöbəsində izahat verərəkən özünü şirkətin direktoru olduğunu qeyd etmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim olunmuş cavabdehlə aralarında olan whatsapp yazışmalarından görünür ki, iddiaçı və cavabdeh arasında işçi işəgötürən münasibətləri olmuşdur.

27. Məhkəmə həmçinin iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş şəslərin izahatına münasibətdə bildirir ki, həmin şəxslərin izahatları iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin etibarsız hesab olunmasına əsas verən sübut qismində qiymətləndirilə bilməz. Belə ki, həmin şəxslər bilavasitə “X12” MMC-nin işçiləri olmamaqla, həmin şirkətdə hər hansı inzibati vəzifələri olmamışdır. Bununla bərabər şahid qismində dindirilmiş şəxslər cavabdehlə aralarında bir sıra məhkəmə çəkişmələrinin olduğu şəxslərdir. Həmin şəxslərin verdikləri izahat iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanmasından iddiaçının məlumatının olmaması və bununla da əmək müqaviləsinin etibarsız hesab olunmasına əsas verən dəlil kimi məhkəmə tərəfindən nəzərə alına bilməz.

28. Eyni zamanda, iş materiallarınına və məhkəmə iclasında iştirak edən tərəflərin izahatına əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC-dəki iş fəaliyyəti ilə bağlı bir sıra xarici ölkələrdə olmuş, iddiaçıya təqdim olunmuş vizitkartda da icraçı direktor vəzifəsində işlədiyi qeyd olunmuşdur.

29. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin bağlanması zamanı müqavilə qanunvericilikdə nəzərdə tutulan elektron formada bağlanmış, əmək münasibətlərinin mahiyyətinə və qanunvericiliyin tələblərinə zidd hər hansı hal aşkar edilməmişdir.İddiaçının müqavilənin etibarsız hesab olunması barədə iddiası yalnız şəxsi mülkahizələrlə əsaslandırılmışlakin əmək müqaviləsinin etibarsızlığına dair hüquqi əsaslar və sübutlar təqdim olunmamışdır. İş materialları ilə müqavilənin etibarsızlığına səbəb ola biləcək hallar (aldatma, məcburiyyət, hüquq qabiliyyəti olmayan şəxslə bağlanması. Qanunla qadağan edilmiş şərtlərin daxil edilməsi) aşkar edilməmişdir.

30. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

34. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.

35. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

36. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

37. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

38. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

39. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir.

40. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

41. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 50,60 manat məbləğində dövlət rüsumu iddiaçı X3 geri qaytarılmalıdır.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş 50,60 (əlli manat altmış qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar